TIROZUR 5 GR GEL

Dərman formasıGel
Farmakoloji təsirYerli istifadə üçün nəzərdə tutulmuş digər antibiotiklər. Tirotrisin
İstehsal ölkəsiAlmaniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

7,25 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Göstərilən dərman preparatının istifadəsinə başlamazdan əvvəl içlik vərəqəni diqqətlə oxumaq lazımdır. Bu içlik vərəqəni saxlamaq tövsiyə olunur; ehtimal ki, onun təkrar oxunması tələb oluna bilər. Əlavə məlumat tələb olunduqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. TİROZUR yerli istifadə üçün gel

Tərkibi

Təsiredici maddə: 1 q gelin tərkibində 1 mq tirotrisin vardır. Köməkçi maddələr: setilpiridin xlorid, propilenqlikol, 96 %-li etanol, karbomer, trometamol, təmizlənmiş su.

Farmakoterapevtik qrupu

Yerli istifadə üçün nəzərdə tutulmuş digər antibiotiklər. Tirotrisin. ATC kodu: D06 AХ 08.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Tirotrisin antibakterial aktivlik nümayiş etdirən və anaerob spor əmələ gətirən Bacillus brevis mikroorqanizmləri tərəfindən endotoksin kimi hasil edilən müxtəlif siklik və xətti polipeptidlərin birləşməsidir. Göstərilən birləşmənin tərkibinə 70-80%-ə qədər tirosidinlər (əsas siklik dekapeptidlər) və 20-30%-ə qədər qramisidinlər (neytral xətti pentadekapeptidlər) daxildir. Preparat əsasən qrammüsbət bakteriyalara qarşı aktivdir və eyni zamanda, bəzi qrammənfi bakteriyalara və Candida albicans göbələkləri də daxil olmaqla, müxtəlif göbələk növlərinə qarşı aktivlik nümayiş etdirir. Tirotrisin aşağıda göstərilən mikroorqanizmlərə qarşı dozadan asılı bakteriostatik və ya bakterisid təsir göstərir. Mikroorqanizmlər İnhibəedici göstəriciləri (mkq/ml) Staph. aureus MSSA 4 Staph. aureus MRSA 4 Staph. haemolyticus 4 Strep. pyogenes 0,5 Strep. viridans 1-5 Enterococcus faecalis 2 Diplococcus pneumoniae 1 Corynebact. spp. 2 Clostridia 0,1-10 Candida albicans 16 Candida parapsilosis 32 İnhibəedici göstəriciləri ≥ 50 mkq/ml: Neisseria meningitides, Neisseria gonorrhoeae mikroorqanizmlərinin bəzi növləri, bəzi göbələk növləri, Trichomonas. Tirosidin bakterial hüceyrələrdən azot və fosfor tərkibli maddələrin azadolmasına səbəb olur. Kation detergentlər kimi tirosidin də bakterial hüceyrə örtüyünün osmotik baryerinə pozucu təsir göstərir. Bakterial hüceyrə divarına bilavasitə təsir göstərməsi sayəsində preparatın təsiri bakteriya hüceyrələrinin inkişafının və ya bölünməsinin tormozlanması ilə məhdudlaşmır ki, bu da tirosidin komponentinin bakterisid effektini nümayiş etdirir. Bundan əlavə, qramisidinlər bakterial hüçeyrələrin hüceyrə membranında kation kanalların əmələ gəlməsinə səbəb olur ki, bu da xüsusilə, hüceyrələr tərəfindən kaliumun itirilməsinə və bunun nəticəsi kimi, kationların hüceyrədaxili konsentrasiyasının dəyişməsinə və sonda onların sitolizinə gətirib çıxarır. Gələcəkdə qramisidin komponenti fosforilləşmə prosesinin tənəffüs zəncirinin qırılmasına gətirib çıxarır. Tirotrisinin sistem təsir göstərən antibakterial preparatlara xas olmayan xüsusi təsir mexanizminə malik olmasını nəzərə alaraq, çarpaz rezistentliyin mövcudluğu müşahidə edilməmişdir. Tirozur preparatı yaraların müalicəsi zamanı yalnız şiddətli mikrobəleyhinə təsiri ilə deyil, həm də sağalma prosesinə səbəb olan digər xüsusiyyətləri ilə də fərqlənir. Beləliklə, klinik tədqiqatların gedişində göstərilmişdir ki, Tirozur preparatı yara dibinin təmizlənməsi və eləcədə, toxumaların qlanulyasiyasının və epitelializasiyasının stimullaşdırılması yolu ilə yaraların sağalması prosesini sürətləndirir. Farmakokinetikası Tirotrisinin sistem sorulma dərəcəsi məlum deyildir. Preparatın yüksək konsentrasiyaları dərinin buynuz qişasında (intakt səthə çəkildikdən sonra) və bilavasitə yarada aşkar edilmişdir.

İstifadəsinə göstərişlər

Az miqdarda eksudatın ifraz edilməsi və tirotrisinə qarşı həssas olan patogen mikroorqanizmlərin törətdikləri superinfeksiyanın mövcudluğu ilə müşayiət olunan səthi yaraların müalicəsi üçün istifadə edilir.

Əks göstərişlər

− Təsiredici maddəyə və ya preparatın tərkibinə daxil olan komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq; − burun boşluğunun selikli qişasında yerli istifadəsi. Göstərilən istifadə üsulunun qoxubilmə qabiliyyətinin zəifləməsinə səbəb ola biləcəyi barədə sənədlə təsdiq olunmuş məlumatlar mövcuddur.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Preparatı gözətrafı nahiyyəsində dəri üzərinə çəkdikdə, ehtiyat tədbirlərinə riayət etmək lazımdır, çünki bu, yanğı hissinin meydana çıxmasına səbəb ola bilər. Tirozur gelin tərkibinə dərinin qıcıqlanmasına səbəb ola bilən propilenqlikol daxildir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Heç bir məlumat yoxdur.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövrü Preparatın hamiləliyin gedişinə təsiri barədə heç bir məlumat yoxdur. Tirotrisinin və ya setilpiridin xloridin heyvanların reproduktiv funksiyasına təsirinin öyrənilməsi istiqamətində adekvat tədqiqatlar aparılmamışdır. İnsan üçün potensial riski məlum deyildir və bu səbəbdən, Tirozur preparatının hamiləlik dövründə istifadəsi tövsiyə edilmir. Laktasiya dövrü Tirotrisinin və setilpiridin xloridin ana südünə nüfuz edib-etməməsi məlum deyil və bu səbəbdən, laktasiya dövründə preparatdan istifadə edilməməlidir. Fertilliyi Preparatın fertilliyə təsiri barədə heç bir məlumat yoxdur. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Heç bir məlumat yoxdur.

İstifadə qaydası və dozası

Gel gündə 2-3 dəfə nazik təbəqə ilə dərinin zədələnmiş nahiyələrinə çəkilməlidir. Bədənin açıq sahələrində kiçik yaralar və ya dərinin iltihabı mövcud olduğu halda, onların üzərinin örtülməsi, bir qayda olaraq, tələb edilmir. İslanan yaralar qeyd olunduqda, həkim təyinatı əsasında 1-2 gündən bir dəyişdirilən qoruyucu bandajın istifadəsi tövsiyə olunur. Müalicənin davametmə müddəti xəstəliyin klinik təzahürlərindən asılıdır. Bir həftə müddətində aparılan müalicədən sonra yaxşılaşma qeyd olunmadığı təqdirdə, həkimlə məsləhətləşmək lazımdır. Mümkün olduğu halda, antibiotiklərə qarşı patogen floranın həssaslığı müəyyən edilməlidir.

Əlavə təsirləri

Əlavə reaksiyaların baş vermə tezliyi: çox tez-tez (≥1/10), tez-tez (≥1/100 – <1/10), bəzən (≥1/1000 – <1/100), nadir hallarda (≥1/10000 – <1/1000), çox nadir hallarda (<1/10000), məlum deyil (əldə olunan məlumatlar əsasında qiymətləndirilməsi mümkün deyil). Dəridə və dərialtı toxumalarda baş verən pozğunluqlar: çox nadir hallarda hiperhəssaslıq reaksiyaları, məsələn, dəri üzərində yanğı hissi meydana çıxa bilər.

Doza həddinin aşılması

Doza həddinin aşılması halları barədə heç bir məlumat daxil olmamışdır.

Buraxılış forması

5 q, 25 q gel, alüminium tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25° C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Tubun ilk dəfə açılmasından sonra yararlılıq müddəti – 3 ay təşkil edir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

Engelhard Arzneimittel GmbH & Co. KG. Xersberqştrasse 3, 61138, Niderdorfelden, Almaniya

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“TIROZUR 5 GR GEL” üçün ilk rəyi siz yazın.