TOLTEROL 2 MG N56
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | M-xolinoblokator |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
21,04 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
TOLTEROL 2 mq örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Tolterodine tartrate
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 2 mq tolterodin tartrat (1,37 mq tolterodinə ekvivalent) vardır. Köməkçi maddələr: laktoza monohidrat, qarğıdalı nişastası, 101 tipli mikrokristallik sellüloza (Type 101), natrium nişasta qlikolyatı, povidon K30 , maqnezium stearat. Kapsulun örtüyü: Kollicoat IR (polivinil spirti, polietilenqlikol).
Təsviri
Hər iki tərəfi qabarıq, dairəvi, ağ rəngli örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
M-xolinoblokator. ATC kodu: G04BD07.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Tolterodin, in vivo sidik kisəsində və tüpürcək vəzilərində lokalizə olunan m-xolinoreseptorların rəqabətli antaqonistidir. Tolterodinin metabolitlərindən biri (5-hidroksimetil törəməsi) tolterodinə bənzər farmakoloji profilə malikdir. Bu metabolit tolterodinin terapevtik effektinə əhəmiyyətli dərəcədə təsir edir (“Farmakodinamikası” bölməsinə bax). Müalicənin effektivliyi 4 həftə ərzində müşahidə edilir. Cədvəl 1. Müalicənin effekti tolterodinin gündə 2 dəfə 2 mq dozada 4-12 həftədən sonra plasebo ilə müqayisəyə müvafiqdir (birləşdirilmiş məlumatlar). Mütləq və faiz dəyişiklikləri baza göstəricilərinə nisbətdə Dəyişən 4 həftəlik tədqiqatlar 12 həftəlik tədqiqatlar Tolterodin Plasebo Plasebo ilə Tolterodin Plasebo Plasebo ilə 2 mq x 2 müqayisədə 2 mq x 2 müqayisədə statistik statistik əhəmiyyəti əhəmiyyəti 24 saat ərzində sidik -1,6 -0,9 -2,3 -1,4 buraxmanın tezliyi (-14%) (-8%) * (-20%) (-12%) ** n=392 n=189 n=354 n=176 24 saat ərzində sidik -1,3 -1,0 -1,6 -1,1 saxlamamazlığı (-38%) (-26%) əhəmiyyətsiz (-47%) (-32%) * n=288 n=151 n=299 n=145 Hər sidik buraxma +25 +12 +35 +10 *** ***zamanı orta həcm (+17%) (+8%) (+22%) (+6%) (ml) n=385 n=185 n=354 n=176 Müalicədən sonra sidik kisəsinin heç və 16% 7% 19% 15% ya minimal problem ** əhəmiyyətsiz n=394 n=190 n=356 n=177 olan pasiyentlərin sayı (%) Plasebo ilə müqayisədə statistik əhəmiyyəti: * = p≤0,05; ** = p≤0,01; *** = p≤0,001. İlk dövrdə pasiyentlər urodinamik qiymətləndirməyə və tolderodinin təsirinə məruz qalmışlar və pasiyentlər, urodinamikanın nəticəsinə görə urodinamik müsbət (hərəki təxirəsalınmazlıq) və ya urodinamik mənfi (sensor təxirəsalınmazlıq) qruplarına bölünmüşlər. Hər qrupda pasiyentlər tolterodinin və ya plasebonun qəbuluna randimizə olunmuşlar. Tədqiqatlar, tolterodinin sensor təxirəsalınmazlığı olan pasiyentlərdə plaseboya təsiri barədə inandırıcı sübutlar verməmişdir. Tolterodinin QT intervalına klinik effekti, yaşlı pasiyentlər daxil olmaqla, əvvəllər ürək-damar xəstəlikləri olan 600-dən artıq pasiyentdən alınan EKQ-də öyrənilmişdir. QT intervalının dəyişməsi, plasebo və müalicə qrupu arasında əhəmiyyətli dərəcədə fərqlənməmişdir. Tolterodinin QT intervalının uzanmasına təsiri sonradan 18-85 yaşlı 48 sağlam könüllü kişi və qadın üzərində tədqiq edilmişdir. Subyektlərə gündə 2 dəfə 2 mq və gündə 2 dəfə 4 mq tolterodin yeridilmişdir. Tolterodinin maksimal konsentrasiyası zamanı (1 saat) nəticələr (Friderik korreksiyası), gündə 2 dəfə 2 mq və gündə 2 dəfə 4 mq tolterodin dozası üçün uyğun olaraq 5,0 və 11,8 msaniyəyə bərabər olan və aktiv daxili nəzarət qismində moksifloksasin (400 mq) üçün 19,3 msaniyə orta QT intervalı nümayiş etdirmişlər. Farmakokinetik/farmakodinamik model, gündə 2 dəfə 2 mq dozada tolterodin qəbul edən zəif metabolitlərdə (CYP2D6 olmadan), gündə 2 dəfə 4 mq doza qəbul edən metabolitlərlə müqayisəsini proqnozlaşdırır. Tolterodinin hər iki dozasının qəbulu zamanı metabolik profildən asılı olmayaraq heç bir subyekt, mütləq QTcF 500 msan-ni və ya baza xəttindən 60 msan-yə dəyişik üçün aşmamışdır ki, bu da xüsusi narahatlıq həddi hesab edilir. Gündə 2 dəfə 4 mq doza qəbulu ilə əldə edilən pik səviyyə ekspozisiyası (C ), Tolterodin preparatı ilə alınan terapevtik dozanın üç qatıdır.max Pediatrik pasiyentlər Preparat pediatrik populyasiyada effektivlik nümayiş etdirməmişdir. Tədqiqat iki fazada, 3 randomizə olunmuş, plasebo-nəzarət edilən, ikiqat kor, 12 həftə ərzində tez-tez sidiyəgetmə və sidiyin saxlanmaması simptomları (486 tolterodin və 224 plasebo) olan 5-10 yaşlı 710 pediatrik pasiyent üzərində aparılmışdır. Hər iki tədqiqatda həftəlik epizodlarla ilkin vəziyyət arasında əhəmiyyətli fərq müşahidə edilməmişdir. Farmakokinetikası Tolterodin tez absorbsiya olunur. Tolterodin kimi, 5-hidroksimetil metaboliti də zərdabda qəbul edildikdən 1-3 saat sonra maksimal konsentrasiyaya çatır. Tablet formasında tolterodinin yarımxaricolma dövrü güclü metabolitlərdə 2-3 saat və zəif metabolitlərdə (CYP2D6 olmadan) 10 saat təşkil edir. Konsentrasiya, stabil vəziyyətdə tablet qəbul edildikdən 2 gün sonra əldə edilir. Baxmayaraq ki, qida qəbulu tolterodinin səviyyəsini artırır, qida qəbulu ekstensiv metabolizmdə tolterodinin və 5-hidroksimetil metabolitinə təsir etmir. Absorbsiyası Tolterodinin peroral yeridilməsindən sonra CYP2D6 qaraciyərdə ilkin keçid metabolizmini katalizə edir və farmakoloji ekvivalent aktivliyə malik olan əsas metabolit 5-hidroksimetil törəməsini gücləndirir. Tolterodinin mütləq biomənimsənilməsi güclü metabolitlərdə 17%, zəif metabolitlərdə 65% (CYP2D6 olmadan) təşkil edir. Paylanması Tolterodin və 5-hidroksimetil metaboliti ilk əvvəl orosomukoidlə birləşir. Əsas birləşmənin birləşməmiş hissəsi və 5-hidroksimetil törəməsi uyğun olaraq 3,7% və 36% təşkil edir. Tolterodinin paylanma həcmi 113 litr təşkil edir. Biotransformasiyası Tolterodin peroral qəbuldan sonra qaraciyərdə intensiv şəkildə metabolizmə uğrayır. İlkin metabolik yol polimorf ferment CYP2D6 vasitəsilə baş verir və 5-hidroksimetil metabolitinin yaranmasına səbəb olur. Sonrakı maddələr mübadiləsi 5-karbon turşusu və N-dealkilləşmiş 5-karbon turşusu metabolitlərinin yaranmasına səbəb olur ki, bu da uyğun olaraq 51% və 29% sidiklə xaric olunur. Əksər şəxslər CYP2D6 aktivliyindən məhrumdurlar. Bu fərdlər üçün (zəif metabolitlər) metabolizmin müəyyən edilmiş yolu, CYP3A4 vasitəsilə N-dealkilləşmiş tolterodinə qədər dealkilləşmədir ki, bu da klinik effektə səbəb olur. Qalan hissə şəxslər güclü metabolitlər kimi qeyd edilir. Ekstensiv metabolitlərdə tolterodinin sistem klirensi təqribən 30 l/saat təşkil edir. Zəif metabolitlərdə azalmış klirens tolterodinin zərdabda konsentrasiyasının əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olur (təqribən 7 dəfə) və 5-hidroksimetil metabolitinin əhəmiyyətsiz konsentrasiyası müşahidə edilir. 5-Hidroksimetil metaboliti farmakoloji cəhətdən aktivdir və tolterodinə ekvivalentdir. Tolterodin və 5-hidroksimetil metabolitinin zülallara birləşmədiyi fərqləri səbəbinə görə, zəif metabolitlərdə, sərbəst tolterodinin AUC dəyəri, eyni dozası tətbiq olunduğu CYP2D6 fəaliyyəti olan pasiyentlərdəki sərbəst tolterodin və 5-hidroksimetil metabolitinin kombinəolunmuş AUC dəyərinə oxşar olur. Eliminasiyası Tolterodinin yeridilməsindən sonra ( C) radioaktivliyin xaricolması təqribən 77% sidikdə və 17% nəcisdə təşkil edir. Dozanın 1%-dən az qismi dəyişilməmiş, 4%-ə qədəri 5-hidroksimetil metaboliti şəklində xaric olunur. Karboksilləşmiş və dealkilləşmiş metabolitlər uyğun olaraq 51% və 29% sidiklə xaric olunur. Xəttilik/Qeyri-xəttilik Terapevtik dozada farmakokinetika xəttilik göstərir. Pasiyentlərin xarakterik xüsusiyyətləri Birləşməmiş tolterodinin və 5-hidroksimetil metabolitinin ekspozisiyasının 2 dəfə artması, qaraciyər sirrozu olan pasiyentlərdə aşkar edilmişdir (“İstifadə qaydası və dozası” və “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Böyrək funksiyasının pozulması Ağır böyrək çatışmazlığı olan pasiyentlərdə (inulinin klirensi GFR ≤30 ml/dəq), sərbəst tolterodin və 5-hidroksimetil metabolitinin orta konsentrasiyaları iki dəfə artır. Bu pasiyentlərdə digər metabolitlərin plazma səviyyəsi əhəmiyyətli dərəcədə (12 dəfə) artmışdır. Bu metabolitlərin artan təsirinin klinik əhəmiyyəti məlum deyil. Zəif və mülayim böyrək çatışmazlığında məlumat yoxdur (“İstifadə qaydası və dozası” və “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Pediatrik pasiyentlər Hər mq dozada aktiv fraqmentin aşkar edilməsi, böyüklərdə və yeniyetmələrdə olduğu kimidir. Hər dozaya aktiv fraqmentin orta təsiri,təqribən 5-10 yaşlı uşaqlarda böyüklərə nisbətən iki dəfə artıqdır (“İstifadə qaydası və dozası” və “Farmakodinamikası” bölməsinə bax). Klinikayaqədərki təhlükəsizlik məlumatları Toksiklik, genotoksiklik və kanserogenlik tədqiqatlarında, preparatın farmakoloji təsiri xaricində klinik baxımından əhəmiyyətli sayıla biləcək heç bir təsir müşahidə edilməmişdir. Reproduktiv təsiri siçanlar və dovşanlar üzərində aparılmışdır. Siçanlarda tolterodinin fertillik və reproduktivlik funksiyasına təsiri aşkar edilməmişdir. İnsanlar üçün məsləhət görülən ən yüksək dozanın 7-20 dəfə artması, (C və ya AUC) embrion ölümü vəmax inkişaf həddi müşahidə edilmişdir. Dovşanlarda heç bir malformativ effekt müşahidə edilməmişdir, lakin tədqiqatlar göstərmişdir ki, insanların müalicəsində plazma təsiri (C və ya AUC) 20 və ya 3 dəfə artıqdır.max Tolterodin, eləcə də onun aktiv insan metabolitləri, köpək purkinye liflərində (terapevtik səviyyədən + 14-75 dəfə) potensial təsirin müddətini uzadır və efir-a-go-go-əlaqəli gen kanallarında (hERG) K axınını blokada edir (terapevtik səviyyədən 0,5-26,1 dəfə). Köpəklərdə QT intervalının uzanması tolteradinin və onun insan metabolitinin (terapevtik səviyyədən 3,1-61,0 dəfə) istifadəsindən sonra müşahidə edilmişdir. Bu nəticələrin klinik əhəmiyyəti məlum deyildir.
İstifadəsinə göstərişlər
Hiperaktiv sidik kisəsi sindromu olan pasiyentlərdə yarana bilən sidik saxlanmamasının və/və ya sidiyəgetmə tezliyinin artması və sidikburaxma təcililiyinin simptomatik müalicəsi.
Əks göstərişlər
− Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; − sidiyin ləngiməsi; − nəzarət edilməyən bağlıbucaqlı qlaukoma; − miasteniya; − ağır xoralı kolit; − toksik meqakolon.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
QT intervalının uzanması müşahidə edilən pasiyentlərdə və ya ona şübhə olduqda və ya torsades de pointes zamanı Tolterol preparatının istifadəsindən çəkinmək lazımdır. Preparatdan istifadə edərkən aşağıdakı halları nəzərə almaq lazımdır: − sidiyin ləngiməsilə sidik kisəsinin çıxışının ağır obstruksiyası; − mədə-bağırsaq sisteminin obstruktiv pozğunluqları, məsələn, pilorik stenoz; − böyrək funksiyasının pozulması (“İstifadə qaydası və dozası” və “Farmakokinetikası” bölmələrinə bax); − qaraciyər funksiyasının pozulması (“İstifadə qaydası və dozası” və “Farmakokinetikası” bölmələrinə bax); − avtonom nevropatiya; − cərrahi yırtıq; − mədə-bağırsaq sisteminin hərəki fəaliyyətinin azalması riski. Tolterodinlə aparılan QT intervalını öyrənən tədqiqatlar göstərmişdir ki, gündə 8 mq preparatın qəbulu (gündə 2 dəfə – superterapevtik doza), gündə 4 mq (terapevtik doza) doza qəbulu ilə müqayisədə daha effektivdir və bu effekt, CYP2D6 ilə daha yüksək metabolizmi olan pasiyentlərlə CYP2D6-nın kiçik metabolizmi olan pasiyentlərlə müqayisədə daha təzahürlü şəkildə baş verir (“Farmakodinamikası” bölməsinə bax). Bu nəticələrin klinik əhəmiyyəti məlum deyil və pasiyentin fərdi risk faktorlarından və xəstəliyə meyilliliyindən asılıdır. QT intervalı sidromu olan pasiyentlərdə Tolterol preparatını xüsusi ehtiyatla istifadə etmək lazımdır: − QT intervalının anadangəlmə və ya qazanılmış uzanması; − hipokaliemiya, hipomaqneziemiya və hipokalsiemiya kimi elektrolitlərin pozulması; − bradikardiya; − əvvəllər mövcud olan ürək xəstəlikləri (kardiomiopatiya, miokardın işemiyası, aritmiya, durğun ürək çatışmazlığı); − IA sinfi (xinidin, prokainamid) və III sinif preparatları (amiodaron, sotalol) ilə eyni vaxtda istifadəsi bu preparatların məlum olduğu kimi, QT intervalını uzadır. CYP3A4-ün güclü inhibitorları ilə eyni vaxtda istifadə etmək məsləhət görülmür (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax). Digər müalicə üsullarında olduğu kimi, hiperaktiv sidik kisəsi sindromunda istifadəsi zamanı, müalicədən əvvəl sidikburaxmanın üzvi səbəbini və tezliyini tədqiq etmək lazımdır. Qalaktozaya qarşı dözümsüzlük, Lapp laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası kimi nadir irsi xəstəlikləri olan pasiyentlərdə preparatı istifadə etmək olmaz. Preparatın hər dozasının tərkibində 1 mmoldan az miqdarda (23 mq) natrium vardır ki, bu da təhlükəli hesab edilmir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Makrolid antibiotikləri (məsələn, eritromisin və klaritromisin), göbələkəleyhinə vasitələr (məsələn, ketokonazol və itrakonazol) və antiproteazalar kimi CYP3A4-ün güclü inhibitorlarının eyni vaxtda sistem yeridilməsi məsləhət görülmür, belə ki, Tolterodinin zərdabda konsentrasiyası artır ki, bu da doza həddinin aşılmasına səbəb ola bilər (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Terapevtik effektivliyi və əlavə təsirləri, antimuskarin xüsusiyyətə malik preparatlarla eyni vaxtda istifadəsi zamanı daha aydın təzahür edir. Əksinə, xolinergik muskarin reseptorlarının aqonistləri ilə birlikdə istifadəsi zamanı, Tolterodinin terapevtik effekti azala bilər. Preparat, metoklopramid və sizaprid kimi prokinetik maddələrin effektini azalda bilər. Fluoksetinlə, CYP2D6-nın güclü inhibitorları ilə kombinasiyası əhəmiyyətli dərəcədə qarşılıqlı təsirə səbəb olmur, lakin onun CYP2D6-dan asılı metaboliti və 5-hidroksimetil-tolterodin ekvivalent effektivliyə malikdir. Klinik tədqiqatlar, varfarinlə və ya kombinəolunmuş oral kontraseptivlərlə (etinilestradiol/ levonorgestrol) qarşılıqlı təsir göstərmişdir. Klinik tədqiqatlar sübut etmişdir ki, Tolterodin CYP2D6, 2C19, 2C9, 3A4 və ya 1A2 izofermentlərinin metabolik inhibitoru deyil. Beləliklə, bu izofermentlərlə metabolizmə uğrayan dərman vasitələrinin Tolterodinlə kombinasiyada istifadəsi zamanı plazmada səviyyəsi artmır. Uyuşmazlığı Məlum deyil.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik kateqoriyası C. Doğuş potensialı olan qadınlar/doğuşa nəzarət (kontrasepsiya) Hamiləlik dövründə preparatın istifadəsinə dair kifayət qədər məlumat yoxdur. Heyvanlar üzərində aparılan tədqiqatlar reproduktiv toksiklik nümayiş etdirmişdir (“Təhlükəsizlik üzrə klinikayaqədərki məlumatlar” bölməsinə bax). Uşaqlar üçün potensial riski məlum deyil. Hamiləlik Hamiləlik dövründə preparatın istifadəsi məsləhət görülmür. Laktasiya Laktasiya dövründə preparatın istifadəsinə dair məlumat yoxdur. Bu səbəbə görə laktasiya dövründə onun istifadəsindən çəkinmək lazımdır. Reproduktivlik/Fertillik Heyvanlar üzərində aparılan tədqiqatlar reproduktiv toksikliyin olduğunu göstərmişdir (“Təhlükəsizlik üzrə klinikayaqədərki məlumatlar” bölməsinə bax). İnsanlar üçün potensial risk məlum deyil.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Tolterol preparatı nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsir edə bilər, belə ki, preparat adaptasiyanın pozulmasına və reaksiyaya cavab müddətinin artmasına səbəb ola bilər.
İstifadə qaydası və dozası
Daxilə qəbul edilir. Böyüklər (yaşlı pasiyentlər daxil olmaqla) Məsləhət görülən doza sutkada 2 dəfə 2 mq təşkil edir. Ümumi sutkalıq doza 4 mq təşkil edir. Ciddi əlavə təsirlər baş verdiyi halda, dozanı sutkada 2 dəfə 1 mq-a qədər azaltmaq lazımdır. Müalicənin effektini 2-3 aydan sonra qiymətləndirmək lazımdır (bax: “Farnakodinamikası”). Xüsusi qrup pasiyentlərdə istifadəsinə dair məlumat Böyrək/qaraciyər çatışmazlığı Ağır böyrək çatışmazlığı olan (YFS ≤ 30 ml/dəqiqə) və/ya qaraciyər funksiyası pozulmuş pasiyentlərdə məsləhət görülən sutkalıq doza 2 mq (1 mq Tolterol tabletləri gündə 2 dəfə) təşkil edir (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Pediatrik populyasiya Uşaqlarda preparatın istifadəsinin təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir. Bu səbəbə görə Tolterol preparatını uşaqlara təyin etmək məsləhət görülmür. Geriatrik populyasiya Yaşlı pasiyentlərdə dozalanma böyüklərdə olduğu kimidir.
Əlavə təsirləri
Tolterol preparatı ağızda quruluq, dispepsiya və farmakoloji effektinə görə gözdə quruluq kimi yüngül və mülayim dərəcəli antimuskarin təsirə səbəb ola bilər. Aşağıda qeyd edilən məlumatlar tolterodinlə aparılan klinik tədqiqatlar və postmarketinq təcrübələri əsasında əldə edilmişdir. Daha tez-tez qeyd edilən əlavə təsirlər, tolderodin qəbul edən 35% pasiyentdə, 10% plasebo qəbul edən pasiyentdə ağızda quruluq müşahidə edilmişdir. Eləcə də, tolterodin qəbul edən 10,1% pasiyentdə, 7,4% plasebo qəbul edən pasiyentdə baş ağrısı haqda məlumat verilmişdir. Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥1/10); tez-tez (≥1/100 – <1/10); bəzən (≥1/1000 – <1/100); nadir hallarda (≥1/10000 – <1/1000); çox nadir hallarda (<1/10000); məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil). İnfeksiya və invaziyalar: tez-tez – bronxit. İmmun sistemdə baş verən pozğunluqlar: bəzən – yüksək həssaslıq (allergik reaksiyalar); məlum deyil – anafilaktik reaksiya. Psixikada baş verən pozğunluqlar: bəzən – nervoz, məlum deyil – çaşqınlıq, hallüsinasiya, oriyentasiyanın pozulması. Sinir sistemində baş verən pozğunluqlar: çox tez-tez – baş ağrısı; tez-tez – yuxululuq, paresteziya; bəzən – yaddaşın pozulması. Görmə orqanında baş verən pozğunluqlar: tez-tez – gözlərdə quruluq, görmənin pozulması (anomal görüntü). Eşitmə orqanında baş verən pozğunluqlar: tez-tez – vertiqo. Ürək sistemində baş verən pozğunluqlar: tez-tez – ürəkdöyünmə; bəzən – taxikardiya, ürək çatışmazlığı, aritmiya. Damar sistemində baş verən pozğunluqlar: məlum deyil – dəridə qızartı. Mədə-bağırsaq sistemində baş verən pozğunluqlar: çox tez-tez – ağızda quruluq; tez-tez – dispepsiya, qəbizlik, qarın nahiyəsində ağrı, meteorizm, qusma, diareya; bəzən – qastroezofaqeal reflyuks. Dəri və dərialtı toxumada baş verən pozğunluqlar: tez-tez – dəridə quruluq, məlum deyil – angiodistrofiya. Böyrək və sidik yollarında baş verən pozğunluqlar: tez-tez – dizuriya, sidiyin ləngiməsi. Ümumi pozğunluqlar: tez-tez – yorğunluq, sinədə ağrı, periferik ödəm. Müayinələr: tez-tez – bədən kütləsinin artması. Demensiyanın müalicəsi zamanı xolinesterazanın inhibitorlarını qəbul edən pasiyentlərdə tolterodinlə müalicəyə başladıqdan sonra demensiyanın simptomlarının kəskinləşməsi (çaşqınlıq, dezorientasiya, yanlış fikir) barədə məlumat verilmişdir. Xüsusi qrup pasiyentlər barədə məlumat Pediatrik populyasiya 710 pediatrik pasiyent üzərində 3 fazalı, ikiqat kor, plasebo-nəzarət edilən, 12 həftə ərzində aparılan iki pediatrik tədqiqatda, sidik yollarının infeksiyası olan, tolterodinlə müalicə alan pasiyentlərdə, plasebo qrupu ilə müqayisədə diareya və anormal davranış müşahidə edilmişdir (sidik yollarının infeksiyası: tolterodin 6,8%, plasebo 3,6% – diareya; tolterodin 3,3%, plasebo 0,9%; anormal davranış: tolterodin 1,6%, plasebo 0,4%) (“Farmakodinamikası” bölməsinə bax).
Doza həddinin aşılması
Preparatın könüllülərə yeridilən ən yüksək dozası 12,8 mq təşkil etmişdir. Ən çox rast gəlinən əlavə təsirlər davranışın pozulması və sidiyəgetmənin çətinləşməsi olmuşdur. Tolterol preparatı ilə doza həddinin aşılması zamanı mədəni yumaq və aktivləşdirilmiş kömür təyin etmək lazımdır. Doza həddinin aşılması zamanı aşağıdakı simptomlar meydana çıxa bilər: − güclü mərkəzi antixolinergik effektlər (məsələn, hallüsinasiya, ekstremal oyanıqlıq) zamanı fizostiqmin təyin edilir; − damar pozğunluğu və ya aydın oyanıqlıq zamanı benzodiazepin yeridilir; − tənəffüs çatışmazlığı zamanı süni ventilyasiya tətbiq edilir; − taxikardiya zamanı β-blokatorlarla müalicə təyin edilir; − sidiyin ləngiməsi zamanı sidikçıxarıcı yollara katetirizasiya təyin edilir; − midriaz zamanı pilokarpin göz damcısından istifadə edilir və/və ya pasiyent qaranlıq otağa yerləşdirilir. Preparatın 8 mq dozada dörd gündən artıq istifadəsi zamanı (2 dəfə sutkalıq doza və 3 dəfə pik dozaya ekvivalent) QT intervalının uzanması müşahidə edilir. Tolterol preparatı ilə doza həddinin aşılması zamanı QT intervalının saxlanması üçün standart dəstəkləyici prosedurlar tətbiq etmək lazımdır.
Buraxılış forması
14 tablet, PVX/PE/PVP təbəqəli alüminium folqalı blisterdə (konturlu-yuvalı qablaşdırmada). 4 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС-dən yüksək olmayan otaq temperaturunda, öz orijinal qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Utilizasiyası zamanı ehtiyat tədbirləri Preparatın istifadə edilməmiş hissəsi tibbi tullantılar və qablaşdırmaya nəzarət və qablaşdırma materialları ilə düzgün rəftar qaydalarına əsasən utilizasiya edilməlidir.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Biofarma İlaç San. Ve Tic. A.Ş. Ünvan Akpınar Mah. Osmangazi Cad. No: 156. Sancaktepe, İstanbul – Türkiyə.
Qeydiyyat vəsiqəsinin sahibi
Biofarma İlaç San. Ve Tic. A.Ş. Ünvan Akpınar Mah. Osmangazi Cad. No: 156. Sancaktepe, İstanbul – Türkiyə.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.