Treataprost advans 250 ml sirop

Dərman formasıSirop
Farmakoloji təsirUrologiyada tətbiq olunan vasitələr, müxtəlif preparatlar, onların kombinasiyası daxil olmaqla
İstehsal ölkəsiİspaniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

21,60 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

TREATAPROST ADVANS oral suspenziya

Tərkibi

Təsiredici maddə: 250 ml (1 flakon) tərkibinə 18 750,0 mq xırdaçiçəkli yağıotu (Epilobium parviflorum Schreb) (hidrolat), 40 000,0 mq ikievli gicitkan kökü (Urtica dioica root) (hidrolat), 8 333,3 mq adi ayıqulağı bitkisinin quru ekstraktı (Bearberry – Arctostaphylos uva-ursі, dry extract – 30% arbutin), 16 500,0 mq avokado və soya yağlarının qarışığının sabunlaşmayan birləşmələri (Avocado soybean unsaponifiables 30% total Phytosterols), 1 500,0 mq kversetin (Quercetin) vardır. Köməkçi maddələr:polietilenqlikol (PEG 400), ksantan qətranı, natrium benzoat, kalium sorbat, limon turşusu, sukraloza, şirinbiyan aromatizatoru, təmizlənmiş su.

Təsviri

Qeyri-şəffaf, qəhvəyi-qırmızı rəngli xarakterik qoxuya malik mayedir.

Farmakoterapevtik qrupu

Urologiyada tətbiq olunan vasitələr, müxtəlif preparatlar, onların kombinasiyası daxil olmaqla. ATC kodu: G04BX50.

Farmakoloji xüsusiyyətləri

Treataprost advans bitki mənşəli inqredientlərin buxarla distillə edilmış hidrolat və quru ekstraktlarından alınmış dərman vasitəsidir. Preparatın klinik effekti inqrediyentlərin tərkibindəki essensial yağlar, flavonoidlər, alkaloidlər, qlikozidlər, tanninlər, pektinlər, saponinlər, qatılaşmış vitaminlər, minerallar, mikroelementlər, qətranlarla bağlıdır. Adı çəkilən aktiv maddələr böyrək kapilyarlarının keçiriciliyini azaldır, böyrək və uretra damarlarını genişləndirir, renal kanalcıq epitelinin funksiyasını bərpa edir, osmotik effekt göstərir (ion balansını pozmur – kalium saxlayıcı effekt), iltihab mediatorlarının sintezini və aktivasiyasını ləngidir; sidiyin pH-nı normallaşdırır, leykotriyen sintezini və sərbəst radikal reaksiyalarını ləngidir; bakteriyaların membranını dağıdır, bakterial hialuronidazanı tormozlayır, zülalın sidiklə xaric olmasını azaldır və tubulyar aparatın fəaliyyətini qoruyur, antibiotiklərlə terapiyanın effektini artırır. Xırdaçiçəkli yağıotu (Epilobium parviflorum Schreb) antioksidant və iltihabəleyhinə təsirə malikdir. Xırdaçiçəkli yağıotunun yarpaqlarında qlikozidlər, sterinlər (β-citosterin), alkaloidlər var. Müəyyən edilmişdir ki, o prostoqlandinlərin sintezini və prostatda gedən iltihabi prosesləri ləngidir. Xırdaçiçəkli yağıotunun təsiri altında prostat vəzinin böyüməsi ləngiyir və yaxud tam olaraq dayanır. Yağıotu ekstraktı iltihab prosesini aradan qaldırır və prostatın kəskin və xroniki xəstəlikləri, adenoma zamanı, sidik axarlarının iltihabı və sidik kisəsinin xroniki iltihabı zamanı, habelə prostat vəzisində əməliyyatdan sonrakı periodda bərpaedici terapiya üçün effektlidir. İkievli gicitkan kökü (Urtica dioica root) prostat vəzisinin I və II stadiya xoşxassəli hipeplaziyası zamanı aşağı sidik yollarının pozğunluqlarında (nikturiya, poliuriya, sidik ifrazının gecikməsi) müsbət effekti klinik tədqiqatlarla təsdiq edilmişdir. Adi ayıqulağı (Bearberry – Arctostaphylos uva-ursі) əsas etibarı ilə sidik sistemi orqanlarına antiseptik təsir göstərir. Onun antimikrob təsiri arbutinin və metilarbutinin hidrolizi zamanı əmələ gələn hidroxinonla əlaqədardır. Sidikqovucu təsiri də hidroxinonun böyrək toxumasına qıcıqlandırıcı təsir edərək sidik ifrazını gücləndirməsi ilə əlaqədardır. İltihabəleyhinə təsiri tərkibində tanninlərin yüksək konsentrasiyası ilə əlaqədardır. Avokado və soya yağlarının qarışığının sabunlaşmayan birləşmələri (Avocado soybean unsaponifiables) iltihab faktoru olan sitokin il-1β-nin hasilatını azaldır və bununla da orqanizmin ümumi vəziyyətinin pisləşməsinin qarşısını alır və onun normal funksiyasını təmin edir. Kversetin (Quercetin) – məlumdur ki, əksər flavonoid aqlikonları və onların qlikozidləri güclü antioksidant təsirə malikdir. Heyvanlar üzərində aparılan tədqiqatlar göstərmişdir ki, kversetinin antioksidant xüsusiyyətləri beyin, ürək və digər toxumaları işemiya və reperfuziya, toksinlər və oksidləşdirici stressə səbəb olan digər amillərin yaratdığı zədələrdən qoruyur. Kverrsetin xroniki damar xəstəliklərinin inkişaf riskini azaltmağa kömək edir, onların keçiriciliyini normallaşdırır.

İstifadəsinə göstərişlər

– müxtəlif etiologiyalı kəskin və xroniki prostatitlər zamanı monoterapiya və kompleks müalicənin tərkibində; – xroniki prostatitin kəskinləşməsinin profilaktikasında; prostat vəzisində əməliyyatdan öncə və əməliyyat sonrası periodda; – sidik ifrazı pozgunluqları, o cümlədən əməliyyatdan sonrakı periodda.

Əks göstərişlər

Preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Əgər qəbul vaxtı ötürülmüşsə, növbəti qəbul zamanı ikiqat doza qəbul etmək məsləhət görülmür. Treataprost advansın tez-tez qəbulu başağrılarını gücləndirə bilər, qəbul etməzdən öncə həkimlə məsləhətləşin. Treataprost advansın yaşlılarda (65 yaşdan yuxarı) və 11 yaşadək uşaqlarda tətbiqi tövsiyə olunmur.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər preparatlarla qarşılıqlı təsiri məlum deyil.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə tətbiq edilmir. Uşaqlarda istifadəsi 11 yaşadək uşaqlarda tətbiq edilmir.

İstifadə qaydası və dozası

Böyüklərdə və yeniyetmə yaşlarında Treataprost advans daxilə 10 ml gündə 2 dəfə yeməkdən 30 dəqiqə qabaq qəbul edilir. İstifadədən öncə çalxalamaq lazımdır. Tövsiyə olunan sutkalıq dozanı aşmaq olmaz. Minimal qəbul müddəti 6 gündür. Bəzi iltihab formalarında kompleks müalicənin tərkibində daha uzun müddət qəbul edilə bilər. Müalicə müddəti həkim tərəfindən xəstəliyin ağırlıq dərəcəsinə və xəstəliyin gedişinə uyğun individual olaraq təyin edilir. Profilaktik məqsədlə 10 ml gündə 1 dəfə 2-4 həftə ərzində ildə 1-2 dəfə kurs müalicəsi tövsiyə olunur. Doza həkim tərəfindən korreksiya edilə bilər. Preparatın qəbulu zamanı kifayət qədər maye içilməsi təmin olunmalıdır.

Əlavə təsirləri

Tövsiyə olunan dozalarda istifadə zamanı əlavə təsirlər müşahidə olunmamışdır.

Buraxılış forması

250 ml məhlul, flakonda. 1 flakon ölçülü ştəkan və içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС temperaturdan yüksək olmayan, işıq şüalarından, rütubətdən uzaq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

Laboratorio Miquel Y Garriga S.L. Joaquim Costa, 18 1 a, 08930 MONGAT, Barcelona, Spain. Tel.: +93469 22 66.

Qeydiyyat vəsiqəsinin sahibi

“GRAND MEDICAL GROUP AG”. Kommarkt 10,C-6004, Lusern, İsveçrə.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Treataprost advans 250 ml sirop” üçün ilk rəyi siz yazın.