TRENTILIN 5 ML 5 AMP
| Təsiredici maddə | PENTOXIFYLLINE |
|---|---|
| Dərman forması | İnyeksiya üçün məhlul |
| Farmakoloji təsir | Periferik vazodilatator, purin törəməsi |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
7,40 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat
TRENTİLİN inyeksiya üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Pentoxyphyllin
Tərkibi
Təsiredici maddə: 5 ml məhlulun tərkibində 100 mq pentoksifillin vardır. Köməkçi maddələr: dinatrium hidrofosfat (12 H2O), natrium dihidrofosfat, natrium xlorid, xlorid turşusu, kalium dihidrofosfat, inyeksiya üçün su.
Təsviri
Rəngsiz şüşə ampulalarda şəffaf ağ rəngli məhlul.
Farmakoterapevtik qrupu
Periferik vazodilatator, purin törəməsi. ATC kodu: C04AD03.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Pentoksifillin eritrositlərin membranını stabilləşdirir; trombositlərin aqreqasiyasını azaldır və eritrositlərin adgeziyasını gücləndirir; özlülüyü və plazmanın fibrinogen konsentrasiyasını azaldır, müsbət inotrop və xronotrop təsirilə bir qədər ürək döyünmələrinin sayını artırır və damar müqavimətini azaldır. Hemorragik və hemodinamik təsiri nəticəsində bu kompleks qan dövranını və mikrosirkulyasiyanı yaxşılaşdırır, bununla da zədələnmiş toxumaların oksigenlə təchizatını nəzərəçarpacaq qədər artırır. Məsləhət görülən dozalarda hemostaza və qanın axınına nəzərəçarpacaq təsir göstərmir. Farmakokinetikası Venadaxili istifadə olunduqdan sonra yarımparçalanma dövrü başlanğıc dövrdə 0,3 saat, terminal dövrdə 1,6 saatdır. Qəbul olunan dozanın Təqribən 95 % -i 24 saat ərzində sidiklə metabolit şəklində xaric olur, qalan 4 % nəcislə xaric olur. Orqanizmdə toplanmır. Qaraciyərin və böyrəklərin ciddi pozğunluqları olan xəstələrdə, yaşlı xəstələrdə eliminasiya ləngiyə bilər. Pentoksifillinin və metabolitlərinin ciftə keçməsi haqqında məlumat olmasa da, məlumdur ki, ana südünə keçir.
İstifadəsinə göstərişlər
• aşağı ətraf arteriyalarının xroniki okklüziyalı xəstəliklərində fiziki hərəkətlər nəticəsində meydana çıxan simptomlar və sindromlarda: növbələşən axsama, tez yorulma (yorğunluq), paresteziyalar, qıcolmalar və trofiki pozğunluqlar. • işemik həmlələrdə, iflic kimi serebrovaskulyar pozğunluqlarda, qocalıq zamanı (yaddaşın azalması, oriyentasiyanın itməsi, gücsüzlük, başgicəllənmə, düçüncənin zəifləməsi), işemik həmlələrin profilaktikası zamanı. • burun boşluğu və orta qulağın qan dövranı pozğunluqlarında. • diabetik arteriopatiyalarda.
Əks göstərişlər
TRENTİLİN ampul pentoksifillin törəmələri və ya digər metilksantin törəmələrinə (teofillin, teobromin, kofein və s.) qarşı həssaslığı olan xəstələrə, bir az öncə miokard infarktı keçirmiş, güclü qanaxması olan xəstələrə əks göstərişdir. TRENTİLİN ampul hamilələrə vacib olduqda təyin olunur. Təhlükəsizliyi barədə məlumat olmadığına görə preparat 18 yaşa qədər xəstələrə təyin edilmir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Əgər TRENTİLİN ampul ilə müalicə dövründə torlu qişaya qansızma baş verərsə, müalicə dərhal dayandırılmalıdır. TRENTİLİN ampul periferik damar xəstəlikləri və serebrovaskulyar xəstəlikləri olan xəstələrin müalicəsində təhlükəsiz olaraq təyin edilir, lakin bu zaman anginal ağrılar, hipotoniya və aritmiyalar qeyd olunmuşdur. Bu cür xəstələrdə başlanğıc dozanı azaltmalı və ilk simptomlar üzə çıxdıqda preparatın qəbulunu dayandırmaq lazımdır. TRENTİLİN ampul bəzi xəstələrdə qan təzyiqini azalda bilir, ona görə də antihipertenziv preparatlarla birgə təyin edildikdə, xəstənin təzyiqi nəzarət altında saxlanmalı, ehtiyac olarsa antihipertenziv preparatın dozası azaldılmalıdır. Ciddi böyrək və qaraciyər çatmamazlığı olan xəstələrdə həkim dozanı ləng eliminasiyanı nəzərə alaraq təyin etməlidir. Əgər TRENTİLİN ampul ilə müalicə zamanı mədə – bağırsaq traktı və ya sinir sistemi ilə əlaqədar əlavə təsirlər meydana çıxarsa, bu təsirlər qəbul olunan doza ilə əlaqədar olarsa, doza azaldılmalıdır. Əgər buna baxmayaraq simptomların meydana çıxması davam edərsə, preparatın qəbulu dayandırılmalıdır. TRENTİLİN ampul qanaxmanı, protrombinin əmələ gəlməsini az da olsa uzada bilər. Ona görə də trombosit aqreqasiyasını azaldan, antikoaqulyant preparatlarla birgə təyin olunduqda, xüsusilə riskli hallarda ( onikibarmaq xorası, əməliyyatdan sonra) hemoqlobini, qanaxma və protrombinin əmələ gəlməsini nəzarət altında saxlamaq lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
TRENTİLİN ampul təzyiqi salmaq qabiliyyətinə malikdir, bunu yanaşı olaraq antihipertenziv preparatlar təyin etdikdə nəzərə almalı. TRENTİLİN ampul qanaxma müddətini, protrombinin əmələ gəlmə müddətini artıra bilər, bunu yanaşı olaraq trombosit aqreqasiyasının inhibitorları və ya antikoaqulyantlar təyin etdikdə nəzərə almaq lazımdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamilələrdə TRENTİLİN ampul yalnız çox vacib hallarda təyin edilir. Laktasiya dövründə TRENTİLİN ampul təyin edilmir, çünki ana südünə keçir və yenidoğulmuşun sağlamlığına mənfi təsir göstərə bilər. Əgər TRENTİLİN ampul ananın sağlamlığı üçün zəruridirsə, bu dövrdə körpə ana südü ilə qidalandırılmamalıdır. 18 yaşdan kiçik xəstələrdə istifadəsinin təhlükəsizliyi barədə məlumat yoxdur.
İstifadə qaydası və dozası
Başlanğıcda 1 ampul (100 mq) 5 dəqiqə ərzində və ya məhlulla (qlükoza və ya 0,9 % -li izotonik məhlulla) durulaşdırılaraq 120-180 dəqiqə ərzində xəstənin uzanıqlı vəziyyətində venaya yeridilir. Əgər orqanizm 1 ampul preparatı yaxşı qəbul etmişdirsə, sonrakı günlərdə maksimal doza 400 mq (4 ampul) olmaqla, gündə 2-3 dəfə 100 mq (2-3 ampul) təyin edilir. Riskli vəziyyətlərdə yüksək doza təyin edilməməli, simptomlar azaldıqda Trentilinin peroral retard formasına keçilməlidir. Müalicə müddəti həkim tərəfindən təyin edilir.
Əlavə təsirləri
Yüksək dozada və ya sürətli infuziya zamanı aşağıdakı əlavə təsirlər müşahidə olunur: istilik hissi, dərinin hiperemiyası, mədədə ağırlıq və dolma hissi, ürəkbulanma, qusma, ishal. Bəzən: taxikardiya, dəri səpgsri, qaşınma, urtikariya, başgicəllənmə, baş ağrısı, yuxu pozğunluğu, arterial təzyiqin enməsi. çox az hallarda: angionevrotik ödem, bronxospazm, trombositopeniya, intrahepatik xolestazın inkişafı, qaraciyər transaminazaların səviyyəsinin artması, aseptik meningitin inkişafı. Nadir hallarda: anafilaktik reaksiyalar. Bu reaksiyaların ilk simptomları meydana çıxdıqda preparatın istifadəsini dayandırmaq və həkimə müraciət etmək lazımdır. GÖZLƏNİLMƏZ ƏLAVƏ TƏSİRLƏR MEYDANA ÇIXARSA, HƏKİMƏ MÜRACİƏT ETMƏK LAZIMDIR!
Doza həddinin aşılması
Doza həddi aşılmasının əlamətləri: sifətin qızarması, hipotoniya, yuxululuq, huşun itməsi, istilik hissi . Antidotu məlum deyil. Simptomatik və bərpaedici müalicə təyin edilir.
Buraxılış forması
5 ml məhlul, ampulda. 5 ampul, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25 C-dən aşağı otaq temperaturunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırmanın üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
“Mefar İlaç Sanayii A.Ş.” Türkiyə. Ünvan Ramazanoglu Mah. Ensar Cad.No: 20, Kurtköy 34506-Pendik/Istanbul/Türkiyə.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.