TETRACIKLIN 3 15 GR MAZ BIOSINTEZ
| Dərman forması | Məlhəm |
|---|---|
| Farmakoloji təsir | Antibiotik. Tetrasiklin |
| İstehsal ölkəsi | Rusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
1,80 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
TETRASİKLİN 3 % xaricə istifadə üçün məlhəm Beynəlxalq patentləşdirilməmiş adı: Tetracyclıne
Tərkibi
Təsiredici maddə: 100 q məlhəmin tərkibində 3,226 q tetrasiklin hidroxlorid vardır. Köməkçi maddələr: lanolin (susuz lanolin), serezin, natrium disulfit (natrium pirosulfit), vazelin. Qeyd:preparatın tərkibində tetrasiklin hidroxloridin miqdarı, quru maddə hesabı ilə 930 mkq/mq aktivliyi ilə ifadə olunmuşdur.
Təsviri
Sarı rəngli məlhəmdir.
Farmakoterapevtik qrupu
Antibiotik. Tetrasiklin. ATC kodu: D06АА04.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Tetrasiklin qrupuna daxil olan geniş təsir spektrinə malik bakteriostatik antibiotikdir. Preparatın təsirindən nəqledici RNT və ribosom arasında kompleksin əmələ gəlməsi pozulur ki, bu da zülal sintezinin tormozlanmasına gətirib çıxarır. Aşağıda göstərilən qrammüsbət Staphylococcus spp. (o cümlədən penisillinaza hasil edənlər), Streptococcus spp. (o cümlədən, Streptococcus pneumoniae), Haemophilus influenzae, Listeria spp., Bacillus anthracis mikroorqanizmlərə və qrammənfi Neisseria gonorrhoeae, Bordetella pertussis, Escherichia coli, Enterobacter spp., Klebsiella spp., Salmonella spp., Shigella spp. mikroorqanizmlərə, həmçinin Rickettsia spp., Chlamydia spp., Mycoplasma spp., Treponema spp. mikroorqanizmlərinə qarşı aktivdir. Aşağıda göstərilən mikroorqanizmlər preparatın təsirinə qarşı davamlıdır: Pseudomonas aerugi- nosa, Proteus spp., Serratia spp., Bacteroides spp. mikroorqanizmlərinin əksər ştammları, göbələklər, viruslar, A qrupu beta-hemolitik streptokokklar (Streptococcus pyogenes mikroorqa- nizmlərinin 44 % və Streptococcus faecalis mikroorqanizmlərinin 74 % ştammları daxil olmaqla). Farmakokinetikası Zədələnməmiş dəri üzərinə çəkildikdə, praktiki olaraq sorulmur.
İstifadəsinə göstərişlər
– yumşaq toxumaların irinli infeksiyaları; – furunkulyoz; – infeksiyalaşmış ekzemalar; – səpgilər, sızanaqlı səpgilər; – follikulit.
Əks göstərişlər
Hiperhəssaslıq, uşaqlar (yaşı 11-ə qədər).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Dərin və ya deşilmiş yaralarda, ağır dərəcəli yanıqlarda, oftalmologiyada (1 %-li göz məlhəmi istifadə olunur) istifadə etmək tövsiyə olunmur. nəzərə almaq lazımdır ki, xaricə istifadə etmək üçün antibakterial preparatların istifadəsi, yüksək həssaslıq reaksiyalarının inkişaf etməsi ilə müşayiət olunan, orqanizmin sensibilizasiyasına gətirib çıxara bilər. 2 həftə müddətində pasiyentin vəziyyəti yaxşılaşmadığı halda, həkimlə məsləhətləşmək lazımdır. 11 yaşa qədər uşaqlarda preparatın müvafiq və ciddi nəzarət olunan tədqiqatları aparılmayıb; bu kateqoriyadan olan pasiyentlər üçün dozalar müəyyən edilməyib.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Preparatı, tərkibində metal (alüminium, kalsium, maqnezium, bismut, manqan, sink, dəmir) ionları olan, xaricə istifadə etmək üçün preparatlarla birlikdə istifadə etmək tövsiyə olunmur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə, yalnız preparatın ana üçün faydası, döl və ya yenidoğulmuş uşaq üçün potensial riskdən yüksək olduğu hallarda təyin edilə bilər. Lakin, tetrasiklinin ana südünə nüfuz etməsi ehtimalını nəzərə alaraq, uzunmüddətli müalicə tələb olunduğu halda, ana südü ilə qidalanmanın dayandırılması barədə qərar qəbul etmək lazımdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparat, nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliy- yətinə, həmçinin yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən fəaliyyət ilə məşğul olmağa təsir göstərmir.
İstifadə qaydası və dozası
Xaricə istifadə olunur. Mələhəmi dərinin zədələnmiş sahələrinə sutkada 1-2 dəfə çəkmək lazımdır (okklüzion sarğının bağlanması mümkündür).
Əlavə təsirləri
Allergik reaksiyalar: yanğı hissi, dərinin hiperemiyası, ödem və qıcıqlanmanın digər əlamətləri.
Doza həddinin aşılması
Simptomları: preparatı dərinin geniş sahələri üzərində səhv və ya uzunumüddətli istifadə etdikdə, əlavə təsirlərin güclənməsi mümkündür. Müalicəsi: simptomatik müalicə aparılır.
Buraxılış forması
Xaricə istifadə etmək üçün 3 %-li məlhəm. 15 q məlhəm, alüminium tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25° С -dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
“Biosintez” İSC, Rusiya, 440033, Penza şəh., Drujba küç., 4. Tel.:/Faks: (8412) 57-72-49. Ünvan “Biosintez” İSC, Rusiya, 440033, Penza şəh., Drujba küç., 4. Tel.:/Faks: (8412) 57-72-49.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.