TIVORTIN 100 ML SISTEM
| Dərman forması | İnfüziya məhlulu |
|---|---|
| Farmakoloji təsir | Qanəvəzedici və perfuzion məhlullar. Vena daxilinə istifadə üçün əlavə məhlullar. Amin turşuları. Arginin hidroxlorid |
| İstehsal ölkəsi | Ukrayna |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
13,00 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
TİVORTİN infuziya üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: L-Arginine hydrochloride
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 42 mq arginin hidroxlorid (100 ml məhlulun tərkibində 20 mmol arginin və 20 mmol xloridlər) vardır. Köməkçi maddələr: inyeksiya üçün su.
Təsviri
Şəffaf, rəngsiz və ya zəif sarımtıl-qəhvəyi rəngli mayedir; pH göstəricisi 5,0-6,5. Nəzəri osmolyarlığı 398,7 mosmol/l.
Farmakoterapevtik qrupu
Qanəvəzedici və perfuzion məhlullar. Vena daxilinə istifadə üçün əlavə məhlullar. Amin turşuları. Arginin hidroxlorid. ATC kodu: B05XB01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Arginin (α-amin-δ-quanidinvalerian turşusu) – şərti olaraq, əvəzolunmayan amin turşuları sinfinə aid edilən amin turşusudur və orqanizmin həyati vacib çoxsaylı funksiyalarının aktiv və hərtərəfli hüceyrə tənzimləyicisi olub, orqanizm kritik vəziyyətə düşdüyü halda, əhəmiyyətli protektor effektlər nümayiş etdirir. Tivortin preparatı antihipoksik, membranstabilləşdirici, sitoprotektor, antioksidant, antiradikal, dezintoksikasiyaedici aktivlik nümayiş etdirir, özünü aralıq mübadilənin və enerji təminatı proseslərinin aktiv tənzimləyicisi kimi biruzə verir, orqanizmin hormonal balansının dəstəklənməsində müəyyən rol oynayır. Məlumdur ki, arginin qanda insulinin, qlükaqonun, somatotrop hormonun və prolaktinin miqdarını artırır; prolinin, poliaminin, aqmatinin sintezində iştirak edir; fibrinogenoliz və spermatogenez proseslərinə daxil olur; membrandepolyarizəedici təsir göstərir. Arginin qaraciyərdə sidik cövhəri sintezi siklində iştirak edən əsas substratlardan biridir. Preparatın hipoammoniumemik effekti ammonyakın sidik cövhərinə çevrilməsinin aktivləşdirilməsi yolu ilə reallaşır. Antioksidant, antihipoksik və membranstabilləşdirici aktivliyi sayəsində preparatın hepatoprotektor təsiri meydana çıxır, hepatositlərdə enerji təminatı proseslərinə müsbət təsir göstərir. Tivortin preparatı endoteliositlərdə azot oksidin sintezini katalizə edən NO-sintaza fermentinin substratıdır. Preparat quanilatsiklaza fermentini aktivləşdirir və damarların endoteli qişasında siklik quanozinmonofosfatın (sQMF) səviyyəsini yüksəldir, leykositlərin və trombositlərin aktivləşməsini və damarların endoteli qişasına adgeziyasını aşağı salır, VCAM-1 və MCP-1 adgeziya proteinlərinin sintezini tormozlayır və bununla, aterosklerotik piləklərin əmələ gəlməsinin və inkişaf etməsinin qarşısını alır, damar divarlarının güclü vazokonstriktoru və saya miositlərinin proliferasiyasının və miqrasiyasının güclü stimulyatoru olan endotelin-1-in sintezini tormozlayır. Həmçinin, Tivortin preparatı oksidativ stressin güclü endogen stimulyatoru olan asimmetrik dimetilargininin sintezini tormozlayır. Preparat, T-hüceyrələri hasil edən çəngələbənzər (timus) vəzinin fəaliyyətini stimullaşdırır, fiziki yüklənmə zamanı qanda qlükozanın miqdarını tənzimləyir. Turşu əmələ gətirən təsir göstərir və turşu-qələvi tarazlığının korreksiyasına səbəb olur. Farmakokinetikası Fasiləsiz venadaxili infuziya aparıldıqda, qan plazmasında arginin hidroxloridin maksimal konsentrasiyası preparatın yeridilməsi başladıqdan 20-30 dəqiqə sonra müşahidə olunur. Tivortin preparatı plasentar baryerdən keçir, böyrək yumaqcıqlarında filtrasiya olunur, lakin, preparatın demək olar ki, tam reabsorbsiyası böyrək borucuqlarında qeyd olunur.
İstifadəsinə göstərişlər
Metabolik alkaloz, hiperammoniumemiya, ürək və baş beyin damarlarının aterosklerozu, periferik damarların aterosklerozu, o cümlədən, növbələnən axsaqlıq təzahürləri ilə müşayiət olunan periferik damarların aterosklerozu, diabetik angiopatiya, arterial hipertenziya, xroniki ürək çatışmazlığı, hiperxolesterinemiya, ağciyərlərin xroniki obstruktiv xəstəlikləri, ağciyər hipertenziyası, dölün inkişafının ləngiməsi və preeklampsiya – kompleks müalicənin tərkibində.
Əks göstərişlər
Preparata qarşı yüksək həssaslıq. Böyrək funksiyalarının ağır dərəcəli pozğunluqları, hiperxloremik asidoz; anamnezdə allergik reaksiyaların qeyd olunması; kaliumtutucu diuretiklərin və eləcədə, spironolaktonun istifadəsi. Miokard infarktı (o cümlədən, anamnezdə).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə infuziyaya başlamazdan əvvəl diurezə və dərman preparatının hiperkaliemiyanın meydana çıxmasına səbəb ola bilməsini nəzərə alaraq, qan plazmasında kaliumun səviyyəsinə nəzarət etmək lazımdır. Endokrin vəzilərin funksiyaları pozulduğu hallarda preparatı ehtiyatla istifadə etmək lazımdır. Tivortin preparatı insulinin və boy hormonunun sekresiyasını stimullaşdıra bilər. Ağızda quruluq meydana çıxdığı halda, qanda şəkərin səviyyəsini yoxlamaq vacibdir. Elektrolit mübadiləsi pozğunluqları qeyd olunduqda və böyrək xəstəlikləri zamanı preparatı ehtiyatla istifadə etmək lazımdır. Preparatın istifadəsi fonunda asteniya simptomları inkişaf etdiyi halda, müalicəni dayandırmaq lazımdır. Stenokardiyadan əziyyət çəkən pasiyentlərdə preparatı ehtiyatla istifadə etmək lazımdır. Uyuşmazlığı Preparatın tiopental ilə birlikdə istifadəsi uyğun deyil. Pediatriyada istifadəsi Preparatı 3 yaşdan yuxarı uşaqlarda istifadə etmək olar.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Tivortin preparatından istifadə etdikdə nəzərə almaq lazımdır ki, hazırda və ya bir müddət əvvəl spironolaktondan istifadə edən böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə preparat şiddətli və davamlı hiperkaliemiyanın meydana çıxmasına səbəb ola bilər. Həmçinin, əvvəlcədən kaliumtutucu diuretiklərin istifadəsi, qanda kaliumun konsentrasiya səviyyəsinin yüksəlməsinə gətirib çıxara bilər. Preparatı aminofillinlə eyni zamanda istifadə etdikdə, qanda insulinin səviyyəsi yüksələ bilər. Argininin tiopental ilə birlikdə istifadəsi uyğun deyil.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparat plasentadan keçir və bu səbəbdən hamiləlik dövründə preparatın istifadəsi yalnız, onun ana üçün gözlənilən faydası döl üçün potensial riskdən üstün olduğu hallarda mümkündür. Dərman preparatının laktasiya dövründə istifadəsi barədə heç bir məlumat yoxdur. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatın başgicəllənməyə səbəb ola bilməsini nəzərə alaraq, nəqliyyat vasitəsini və ya digər potensial təhlükəli mexanizmləri idarə etdikdə, ehtiyat tədbirlərinə riayət etmək lazımdır.
İstifadə qaydası və dozası
Preparatı vena daxilinə damcı üsulu ilə ilk 10-15 dəqiqə müddətində dəqiqədə 10 damcı sürəti ilə yeritmək lazımdır, sonra isə preparatın yeridilmə sürətini dəqiqədə 30 damcıya qədər artırmaq olar. Preparatın sutkalıq dozası – 100 ml məhlul təşkil edir. Mərkəzi və periferik damarlarda qan dövranının ağır dərəcəli pozğunluqları qeyd olunduqda, şiddətli intoksikasiya əlamətləri, hipoksiya, astenik vəziyyətlər müşahidə olunduğu hallarda preparatın dozasını sutkada 200 ml-ə qədər artırmaq olar. İnfuziya üçün məhlulun maksimal yeridilmə sürəti 20 mmol/saatdan yüksək olmamalıdır. 12 yaşa qədər uşaqlar üçün preparatın dozası – bədən kütləsinin hər 1 kq-na sutkada 5-10 ml təşkil edir. Metabolik alkalozun müalicəsi üçün preparatın dozasını aşağıda göstərilən qayda ilə hesablamaq olar: arginin hidroxlorid (mmol) _________________________________ 0,3 bədən kütləsi (kq) qələvi qalığı (Be) (mmol/l) Preparatın orqanizmə yeridilməsini hesablanmış dozanın yarısından başlamaq lazımdır. Yenilənmiş turşu-qələvi balansının nəticələri əldə olunduqdan sonra, əlavə korreksiyanın aparılması mümkündür.
Əlavə təsirləri
Ümumi pozğunluqlar: hipertermiya, istilik hissi, bədəndə sızıltılı ağrılar. Sümük-əzələ sistemində baş verən pozğunluqlar: oynaq ağrıları. Həzm traktında baş verən pozğunluqlar: ağızda quruluq, ürəkbulanma, qusma. Dəridə və dərialtı toxumalarda baş verən pozğunluqlar: hiperemiya daxil olmaqla, yeridilmə nahiyəsində dəyişikliklər, qaşınma, akrosianoza qədər inkişaf edən dəri solğunluğu. İmmun sistemdə baş verən pozğunluqlar: anafilaktik şok, səpgilər, övrə, angionevrotik ödem daxil olmaqla, hiperhəssaslıq reaksiyaları. Tənəffüs sistemində, döş qəfəsi və divararası orqanlarda baş verən pozğunluqlar: təngnəfəslik. Ürək-damar sistemində baş verən pozğunluqlar: arterial təzyiqin dəyişməsi, ürək ritminin dəyişməsi, ürək nahiyəsində ağrı. Sinir sistemində baş verən pozğunluqlar: baş ağrısı, başgicəllənmə, qorxu hissi, zəiflik, qıcolmalar, tremor – əksər hallarda, preparatın yeridilmə sürəti artırıldıqda. Laborator göstəricilər: hiperkaliemiya. Ehtimal edilən əlavə reaksiyalar barədə məlumatlar Dərman preparatının istifadəsi nəticəsində arzuolunmayan reaksiyalar meydana çıxdıqda, tibb işçisinə, əczaçıya və ya bilavasitə dərman preparatlarının qeyri-effektivliyi barədə məlumatlar daxil olmaqla, dərman preparatlarının arzuolunmayan reaksiyaları (təsirləri) barədə məlumatlar bazasına məlumat vermək lazımdır. Bundan əlavə, məlumatları [email protected] elektron ünvanına göndərmək və ya (+99412) 596-07- 12 telefon nömrəsinə müraciət etmək mümkündür.
Doza həddinin aşılması
Simptomları: böyrək çatışmazlığı, hipoqlikemiya, metabolik asidoz. Müalicəsi: Preparatın istifadəsi nəticəsində doza həddinin aşılması qeyd olunduğu halda, preparatın infuziyasını dayandırmaq lazımdır. Fizioloji reaksiyaların monitorinqini və orqanizmin həyati funksiyalarının dəstəklənməsini aparmaq lazımdır. Zərurət yarandığı halda, qələviləşdirici preparatlardan və diurezi normalaşdıran preparatlardan (saluretiklərdən), elektrolit məhlullarından (0,9%-li natrium xlorid məhlulundan, 5%-li qlükoza məhlulundan) istifadə etmək lazımdır. Simptomatik müalicə təyin olunmalıdır.
Buraxılış forması
100 ml məhlul, şüşə flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
“Yuriya-Farm” MMC. Ünvan Ukrayna, 18030, Çerkassk vilayəti, Çerkassı şəh., Kobzarskaya küç., 108. Tel.: +38 (044) 281-01-01.
Qeydiyyat vəsiqəsinin sahibi
“Yuriya-Farm” MMC. Ünvan Ukrayna, 03680, Kiyev şəh., N. Amosov küç., 10.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.