Tiyolak 500 mq / 8 mq N14 tablet
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Qeyri- selektiv SOG inhibitorları və dayaq-əzələ sistemi dərman vasitələrinin kombinasiyası |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
12,80 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
TİYOLAK 500 mq/8 mq örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Etodolac/Thiocolchicoside
Tərkibi
Təsiredici maddələr: 1 tabletin tərkibində 500 mq etodolak və 8 mq tiokolxikozid vardır. Köməkçi maddələr: mikrokristallik sellüloza PH 101, natrium kroskarmelloza (Ac-di-sol), povidon K30, mikrokristallik sellüloza PH 200, susuz kolloidal silisium dioksid, maqnezium stearat. Örtük: mavi opadri II 85F20694 (titan dioksid (Е171), polietilenqlikol/makroqol (E1521), polivinil spirti (E1203), talk (E553b), mavi FD&C 2/indiqokarmin alüminium lakı (E132)).
Təsviri
Mavi rəngli, oval, qabarıq, tək-çərtikli örtüklü bir tabletdir.
Farmakoterapevtik qrupu
Qeyri- selektiv SOG inhibitorları və dayaq-əzələ sistemi dərman vasitələrinin kombinasiyası. ATC kodu: M01BX.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Təsir mexanizmi Etodolak Etodolak heyvan modelləri üzərində iltihabəleyhinə, analgetik və antipiretik təsir göstərən qeyri- steroid iltihabəleyhinə dərman vasitəsidir (QSİƏP). Etodolakın təsir mexanizmi, digər QSİƏP-da olduğu kimi, tam olaraq aydın deyil, lakin prostaqlandin sintetazanın inhibə olunması ilə əlaqəli ola bilər. Etodolak [-] R- və [+] S-etodolakın rasemik bir qarışığıdır. Digər QSİƏP-larda olduğu kimi, [+] S-formasının heyvanlarda bioloji aktivliyə malik olduğu nümayiş olunmuşdur. Hər iki enantiomer davamlıdır (sabitdir) və in vivo olaraq [-] R- [+] S-ə konversiya olunmur. 200-400 mq-lıq etodolakın tək dozasının qəbulundan 30 dəqiqə sonra ağrıkəsici təsir və maksimal ağrIkəsici təsir 1-2 saat ərzində yaranır. Ağrıkəsici təsiri adətən 4-6 saat davam edir. Tiokolxikozid Tiokolxikozid miorelaksant tipli farmakoloji təsirə malik olan, kolxikozidin kükürdlü yarımsintetik törəməsidir. In vitro, tiokolxikozid yalnız GAYT-A və strixninə həssas qlisin reseptorları ilə birləşir. Tiokolxikozid GAYT-A reseptorların antaqonisti kimi təsir edir, o mürəkkəb requlyator mexanizmlər vasitəsilə supraspinal səviyyədə miorelaksant təsir göstərir, lakin qlisinergik təsir mexanizmi istisna olunmur. Tiokolxikozidin GAYT-A reseptorları ilə qarşılıqlı təsirinin kəmiyyət və keyfiyyət xüsusiyyətləri onun dövr edən əsas metaboliti, qlükuronlaşmış törəməsi ilə eynidir. In vivo, tiokolxikozid və onun əsas metabolitinin miorelaksant xüsusiyyətləri müxtəlif proqnostik siçovul və dovşan modellərində nümayiş etdirilmişdir. Spinalizasiya olunmuş siçovullarda tiokolxikozidin miorelaksasiya təsirinin olmaması, bu komponentin üstün supraspinal təsirini göstərir. Həmçinin, elektroensefalografik tədqiqatlar göstərmişdilər ki, tiokolxikozid və onun əsas metaboliti sedativ effektə malik deyillər. Farmakokinetikası Etodolak və tiokolxikozidin birgə tətbiqi bu dərman vasitələrinin farmakokinetik xüsusiyyətlərini təkbaşına istifadəsi ilə müqayisədə dəyişdirmir. Etodolak Absorbsiyası Etodolak kapsullardan etodolakın sistem biomənimsənilməsi məhlul ilə müqayisədə 100 % olmuşdur və çəki balans tədqiqatlarından müəyyən olunduğu kimi ən az 80 % təşkil etmişdir. Etodolak yaxşı sorulur və 200 mq-lıq etodolak kapsul məhlul ilə müqayisə edildikdə nisbi biomənimsənilməsi 100 % təşkil etmişdir. Çəki balans tədqiqatlarına əsaslanaraq, tablet və ya kapsullardan etodolakın sistem biomənimsənilməsi ən azı 80 % təşkil etmişdir. Etodolak peroral qəbuldan sonra əhəmiyyətli dərəcədə birinci keçid metabolizminə məruz qalmır. 200-600 mq-lıq tək dozada qəbuldan sonra pik plazma konsentrasiyasının (C ) orta (± 1 SD)max göstəricisi təxminən 14 ± 4 mkq/ml-dən 37 ± 9 mkq/ml arasında dəyişmişdir və 80 ± 30 dəqiqədə nail olunmuşdur. Plazma – konsentrasiya – vaxt əyrisi altında sahəyə əsaslanan doza mütənasibliyi hər 12 saatdan bir 600 mq-dək dozalardan sonra xəttli olmuşdur. Hər 12 saatdan bir 400 mq qədər olan dozalardan sonra pik plazma konsentrasiyaları həm ümumi həm də sərbəst etodolak üçün dozaya mütənasib olmuşdur, lakin 600 mq dozadan sonra, aşağı dozalar üçün gözlənilən pik göstəricilərdən 20 % yüksək olmuşdur. Etodolakı qida qəbulundan sonra tətbiq edilməsi etodolakın tam sorulmasına təsir göstərmir. Lakin qidanın qəbulu pik konsentrasiyasına çatma vaxtını 1,4-dən 3,8 saatadək uzadır. Etodolak antasidlərlə tətbiq edildikdə, onlar etodolakın absorbsiyasına təsir göstərmir. Antasidlərlə birgə tətbiq edildikdə vaxt-zirvə göstəricisinə ölçülməyən təsir ilə təxminən 15- 20 % qədər çatmış pik konsentrasiyasını azaldır. Paylanması Etodolakın görünən paylanma həcminin orta göstəricisi təxminən 362 ml/kq təşkil etmişdir. Etodolakın 99 %-dan artıq faizi ilk növbədə albumin olmaqla, plazma zülalları ilə birləşir. Sərbəst fraksiya 1 %-dan azdır və tədqiq olunan dozalar aralığında olan etodolakın ümumi konsentrasiyasından asılı deyil. Etodolakın insan ana südünə nüfuz etməsi məlum deyil; lakin onun fiziki-kimyəvi xüsusiyyətlərinə əsaslanaraq, ana südünə nüfuz etməsi gözlənilir. İnsanlarda qeyd olunan terapevtik dozalarda plazmada pik konsentrasiyalarından istifadə edərək, in vitro tədqiqatlardan məlumatlar, asetaminofenin, ibuprofenin, indometasinin, naproksenin, piroksikamın, xlorpropamidin, qlipizidin, qliburidin, fenitoinin və probenesidin etodolakın azad fraksiyasına əhəmiyyətli dərəcədə təsir göstərmədiyini göstərmişdirlər. Metabolizması Etodolak qaraciyərdə geniş şəkildə metabolizmə uğrayır. Etodolak və onun metabolitləri əsasən böyrək eliminasiyası vasitəsilə xaric olunur. Tövsiyə olunan dozaların qəbulundan sonra etodolakın plazma səviyyəsi fərdlər arasında çox fərqli olmuşdur. Xaric olması Peroral qəbuldan sonra etodolakın peroral klirensinin orta göstəricisi 49 (± 16) ml/saat/kq təşkil etmişdir. Etodolakın dozasının təxminən 1 %-i dəyişməmiş halda sidiklə xaric olunur, dozanın 72 % -i isə sidik vasitəsi ilə ilkin dərman və metabolit qismində xaric olunur: – dəyişməmiş etodolak 1 % – etodolak qlükuronid 13 % – hidroksilatlaşdırılmış metabolitlər (6-, 7- və 8-OH) 5 % – hidroksilatlaşdırılmış metabolit qlükuronidlər 20 % – təyin olunmayan metabolitlər şəklində 33 % Dozanın 16 %-i nəcislə xaric olunur. Xüsusi populyasiya Geriatrik (yaşlı insanlar) Bədən ölçüsündən asılı olaraq, yaşlı insanlarda yaşa görə dozanın tənzimlənməsinə ehtiyac yarana bilər; çünki bu xəstələr gənc xəstələrə nisbətən prostaqlandinəleyhinə təsirlərə daha çox həssas ola bilərlər. Böyrək çatışmazlığı Yüngül və orta dərəcəli böyrək çatışmazlığı olduğunda (kreatinin klirensi 37-88 ml/dəq) etodolakın böyrək klirensi dəyişməmiş olmuşdur. Hemodializdə olan xəstələrdə bağlı olmayan fraksiyanın 50 % yüksək olması səbəbindən ümumi etodolakın görünən klirensinin 50 % yüksək olmuşdur. Sərbəst etodolakın klirensi dəyişilməmişdir, bu isə etodolakın dispozisiyasında zülallarla bağlanmasının vacibliyini göstərir. Hemodializ olunan xəstələrdə etodolak qandan əhəmiyyətli dərəcədə xaric olunmur. Qaraciyər çatışmazlığı Kompensasiya olmuş qaraciyər sirrozu olan xəstələrdə ümumi və sərbəst etodolakın dispozisiyası dəyişməmişdir. Kəskin və xroniki qaraciyər xəstəlikləri olan xəstələrdə normal qaraciyər funksiyası olan xəstələrlə müqayisədə ümumiyyətlə etodolakın dozasının azaldılması tələb olunmur. Lakin, etodolakın klirensi qaraciyər funksiyasından asılıdır və ağır qaraciyər çatışmazlığı olan xəstələrdə azala bilər. Tiokolxikozid Absorbsiyası Əzələdaxili yeridilməsindən sonra tiokolxikozidin C göstəricisi 30 dəqiqədə nail olunmuşdurmax və 4 mq dozadan sonra 113 nq/ml və 8 mq dozadan sonra 175 nq/ml təşkil etmişdir. AUC göstəricisinin müvafiq dəyərləri 283 və 417 nq.saat/ml olmuşdur. Farmakoloji cəhətdən aktiv olan metabolit SL18,0740, həmçinin aşağı konsentrasiyalarda və dozadan 5 saat sonra 11,7 nq/ml C və 83 nq.saat/ml AUC göstəricisi müşahidə olunmuşdur.max Qeyri-aktiv metabolit SL59,0955-ə aid heç bir məlumat yoxdur. Peroral tətbiq edildikdən sonra, plazmada tiokolxikozid aşkar olunmamışdır. Yalnız iki metabolit müşahidə olunmuşdur. Farmakoloji cəhətdən aktiv metabolit SL18,0740 və qeyri-aktiv bir metabolit SL59,0955. Hər iki metabolit üçün, maksimal plazma konsentrasiyaları tiokolxikozidin tətbiqindən 1 saat sonra müşahidə olunmuşdur. Paylanması Tiokolxikozidin görünən paylanma həcmi əzələ daxili 8 mq dozada qəbul edildikdən sonra 42,7 l yaxın göstəricilərlə dəyərləndirilmişdir. Hər iki metabolit üçün məlumat mövcud deyil. Metabolizması Peroral qəbuldan sonra, tiokolxikozid birinci olaraq aqlikon-3-demetiltiokolxisinə və ya SL59,0955-ə qədər metabolizm olunur. Bu mərhələ əsasən bağırsaq metabolizmi yolu ilə baş verir və bu hal, belə qəbul qaydası zamanı dəyişilməmiş tiokolxikozidin sirkulyasiyada aşkar olunmaması ilə izah olunur. Sonradan SL59,0955 tiokolxikozidə ekvipotent farmakoloji təsirə malik olan SL18,0740 qlükuronkonyuqasiya olunur və beləliklə tiokolxikozidin peroral qəbulu zamanı farmakoloji təsirini dəstəkləyir. SL59,0955 da didimetil-tiokolxisinə qədər demetilləşir. Xaric olması Əzələ daxili tətbiqindən sonra tiokolxikozidin görünən yarımxaricolma dövrü t 1,5 saat təşkil1/2 etmişdir və plazma klirensi 19,2 l/saat olmuşdur. Peroral qəbuldan sonra ümumi radioaktivlik nəcislə (79 %) aşkar olunmuşdur və sidiklə xaric olması yalnız 20 % təşkil etmişdir. Dəyişilməmiş tiokolxikozid nə sidik və nə nəcislə xaric olunmur. SL18,0740 və SL59,0955 sidikdə və nəcisdə aşkar edildiyi halda, didemetil-tiokolxisin yalnız nəcisdə müşahidə olunmuşdur. Tiokolxikozidin peroral qəbulundan sonra SL18,0740 metaboliti 3,2-7 saat arasında görünən yarım xaricolma dövrü ilə xaric olunur və metabolit SL59,0955-in yarım xaricolma dövrünün orta dəyəri 0,8 saat təşkil etmişdir.
İstifadəsinə göstərişlər
Tiyolak 500 mq/8 mq örtüklü tabletlər 16 yaşından yuxarı olan yeniyetmələr və böyüklər üçün osteoartrit, onurğa sütununda ağrılı sindromların, oynaqlarla əlaqəli olmayan revmatizm, onurğa sütunun kəskin patologiyalarında ağrılı əzələ spazmlarının, travmadan və cərrahi müdaxilələrdən sonra ağrıların müalicəsi üçün istifadə olunur.
Əks göstərişlər
Aşağıda qeyd olunan xəstələrdə isitifadəsi əks göstərişdir: – Etodolak və/və ya tiokolxikozidə və ya tərkibində olan köməkçi maddələrdən hər hansı birinə qarşı hiperhəssaslıq; – Aspirin və ya digər QSİƏP-rə qarşı müalicə zamanı allergik reaksiyaların çarpaz dərman reaksiyası səbəbindən inkişaf etməsi və ya anamnezdə kəskin astma, rinit və övrə olan xəstələrdə; – Anamnezdə QSİƏP-ın müalicədə istifadəsi ilə əlaqəli mədə-bağırsaq qanaxmaları və ya perforasiyalar; – Ürək çatışmazlığı ilə, “şuntlama” əməliyyatından və ürək cərrahi müdaxiləsindən dərhal əvvəl və ya sonra; – Aktiv peptik xoralar və ya anamnezdə peptik xoralar olan xəstələrdə (digər QSİƏP səbəbindən mədə-bağırsaq qanaxmalar daxil olmaqla); – Relaksasiya ilə iflic; – Əzələ hipotoniyası; – Hamiləlik və laktasiya dövründə; – 16 yaşında və ondan aşağı yaşda olan pediatrik xəstələr – Reproduktiv yaşda olan və kontraseptiv üsullardan istifadə etməyən qadınlarda. Xüsusi göstərişlər/ehtiyyat tədbirləri Ürək-damar trombotik hadisələr Üç il müddətinə qədər selektiv və qeyri-selektiv SOQ-2 QSİƏP-ların istifadəsi ilə keçirilmiş bir neçə klinik tədqiqatlar ciddi ürək-damar trombotik hadisələrin, miokard infarktı və fatal nəticələnə bilən insultun artmış riskini nümayiş etdirmişdirlər. Həm selektiv, həm də qeyri- selektiv SOQ-2 olan bütün QSİƏP-lar oxşar riskə malik ola bilərlər. Ürək-damar xəstəliklərinin yaranma riski və ya ürək-damar xəstəliyi olan pasiyentlər daha çox risk altında ola bilərlər. QSİƏP-larla müalicə qəbul edən xəstələr mənfi ürək-damar hadisələrinin potensial riskini minimuma endirmək üçün mümkün qədər ən qısa müddət üçün ən aşağı effektiv doza tətbiq etməlidirlər. Həkim və xəstələr əvvəlki ürək-damar simptomları olmadığı halda belə, bu cür hadisələrin inkişafını nəzarətdə saxlamalıdırlar. Xəstələr ciddi ürək-damar xəstəliklərinin əlamətləri və ya simptomları və onların yaranması təqdirdə hansı tədbirlərin görülməsi haqqında məlumatlandırılmalıdırlar. Aspirin ilə eyni vaxtda QSİƏP-ın istifadəsi ilə ciddi ürək-damar trombotik hadisələrinin yüksək riskinin azaldılması barədə dolğun dəlillər yoxdur. Aspirin və QSİƏP-ın eyni vaxtda istifadəsi ciddi mədə-bağırsaq hadisələrinin yaranma riskini artırır. Arterial hipertenziya Tiyolak daxil olmaqla, QSİƏP-lar hipertenziyanın yeni başlamasına və ya əvvəlki hipertenziyanın pisləşməsinə gətirib çıxara bilər, ya da ürək-damar hadisələrinin rast gəlmə tezliyinin artmasına yardım edə bilər. Tiazid və ya ilgək diuretikləri qəbul edən xəstələrdə QSİƏP-ı qəbul edərkən bu müalicə vasitələrinə cavab reaksiyasının pozulması baş verə bilər. Tiyolak daxil olmaqla QSİƏP-lar, hipertenziya ilə xəstələrdə ehtiyatla istifadə olunmalıdırlar. QSİƏP ilə müalicəyə başladıqda və terapiya kursu zamanı qan təzyiqinə (AT) ciddi nəzarət olunmalıdır. Kongestiv Ürək Çatışmazlığı və Ödem QSİƏP-lar qəbul edən bəzi xəstələrdə mayenin orqanizmdə ləngiməsi və ödem müşahidə edilmişdir. Orqanizmdə mayenin ləngiməsi və ya ürək çatışmazlığı olan xəstələrdə Tiyolak ehtiyatla istifadə olunmalıdır. Mədə-bağırsaq traktına təsirlər – Xoralanma, Qanaxma və Perforasiya Riski QSİƏP-lar, Tiyolak da daxil olmaqla, fatal nəticələnə bilən mədə, nazik bağırsaq və yoğun bağırsaqlarda perforasiya və xoralanma, qanaxma, iltihab daxil olmaqla mədə-bağırsaq traktında əlavə təsirlərin yaranmasına səbəb ola bilərlər. Bu ciddi arzuolunmaz hadisələr QSİƏP ilə müalicə olunan xəstələrdə xəbərdarlıq əlamətləri ilə və ya onlarsız istənilən vaxt baş verə bilərlər. QSİƏP ilə müalicə zamanı mədə-bağırsaq traktının yuxarı hissəsində ciddi arzuolunmaz hadisələr inkişaf edən beş xəstədən yalnız birində simptomatik olmuşdur. QSİƏP-ların istifadəsi nəticəsində mədə-bağırsaq traktının yuxarı hissələrində yaranan xoralar, güclü qanaxmalar və ya perforasiya 3-6 ay ərzində müalicə olunan xəstələrin təxminən 1 %-ində və/və ya bir il müddətində müalicə olunan xəstələrin təxminən 2-4 %-də rast gəlinmişdir. Bu tendensiyalar müalicə müddətinin uzadılması ilə saxlanılır, bu isə müalicə kursu ərzində hər hansı bir ehtimal olunan mədə-bağırsaq traktının ciddi hadisəsinin inkişafını yüksəldir. Bununla belə, hətta qısamüddətli müalicə üçün risk mövcuddur. QSİƏP-lar xora xəstəliyi və ya anamnezdə mədə-bağırsaq qanaxmaları olan xəstələrə xüsusi ehtiyatla təyin edilməlidir. QSİƏP-lar istifadə edən, anamnezdə əvvəlki xora xəstəliyi olan və/və ya mədə-bağırsaq qanaxmaları olan xəstələrdə, bu risk faktorlarından heç biri olmayan xəstələrə nisbətən mədə-bağırsaq traktının qanaxmasının inkişaf riski 10 qat daha artıqdır. Bu risk amilləri olmayan xəstələrdə mədə-bağırsaq traktının qanaxma riskini yüksəldə bilən digər amillər. QSİƏP ilə müalicə olunan xəstələrdə mədə-bağırsaq qanaxma riskini artıran digər amillərə peroral kortikosteroidlərin və ya antikoaqulyantların birgə qəbul olunmasını, QSİƏP ilə müalicənin daha uzunmüddətli olmasını, siqaret çəkmə, spirtli içkilərin qəbul edilməsini, yaşlılıq və ümumi sağlamlıq vəziyyətinin (statusunun) zəif olmasını daxil olunur. Mədə-bağırsaq traktı hadisələri ilə bağlı ölümcül hallar barədə spontan məlumatların əksəriyyəti yaşlı və ya zəif xəstələrə aiddir və buna görə də bu əhali qrupunun müalicəsi xüsusi diqqət tələb edir. QSİƏP-lərlə müalicə qəbul edən xəstələrdə mədə-bağırsaq mənfi hadisələrinin potensial risklərini minimuma endirmək üçün ən qısa müddət ərzində ən aşağı effektiv doza istifadə edilməlidir. Xəstələr və həkimlər QSİƏP-la müalicə zamanı mədə-bağırsaq traktında xoralanma və qanaxma əlamətləri və simptomlarına diqqət yetirməli və mədə-bağırsaq traktının bir ciddi mənfi hadisəsinə şübhə yarandığı təqdirdə dərhal əlavə dəyərləndirməyə və müalicəyə başlamalıdırlar. Bu tədbirlərə, mədə-bağırsaq traktında ciddi arzuolunmaz hadisə həll olunana qədər QSİƏP-ın istifadəsinin dayandırılması daxil edilməlidir. Yüksək riskli xəstələr üçün, QSİƏP daxil etməyən alternativ müalicə üsulları nəzərə alınmalıdır. Böyrəklərə təsiri QSİƏP-ın uzunmüddətli istifadəsi böyrək papilyar nekrozuna və digər böyrək zədələnmələrinə gətirib çıxarmışdır. Böyrək toksikliyi həmçinin böyrək perfuziyasının saxlanmasında böyrək prostaqlandinlərinin kompensasiya rolunu həyata keçirən xəstələrdə müşahidə edilmişdir. Bu xəstələrdə qeyri-steroid iltihab əleyhinə preparatlarının tətbiqi, dozadan asılı olan prostaqlandinlərin yaranmasının azaldılmasına və ikincili olaraq, böyrəklərdə qan axının azalmasına, hansı ki, böyrək dekompensasiyasının yaranmasına gətirib çıxaran səbəb ola bilər. Belə tip reaksiyalar riskinə daha çox böyrək funksiyasının pozulması, ürək çatışmazlığı, qaraciyər çatışmazlığı olan, diuretiklər və AÇF inhibitorlarını qəbul edən xəstələr və yaşlılar meyillidirlər. QSİƏP-lar ilə müalicənin dayandırılması adətən müalicədən əvvəlki vəziyyəti bərpa edir. Kəskin böyrək çatışmazlığı Nəzarətli klinik təqiqatlardan böyrək çatışmazlığının son mərhələlərində olan xəstələrdə ® ® Tiyolak preparatının tətbiqi barədə məlumat yoxdur. Beləliklə, Tiyolak ilə müalicə kəskin böyrək xəstəliyi olan xəstələrdə tövsiyə olunmur. Tiyolak ilə müalicəyə başlamaq zərurəti yarandıqda, xəstələrdə böyrək funksiyasını yaxından izləmək məsləhət görülür. Anafilaktoid reaksiyalar Digər QSİƏP-larla olduğu kimi, əvvəllər Tiyolak -ın təsiri məlum olmayan xəstələrdə anafilaktoid reaksiyalar yarana bilər, aspirin triadası olan xəstələrə təyin olunmamalıdır. Adətən aspirin və ya digər QSİƏP-ın qəbulundan sonra burun polipləri ilə və ya onlarsız riniti olan və ya ağır dərəcəli fatal nəticələnə bilən bronxospazm nümayiş etdirən xəstələrdə bu simptom kompleksi yarana bilər. Anafilaktoid reaksiyalar baş verdiyi hallarda təxirə salınmaz tibbi yardım göstərilməlidir. Dəri reaksiyaları Tiyolak daxil olmaqla QSİƏP-lar, eksfoliativ dermatit, Stivens-Conson Sindromu (SJS) və toksiki epidermal nekroliz (TEN) kimi ağır dərəcəli dəri reaksiyalarına (ölümlə nəticələnə bilən) səbəb ola bilər Bu ciddi hadisələr qəflətən (xəbərdarlıq əlamətləri olmadan) baş verə bilərlər. Ciddi dəri əlamətləri və simptomları haqqında xəstələrə məlumat verilməli və dəridə səpgilər və ya həssaslığın digər əlamətlərindən hər hansı biri ilk yarandıqda dərman vasitəsinin istifadəsi dayandırılmalıdır. Hamiləlik Hamiləliyin son dövrlərində, digər QSİƏP-la olduğu kimi, Tiyolak -ın tətbiqindən qaçınmaq lazımdır, çünki onların istifadəsi vaxtından əvvəl duktus arteriozusun (arterial axacağının) bağlanmasına səbəb ola bilər. Ehtiyat tədbirləri Ümumi Tiyolak -ın kortikosteroidləri əvəz edə bilməsi və ya kortikosteroid çatışmazlığınının müalicə edə bilməsi gözlənilmir. Kortikosteroidlərin birdən kəsilməsi xəstəliyin kəskinləşməsinə səbəb ola bilər. Uzunmüddətli kortikosteroid terapiyası qəbul edən xəstələrdə, kortikosteroidlər ilə müalicəni dayandırmaq qərarı qəbul edildikdə, müalicə tədricən dayandırılmalıdır. Tiyolak -ın (qızdırma və) iltihabın azaldılması kimi farmakoloji təsiri təxmin olunan qeyri- infeksion, ağrılı vəziyyətlərin fəsadlaşmalarının aşkar olunması üçün belə diaqnostik əlamətlərin istifadəsini azalda bilər. Qaraciyər təsiri Tiyolak daxil olmaqla QSİƏP-lar qəbul edən 15 %-ə qədər xəstələrdə bir və ya daha çox qaraciyərin funksional test nəticələrində yüksəlmə müşahidə oluna bilər. Bu qeyri-normal laborator göstəricilər inkişaf edə, dəyişilməmiş qala və ya müalicənin davamı ilə keçici ola bilər. QSİƏP-ın istifadəsi ilə klinik tədqiqatlarda xəstələrin təxminən 1 %-ində ALT və ya AST səviyyələrinin əhəmiyyətli dərəcədə yüksəlməsi (normanın yuxarı həddindən təxminən üç və ya daha çox dəfə artıq) qeyd olunmuşdur. Bundan əlavə, bəziləri fatal nəticə ilə olan sarılıq və fatal fulminant hepatit, qaraciyər nekrozu və qaraciyər çatışmazlığı daxil olmaqla, nadir qaraciyər reaksiyaları halları haqqında qeydlər olmuşdur. Qaraciyər çatışmazlığı simptomlar və/və ya əlamətləri ilə xəstələr və ya anormal qaraciyər sınaqlarının əmələ gəldiyi xəstələrdə, Tiyolak ilə müalicə qəbul etdikdə daha ağır dərəcəli qaraciyər reaksiyasının inkişafına dair hallara görə qiymətləndirilməlidirlər. Əgər qaraciyər xəstəliyinə aid klinik əlamətlər və simptomlar inkişaf edərsə və ya sistem təzahürlər yaranarsa (məsələn, eozinofiliya, səpgilər və s.), Tiyolak dərman vasitəsinin qəbulu dayandırılmalıdır. Hematoloji təsirlər Tiyolak daxil olmaqla QSİƏP-lar qəbul edən xəstələrdə bəzi hallarda anemiya müşahidə olunur. Bu, mayenin orqanizmdə ləngiməsi, mədə-bağırsaq traktında baş verə bilən və ya geniş qan itkisi və ya eritropoez üzərində izah edilməmiş bir təsirlə bağlı ola bilər. Tiyolak da daxil olmaqla, QSİƏP-lar ilə uzunmüddətli müalicə qəbul edən xəstələrdə anemiya əlamətləri və ya simptomları müşahidə olunduqda, hemoqlobin və ya hematokritin səviyyəsi yoxlanılmalıdır. QSİƏP-lar trombositlərin aqreqasiyasını inhibə edirlər və bəzi xəstələrdə qanaxma müddətininin uzanması nümayiş olunmuşdur. Aspirindən fərqli olaraq, onların trombosit funksiyasına təsirləri kəmiyyət baxımından azdır, daha qısamüddətlidir və bərpa olunabiləndir. Xəstələrə mənfi təsir göstərə bilən trombosit funksiyasındaki dəyişikliklər, məsələn qan laxtalanmasının pozulması olan və ya antikoaqulyant qəbul edənlər, Tiyolak qəbul edərkən, bu xəstələr diqqətlə nəzarət edilməlidirlər. Öncədən mövcud olan astma Astması olan xəstələrdə aspirinə həssas astma yarana bilər. Aspirinə həssas astmalı xəstələrdə aspirinin istifadəsi ağır dərəcəli bronxospazmla əlaqəlidir, bu isə ölümlə nəticələnə bilər. Aspirinə həssas olan belə xəstələrdə aspirin və digər qeyri-steroid iltihabəleyhinə dərman vasitələri arasında bronxospazm daxil olmaqla, o cümlədən çarpaz həssaslıq reaktivliyi qeyd olunduğu üçün Tiyolak aspirinə qarşı həssaslığı olan bu xəstələrə tətbiq edilməməlidir və mövcud olan astmalı xəstələrdə ehtiyatla istifadə edilməlidir. Laborator sınaqlar Xəbərdarlıq simptomları olmadan mədə-bağırsaq traktında ağır dərəcəli xoralar və qanaxma yarana bilməsi səbəbindən həkimlər mədə-bağırsaq traktının qanaxma əlamətləri və ya simptomlarına nəzarət etməlidirlər. QSİƏP-lar ilə uzunmüddətli müalicə qəbul edən xəstələrdə QÜA və kimya profili mütəmadi olaraq yoxlanmalıdır. Qaraciyər və ya böyrək xəstəliyinə aid klinik əlamətlər və simptomlar inkişaf edərsə sistem kəskinləşmələr yarandıqda (məsələn, eozinofiliya, səpgilər və s.) və ya qaraciyər testlərinin qeyri-normal nəticələri davam edərsə və ya pisləşərsə, Tiyolak -ın qəbulu dayandırılmalıdır. Bu dərman vasitəsinin bir tabletinin tərkibində 1 mmol-dan az natrium (23 mq) mövcuddur, bu isə əsasən “tərkibində natrium olmayan” deməkdir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Etodolak ilə bağlı digər dərmanlarla qarşılıqlı əlaqə təsiri: AÇF-inhibitorları QSİƏP-ın AÇF-inhibitorlarının antihipertenziv təsirini azaltdığı haqqında hesabatlarda göstərilmişdir. AÇF-inhibitorları ilə birlikdə QSİƏP-ını qəbul edən xəstələrdə bu qarşılıqlı əlaqə təsirlər nəzərə alınmalıdır. Aspirin Tiyolak aspirinlə birlikdə tətbiq edildikdə, sərbəst etodolakın klirensinin pozulmamasına baxmayaraq, onun zülallarla bağlanması azalmışdır. Bu qarşılıqlı əlaqənin klinik əhəmiyyəti məlum deyil; lakin digər QSİƏP-la olduğu kimi, etodolak və aspirinin birgə tətbiqi mənfi təsirlərin artma potensialı səbəbindən tövsiyə olunmur. Furosemid Klinik tədqiqatlar, habelə post marketinq müşahidələr zamanı, Tiyolak -ın bəzi xəstələrdə furosemid və tiazidlərin natriuretik təsirini azaltmışdır. Bu böyrək prostaqlandinlərinin sintezinin inhibə olunmasına cavab reaksiyasıdır. QSİƏP ilə birgə müalicə zamanı xəstələr böyrək çatışmazlığı əlamətlərinə görə diqqətli şəkildə nəzarət olunmalıdırlar və diuretik təsir təmin olunmalıdır. Litium QSİƏP-lar plazmada litiumun səviyyəsini yüksəldirlər və böyrəklərlə litiumun xaric olunmasını azaldırlar. Litiumun minimal konsentrasiyasının orta göstəricisi 15 % artmış olur və böyrəklərlə eliminasiyası təxminən 20 % azalmış olur. Bu effektlər böyrək prostoqlandinlərin sintezinin QSİƏP təsiri nəticəsində inqibə olunması ilə əlaqəlidir. Beləliklə, QSİƏP-la yanaşı Litium preparatların istifadəsi zamanı mütləq litiumun toksikliy səviyyəsi nəzarətdə saxlanılmalıdır. Metotreksat QSİƏP metotreksat ilə birgə tətbiq edildikdə ehtiyatlı olmaq lazımdır. Varfarin Varfarin və QSİƏP-in mədə-bağırsaq qanaxmalarına təsiri sinergikdir, beləliklə, hər iki dərman vasitəsinin eyni zamanda istifadə edənlər, dərmanları təklikdə istifadə edənlərdən nisbətən daha yüksək mədə-bağırsaq qanaxma riskinə malikdirlər. Ürək qlikozidləri QSİƏP-lar ürək çatışmazlığını daha da kəskinləşdirir, YFS (yumaqcıq filtrasiya sürətini) azaldır və plazmada qlikozidlərin səviyyəsini yüksəldə bilər. Siklosporin Siklosporin ilə əlaqəli nefrotoksisiklik arta bilər. Fenilbutazon və probenesid Fenilbutazon və probenesid etodolak əlavə təsirlər riskini artıra bilər. Antikoaqulyant dərman vasitələri (məsələn, varfarin, heparin) və serotoninin geri udulma selektiv inhibitorları (SGUİ) (məsələn, fluoksetin) qastrointestinal qanaxma riskini artıra bilərlər. Kortikosteroidlər Mədə-bağırsaq qanaxma riski arta bilər. Takrolimus QSİƏP-lar takrolimus ilə birlikdə istifadə edildikdə, nefrotoksiklik riskini artırmaqları ehtimal olunur. Zidovudin QSİƏP-lar zidovudinlə birlikdə istifadə olduqda hematoloji toksiklik riskini artırır. Mifepriston QSİƏP-lar mifepristonun tətbiqindən sonra 8-12 gündən tez olmayaraq istifadə edilməməlidir, çünki QSİƏP-lar mifepristonun təsirini azalda bilər. Xinolon qrupundan olan antibiotiklər Heyvanlar üzərində alınmış məlumatlar göstərmişdirlər ki, yüksək dozalarda xinolonlar QSİƏP- larla birgə istifadə olunduqda konvulsiyaların yaranma riskini artıra bilər. Buna görə QSİƏP-ları və xinolon qrupundan olan antibiotikləri birgə istifadə edərkən konvulsiyaların yaranma riski artır. Dərman/Laborator sınaqlar ilə qarşılıqlı əlaqə təsiri Etodolak qəbul edən xəstələrdə etodolakın fenol metabolitlərinin mövcud olması səbəbindən sidik bilirubininə (urobilin) qarşı yanlış müsbət reaksiya verə bilər. Etodolak ilə müalicə plazmada sidik turşusu səviyyələrinin azalması ilə əlaqələndirilmişdir. Tiokolxikozid ilə əlaqəli qarşılıqlı əlaqə təsirləri Son klinik təcrübəni nəzərə alaraq, tiokolxikozid qeyri-steroid iltihabəleyhinə dərman vasitələri, fenilbutazon, nevritin müalicəsində istifadə olunan dərman vasitələri və analgetiklər, anabolik steroidlər, sakitləşdiricilər, barbituratlar və süksinilxolin kimi preparatlarla uğurlu və təhlükəsiz şəkildə təyin olunmuşdur. Əzələ sisteminə boşaldıcı təsir göstərən diqər dərman vasitələri ilə birgə tiokolxikozidin qəbulu, onların bir-birinin təsirlərini artıra biləcəyi səbəbindən tövsiyə olunmur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik kateqoriyası X’dir. Hamiləlik Hamiləlik dövründə və reproduktiv dövrdə olan qadınlarda effektiv kontraseptiv üsullar istifadə olunmadıqda, əks göstərişdir. Prostaqlandin sintezini inhibə edən digər preparatlarla olduğu kimi, QSİƏP-ların istifadəsi ilə heyvanlar üzərində aparılan tədqiqatlarda teratogenik təsirlər müşahidə olunmuşdur. Etodolakın hamilə qadınlarda doğum və doğuş prosesinə təsiri məlum deyil. Hamiləliyin gec mərhələlərində, üçüncü trimestrdə, digər QSİƏP -lar üçün olduğu kimi, arterial axacağın vaxtından əvvəl bağlanmasına səbəb ola bildiyi üçün etodolakın istifadəsindən qaçınılmalıdır. Laktasiya Tiokolxikozid ana südünə nüfuz etməsi səbəbindən ana südü ilə qidalandırma zamanı Tiyolak – ın istifadə olunması əks göstərişdir. Fertillik Etodolak: Etodolak erkək və dişi sıçanlarında 16 mq/kq (94 mq/m ) peroral dozaya kimi qəbul zamanı fertilliyin azalmasını nümayiş etdirməmişdir. Bununla birlikdə, mayalanmış yumurtalarının implantasiyası 8 mq/kq doza qrupunda azalmışdır. Tiokolxikozid: Siçovullar üzərində aparılan fertillik tədqiqatında 12 mq/kq-a qədər olan dozalarda, doza səviyyələrində heç bir klinik effekt verməyən, fertilliyin pozulması olmamışdır. Tiokolxikozid və onun metabolitləri müxtəlif konsentrasiya səviyyələrində anogenik təsir göstərirlər ki, bu da insanlarda fertilliyin pozulması üçün risk faktorudur. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Tiyolak başgicəllənmə, yorğunluq və ya görmə pozğunluğu yarada bilər. Nadir hallarda tiokolxikozidin təsiri nəticəsində əmələ gələn yuxululuq halları qeyd olunmuşdur. Xəstələr nəqliyyat vasitələrini istifadə etməzdən əvvəl preparatın bu kimi təsirlərə malik olması haqqında xəbərdar edilməlidir.
İstifadə qaydası və dozası
Dozalanma Digər QSİƏP-da olduğu kimi, hər bir xəstə üçün ən aşağı doza tövsiyə olunmalıdır. Böyüklərdə 1 örtüklü tablet gündə maksimum 2 dəfə istifadə olunur (hər 12 saatdan bir). Müalicənin ümumi müddəti 7 ardıcıl gün ilə məhdudlaşdırılır. Xüsusi əhali üçün əlavə məlumat Böyrək çatışmazlığı ilə xəstələr: Etodolakın farmakokinetikası böyrək çatışmazlığı olan xəstələr üzərində yoxlanılmamışdır. Etodolak qəbulundan sonra etodolakın böyrəklərlə klirensi yüngül və ya orta dərəcəli böyrək çatışmazlığı (kreatinin klirensi, 37-88 ml/dəq) olduqda dəyişməmişdir. Baxmayaraq ki, etodolakın metabolitlərinin əsas xaric olma yolu böyrəklər vasitəsilədir, yüngül və orta dərəcəli böyrək çatışmazlığı ilə xəstələrdə doza tənzimlənməsi vacib deyil. Ağır dərəcəli böyrək çatışmazlığı olan xəstələrdə Etodolakın plazma zülalları ilə bağlanması azalır. Etodolak belə xəstələrdə ehtiyatla istifadə olunmalıdır, çünki digər QSİƏP-la olduğu kimi, bəzi xəstələrdə s böyrək funksiyası pozula bilər. Hemodializ xəstələrində Etodolak qandan əhəmiyyətli dərəcədə xaric olunmur. Qaraciyər çatışmazlığı ilə xəstələr: Etodolakın farmakokinetikası qaraciyər çatışmazlığı olan xəstələr üzərində yoxlanılmamışdır. Xronik qaraciyər xəstəlikləri olan xəstələrdə dozanın tənzimlənməsi ümumiyyətlə tələb olunmasa da, etodolak klirensi qaraciyər funksiyasından asılıdır və ağır dərəcəli qaraciyər çatışmazlığı olan xəstələrdə azala bilər. Uşaqlar: Təhlükəsizlik baxımından 16 yaşdan kiçik xəstələrdə istifadə olunmur. Heriatrik əhali (yaşlılar): Yaşlılarda doza tənzimlənməsinin aparılması lazım deyil Yaşlı xəstələrdə mənfi reaksiyaların riski yüksəkdir. Ən aşağı effektiv doza istifadə edərək, simptomları nəzarət etmək üçün ən qısa vaxt tələb olunur, mümkün olan minimal əlavə təsirlər azaldıla bilər. QSİƏP-la müalicə zamanı xəstələr mədə- bağırsaq qanaxmasının yaranma riskinə görə ciddi nəzarət olunmalıdırlar. Böyrək və qaraciyər funksiyalarının yaşla azalması nəzərə alınmalıdır. Qəbul qaydası Yalnız peroral istifadə üçün nəzərdə tutulub. Örtüklü tablet yeməkdən sonra su ilə qəbul edilməlidir.
Əlavə təsirləri
Bütün dərmanlarla olduğu kimi, Tiyolak -ın tərkibində olan maddələrə qarşı həssas insanlarda əlavə təsirlər yarana bilər. “Əlavə təsirlər” bölməsində istifadə olunan rast gəlmə tezlikləri: çox tez-tez (≥ 1/10), tez-tez (≥ 1/100-dən < 1/10-dək), bəzən (≥ 1/1000-dən < 1/100-dək), nadir (≥ 1/10000-dən < 1/1000- dək); çox nadir (< 1/10000). Etodolak Qan və limfatik sistem pozğunluqları Bəzən: Ekximoz, anemiya, trombositopeniya, qanaxma vaxtının artması, aqranulositoz, hemolitik anemiya, leykopeniya, neytropeniya, pansitopeniya. Metabolizm və qidalanma pozğunluqları Bəzən: Ödem, plazmada kreatinin səviyyəsinin yüksəlməsi, daha əvvəllər nəzarət edilən diabet ilə xəstələrdə hiperqlikemiya, bədən kütləsinin dəyişməsi, dad hissiyatının pozulması. Sinir sistemi pozğunluqları Tez-tez: Asteniya/yorğunluq, başgicəllənmə, depressiya, qıcıqlanma. Bəzən: Yuxusuzluq, yuxululuq, paresteziya, şüurun qarışıqlığı. Görmə pzoğunluqları Tez-tez: Bulanıq görmə. Bəzən: Fotofobiya, görmə qabiliyyətinin keçici pozulması, konyunktivit. Eşitmə orqanının funksiyasının pozulması Tez-tez: Tinnitus. Bəzən: Karlıq. Ürək-damar sistemi xəstəlikləri Bəzən: Hipertoniya, kongestiv ürək çatışmazlığı, üzün hiperemiyası, palpitasiya, bayılma, vaskulit (o cümlədən nekrozlaşan və allergik), aritmiya, miokard infarktı, serebrovaskulyar xəstəliklər Tənəffüs, döş qəfəsi və orta divar orqanları tərəfindən pozulmalar Bəzən: Astma, eozinofiliya ilə müşayiət olunan ağciyərlərin infiltrasiyası, bronxit, təngənəfəslik, faringit, rinit, sinusit. Mədə-bağırsaq xəstəliklər Tez-tez: Dispepsiya, abdominal ağrı, ishal, meteorizm, ürəkbulanma, qəbizlik, qastrit, melena, qusma. Bəzən: Susuzluq, ağızda quruluq, xoralı stomatit, anoreksiya, eruktasiya, duodenit, peptik xora xəstəliyi və/və ya qanaxma ilə olan və ya olmayan perforasiya, bağırsaq xorası, pankreatit, kardiospazmlı və kardiospazmsız ezofaqit, kolit. Hepatobiliar xəstəliklər Bəzən: Qaraciyər fermentlərinin səviyyəsinin yüksəlməsi, xolestatik hepatit, hepatit, xolestatik sarılıq, sarılıq, qaraciyər çatışmazlığı, qaraciyər nekrozu. Dəri və dərialtı toxuma xəstəlikləri Tez-tez: Qaşınma, səpgi. Bəzən: Angioödem, tərləmə, övrə, vezikulobullyoz səpgilər, purpura ilə dəri vaskuliti, Stivens- Conson sindromu, toksiki epidermal nekroliz, çoxformalı eritema, hiperpiqmentasiya, alopesiya, makulo-papulyar səpgilər, işığa qarşı həssaslıq, dərinin soyulması. Böyrək və sidik çıxarıcı orqanların funksiyasının pozulması Tez-tez: dizuriya , tezləşmiş diurez. Bəzən: QSCA-un səviyyəsinin yüksəlməsi, böyrək çatışmazlığı, böyrək papilyar nekrozu, sistit, hematuriya, böyrək kalsifikasiyası, interstisial nefrit, qeyri-müntəzəm uşaqlıq qanaxmaları. Ümumi pozğunluqlar Tez-tez: Titrətmə və qızdırma. Bəzən: Allergik reaksiya, anafilaktik/anafilaktoid reaksiyalar (şok daxil olmaqla), infeksiyalar, baş ağrısı. Tiokolxikozid İmmun sistemi xəstəlikləri Nadir: Pruritus, övrə, angionevrotik ödem kimi anafilaktik reaksiyalar. Çox nadir: Anafilaktik şok. Sinir sistemi xəstəlikləri Nadir: Yuxululuq, vazovagal bayılma, şüurun müvəqqəti itirilməsi vəziyyəti və ya həyəcan. Ürək-damar sistemi xəstəlikləri Nadir: Hipotenziya. Mədə-bağırsaq sistemi xəstəlikləri Nadir: Diareya, qastralgiya, ürəkbulanma, qusma. Dəri və dərialtı toxuma xəstəlikləri Nadir: Allergik dəri reaksiyaları. ARZUOLUNMAZ TƏSİRLƏR MÜŞAHİDƏ ETDİYİNİZ HALDA HƏKİMİNİZƏ MÜRACİƏT EDİN!
Doza həddinin aşılması
Tiyolak ilə əlaqəli doza həddinin aşılması sindromu qeyd olunmamışıdır. Etodolak Simptomları QSİƏP-la əlaqəli kəskin doza həddinin aşılmasından sonra simptomlar adətən letargiya, yuxululuq, qusma, ürəkbulanma,epiqastral nahiyədə ağrı ilə məhdudlaşır və dəstəkləyici müalicə tövsiyə olunur. Mədə-bağırsaq qanaxması baş verə bilər. Nadir hallarda, hipertenziya, kəskin böyrək çatışmazlığı, tənəffüs çatışmazlığı və koma baş verə bilər, lakin anafilaktoid reaksiyalar QSİƏP- la terapevtik müalicə zamanı qeyd olunmuşdur və doza həddinin aşılmasından sonra da yarana bilərlər. Müalicəsi QSİƏP-la kəskin doza həddinin aşılması dəstəkləyici müalicə ilə aradan qaldırılır. QSİƏP-la doza həddinin aşılması ilə xəstələr simptomatik və dəstəkləyici tədbirlərlə müalicə olunmalıdırlar. Xüsusi antidotlar mövcud deyil. Dərman vasitəsinin qəbulundan 4 saat ərzində qeyd olunan simptomlar müşahidə edilən xəstələrə və ya yüksək doza (adi dozadan 5-10 dəfə yüksək) qəbulundan sonra qusma və/və ya aktivləşdirilmiş kömür (60-100 q böyüklərdə, uşaqlarda 1- 2 q/kq) və/və ya osmotik işlədici vasitə təyin oluna bilər. Gücləndirilmiş diurez, sidiyin qələviləşdirilməsi, hemodializ və ya hemoperfuziya zülallarla yüksək səviyyədə bağlanma səbəbindən faydalı olmaya bilər. Tiokolxikozid Simptomlar: Tiokolxikozid ilə müalicə qəbul edən xəstələrdə doza həddinin aşılmasının xüsusi simptomları qeyd olunmamışdır. Müalicə: Tiokolxikozid ilə doza həddinin aşılması hallarında, tibbi müayinə və simptomatik ehtiyat tədbirləri tövsiyə olunur.
Buraxılış forması
Tiyolak 500 mq/8 mq örtüklü tabletlər. 14 örtüklü tablet, blisterdə. 1 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25 ºC-dən aşağı temperaturda orijinal qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Sancaklar 81100 Düzce/Türkiye. Lisenziya sahibi Ümraniye 34768 İstanbul/Türkiye.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.