SVIFTPIM 1 GR № 1 (FLAKON) (IND SWIFT LIMITED C O SHAMSHREE LIFESCIENCES LIMITED) (INDIYA)
| Dərman forması | İnyeksiya məhlulu üçün toz |
|---|---|
| Farmakoloji təsir | Sistemik istifadə üçün antibiotiklər. Digər beta-laktam qrupu antibiotiklər. Dördüncü nəsil sefalosporinlər |
| İstehsal ölkəsi | Hindistan |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
5,83 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
SVİFTPİM inyeksiya hazırlamaq üçün toz Beynəlxalq patentləşdirilməmiş adı: Sefepime hydrochloride
Tərkibi
Təsiredici maddə: 1 flakonda 1000 mq sefepim hidroxlorid vardır.
Təsviri
Ağdan solğun sarı rəngə qədər tozdur.
Farmakoterapevtik qrupu
Sistemik istifadə üçün antibiotiklər. Digər beta-laktam qrupu antibiotiklər. Dördüncü nəsil sefalosporinlər ATC kodu: J01DE01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Təsir mexanizmi Sefepim aminoqlikozidlərə və ya üçüncü nəsil sefalosporinlərə rezistent ştammların əksəriyyəti də daxil olmaqla, qrammüsbət və qrammənfi bakteriyaların çoxuna qarşı fəaliyyət göstərən geniş spektrli, bakterisid təsirə malik antibiotikdir. O əksər beta-laktamazaların hidrolizinə yüksək dərəcədə davamlıdır. Xromosomlar vasitəsilə dəyişən beta-laktamazalara azaldılmış yaxınlığa malikdir və qrammənfi bakteriyaların hüceyrələrinə sürətlə nüfuz edir. Rezistentlik Sefepimə qarşı bakterial rezistentlik bir və ya bir neçə mexanizmdən asılı ola bilər: − Beta-laktamazalar vasitəsilə hidroliz. Sefepim plazmidlər və xromosomlar vasitəsilə dəyişdirilən əksər beta-laktamazlara qarşı stabildir, lakin o, əsasən Escherichia coli və Klebsiella pneumoniae-də mövcud olan geniş spektrli müəyyən beta-laktamazalar və xromosomlar tərəfindən dəyişdirilmiş fermentlər tərəfindən effektiv şəkildə hidroliz edilə bilər. − Penisillin birləşdirən zülalların (PBZ) sefepimə yaxınlığının azalması. Streptococcus pneumoniae və Penisillin birləşdirən zülalların mutasiyasının səbəb olduğu digər streptokoklara qarşı yaranan rezistentlik; stafilokokların metisillinə qarşı müqaviməti, sefepimə azalmış yaxınlıq ilə əlavə PBZ-lərin istehsalı nəticəsində yaranır. − Keçirilə bilməyən xarici membran. − Dərmanların xaric olma nasosları Hər hüceyrə divarında eynivaxtda bir neçə rezistentlik mexanizmi ola bilər. Mövcud mexanizmdən(lərdən) asılı olaraq bir neçə və ya bütün digər beta laktamlara və/və ya digər tip antibakterial dərman vasitələrinə qarşı çarpaz rezistentlik yarana bilər. Müalicə zamanı aşağıdakı növlərə qarşı rezistentlik inkişaf edə bilər: Citrobacter, Pseudomonas (xüsusilə P. aeruginosa), Morganella və Serratia. Farmakokinetikası Absorpsiyası Əzələdaxilinə yeridildikdən sonra Sefepim tamamilə absorbsiya olunur. Paylanması Böyüklər Yetkin kişilərdə birdəfəlik venadaxilinə infuziyadan sonra (30 dəqiqə) və ya 500 mq, 1 q və 2 q dozada əzələdaxilinə yeridilməsindən sonra müşahidə olunan sefepimin orta plazma konsentrasiyası cədvəl 1-də ümumiləşdirilmişdir; Cədvəl 2-də sefepimin toxumalarda və bioloji mayelərdə orta konsentrasiyaları göstərilmişdir. Əzələdaxilinə tətbiqindən sonra sefepim tamamilə sorulur. Metabolizması Sefepim N-metilpirrolidiniyum tərəfindən metabolizə uğrayır və tezliklə N-oksidə çevrilir. Yeridilmiş dozanın təxminən 85%-i dəyişilməmiş şəkildə xaric olunur: dəyişilməmiş sefepimin yüksək konsentrasiyaları sidikdə aşkar edilmişdir. Yeridilən dozanın 1%-dən az hissəsi sidikdə N-metilpirrolidin, 6,8%-i N-oksid və 2,5%-i sefepim epimer şəklində eliminasiya olunur. Xaric olması Sefepimin orta yarımxaricolma dövrü təxminən 2 saatdır və 250 mq-dan 2 q-a qədər doza aralığından asılı deyil. 9 gün ərzində hər 8 saatdan bir venadaxilinə 2 q-a qədər doza qəbul edən sağlam fərdlərdə akkumulyasiyaya dair heç bir dəlillər yoxdur. Ümumi bədən klirensi 120 ml/dəq təşkil edir. Sefepimin orta böyrək klirensi 110 ml/dəq təşkil edir, bu, demək olar ki, sefepimin yalnız böyrəklər vasitəsilə, əsasən qlomerulyar (yumaqcıq) filtrasiya yolu ilə xaric olunduğunu göstərir.
İstifadəsinə göstərişlər
İnyeksiya üçün Sefepim, sefepimə-həssas olan bakteriyaların törətdiyi infeksiyaların müalicəsində istifadə üçün göstərişdir: − nazokomial pnevmoniya və cəmiyyətdən qaynaqlanan pnevmoniya, xroniki bronxitin kəskin bakterial kəskinləşməsi və kəskin bronxitin ikincili bakterial infeksiyası da daxil olmaqla aşağı tənəffüs yollarının infeksiyaları; − ağırlaşmamış və ağırlaşmış sidik yolları infeksiyaları, pielonefrit də daxil olmaqla; − dəri və dərialtı infeksiyalar; − peritonit və öd yolları infeksiyaları da daxil olmaqla intraabdominal infeksiyalar; − ginekoloji infeksiyalar; − körpələrdə və uşaqlarda bakterial meningit; − bakterial infeksiya ilə əlaqəli olduğu şübhəsi olan qızdırması olan neytropenik pasiyentlərin müalicəsində digər antibakterial vasitələrlə birlikdə; − yuxarıda sadalanan infeksiyalardan hər hansı biri ilə əlaqəli və ya əlaqəli olduğuna şübhə edilən bakteriemiyası olan pasiyentlərin müalicəsi. Antibakterial vasitələrin müvafiq istifadəsinə dair rəsmi təlimatlara diqqət yetirilməlidir.
Əks göstərişlər
Sefepimə, hər hansı digər sefalosporinə və ya dərman vasitəsinin tərkibindəki köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq. Anamnezində hər hansı digər növ beta-laktam antibakterial vasitəsinə (penisilinlər, monobaktamlar və karbapenemlər) qarşı ağır hiperhəssaslıq reaksiyası (məsələn, anafilaktik reaksiya) olanlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Yüksək həssaslıq reaksiyaları Digər bütün beta-laktam antibakterial vasitələrdə olduğu kimi sefepimlə müalicə zamanı ciddi və bəzən də ölümlə nəticələnən hiperhəssaslıq reaksiyaları müşahidə edilmişdir. Bu halda sefepimlə müalicə dərhal dayandırılmalı və adekvat təcili yardım tədbirləri görülməlidir. Anamnezində astma və allergik diatezi olan şəxslərdə sefepim ehtiyatla istifadə edilməlidir. İlkin yeridilmə zamanı pasiyent diqqətlə müşahidə edilməlidir. Allergik reaksiya yaranarsa müalicə dərhal dayandırılmalıdır. Ciddi hiperhəssaslıq reaksiyaları epinefrin və ya digər dəstəkləyici müalicə tələb edə bilər. Sefepimin antibakterial aktivliyi Sefepimin antibakterial fəaliyyət spektrinin nisbətən məhdud olması səbəbindən patogenin artıq sənədləşdirilmədiyi və həssas olduğu bilinmədiyi halda və ya ən çox ehtimal edilən patogen(lər)in sefepimlə müalicə üçün uyğun olacağına dair çox yüksək şübhə yarandığı halda o, bəzi infeksiya növlərinin müalicəsi üçün uyğun deyil. Böyrək çatışmazlığı Böyrək çatışmazlığı səbəbindən (kreatinin klirensi ≤50 ml/dəq) sidiyin xaric olmasının azalması və ya böyrək funksiyasını təhlükəyə salan digər hallar kimi renal pozulmaları olan pasiyentlərdə yavaş böyrək eliminasiyasını kompensasiya etmək üçün sefepimin dozası tənzimlənməlidir. Post-marketinq müşahidələr zamanı aşağıdakı ciddi əlavə təsirlər barədə məlumatlar bildirilmişdir: geri dönən ensefalopatiya (şüurun pozulması, o cümlədən çaşqınlıq, hallüsinasiyalar, stupor və koma), miokloniya, qıcolmalar (qeyri-konvulsiv epileptik status daxil olmaqla) və/və ya böyrək çatışmazlığı. Böyrək çatışmazlığı olan pasiyentlərdə sefepimin tövsiyə olunandan artıq dozada qəbul edilməsi nəticəsində çox sayda hallar baş vermişdir. Ümumiyyətlə, neyrotoksikliyin simptomları sefepimin istifadəsi dayandırıldıqdan və/və ya hemodializdən sonra aradan qalxmışdır, lakin bəzi hallarda ölümcül nəticələr də rastlanmışdır. Clostridium difficile-dən qaynaqlanan diareya Sefepim də daxil olmaqla, demək olar ki, bütün antibiotiklərin istifadəsi nəticəsində psevdomembranoz kolit və Clostridium difficile ilə əlaqəli diareya da daxil olmaqla antibiotiklərlə əlaqəli diareya və antibiotiklərlə əlaqəli kolit müşahidə edilmişdir. Ağırlılıq dərəcəsinə görə yüngül ishaldan ölümcül kolitə qədər dəyişə bilər. Bu səbəbdən sefepimlə müalicə müddətində və ya müalicədən sonra ciddi ishal inkişaf edən pasiyentlərdə bu diaqnozun nəzərə alınması vacibdir. Antibiotiklərlə əlaqəli diareya və ya antibiotiklə əlaqəli kolit şübhəsi varsa və ya təsdiqlənərsə, antibakterial vasitələrlə, o cümlədən sefepimlə müalicə dayandırılmalı və dərhal adekvat terapevtik tədbirlərə başlanılmalıdır. Bu vəziyyətdə peristaltikanı inhibə edən dərman vasitələrinin istifadəsi əks göstərişdir. Seroloji testlərə müdaxilə Gündə iki dəfə sefepimlə müalicə alan pasiyentlərdə hemolizi göstərən heç bir əlamət olmadan müsbət Kumbs testi təsvir edilmişdir. Sefalosporin antibiotikləri misin reduksiyası testləri (Benedikt və ya Fehlinq məhlulu və ya Clinitest tabletləri) ilə sidikdə qlükoza üçün yanlış müsbət reaksiya verə bilər, lakin qlikozuriya üçün fermen testləri (qlükoza oksidaza) ilə reaksiya vermir. Bu səbəbdən fermentativ qlükoza oksidaza reaksiyalarına əsaslanan qlükoza testlərindən istifadə edilməsi tövsiyə olunur.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Bakteriostatik antibiotiklərlə eyni vaxtda müalicə beta-laktam antibiotiklərin təsirinə mane ola bilər. Nefrotoksik potensiala malik digər dərman vasitələri (yəni, aminoqlikozidlər və güclü diuretiklər) qəbul edilərsə, sefepimlə müalicə zamanı böyrək funksiyasının monitorinqi tövsiyə olunur. Sefalosporinlər kumarin antikoaqulyantlarının təsirini gücləndirə bilər. Diaqnostik testlərlə qarşılıqlı əlaqə Sefepimlə müalicə olunan pasiyentlərdə hemoliz əlamətləri olmadan Kumbs testi müsbət təsvir edilmişdir. Qlikozuriya testində misin azalması səbəbindən yanlış müsbət nəticə yarana bilər (tərcihən fermentativ üsuldan istifadə edilməlidir).
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik Hamilə qadınlarda sefepimin istifadəsi ilə əlaqəli kifayət qədər məlumat yoxdur. Heyvanlar üzərində aparılan tədqiqatlar hamiləlikdə, embrional/fetal inkişafda, doğuşda və ya doğuşdan sonrakı inkişafda birbaşa və ya dolayı yolla zərərli təsir göstərməmişdir. Bu dərman vasitəsi hamilə qadınlara yalnız böyük ehtiyatla təyin edilməlidir. Laktasiya dövrü Sefepim çox az miqdarda ana südünün tərkibinə nüfuz edir, bu səbəbdən südverən qadınlara ehtiyatla təyin etmək tövsiyə olunur. Fertillik Sefepimin insan fertilliyində istifadəsi ilə əlaqəli məlumatlar yoxdur. Heyvanlar üzərində aparılan reproduksiya tədqiqatlarında fertillik üzərində heç bir təsir aşkarlanmamışdır. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Dərman vasitəsinin nəqliyyat vasitələrini və təhlükəli mexanizmləri idarə etmə qabiliyyətinə təsiri öyrənilməmişdir. Bununla belə, şüurun dəyişməsi, başgicəllənmə, çaşqınlıq vəziyyəti və ya hallüsinasiyalar kimi mümkün mənfi reaksiyalar nəqliyyat vasitələrini və mexanizmləri idarə etmək qabiliyyətini dəyişə bilər.
İstifadə qaydası və dozası
Sefepim venadaxilinə və ya əzələdaxilinə yeridilə bilər. Hazırlandıqdan sonra məhlul sarı və sarı-qəhvəyi rəngə çalır. Adi doza və yeridilmə yolu infeksiyanın ağırlığından, böyrəyin funksiyasından və pasiyentin ümumi vəziyyətindən asılı olaraq dəyişir. Ağır infeksiyalarda və ya həyat təhlükəsi olan hallarda, xüsusilə şok ehtimalı olduqda venadaxilinə yeridilmə üsuluna üstünlük verilir. Böyrək funksiyalarının fəaliyyəti normal olan böyüklərdə və bədən çəkisi 40 kq-dan artıq olan uşaqlarda istifadəsi. İnfeksiyanın ağırlılığı Doza və tətbiqi üsulu Dozalar arasında interval Yüngül və orta dərəcəli sidik yolları 500 mq – 1 q Hər 12 saatda bir infeksiyaları (SYİ) Venadaxilinə və ya əzələdaxilinə Digər yüngül və orta dərəcəli 1 q Hər 12 saatda bir infeksiyalar (qeyri sidik yolları venadaxilinə və ya əzələdaxilinə infeksiyaları) Ağır dərəcəli infeksiyalar 2 q venadaxilinə Hər 12 saatda bir Çox ağır və ya həyati təhlükəsi olan 2 q venadaxilinə Hər 8 saatda bir infeksiyalar Adi müalicə müddəti 7-10 gün təşkil edir; daha ağır infeksiyalar zamanı daha uzunmüddətli müalicə tələb edilə bilər. Febril neytropeniyanın empirik müalicəsində adi müalicə müddəti 7 gündən az olmamalıdır və ya neytropeniya aradan qalxana qədər davam etdirilməlidir. Çəkisi ≤ 40 kq olan pasiyentlərdə uşaqlar üçün göstəriş olan dozanın istifadəsi tövsiyə olunur. Yaşlılarda dozalanma Normal böyrək funksiyası olan yaşlı pasiyentlərdə dozanın tənzimlənməsi tələb olunmur; lakin böyrək funksiyası pozulmuş yaşlı pasiyentlərdə isə dozanın dəyişdirilməsi tövsiyə olunur. Böyrək çatışmazlığı olan böyüklər Sefepimin dozası böyrəklər tərəfindən yavaş eliminasiya sürətini kompensasiya etmək üçün tənzimlənməlidir. Yüngül və ya orta dərəcəli böyrək çatışmazlığı olan yetkin pasiyentlərdə tövsiyə olunan sefepimin ilkin dozası normal böyrək funksiyası olan xəstələrlə eyni olmalıdır. Tövsiyə olunan saxlanma dozası aşağıdakı cədvəldəki təlimatlara uyğun olmalıdır. Yalnız serum kreatininin dəyərləri mövcud olduqda, kreatinin klirensini hesablamaq üçün (Cockcroft və Gault) aşağıdakı formula istifadə edilə bilər. Serum kreatininin səviyyəsi böyrək funksiyasının sabit vəziyyətini təmsil etməlidir: Bədən çəkisi (kq) x (140– yaş) Kişi: Kreatinin Klirensi (ml/dəq) = 72 × zərdab kreatinini (mq/dL) Qadın: 0,85 x kişilər üçün nəzərdə tutulmuş düsturla hesablanan qiymət Kreatinin klirensi Tövsiyə edilən saxlanma dozası (ml/dəq) Digər yüngül və Çox ağır və ya orta dərəcəli Yüngül və orta Ağır dərəcəli həyati təhlükəsi infeksiyalar dərəcəli sidik infeksiyalar olan infeksiyalar (qeyri sidik yolları yolları infeksiyaları infeksiyaları) > 50 Adi doza, dozanın tənzimlənməsi tələb edilmir 2 q, 3x gün, 2x gün 2 q, 2x gün 1 q, 2x gün 500 mq, 30-dan 50-yə 2 q, 2x gün 2 q, 1x gün 1 q, 1x gün 500 mq, 1x gün 11-dən 29-a 2 q, 1x gün 1 q, 1x gün 500 mq, 1x gün 500 mq, 1x gün < 10 1 q, 1x gün 500 mq, 1x gün 250 mq, 1x gün 250 mq, 1x gün Hemodializ* 500 mq, 1x gün 500 mq, 1x gün 500 mq, 1x gün 500 mq, 1x gün *Farmakokinetik modellər bu pasiyentlərdə dozanın azaldılmasının zəruri olduğunu göstərir. Sefepim qəbul edən və hemodializ olunan pasiyentlərdə doza müalicənin ilk günündə yükləmə dozası olaraq 1 qram, sonrakı günlərdə isə qızdırmalı neytropeniya istisna olmaqla, bütün infeksiyalar üçün gündə 500 mq təşkil edir. Qızdırmalı neytropeniya zamanı sonrakı günlərdə də sefepimin dozası 1 qram təşkil edir. Dializ günlərində sefepim dializdən sonra tətbiq edilməlidir. Sefepim, mümkün olduqda, hər gün eyni vaxtda qəbul edilməlidir. Pediatriyada istifadə Pediatriyada istifadə üçün uyğun deyildir.
Əlavə təsirləri
Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥1/10); tez-tez (≥ 1/100 – <1/10); bəzən (≥1/1000 – <1/100); nadir hallarda (≥1/10000 – <1/1000); çox nadir hallarda (<1/10000); məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil). Daha çox rast gəlinən əlavə təsirlər mədə-bağırsaq simptomları və həssaslıq reaksiyaları olmuşdur. Sefepimlə əlaqəli qəti şəkildə yaranan, ehtimal edilən və mümkün arzuolunmaz təsirlər aşağıda göstərilmişdir. Klinik təcrübə və ya marketinqdən sonrakı təcrübə zamanı müşahidə edilmiş aşağıda sadalanan, mənfi reaksiyaların başvermə tezliyi aşağıdakı konvensiyaya əsasən müəyyən edilir: Çox tez-tez (≥1/10), Tez-tez (≥1/100 – <1/10), Bəzən (≥1/1,000 – <1/100), Nadir (≥1/10,000 – <1/1,000), Çox nadir (<1/10,000) və məlum deyil (əldə edilən məlumatlara əsasən qiymətləndirilməsi mümkün deyildir). İnfeksiyalar və invaziyalar Bəzən: oral kandidozlar, vaginal infeksiyalar. Nadir rastlanan: kandidozlar. Qanda və limfatik sistemdə rastlanan pozğunluqlar Tez-tez: anemiya, eozinofiliya. Bəzən: trombositopeniya, leykopeniya, neytropeniya. Məlum deyil: aplastik anemiya, hemolitik anemiya, aqranulositoz. İmmun sistemdə rastlanan pozğunluqlar Çox tez-tez: qızarıqlıq, səpgi Nadir rastlanan: anafilaktik reaksiyalar, angioedema. Məlum deyil: anafilaktik şok. Psixi pozğunluqlar Məlum deyil: çaşqınlıq halı, hallüsinasiyalar. Sinir sistemində rastlanan pozğunluqlar Çox tez-tez: baş ağrısı. Bəzən: qıcolmalar, paresteziya, digevziya, başgicəllənmə. Məlum deyil: koma, stupor, ensefalopatiya, şüurun dəyişilmiş vəziyyəti, mioklonus. Damarlarda rastlanan pozğunluqlar Tez-tez: İnfuziya yerində flebit, vazodilyatasiya. Məlum deyil: hemorragiya. Tənəffüs sistemi, döş qəfəsi və divararası orqanlarda rastlanan pozğunluqlar: Tez-tez: dispnoe. Mədə-bağırsaq traktında rastlanan pozğunluqlar Çox tez-tez: diareya, psevdomembranoz kolit, kolit, ürəkbulanma, qusma. Bəzən: abdominal ağrılar, qəbizlik. Məlum deyil: mədə-bağırsaq pozğunluqları. Dəridə və dərialtı toxumada rastlanan pozğunluqlar Tez-tez: dəridə səpgilər. Bəzən: eritema, övrə, qaşınma. Məlum deyil: toksik epidermal nekroliz, Stivens-Conson sindromu, multiformalı eritema. Böyrəklərdə və sidikçıxarıcı yollarda rastlanan pozğunluqlar Bəzən: qanda sidik cövhərinin miqdarının artması, qanda kreatininin miqdarının artması. Məlum deyil: böyrək çatışmazlığı, toksik nefropatiya. Reproduktiv sistem və süd vəzisində rastlanan pozğunluqlar Nadir hallarda: genital qaşınma. Ümumi pozğunluqlar və yeridilmə yerində dəyişikliklər Tez-tez: infuziya yerində reaksiya, vaginit, inyeksiya yerində iltihablaşma və ağrı. Bəzən: pireksiya, infuziya yerində iltihablaşma. Nadir: titrətmə. Araşdırmalar Çox tez-tez: müsbət Kumbs testi. Tez-tez: qələvi fosfatazanın miqdarının artması, alanin aminotransferazanın miqdarının artması, aspartat aminotransferazanın miqdarının artması, qanda bilirubinin miqdarının artması, protrombin müddətinin uzanması, qismən tromboplastin vaxtı uzanır. Məlum deyil: yalnış müsbət qlükozuriya. Şübhəli əlavə reaksiyalar barədə məlumatların bildirilməsi Dərman vasitəsi dövlət qeydiyyatına alındıqdan sonra şübhəli əlavə reaksiyalar barədə məlumatların bildirilməsi vacibdir. Bu, dərman vasitəsinin fayda/risk balansının davamlı monitorinqinə imkan verir.
Doza həddinin aşılması
Şiddətli doza həddinin aşılması hallarında, xüsusən də böyrək funksiyası pozulmuş pasiyentlərdə hemodializ sefepimin bədəndən çıxarılmasına kömək edə bilər (peritoneal dializ faydalı deyil). Təsadüfi doza həddinin aşılması böyrək funksiyası pozulmuş pasiyentlərdə yüksək dozaların tətbiqi nəticəsində baş vermişdir.
Buraxılış forması
İnyeksiya hazırlamaq üçün toz rezin tıxaclı və alüminium qapaqlı, həcmi 20 ml olan şüşə flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС temperaturdan yüksək olmayan, işıqdan qorumaqla və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmaq olmaz.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Ind-Swift Limited, India Plot №11 Industrial Area, Katha-Bhatolikalan, Baddi, Dist.Solan-173205 (H.P.), India.
Qeydiyyat vəsiqəsinin sahibi
Ind-Swift Limited, India. Off.NH-21, Village Jawaharpur, Tehsil Derabassi, Distt. SAS Nagar (Mohali) Punjab -140507, India.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.