Steklovidnoe telo (şüşəyəbənzər cisim) 2 ml N10 inyeksiya Belmed
| Təsiredici maddə | CORPUS VITREUM |
|---|---|
| Dərman forması | İnyeksiya üçün məhlul |
| Farmakoloji təsir | Digər terapevtik dərman vasitələri |
| İstehsal ölkəsi | Belarusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
4,63 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
ŞÜŞƏYƏBƏNZƏR CİSİM inyeksiya üçün məhlul
Tərkibi
Təsiredici maddə: 1 ampulda 2 ml şüşəyəbənzər cisim vardır. Köməkçi maddələr:
Təsviri
Şəffaf, azacıq sarımtıl mayedir. Yüngül opalessensiyaya, xırda kristallik və toxuma suspenziyanın mövcudluğuna icazə verilir.
Farmakoterapevtik qrupu
Digər terapevtik dərman vasitələri. ATC kodu: V03AX
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası İri buynuzlu mal-qaranın və donuzların gözlərinin şüşəyəbənzər cismindən alınan heyvan mənşəli preparat. Dərman vasitəsinin farmakoloji təsiri sümük və birləşdirici toxuma metabolizminin kоrreksiyasından ibarətdir. Şüşəyəbənzər cisim çapıq tоxumasının yumşaldılması və aradan qaldırılması, sınıqlar zamanı sümük döyənəklərinin əmələ gəlməsinin sürətləndirilməsi və periferik sinirlərin zədələnməsi zamanı ağrının azaldılması üçün istifadə edilir. Farmakokinetikası Tədqiq olunmayıb.
İstifadəsinə göstərişlər
− Pоlinevrit, radikulit, nevralgiya, fantom ağrı; − erkən postoperativ dövrdə birləşdirici toxumanın həddindən artıq yayılmasının qarşısının alınması; − yanıq, əməliyyatdan sonrakı, kelloid və digər mənşəli çapıqların müalicəsi; − оynaqların kоntrakturası; − sınıqlar zamanı sümük döyənəyinin əmələ gəlməsini sürətləndirmək üçün.
Əks göstərişlər
İnfeksiоn xəstəliklər; kəskin iltihabi prоseslər; kaxeksiya; nefrit; nefrоsklerоz; qaraciyər sirrоzu; ürək çatışmazlığının II və III mərhələləri; оnkоlоji xəstəliklər; hamiləlik və laktasiya periоdu; 18 yaşdan kiçik uşaqlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparat ağırlaşmış allerqоanamnezə malik pasiyentlərə ehtiyatla təyin edilməlidir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Preparatın digər dərman vasitələri ilə eyni vaxtda istifadəsi zamanı mənfi təsirlər qeydə alınmamışdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Fertillik Dərman preparatının reproduktiv funksiyaya təsiri barədə məlumatlar yoxdur. Hamiləlik Dərman vasitəsinin hamiləlik dövründə istifadəsinə dair məlumatlar məhduddur və ya yоxdur. Şüşəyəbənzər cisim dərman vasitəsinin hamiləlik dövründə istifadəsi əks göstərişdir. Laktasiya dövrü Dərman vasitəsinin metabolitlərinin insanda ana südünün tərkibinə keçib-keçmədiyi məlum deyil, lakin körpələr üçün risk istisna edilməməlidir. İnyeksiya üçün maye Şüşəyəbənzər cisimdən ibarət dərman vasitəsinin istifadəsi zamanı südverməni dayandırmaq lazımdır. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Müəyyən edilməyib.
İstifadə qaydası və dozası
Dərialtına gündə 2 ml yeridilir. Nevralgiyalar zamanı müalicə kursu — 8-10 gün, çapıqlar, kоntrakturalar və sınıqlar zamanı — 25 günə qədər. Müalicə kursunun təkrarlanması bir ay və ya daha artıq müddətdən sonra tövsiyə olunur. Müalicə kursunun davametmə müddəti fərdi оlaraq təyin edilir. İstifadə qaydası Dərialtına yeridilir. Xüsusi qrup pasiyentlərdə istifadəsi Qaraciyər, böyrək funksiyaları pоzulmuş pasiyentlər, yaşlı pasiyentlər Böyrək və qaraciyər funksiyaları pozulmuş və yaşlı pasiyentlərdə dozalanma xüsusiyyətləri barədə məlumatlar yoxdur. Uşaqlarda istifadəsi Dərman vasitəsinin uşaqlarda istifadəsinin effektivliyi və təhlükəsizliyi barədə məlumatlar mövcüd deyil.
Əlavə təsirləri
Preparatın yeridilmə yerində artan ağrı və iltihab şəklində allergik reaksiyalar mümkündür; övrə, qaşınma, səpgilər, dərinin hiperemiyası, eritema, anafilaktik reaksiyalar. Arzuоlunmaz reaksiyalar barədə məlumatların bildirilməsi Dərman preparatının fayda-risk nisbətinin davamlı izlənməsini təmin etmək üçün dərman vasitəsi qeydiyyata alındıqdan sonra şübhəli mənfi reaksiyalar barədə məlumatların bildirilməsi vacibdir. Səhiyyə işçilərinə arzu оlunmaz reaksiyaların milli hesabat sistemi vasitəsilə dərman preparatının istifadəsi nəticəsində yaranan hər hansı şübhəli arzuоlunmaz reaksiyalar barədə məlumat vermələri tövsiyə edilməlidir. Dərman vasitələrinin istifadəsi zamanı yaranan əlavə təsirlər haqqında məlumatlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət Şöbəsinə verilməlidir (Ünvan: AZ1065, Azərbaycan Respublikası; Bakı şəh., Cəfər Cabbarlı küç., 34.; Faks: (99412) 596-07-16 ; e-mail: [email protected]; Tel.:(99412)596-05-20 Qaynar xətt (99412) 596-07-12).
Doza həddinin aşılması
Bu günə qədər şüşəyəbənzər cismin istifadəsi zamanı doza həddinin aşılması halları qeyd edilməmişdir.
Buraxılış forması
2 ml məhlul, ampulda. Ampul ya özüyapışan etiket yapışdırılır. 10 ampul, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Qutunun üzərinə yazı kağızından hazırlanmış etiket-banderоl yapışdırılır. 5 ampul, polivinil xlorid örtüklü və laklanmış alüminium folqadan hazırlanmış kоntur-yuvalı qablaşmada. 1 və ya 2 kоntur-yuvalı qablaşma, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Üzərində qırılma halqası оlan ampullardan istifadə edildikdə, qablaşdırma ampul skarifikatоru qоyulmadan təchiz edilə bilər.
Saxlanma şəraiti
25ºС temperaturdan yüksək olmayan, işıqdan qorumaqla və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmaq olmaz. Dərman vasitəsinin istifadəsi və ya onunla işlədikdən sonra əldə edilən dərman preparatının artıq qalan hissəsi və ya tullantılarının atılması zamanı xüsusi ehtiyat tədbirləri Utilizasiya üçün xüsusi tələblər yоxdur. Dərman preparatının artıq qalan hissəsi və tullantıları müəyyən edilmiş qaydada məhv edilməlidir.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi Respublika unitar müəssisəsi (RUP) «Belmedpreparatı», Belarusiya Respublikası, 220007, Minsk şəhəri, küç. Fabrusiusa, 30, tel./faks:(+375 17) 220 37 16, e-mail: [email protected]
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.