Spazmalgon 5 ml N10 inyeksiya
| Təsiredici maddə | METAMIZOLE SODIUM + PITOFENONE HCL + FENPIVERINIUM BROMIDE |
|---|---|
| Dərman forması | İnyeksiya üçün məhlul |
| İstehsal ölkəsi | Bolqarıstan |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
17,00 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Bu dərman preparatını istifadə etməzdən əvvəl bu içlik vərəqədə olan məlumatı diqqətlə oxuyun Bu içlik-vərəqəni atmayın. Sizə onu yenidən oxumaq lazım gələ bilər. Hər hansı əlavə suallar meydana çıxdıqda, həkiminizə müraciət edin. Bu dərman şəxsən Sizə təyin edilmişdir. Onu digər şəxslərə verməyin. Onların simptomları Sizin simptomlar kimi olsa da, bu dərman onlara zərər yetirə bilər. Əlavə təsirlərdən hər hansı biri ciddi xarakter alarsa və ya bu içlik-vərəqədə qeyd edilməyən digər əlavə təsirləri hiss etdikdə həkiminizə məlumat verməyiniz xahiş olunur. SPAZMALQON 500 mq/2 mq/0,02 mq/ml inyeksiya üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Metamizole sodium + Pitofenone hydrochloride + Fenpiverinium bromide
Tərkibi
Təsiredici maddələr: 2 ml inyeksiya üçün məhlulun tərkibində 1 000 mq natrium metamizol, 4 mq pitofenon hidroxlorid, 0,04 mq fenpiverin bromid vardır. 5 ml inyeksiya ücün məhlulun tərkibində 2 500 mq natrium metamizol, 10 mq pitofenon hidroxlorid, 0,1 mq fenpiverin bromid vardır. Köməkçi maddə: inyeksiya üçün su.
Farmakoloji xüsusiyyətləri
Spazmalqon həzm traktının saya əzələlərinin, öd və sidikqovucu yolların, reproduktiv orqanların spazmlarını aradanqaldırıcı və güclü ağrıkəsici təsirə malik kombinəedilmiş dərman preparatıdır.
İstifadəsinə göstərişlər
Spazmalqon həzm traktının saya əzələlərinin, öd yollarının, böyrək və sidik axarlarının, böyrəkdaşı xəstəliyinin spazmları zamanı kəskin, orta və güclü ağrıların aradan qaldırılması üçün və ağrılı aybaşı (dismenoreya) vaxtı istifadə edilir.
Əks göstərişlər
− Spazmalqonun təsiredici maddələrinə qarşı allergiya (hiperhəssaslıq); − pirazolon törəmələrinə və ya qeyri-steroid iltihabəleyhinə dərman vasitələrinə qarşı allergiya (hiperhəssaslıq); − qaraciyər və/və ya böyrəklərin ağır xəstəliyi; − bağırsaq keçməzliyi və meqakolon (yoğun bağırsağın genişlənməsi); − eritrositlərin funksiyasının pozulması ilə bağlı qaraciyər porfiriyası irsi xəstəliyi və ya qlükozo- 6-fosfat-dehidrogenaza fermentinin çatışmazlığı; − sümük iliyinin (sitostatik terapiyadan sonra) funksiyasının pozulması və ya qanın aplastik anemiya, aqranulositoz və ya leykopeniya kimi xəstəlikləri; − prostat vəzinin adenoması; − öd və sidik kisəsinin atoniyası; − hipotoniya (aşağı qan təzyiqi) və ya qeyri-stabil qan dövranı; − hamiləlik və laktasiya dövrü. Bu dərman preparatı 15 yaşından kiçik uşaqlara təyin edilmir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Spazmalqon preparatı ilə müalicəyə başlamazdan əvvəl aşağıdakı xəstəliklərin mövcud olduğu hallarda həkiminizi məlumatlandırın: böyrək və ya qaraciyər xəstəlikləri; bağırsaq traktının və ya həzm yolunun keçməzliyilə bağlı xəstəliklər; qastroezofaqeal reflüks xəstəliyi, bağırsaq atoniyası, paralitik ileus; qlaukoma; miasteniya qravis (əzələ zəifliyi), ürək xəstəlikləri. Spazmalqon preparatı ilə müalicə vaxtı ağır hiperhəssaslıq reaksiyalarının, o cümlədən də anafilaktik reaksiyaların yaranma riski mövcuddur. Allergiyanın ilk simptomları meydana çıxan zaman preparatın istifadəsini dərhal dayandırmaq və vəziyyətin yaxşılaşdırılması üçün təcili tədbirlər görmək lazımdır (adrenalin, qlükokortikoidlər, antihistamin vasitələr). Metamizola qarşı mümkün ağır allergiya reaksiyalarının yaranma riski aşağıdakı hallarda artır: − analgetik sindromlu astmalı xəstələrdə; − bronxial astmalı pasiyentlərdə, xüsusilə rinosinusit (burun və burun boşluqlarının iltihabı) və ya burunda poliplərin olduğu halda; − xroniki övrəsi olan pasiyentlərdə; − boyalara (məsələn, tartrazinə) və ya konservantlara (benzoatlara) qarşı hiperhəssas pasiyentlərdə; − alkoqola qarşı dözümsüzlüyü olan pasiyentlərdə. Belə pasiyentlər alkoqolun hətta az miqdarına asqırma, göz yaşarması və üzün güclü qızartısı ilə reaksiya verirlər. Metamizol tərkibli dərman vasitələri ilə müalicə vaxtı şok (sirkulyator kollaps) və aqranulositozun yaranma riski mövcuddur. Onlar dozadan asılı deyillər və qabaqcadan ehtimal edilə bilməz. Spazmalqon preparatının istifadəsi zamanı qan xəstəlikləri olan və ya anamnezdə belə xəstəliklərin olduğu pasiyentlərə müalicə vaxtı qanın göstəricilərinə nəzarət etmək lazımdır. Spazmalqon inyeksiyaları qan təzyiqini aşağa sala bilər. Belə reaksiyanın yaranma riski xüsusilə aşağı qan təzyiqi və ya maye itkisi, pozulmuş qan dövranı və ya ilkin sirkulyator kollapsı olan xəstələrdə (məsələn, infarkt keçirmiş və ya ağır yaraları olan pasiyentlərdə) və yüksək temperaturu olan pasiyentlərdə artır. Belə pasiyentlərə Spazmalqon preparatının əzələdaxili yeridilməsi uzanıqlı vəziyyətdə və qan təzyiqinin, ürək döyüntülərinin sayının və tənəffüsün daimi nəzarəti altında həyata keçirilməlidir. Qaraciyər problemləri Metamizol istifadə edən xəstələrdə qaraciyərin iltihabı haqqında məlumat vardır və simptomlar müalicənin başlanmasından bir neçə gündən bir neçə aya qədər sonra inkişaf edir. Ürəkbulanma və ya qusma, qızdırma, yorğunluq hissi, iştahasızlıq, tünd sidik, açıq rəngli nəcis, dərinin və ya skleranın saralması, dəridə qaşınma və səpgi və ya qarnın yuxarı hissəsində ağrı kimi qaraciyər problemlərinin əlamətləri varsa, Spazmalqon istifadəsini dayandırın və həkiminizə müraciət edin. Həkiminiz qaraciyər funksiyanızı yoxlayacaq. Əgər əvvəllər tərkibində metamizol olan bir dərman vasitəsi qəbul etmisinizsə və Sizdə qaraciyər problemləri olubsa, Spazmalqon istifadə etməməlisiniz. Ciddi dəri reaksiyaları Metamizolun qəbulu ilə əlaqəli ciddi dəri reaksiyaları, o cümlədən Stivens-Conson sindromu, toksik epidermal nekroliz, eozinofiliya və sistem simptomları (DRESS) halları bildirilmişdir. “Əlavə təsirlər” bölməsində təsvir edilən bu ciddi dəri reaksiyaları ilə əlaqəli simptomlardan hər hansı birini görsəniz, metamizolun istifadəsini dayandırın və dərhal həkimə müraciət edin. Əgər sizdə keçmişdə ciddi dəri reaksiyaları olubsa, siz heç vaxt Spazmalqon ilə müalicəni bərpa etməməlisiniz (“Əlavə təsirlər” bölməsinə baxın).
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Hal-hazırda və yaxın zamanlarda qəbul etdiyiniz digər dərman preparatları haqqında (o cümlədən reseptsiz buraxılan) həkiminizə və ya əczaçıya məlumat verməyiniz xahiş olunur. Spazmalqon preparatının aşağıdakı dərman vasitələri ilə birlikdə istifadəsi zamanı mənfi təsirlər müşahidə oluna bilər: qanın laxtalanmasına təsir edən dərmanlar (asenokumarol və varfarin); psixozların müalicəsi üçün preparatlar (xlorpromazin və fenotiazinın başqa törəmələri); immun sistemə tormozlayıcı təsir göstərən (siklosporin); xloramfenikol və sümük iliyinə süstləşdirici təsir göstərən başqa dərman preparatları; depressiyanın müalicəsi üçün preparatlar; yuxu dərmanları; hamiləliyə qarşı peroral preparatlar; podaqranın müalicəsi üçün preparatlar (allopurinol); piroksikam, aspirin, ibuprofen, indometasin kimi başqa ağrıkəsici və iltihaba qarşı preparatlar. Spazmalqon aşağıdakı dərman preparatları ilə qarşılıqlı təsirdə ola bilər: kaptopril (ürək xəstəliklərinin və hipertoniya xəstəliyinin müalicəsi üçün), litium (psixi xəstəliklərin müalicəsi üçün), metotreksat (revmatizm və şiş xəstəliklərinin müalicəsi üçün) və triamteren (sidikqovucu), həmçinin antihipertenziv (qan təzyiqini aşağı salan) preparatların və diuretiklərin effektini dəyişdirə bilər. Metamizol (ağrını və temperaturu aşağı salmağ ücün maddədir) istifadə zamanı asetilsalisil turşusunun aşağı doza qəbulunda trombositlərin (qan laxtalanması və trombların əmələ gəlməsinə) aqreqasiyasına təsirini zəiflədə bilər. Buna görə də, bu birləşməni kardioproteksiya (profilaktika) üçün aşağı dozalı aspirin qəbul edən xəstələrdə ehtiyatla istifadə edilməlidir. Metamizol bəzi dərmanların təsirini azalda bildiyi üçün Spazmalqon aşağıdakı dərmanlarla birlikdə ehtiyatla istifadə olunmalıdır: − bupropion, depressiyanı müalicə etmək üçün və ya siqareti buraxmağa köməkçi dərman kimi; − efavirenz, HİV/AİDS-in müalicəsində istifadə olunan dərman; − metadon, qadağan olunmuş maddələrın (belə adlanır opioidlər) asılılığını müalicə etmək üçün istifadə olunan bir dərman; − valproat, epilepsiya və ya bipolyar pozuntunun müalicəsində istifadə olunan dərman; − takrolimus, transplantasiya olunan xəstələrdə orqan rədd edilməsinin qarşısını almaq üçün istifadə olunan preparat; − sertralin, depressiyanı müalicə etmək üçün istifadə edilən dərman.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik Kifayət qədər təcrübə olmadığından, hamiləliyin ilk üç ayında Spazmalqon qəbul etməyin. Hamiləliyin ikinci trimestrində Spazmalqon ancaq həkim va ya əczaçı ilə məsləhətdən sonra və ancaq metamizol istifadəsinin faydaları və risklərini diqqətlə götür-qoy edəndən sonra qəbul etmək olar. Hamiləliyin sonuncu 3 ayı ərzində Spazmalqon istifadəsi tövsiyə olunmur, cünki ana və usaq ücün fəsadların artmasının yüksək riski mövcüddur (qanaxma, doğulmayan uşağda vaxtındanəvvəl Botal kanalı deyilən, mühüm damarın bağlanılması, hansı ki, ancaq uşaq doğulandan sonra təbii yolla bağlanır). Laktasiya dövründə Metamizolun metabolitləri əhəmiyyətli miqdarda ana südünə kecir və ana südü ilə qidalanan usaq ücün bu riski inkar etmək olmaz, bununla bağlı laktasiya dövründə metamizolun təkrar istifadəsindən imtina etmək lazımdır. Metamizolun birdəfəlik dozasını qəbul etdikdən sonra 48 saat ərzində analara südü yığıb və atmağ tövsiyyə edilir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Spazmalqon dərman preparatı başgicəllənmə, görmə qabiliyyətinin pisləşməsi kimi hallara səbəb ola bilər, həmçinin diqqətə pis təsir göstərə bilər və gözlənilməz vəziyyətlərdə reaksiyaları poza bilər. Bununla əlaqədar olaraq, bu preparatla müalicə vaxtı nəqliyyat vasitələrini idarə etməkdən və avadanlıqlarla işləməkdən çəkinmək lazımdır. Spazmalqonun bəzi inqrediyentləri haqqında vacib məlumat Spasmalgon preparatının tərkibində 1 ml inyeksiya məhlulunda 32,7 mq natrium var ki, bu da böyüklər üçün tövsiyə olunan gündəlik maksimum 2 q natrium dozasının 1,6%-nə bərabərdir.
İstifadə qaydası və dozası
Spazmalqon inyeksiya üçün məhlul əzələ daxili yeridilir. Yalnız qısamüddətli müalicə üçün istifadə olunur! Hiperhəssas pasiyentlərdə anafilaktik şok riski ilə əlaqədar olaraq təcili yardımın göstərilməsi üçün həkimin nəzarəti altında vurulur. Böyüklər və 15 yaşdan böyük uşaqlar Böyüklər və 15 yaşdan böyük uşaqlar üçün (> 53 kq) adi doza 2-5 ml əzələdaxili, bir dəfəyə. Lazım olduqda doza 6-8 saatdan sonra təkrarlanır. Maksimal gündəlik doza 6 ml-i keçməməlidir (3 q natrium metamizola ekvivalent). Müalicə müddəti 2-3 gün. Müalicəvi effekt əldə edildikdən sonra peroral ağrıkəsici və spazmolitik vasitələrlə müalicəyə keçmək olar. Yaşlı əhali, zəifləmiş xəstələr və kreatinin klirensi azalmış xəstələrdə. Yaşlılarda, zəifləmiş xəstələrdə doza azaldılmalıdır, çünki metamizol metabolitlərinin xaric edilməsi uzana bilər. Qaraciyər və böyrək çatışmazlığı Böyrək və ya qaraciyər funksiyasının pozulması zamanı xaric olma sürəti azalır,ona gorə təkrar yüksək dozadan çəkinmək lazımdır. Yalnız qısa müddət ərzində istifadə edildikdə dozanın azaldılması tələb olunmur. Bu günə qədər ağır qaraciyər və böyrək çatışmazlığı olan xəstələrdə metamizolun uzunmüddətli istifadəsi ilə bağlı kifayət qədər təcrübə yoxdur. Spazmalqon preparatının qida məhsulları və içkilərlə birlikdə qəbul edilməsi Spazmalqonun qəbulu vaxtı preparatın əlavə təsirlərinin gücləndirilmə ehtimalına görə alkoqolun istifadəsi qadağandır. Spazmalqonun lazımı dozasının vurulmasını unutduqda Buraxılmış dozanı kompensasiya etmək üçün ikiqat doza istifadə etmək olmaz. Əgər bu preparatın istifadəsi ilə bağlı hər hansı əlavə suallar yaranarsa, müalicə həkiminizə və ya əczaçıya müraciət edin.
Əlavə təsirləri
Bütün dərman preparatları kimi, Spazmalqon da, hamıda olmasa da əlavə təsirlərə səbəb ola bilər. Aşağıda sadalanmış əlavə reaksiyalar əsasən preparatının tərkibinə daxil olan metamizolun təsiri nəticəsində əmələ gəlir. Bəzən (100 nəfərə 1-dən az müşahidə olunur) Dəri səpgisi (ekzantema) (oval, lövhəciklər şəklində, bənövşəyidən tünd qırmızıya qədər qabarcıqlar). Preparatın inyeksiyası zamanı və ya sonra – qan təzyiqinin digər hiperhəssaslıq reaksiyalarının əlamətləri ilə müşayiət olunmayan aşağı düşməsi, nəbzin tezləşməsi. Nadir (1000 nəfərə 1-dən az müşahidə olunur) Leykopeniya (ağ qan hüceyrələrinin infeksiyaların yaranma ehtimalını artıran azalması), makulopapulyoz səpgi (dəridə qabıqların və düyünlərin yaranması)), anafilaktik və ya anafilaktoid reaksiyalar, xüsusilə parenteral istifadədən sonra. Belə reaksiyalar preparatın istifadəsi vaxtı yarana bilər və ya bilavasitə inyeksiyanın dayandırılmasından sonra, lakin bir neçə saatdan sonra da yarana bilər. Onlar daha çox inyeksiyadan sonra birinci saat ərzində meydana çıxır. Daha yüngül reaksiyalar dəri və selikli qişa tərəfindən tipik reaksiyalar şəklində üzə çıxır (məsələn, qaşınma, yanma hissi, qızartı, səpgilər, övrə, ödemlər), dispnoye və nadir hallarda, mədə-bağırsaq şikayətləri. Bu yüngül reaksiyalar, yayılmış övrə ilə, ağır anqioedemlə müşayiət olunan, daha ağır formalara keçə bilər (o cümlədən larinqeal), ağır bronxospazmla, ürək ritminin pozulmaları, qan təzyiqinin enməsiylə, böyrək funksiyasının pozulmaları, məsələn, sidikdə zülalın olması, sidiyin aşalması və ya çoxalması, böyrəklərin iltihabı ilə. Spazmalqon preparatı ilə müalicə vaxtı sidik qırmızı rəngdə ola bilər. Müalicənin dayandırılmasından sonra rəngi normallaşır. Çox nadir (10 000 nəfərə 1-dən az halda müşahidə olunur) Aqranulositoz (ağ qan hüceyrələrinin kəskin azalması. Bu, infeksiyaların yaranma ehtimalını artırır). Aqranulositoz, əvvəllər metamizolla müalicə zamanı əlavə təsirlər meydana çıxmamış pasientlərdə də yarana bilər. Aqranulositozun yaranma riski metamizolla uzunmüddət istifadə zamanı (1 həftədən çox) artır. Aqranulositozun tipik əlamətləri aşağıdakilardır: dərinin və ağızın selikli qişasının, boğazın, cinsiyyət orqanlarının iltihabi dəyişiklikləri və yüksək temperatur. Ümumi vəziyyətin qəfildən pisləşməsi vaxtı Spazmalqon preparatı ilə müalicəni dayandırmaq və həkimə müraciət etmək lazımdır. Çox nadir hallarda aşağıdakı dəyişikliklər müşahidə oluna bilər: trombositopeniya (trombositlərin sayının azalması), hemolitik anemiya (qırmızı qan hüceyrələrinin sayının azalması), aplastik anemiya (qırmızı qan hüceyrələrinin sayının kəskin azalması). Aşağıdakı ciddi əlavə təsirlərdən hər hansı birini görsəniz, Spazmalqon istifadəni dayandırın və dərhal həkimə müraciət edin: Ürəkbulanma və ya qusma, qızdırma, yorğunluq hissi, iştahsızlıq, tünd sidik, açıq rəngli nəcis, dərinin və ya gözlərin ağlarının saralması, dəridə qaşınma və səpgi və ya qarnın yuxarı hissəsində ağrı kimi qaraciyər problemlərinin əlamətləri varsa, Analgin istifadəsini dayandırın və həkiminizə müraciət edin. Həkiminiz qaraciyər funksiyanızı yoxlayacaq. Aşağıdakı əlavə təsirlər cıddı fəsadlar törədə bilər. Spazmalqon istifadəsini dayandırın və dərhal tibbi yardım üçün müraciət edin: − tez-tez mərkəzdə yerləşən qabarcıqlar ilə müşahidə olunan, bədəndə qırmızımtıl, yastı, hədəfəbənzər və ya yumru ləkələr, dəri soyulması, ağız, boğaz, burun, cinsiyyət orqanları və gözlərdə xoralar. Bu ağır dəri səpgiləri qızdırma və qripə bənzər simptomlardan (Stivens-Conson sindromu, toksik epidermal nekroliz) əvvəl ola bilər. − geniş yayılmış səpgi, qızdırma və limfa düyünlərinin şişməsi (DRESS sindromu və ya dərmana qarşı həssaslıq sindromu). Analgetik astmalı pasiyentlərdə hiperhəssaslıq reaksiyası adətən astma tutması; sirkulyator şok şəklində meydana çıxır. Tezliyi məlum deyil – ağızda quruluq, ürəkbulanma, qusma, qarında ağrı və diskomfort hissi, qəbizlik, qastrit və mədə yarasının kəskinləşməsi, nadir hallarda mədə-bağırsaq traktında xoralar və ya qanaxmalar, başgicəllənmə, baş ağrısı, görmə qabiliyyətinin pozulmaları, sidiyəgetmənin çətinləşməsi, akkomodasiyanın pozulması, qaraciyər iltihabı, dərinin və skleranın saralması, qanda qaraciyər fermentlərinin səviyyəsinin artması, dərinin ağır reaksiyaları. Analgetik astmalı pasiyentlərdə hiperhəssaslıq reaksiyası adətən astma tutması; sirkulyator şok şəklində meydana çıxır. Məlum deyil (mövcud məlumatlara əsasən başvermə tezliyini müəyyən etmək mümkün deyil): ağızda quruluq, ürəkbulanma, qusma, qarında ağrılar və diskomfort hissi, qəbizlik, qastrit və mədə yarasının kəskinləşməsi, nadir hallarda xoralanma və qanaxma, başgicəllənmə, baş ağrısı, görmə qabiliyyətinin pozulmaları, sidiyəgetmənin çətinləşməsi, akkomodasiyanın pozulması. Parenteral istifadə zamanı inyeksiya yerində ağrılar və yerli reaksiyalar, hətta nadir hallarda flebitlər əmələ gələ bilər. Hiperhəssaslıq reaksiyaları baş verdikdə, böyrək və ya qanyaratma funksiyasının pozulması baş verən zaman Spazmalqon preparatının istifadəsi dayandırmalıdır. Əlavə təsirlərdən istənilən biri ciddiləşərsə və ya bu içlik-vərəqədə təsvir edilməyən digər əlavə təsirlər meydana çıxarsa, lütfən, bu haqda həkiminizi və ya əczaçını məlumatlandırın.
Doza həddinin aşılması
Lazım olan dozadan yüksək doza istifadə etdikdə ürəkbulanma, qusma, qulaqlarda səs, şok, kəskin böyrək və qaraciyər çatışmazlığı, qıcolmalar mümkündür. Tibbi müəssisədə simptomatik müalicə keçirilir. Soyuq tər, başgicəllənmə, ürəkbulanma, dərinin rənginin dəyişməsi və təngnəfəslik kimi əlamətlər meydana çıxarsa, təcili həkimə müraciət etmək lazımdır.
Buraxılış forması
І dərəcəli hidrolitik qəhvəyi rəngli, üzərində rəngli sındırma nöqtəsi olan şüşə ampullarda şəffaf solğun-sarı maye. 2 ml-lik ampullar 5 və ya 10 ampul, PVX örtüklü blisterdə. 1 blister (5 və ya 10 ampul) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 5 ml-lik ampullar 5 və ya 10 ampul, PVX örtüklü blisterdə. 1 blister (5 və ya 10 ampul) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Satışda qablaşdırmaların bütün ölçüləri olmaya bilər.
Saxlanma şəraiti
25°С-dən aşağı temperaturda, orijinal qablaşdırmasında, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmaq olmaz! Dərman preparatlarını çirkab sularına və ya məişət tullantıları üçün konteynerə atmaq olmaz. Lazım olmayan dərman preparatlarını necə məhv etmək lazım olduğunu əczaçıdan soruşun. Bu tədbirlər ətraf mühitin mühafizəsinə şərait yaradacaqdır.
Yararlılıq müddəti
4 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlılıq müddəti göstərilən ayın sonuncu gününə şamil edilir.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Sofiya 1220, İlienski şossesi küç., 16, Bolqarıstan.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.