Somazina 1000 mq 4 ml N5 inyeksiya

Təsiredici maddə: CITICOLINE
Təsiredici maddəCITICOLINE
Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirPsixoanaleptiklər; Digər psixostimulyator və nootrop preparatlar
İstehsal ölkəsiİspaniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

30,00 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

SOMAZİNA inyeksiya üçün məhlul SOMAZINA Beynəlxalq patentləşdirilməmiş adı: Citicoline

Tərkibi

Təsiredici maddə: 4 ml məhlulun tərkibində ( 1 ampul) 1000 mq sitikolin vardır. Köməkçi maddə: inyeksiya üçün su, xlorid turşusu və ya natrium hidroksid.

Təsviri

Şəffaf, rəngsiz mayədir.

Farmakoterapevtik qrupu

Psixoanaleptiklər; Digər psixostimulyator və nootrop preparatlar. ATC kodu: N06BX06.

Farmakoloji xüsusiyyətləri

Sitikolin neyron membranının struktur komponenti olan fosfolipidlərin biosintezini stimulə edir, bu da ion mübadiləsi nasosu və modulyasiyası, sinir impulslarının örtülməsi üçün zəruri olan reseptorların funksiyalarını yaxşılaşdırır. Sitikolin neyron membranına stabiləşdirici təsir göstərərək, beyin ödemi simptomlarını aradan qaldırır. Klinik tədqiqatlar göstərir ki, sitikolin beyin qan dövranının pozulması və kəllə-beyin travmaları nəticəsində yaranan serebral disfunksiyanın gedişini yaxşılaşdırır. Sitikolin həmçinin amneziya əlamətlərini azaldır, yuxarıda göstərilən patoloqiyalarla əlaqədər koqnitiv, hissi və hərəki pozulmaları aradan qaldırır.

İstifadəsinə göstərişlər

Beyin qan dövranının kəskin və yarımkəskin pozulması, kəllə-beyin travmaları və onların fəsadları, müxtəlif mənşəli koqnitiv pozulmalar.

Əks göstərişlər

Sitikolinə qarşı və ya preparatın tərkibində olan köməkçi maddələrin hər hansı birinə qarşı yüksək həssaslıq, parasimpatik sinir sisteminin hipertonusu.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Tərkibində meklofenoksat olan preparatlarla birgə təyin edilməməlidir. Təhlükəsizlik tədbirləri Davamlı intrakranial qanaxma zamanı preparatın dozası gündə 1000 mq artıq olmamaq şərtilə vena daxilinə çox ləng (dəqiqədə 30 damcı) yeridilir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Sitikolin L-dopanın təsirini gücləndirir. Hamiləlik dövründə istifadəsi Heyvanlar üzərində aparılan eksperimentlərdə sitikolinin teratogen təsiri aşkar olunmayıb. Lakin hamilə qadınlarda istifadəsinə aid məlumat olmadığından, preparatın hamiləlik dövründə təyin edilməsi məsləhət görülmür. Lakin, anaya göstərilən fayda dölə ehtimal olunan riskdən üstün olan hallar istisna təşkil edir.

İstifadə qaydası və dozası

SOMAZİNA 1000 mq: xəstəliyin klinik elementlərindən asılı olaraq, 500-2000 mq/gün dozada yeridilir. SOMAZİNA əzələdaxili, venadaxili şırnaqla ləng (3-5 dəq) və ya damcı üsulu ilə (dəqiqədə 40-60 damcı) yeridilir. SOMAZİNA bütün venadaxili izotonik məhlullarla uyuşur və hətta qlükozanın hipertonik məhlulunda həll oluna bilər.

Əlavə təsirləri

Nadir hallarda parasimpatik sinir sisteminə stimuləedici təsir və qısamüddətli hipotenziv effekt müşahidə oluna bilər. Hallüsinasiya, başağrı, başgicələnmə, arterial hipertenziya, arterial hipotenziya, respirator, torakal, mediastenal pozuntular, dispnoe, mədə-bağırsaq xəstəlikləri, ürəkbulanma, qusma, bəzən ishal, qızartı, səpgi, titrətmə, övrə, purpura, ekzantema, ödem.

Doza həddinin aşılması

Preparatın az toksikliyi sayəsində hətta doza təsadüfi olaraq əhəmiyyətli dərəcədə artıq olduqda, intoksikasiya istisna olunur.

Buraxılış forması

4 ml məhlul, ampulda. 5 ampul, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

o 30 C-dən yüksək olmayan temperaturda, öz qutusunda və uşaqların əli catmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Ferrer Internacional, S.А. Gran Vía Carlos III, 94, 08028 Barcelona, (İSPANİYA). İstehsalat yeri Ferrer Internacional, S.А. C/Joan Buscallà, 1-9, 08173 Sant Cugat del Vallès (Barcelona), İspaniya.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Somazina 1000 mq 4 ml N5 inyeksiya” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar