Polideksa 15 ml sprey
| Təsiredici maddə | NEOMYCIN SULFATE + POLYMYXIN B SULFATE + DEXAMETHASONE + PHENYLEPHRINE |
|---|---|
| Dərman forması | Sprey |
| Farmakoloji təsir | Yerli istifadə üçün qlükokortikosteroid + antibiotiklər (aminoqlikozid + siklik polipeptid) + α-adrenomimetik |
| İstehsal ölkəsi | Fransa |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
11,20 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
POLİDEKSA fenilefrinlə nazal sprey POLYDEXA with phenylephrine Beynəlxalq patentləşdirilməmiş adı: Neomycin + Polymyxin B + Dexamethasone +Phenylephrine
Tərkibi
Təsiredici maddələr:100 ml spreyin tərkibində 650 000 BV ekvivalent olan 1q neomisin sulfat, 1 000 000 BV polimiksin B sulfat, 0,025 q deksametazon natrium metasulfobenzoat, 0,250 q fenilefrin hidroxlorid vardır. Köməkçi maddələr: metilparahidroksibenzoat, litium xlorid, limon turşusu monohidrat, litium hidroksid, akroqol 4000, polisorbat 80, təmizlənmiş su.
Təsviri
Şəffaf rəngsiz mayedir.
Farmakoterapevtik qrupu
Yerli istifadə üçün qlükokortikosteroid + antibiotiklər (aminoqlikozid + siklik polipeptid) + α-adrenomimetik. ATC kodu: R01AX30.
Farmakoloji xüsusiyyətləri
Otolarinqologiyada yerli istifadə üçün kombinəolunmuş preparatdır. Terapevtik effekti deksametazonun burun boşluğunun selikli qişasına iltihab əleyhinə, fenilefrinin damardaraldıcı, neomisin və polimiksin B antibiotiklərinin mikrob əleyhinə təsiri ilə şərtləndirilir. Yerli tətbiqi zamanı deksametazon yaxşı sorulur, selikli qişanın iltihabı zamanı onun absorbsiyası artır. Qeyd edilən antibiotiklərin kombinə olunması zamanı burun boşluğunun və burunətrafı ciblərin infeksion- iltihabi xəstəliklərini törədən bir çox qram-müsbət və qram-mənfi mikroorqanizmlərə qarşı antibakterial təsir spektri genişlənir.
İstifadəsinə göstərişlər
Burun boşluğunun, udlağın, burunətrafı ciblərin iltihabi və infeksion xəstəlikləri: − kəskin və xroniki rinit; − kəskin və xroniki rinofaringit; − sinusitlər.
Əks göstərişlər
− bağlıbucaqlı qlaukomaya şübhə olduqda; − eyni zamanda monoaminooksidazanın inhibitorlarının istifadəsi; − virus xəstəlikləri; − albuminuriya ilə müşayiət olunan böyrək xəstəlikləri, böyrək çatışmazlığı; − hamiləlik; − laktasiya dövrü; − 2,5 yaşa qədər uşaqlar; − preparatın komponentlərinə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
İstifadə edərkən flakon şaquli vəziyyətdə, püskürdücü ucluğu yuxarı istiqamətdə saxlanılmalıdır. Burunətrafı ciblərin yuyulması məqsədi ilə istifadə edilməməlidir. İdmançıların diqqətinə: preparatın tərkibində dopinq-nəzarət zamanı müsbət nəticə verə bilən komponentlər vardır. Arterial hipertenziyası, ÜİX, hipertireodizmi olan pasiyentlərə ehtiyatla təyin etmək lazımdır. Preparatın gözlərə düşməsindən qaçmaq lazımdır. Preparat təsadüfən gözlərə və digər selikli qişalara düşərsə, çoxlu su ilə yaxşı yumaq lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri tərkibindəki fenilefrinlə əlaqədardır. Fenilefrin diuretiklərin və hipotenziv dərman vasitələrin hipotenziv effektini azaldır (o cümlədən metildopanın, mekamilaminin, quanadrelin və quanetidinin). Əgər belə kombinasiyanın tətbiqi qaçılmazdırsa, o zaman həkim nəzarəti lazımdır. Preparatın digər dərman vasitələri ilə klinik əhəmiyyət kəsb edən qarşılıqlı təsiri müşahidə olunmamışdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatın nəqliyyat vasitələrini və avtomobili idarəetmə qabiliyyətinə mənfi təsiri barədə məlumat yoxdur.
İstifadə qaydası və dozası
Böyüklərə: hər burun dəliyinə gündə 3-5 dəfə 1 püskürtmə. 2,5-18 yaş arası uşaqlara: hər burun dəliyinə gündə 3 dəfə 1 püskürtmə. Müalicə müddəti 5-10 gün təşkil edir.
Əlavə təsirləri
Yerli allergik reaksiyalar mümkündür. Qeyri-adi reaksiyalar müşahidə olunduğu zaman, preparatın istifadəsinin davam edilməsinin mümkünlüyü barədə həkimlə məsləhətləşmək lazımdır.
Doza həddinin aşılması
Sistem qan dövranına absorbsiya dərəcəsi aşağı olduğu üçün doza həddinin aşılması az ehtimal olunur.
Buraxılış forması
15 ml, püskürdücü ucluğa malik, polietilen burulan qapağı olan və işıq keçirməyən polietilen flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
21, Rue du Pressoir, 28500 Vernouillet, Fransa.
Qeydiyyat vəsiqəsinin sahibi
BUŞARA-REKORDATİ Laboratoriyaları. 70, Avenue du General de Gaulle, İmmeuble. «le Wilson», 92800 Puteaux – Fransa.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.