Gerolin 1000 mq 4 ml N5 inyeksiya
| Təsiredici maddə | CITICOLINE |
|---|---|
| Dərman forması | İnyeksiya üçün məhlul |
| Farmakoloji təsir | Psixostimulyatorlar və nootrop preparatlar |
| İstehsal ölkəsi | Rumıniya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
18,52 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
GEROLİN ROMFARM inyeksiya üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Citicoline
Tərkibi
Təsiredici maddə: 1 ampulda 1000 mq sitikolin (natrium duzu şəklində) vardır. Köməkçi maddələr: natrium hidroksid və ya xlorid turşusu, inyeksiya üçün su.
Təsviri
Şəffaf, rəngsiz və ya solğun sarımtıl rəngli məhluldur.
Farmakoterapevtik qrupu
Psixostimulyatorlar və nootrop preparatlar. ATC kodu: N06BX06.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Sitikolin, maqnetik rezonans spektroskopiyası ilə aparılan tədqiqatlarda göstərildiyi kimi, neyronal membranın struktural fosfolipidlərinin biosintezini stimullaşdırır. Bu təsir vasitəsilə ion mübadiləsi nasoslarının və onda quraşdırılmış reseptorların fəaliyyəti, neyrotransmissiyada vacib olan modulyasiya kimi membran mexanizmlərinin funksiyasını yaxşılaşdırır. Membran stabilləşdirici təsirinə görə beyin ödeminin yenidən sorulmasına kömək edən xüsusiyyətlərə malikdir. Sitikolin müəyyən fosfolipazaların (A1, A2, C və D) aktivləşməsini inhibə edir, sərbəst radikalların əmələ gəlməsini azaldır, membran sistemlərinin məhv edilməsinin qarşısını alır və qlutation kimi antioksidant müdafiə sistemlərini qoruyur. Sitikolin neyronların enerji ehtiyatını saxlayır, apoptozu inhibə edir və asetilxolin sintezini stimullaşdırır və fokal beyin işemiyası modellərində profilaktik neyroprotektiv təsir göstərir. Bu, kəskin işemik insult olan pasiyentlərin funksional təkamülünü əhəmiyyətli dərəcədə yaxşılaşdırır ki, bu da neyrovizualizasiya testlərində serebral işemik zədələnmənin daha kiçik artımı ilə üst-üstə düşür. Kraneoensefalik travmatizmi olan xəstələrdə sitikolin bu xəstələrin sağalmasını sürətləndirir və postkomosional sindromun müddətini və intensivliyini azaldır. Sitikolin diqqətin və şüurun səviyyəsini yaxşılaşdırır, həmçinin beyin işemiyası ilə əlaqəli amneziya və koqnitiv və nevroloji pozğunluqlara müsbət təsir göstərir. Farmakokinetikası Sitikolin peroral, əzələ daxilinə və ya vena daxilinə tətbiq edildikdən sonra yaxşı absorbsiya olunur. Bu administrasiya yolları üçün plazma xolin səviyyələri əhəmiyyətli dərəcədə artır. Ağızdan tətbiq edildikdən sonra demək olar ki, tamamən absorbsiya olunur və vena daxilinə yeridilmə ilə müqayisədə oral qəbul zamanı biomənimsənilməsi praktiki olaraq eynidir. Sitikolin bağırsaq divarında və qaraciyərdə xolinə və sitidinə çevrilir. Sitikolin xolin fraksiyasının fosfolipidlərinin strukturuna və sitidin fraksiyasına – sitidin nukleotidləri və nuklein turşusuna sürətlə təsir etməklə, baş beynin strukturunda əhəmiyyətli dərəcədə paylanır. Sitikolin beyinə çatır və struktur fosfolipidlərinin bir hissəsini təşkil edərək hüceyrəyə, sitoplazmik və mitoxondrial membranlara aktiv şəkildə daxil olur. Yeridilən dozanın yalnız kiçik bir hissəsi sidik və nəcislə (3%-dən az) xaric olunur. Dozanın təxminən 12%-i nəfəsvermə zamannı CO vasitəsilə xaric edilir. Dərmanın sidiklə xaric2 edilməsində iki faza fərqləndirilir: birinci faza, təxminən 36 saat davam edir, burada ekskresiya sürəti sürətlə azalır və ikinci fazada ekskresiya sürəti daha yavaş azalır. Eyni hal nəfəsvermə yolu ilə xaric olunmada da baş verir, hansı ki, onun eliminasiya sürəti təxminən ilk 15 saat ərzində sürətlə azalır, bundan sonra daha yavaş azalma müşahidə olunur.
İstifadəsinə göstərişlər
Kəskin və yarımkəskin insult ilə əlaqəli koqnitiv və nevroloji pozğunluqların müalicəsi. Travmatik beyin zədələnmələri ilə əlaqəli koqnitiv və nevroloji pozğunluqların müalicəsi
Əks göstərişlər
Təsiredici maddəyə və ya preparatın tərkibindəki köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq. Parasimpatik sinir sisteminin hipertonusu olan pasiyentlər.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Dərman vasitəsi vena daxilinə yeridildikdə, inyeksiya yavaş venadaxili inyeksiya şəklində aparılmalıdır (dozadan asılı olaraq 3-5 dəqiqə). Dərman venadaxili infuziya şəklində yeridildikdə, infuziya sürəti dəqiqədə 40-60 damcı olmalıdır. Davamlı kəllədaxili qanaxma hallarında, çox yavaş venadaxili yeridilmə (30 damcı/dəqiqə) yolu ilə verilən gündəlik 1000 mq sitikolin dozasını aşmamaq tövsiyə olunur.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Gerolin Romfarm nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Sitikolin, tərkibində levodopa olan dərmanların təsirini artırır. Sitikolin sentrofenoksin və ya meklofenoksat tərkibli dərman preparatları ilə birlikdə istifadə edilməməlidir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamilə qadınlarda sitikolinin istifadəsinə dair kifayət qədər məlumatlar yoxdur. Sitikolin hamiləlik zamanı zərurət olmadıqda istifadə edilməməlidir. Sitikolin hamiləlik zamanı yalnız potensial fayda potensial riskdən üstün olduğu hallarda istifadə edilməlidir Pediatriyada istifadəsi Uşaqlarda və 18 yaşa qədər uşaqlarda preparatın istifadəsinin effektivliyi və təhlükəsizliyi müəyyən olunmayıb.
İstifadə qaydası və dozası
Dozalanması Böyüklər Müalicə ediləcək simptomların ağırlılıq dərəcəsindən asılı olaraq tövsiyə olunan doza gündə 500- 2000 mq sitikolin təşkil edir. Yaşlılarda istifadəsi Dozanın tənzimlənməsi tələb olunmur. Pediatrik populyasiyada istifadəsi Uşaqlarda preparatın istifadəsinə dair təcrübələr məhduddur, bu səbəbdən o, yalnız terapiyanın potensial faydaları potensial riskləri üstələdiyi halda istifadə edilməlidir. İstifadə qaydası Gerolin Romfarm əzələdaxili, yavaş venadaxili inyeksiya (dozadan asılı olaraq 3-5 dəqiqə) və ya venadaxili infuziya şəklində tətbiq oluna bilər. Venadaxili infuziya üsulu ilə tətbiq edildikdə, infuziya sürəti dəqiqədə 40-60 damcı olmalıdır. İnyeksiya üçün məhlul yalnız birdəfəlik istifadə üçün nəzərdə tutulub. Ampulanı açdıqdan sonra dərman vasitəsi dərhal istifadə edilməlidir. Sitikolin bütün venadaxili izotonik məhlullarla uyuşur. Həmçinin o, hipertonik qlükoza məhlulları ilə də qarışdırıla bilər. Bu dərman vasitəsinin tərkibi, zəruri hallarda, ağızdan (peroral) tətbiqə də imkan verir. Bir ampulun tərkibi birbaşa və ya yarım stəkan suda (120 ml) həll edilərək tətbiq oluna bilər.
Əlavə təsirləri
Çox nadir hallarda rastlanan: Psixi pozğunluqlar: Hallüsinasiyalar Sinir sistemində rastlanan pozğunluqlar: Baş ağrısı, vertiqo Damarlarda rastlanan pozğunluqlar: Arterial hipertenziya, arterial hipotenziya Respirator, döş qəfəsi və orta divar orqanlarında rastlanan pozğunluqlar: Dispnoe Mədə-bağırsaq pozğunluqları: Ürəkbulanma, qusma, bəzən diarreya Dəridə və dərialtı toxumada rastlanan pozğunluqlar: Qızartı, övrə, ekzantema, səpgilər Ümumi pozğunluqlar və yeridilmə yerində rastlanan vəziyyətlər: Titrətmə, ödem.
Doza həddinin aşılması
Preparatın toksikliyinin aşağı olması ilə əlaqədar, hətta terapevtik dozalardan yüksək dozalarda istifadəsi zamanı, doza həddinin aşılması halları təsvir edilməmişdir. Doza həddinin aşılması hallarında simptomatik müalicə aparılmalıdır
Buraxılış forması
4 ml məhlul üzərində sındırma halqası olan şüşə ampulda. 5 ampul konturlu-yuvalı qablaşdırmada. 1 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°С-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz!
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi «K.O.Romfarm Kompani S.R.L». Eroilor küçəsi., 1A, Otopeni, 075100, İlfov, Rumıniya.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.