Sulfargin 10 mq 50 q məlhəm

Dərman formasıMəlhəm
Farmakoloji təsirYerli istifadə üçün kimyaterapevtik vasitə. Sulfanilamidlər
İstehsal ölkəsiEstoniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

7,30 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

SULFARGİN 10 mq xaricə istifadə üçün məlhəm Beynəlxalq patentləşdirilməmiş adı: Sulfadiazine

Tərkibi

Təsiredici maddə: 1 q məlhəmin tərkibində 10 mq gümüş sulfadiazin vardır. Köməkçi maddələr: vazelin yağı, propilenqlikol, setostearil spirti, qlesiril monostearat 40-55, polisorbat 80, metilparahidroksibenzonat, propilparahidroksibenzonat, təmizlənmiş su.

Təsviri

Xarakterik qoxulu, ağ və ya demək olar ki, ağ rəngli məlhəmdir.

Farmakoterapevtik qrupu

Yerli istifadə üçün kimyaterapevtik vasitə. Sulfanilamidlər. ATC kodu: D06BA01.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Gümüş sulfadiazin qrammusbət və qrammənfi mikroorqanizmlərə və göbələklərə (Candida, Phycomycetes və Aspergillus spp, dermatofitlərə) mikrobəleyhinə təsir göstərir. Preparatın aktivliyi, sulfadiazin gümüşün yarada tədricən dissosiasiyasının nəticəsində azad olan gümüş ionlarının olmasına əsaslanır. Beləliklə, sulfadiazinin (sulfanilamid) tamamladığı uzun müddətli mikrobəleyhinə təsir əldə edilir. Gümüş ionları bakteriyaların hüceyrə səthində adsorbsiya olunur və oliqodinamik bakteriostatik və bakterisid təsir göstərir. Preparat nekrolitik və mutagen təsirə malik deyil; mülayim osmotik fəaliyyətilə xarakterizə olunur. Farmakokinetikası Yerli istifadə zamanı yaraya çəkilən məlhəmin ümumi miqdarından 1%-ə qədər gümüş ionları və 10%-ə qədər sulfadiazin sorula bilər. Sorulan gümüşün böyük hissəsi ödlə xaric olur. Sulfadiazin orqanizmdə toplanmır və böyrəklər vasitəsilə tez xaric olur.

İstifadəsinə göstərişlər

Preparat ikici və üçüncü dərəcəli yanıq zamanı yara sepsisinin profilaktikası və müalicəsi üçün əlavə olaraq, göstərilən yerli antimikrob vasitədir.

Əks göstərişlər

– Gümüş sulfadiazinə və ya digər sulfanilamidlərə (məsələn, sulfadimetoksin, sulfadimezin, urosulfan, sulfasil, norsulfazol, sulfadiazin, sulfalen və s.) və/və ya istənilən köməkçi maddələrə qarşı yüksək həssaslıq; – anadangəlmə qlükoza-6-fosfatdehidrogenaza çatışmazlığı (geniş miqyaslı səthdə istifadəsi zamanı hemoliz yarana bilər); – sarılığın yaranma təhlükəsilə əlaqədar vaxtından əvvəl doğulmuş uşaqlarda, yenidoğulmuşlarda və 3 aya qədər olan uşaqlarda istifadə etmək olmaz; – hamiləlik və laktasiya dövrü. – Bol ekssudasiyalı dərin irinli və yanıq yaraları (məqsədəuyğun deyil).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Böyrək və qaraciyər çatışmazlığı zamanı ehtiyatla istifadə edilməlidir. Müalicə uzun müddət aparıldıqda və ya preparat geniş yanıq səthdə istifadə edildikdə, aqranulositoz, aplastik anemiya, hemolitik anemiya, leykopeniya, trombositopeniya və ya eozinofiliyanın yaranma təhlükəsi ilə əlaqədar qanın tərkibinə nəzarət etmək lazımdır. Həyat üçün təhlükəli dəri reaksiyaları daxil olmaqla, dermatoloji və alllergik reaksiyalar, mədə-bağırsaq reaksiyaları, hepatit və hepatosellülyar nekroz, MSS reaksiyaları və toksiki nekroz yarana bilər. Porfiriyadan əziyyət çəkən pasiyentlərdə preparatın istifadəsindən çəkinmək lazımdır. Eləcə də, yerli istifadə üçün mikrobəleyhinə təsir göstərən digər preparatlardan istifadə zamanı superinfeksiya əmələ gələ bilər. Məlhəmin tərkibində allergik reaksiyalara (o cümlədən, ləng tipli) səbəb ola bilən köməkçi maddə qismində metilparahidroksibenzoat, propilparahidroksibenzoat vardır, ayrı-ayrı hallarda bronxospazm yarana bilər. Məlhəmin tərkibində, eləcə də, setostearin spirti vardır ki, bu da, yerli dəri reaksiyalarına (məsələn, kontakt dermatit) və propilenqlikol vardır ki, dərinin qıcıqlanmasına səbəb ola bilər. Uşaqlar və yeniyetmələr 3 aydan yuxarı uşaqlarda istifadə edilir (“Əks göstərişlər” bölməsinə bax).

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Yaranı fermentiv təmizləyən vasitələri inaktivləşdirə bilər, bu səbəbə görə bu preparatları eyni vaxtda istifadə etmək olmaz.

Hamiləlik və laktasiya dövründə istifadəsi

İstifadənin təhlükəsizliyini müəyyən edən tədqiqatlar aparılmamışdır, bu səbəbə görə məlhəmdən istifadə etmək olmaz. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Təsir etmir.

İstifadə qaydası və dozası

Xaricə istifadə edilir. Məlhəmdən geniş səthdə istifadə zamanı böyrəklər və qaraciyərin funksiyasına, eləcə də, qanın formalı elementlərinin tərkibinə nəzarət etmək lazımdır. Pasiyent bol qələvi içki qəbul etməlidir. Nekrotik toxumaların cərrahi yolla aradan qaldırılmasından sonra məlhəm nazik təbəqə (2-4 mm) ilə sutkada 1-2 dəfə zədələnmiş səthə steril sarğı altında və ya açıq şəkildə sürtülür. Maksimal bir dəfəlik doza 300 q-dır. Müalicənin müddəti fərdi olub, xəstəliyin xarakterindən və terapiyanın effektivliyindən asılıdır, adətən 3 həftəyə qədər davam edir.

Əlavə təsirləri

Əlavə təsirlərin tezliyi sistem və orqanlar qrupuna, eləcə də, MedDRA-nın tezliyi üzrə təsnif edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil). Yerli reaksiyalar Dəri və dərialtı toxumalarda baş verən pozğunluqlar Nadir hallarda: allergik dəri reaksiyaları (yanma hissi, qaşınma, səpgi). Çox nadir hallarda: adətən 5-10 dəqiqədən sonra keçən yerli qıcıqlanma (qısamüddətli qaşınma, ağrı). Sistem reaksiyalar Mədə-bağırsaq sistemində baş verən pozğunluqlar Tez-tez: ürəkbulanma, qusma, diareya, qlossit (dilin iltihabı). Skelet- əzələ sistemində və birləşdirici toxumada baş verən pozğunluqlar Məlum deyil: oynaqlarda ağrı. Qaraciyər və ödçıxarıcı yollarda baş verən pozğunluqlar Nadir hallarda: qaraciyərin zədələnməsi. Məlum deyil: hepatit. Dəri və dərialtı toxumalarda baş verən pozğunluqlar Nadir hallarda: argiriya (toxumalarda gümüş yığılması nəticəsində dəri kül-boz rəngdə ola bilər). Adətən məlhəmin geniş nahiyədə və ya uzun müddətli istifadəsi zamanı təzahür edir. Məlum deyil: multiformalı eritema, dərinin fotohəssaslığı. Böyrəklər və sidikçıxarıcı yollarda baş verən pozğunluqlar Nadir hallarda: kristaluriya (sidikdə təsiredici maddənin kristallarının olması), böyrəklərin zədələnməsi. Məlum deyil: interstisial nefrit. Sinir sistemində baş verən pozğunluqlar Nadir hallarda: baş ağrıları, qıcolma spazmaları. Psixikada baş verən pozğunluqlar Məlum deyil: şüurun dumanlanması. Qan və limfa sistemində baş verən pozğunluqlar Nadir hallarda: leykopeniya (leykositlərin sayının azalması), trombositopeniya (trombositlərin sayının azalması), eozinofiliya (eozinofillərin artıqlığı), aqranulositoz, aplastik anemiya, hemolitik anemiya. İmmun sistemdə baş verən pozğunluqlar Nadir hallarda: allergik zökəm və ya allergik astma, yüksək həssaslıq reaksiyaları. Əlavə təsirlər (eləcə də, sadalanmayan əlavə təsirlər) baş verdikdə, həkimə məlumat vermək lazımdır.

Doza həddinin aşılması

Simptomları Uzun müddətli istifadəsi və ya geniş səthli yaraların müalicəsi zamanı qan plazmasında sulfanilamidlərin elə konsentrasiyaları yarana bilər ki, bu da sistemli müalicə zamanı yaranan konsentrasiyalarla müqayisə oluna bilər və buna görə də bütün sulfanilamidlərin sistem istifadəsi ilə əlaqədar əlavə təsirlərin yaranması mümkündür (“Əlavə təsirləri” bölməsinə bax). Müalicəsi simptomatikdir. Məlhəmin təsadüfən daxilə qəbulu zamanı həkimə müraciət etmək lazımdıır. Pasiyent qablaşdırmasını həkimə göstərmək üçün götürməlidir.

Buraxılış forması

50 q məlhəm, tubda. 1 tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmaq olmaz.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

“Tallin əczaçılıq zavodu” SC. Tondi 33, 11316 Tallin, Estoniya. “Qrindeks” SC. Krustpils k., 53, Riqa, LV-1057, Latviya. Qeydiyyat vəsiqəsinin sahibi/Ərizəçi “Qrindeks” SC. Krustpils k., 53, Riqa, LV-1057, Latviya. Tel.: +371 67083205. Faks: +371 67083505. Elektron ünvan: [email protected]

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Sulfargin 10 mq 50 q məlhəm” üçün ilk rəyi siz yazın.