TETRACIKLIN 3% 15 GR MELHEM SINTEZ
| Dərman forması | Məlhəm |
|---|---|
| Farmakoloji təsir | Antibiotik-tetrasiklin |
| İstehsal ölkəsi | Rusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
1,80 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
TETRASİKLIN-AKOS 3% xaricə istifadə üçün məlhəm TETRACYCLINE-AKOS Beynəlxalq patentləşdirilməmiş adı: Tetracycline
Tərkibi
Təsiredici maddə: 100 q məlhəmin tərkibində 3 q tetrasiklin hidroxlorid (tetrasiklin hesabı ilə) vardır. Köməkçi maddələr:susuz lanolin, neftdən alınan bərk parafinlər, serezin, natrium disulfit (natrium pirosulfat, natrium metabisulfit), vazelin.
Təsviri
Sarı rəngli məlhəmdir.
Farmakoterapevtik qrupu
Antibiotik-tetrasiklin. ATC kodu: D06AA04.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Tetrasiklinlər qrupundan olan geniş təsir spektrinə malik bakteriostatik antibiotikdir. Nəqledici RNT və ribosom arasındakı kompleksin yaranmasını pozur ki, bu da zülal sintezinin pozulmasına səbəb olur. Qrammüsbət (Staphylococcus spp., o cümlədən penisillinaza hasil edən; Streptococcus spp. (o cümlədən Streptococcus pneumoniae); Haemophilus influenzae, Listeria spp., Bacillus anthracis) və qrammənfi (Neisseria gonorrhoeae, Bordetella pertussis, Escherichia coli, Enterobacter spp., Klebsiella spp., Salmonella spp., Shigella spp.), mikroorqanizmlərə, eləcə də Rickettsia spp., Chlamydia spp., Mycoplasma spp., Treponema spp. qarşı aktivdir. Pseudomonas aeruginosa, Proteus spp., Serratia spp., Bacteroides spp.-nin əksər ştammlarına və göbələklərə, kiçik viruslara, A qrupu beta-hemolitik streptokokklara (Streptococcus pyogenes- in 44% ştammları və Streptococcus faecalis-in 74 % ştammalrı daxil olmaqla) qarşı qeyri- aktivdir. Farmakokinetikası Sağlam dəriyə çəkdikdə, praktik olaraq sorulmur.
İstifadəsinə göstərişlər
– Yumşaq toxumaların irinli infeksiyası; – furunkulyoz; – infeksiyalaşmış ekzemalar; – səpgi, civzəli səpgi; – follikulit.
Əks göstərişlər
Xaricə istifadə üçün istifadə edilən Tetrasiklin-Akos prepratı aşağıdakı hallarda əks göstərişdir: – preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; – dərinin mikoz təbiətli zədələnməsi; – 11 yaşa qədər uşaqlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Dərin və ya yarılmış yaralarda, ağır yanıqlarda, oftalmologiyada (1%-li göz məlhəmindən istifadə edilir) istifadə edilməsi məsləhət görülmür. Nəzərə almaq lazımdır ki, xaricə istifadə üçün antibakterial dərman vasitələrinin istifadəsi orqanizmin yüksək həssaslıq reaksiyalarının inkişafı ilə müşayiət olunan sensibilizasiyasına səbəb ola bilər. 2 həftə müddətində pasiyentin səhhətində yaxşılaşma müşahidə edilmədikdə, həkimlə məsləhətləşmək lazımdır. 11 yaşa qədər uşaqlarda adekvat və ciddi nəzarət olunan tədqiqatlar aparılmayıb; bu kateqoriya pasiyentlər üçün doza müəyyən edilməyib.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Tetrasikli-Akos məlhəminin digər dərman vasitələri ilə əhəmiyyətli dərəcədə qarşılıqlı təsiri qeyd edilməmişdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Xaricə istifadə edilən Tetrasiklin-Akos məlhəmini hamiləlik və laktasiya dövründə istifadə etmək olmaz. Tetrasiklinin az miqdarda qan dövranınna və plasenta vasitəsilə dölə nüfuz etməsi mümkündür. Tetrasiklin məlhəminin təsiredici maddəsi ana südünə keçə bilər. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Təsvir edilməmişdir.
İstifadə qaydası və dozası
Xaricə istifadə edilir. Məlhəm gündə 1-2 dəfə dərinin zədələnmiş nahiyələrinə sürtülür (üstünə tənzif sarğı qoyula bilər).
Əlavə təsirləri
Аllergik reaksiyalar: yanma hissi, dərinin hiperemiyası, ödem və qıcıqlanmanın digər əlamətləri.
Doza həddinin aşılması
Doza həddinin aşılması barədə məlumat yoxdur.
Buraxılış forması
Xaricə istifadə üçün 3%-li məlhəm. 15 q məlhəm, tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25 °С-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi/İradları qəbul edən təşkilat “Sintez” Tibbi preparatlarının və ləvazimatların Kurqan Açıq Səhmdar Cəmiyyəti” Açıq Səhmdar Cəmiyyəti (“Sintez” ASC) Rusiya Federasiyası, 640008, Kurqan vilayəti, Kurqan ş., Konstitusiya pr., ev 7. Tel.:/Faks: (3522) 48-16-89. İnternet-sayt: http://www.kurgansintez.ru
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.