Sertozin 1000 mq 4 ml N5 inyeksiya
| Təsiredici maddə | CITICOLINE |
|---|---|
| Dərman forması | İnyeksiya üçün məhlul |
| Farmakoloji təsir | Digər psixostimulyatorlar və nootrop preparatlar |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
20,90 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
SERTOZİN inyeksiya üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Citicoline
Təsviri
Rəngsiz və ya qəhvəyi-sarı rəngli şəffaf məhluldur.
Tərkibi
Təsiredici maddə: 1 ampulda 500 mq və ya 1000 mq sitikolin (sitikolin natrium şəklində) vardır. Köməkçi maddələr: natrium hidroksid, xlorid turşusu, inyeksiya üçün su.
Farmakoterapevtik qrupu
Digər psixostimulyatorlar və nootrop preparatlar. ATC kodu: N06BX06.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Sitikolin neyron membranın struktur fosfolipidlərinin biosintezini stimullaşdırır. Bunu maqnit- rezonans spektroskopiya ilə aparılan tədqiqatlar sübut edir. Bunun hesabına, sitikolin ion-mübadilə nasoslarını və düzgün neyrotransmissiyanı təmin edən membran reseptorları kimi membran mexanizmlərin fəaliyyətini yaxşılaşdırır. Sitikolin membrana stabilləşdirici təsir göstərməklə, baş beyin ödeminin aradan qaldırılmasına səbəb olur. Eksperimental tədqiqatlar göstərmişdir ki, sitikolin sərbəst radikalların yaranmasını azaltmaqla membran sistemlərin dağılmasının qarşısını alır və qlütation kimi antioksidant müdafiə sistemlərini qorumaqla bəzi fosfolipazaların (A1, A2, C və D) aktivləşməsini inhibə edir. Sitikolin neyron enerji ehtiyatını qoruyur, apoptozu inhibə edir və asetilxolinin sintezini stimulə edir. Həmçinin baş beynin ocaqlı işemiyası modellərində eksperimental olaraq nümayiş etdirilmişdir ki, sitikolin profilaktik neyroprotektor effekt göstərir. Klinik tədqiqatlar göstərmişdir ki, sitikolin kəskin serebrovaskulyar işemiya tutması olan pasiyentlərin funksional vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır, bu isə neyrovizualizasyon tədqiqi zamanı baş beynin işemik zədələnməsinin daha az ifadəli artımı ilə üst-üstə düşür. Kəllə-beyin travmaları olan pasiyentlərdə sitikolin sağalmanı sürətləndirir və komasonrası sindromun davametmə müddətini və intensivliyini azaldır. Sitikolin diqqəti toplamanın və şüurun səviyyəsini yaxşılaşdırır, həmçinin amneziya zamanı və baş beynin işemiyası ilə əlaqəli koqnitiv və nevroloji pozulmalar zamanı müsbət təsir göstərir. Farmakokinetikası Peroral, əzələdaxili və ya venadaxili yeridilməsindən sonra sitikolin yaxşı absorbsiya olunur. Bunun hesabına plazmada xolinin səviyyələri əhəmiyyətli dərəcədə artır. Peroral qəbulundan sonra absorbsiya demək olar ki, tam şəkildə olur və onun biomənimsənilməsi venadaxili yeridilmədən sonra müşahidə olunanla təxminən eynidir. Sitikolin bağırsaq divarında və qaraciyərdə xolin və sitidinin əmələ gəlməsi ilə metabolizə olunur. Sitikolin struktur fosfolipidlərə xolin fraksiyalarının və sitidin fraksiyasının – sitidin nukleotidlərinə və nuklein turşularına sürətlə daxil olması ilə baş beyin strukturlarında əhəmiyyətli dərəcədə paylanır. Sitikolin baş beyinə keçir və aktiv şəkildə hüceyrə, sitoplazmatik və mitoxondrial membranlara qoşularaq, struktur fosfolipidlərin fraksiya hissəsini əmələ gətirir. Dozanın yalnız az miqdarı sidiklə və nəcislə xaric olunur (3%-dən az). Dozanın təxminən 12%-i nəfəslə verilən CO ilə xaric olunur. Sitikolinin sidiklə ekskresiya olunmasında iki fazanı ayırd2 etmək olar: birinci faza, 36 saata yaxın davam edir ki, onun gedişi zamanı xaricolma sürəti tezliklə azalır, və ikinci faza, onun gedişi zamanı ekskresiya sürəti daha çox zəifləyir. Eyni hadisə nəfəslə verilən СО -də müşahidə olunur – xaricolma sürəti tez təxminən 15 saat sonra azalır, daha sonra2 kifayət qədər yavaş azalır.
İstifadəsinə göstərişlər
– Kəskin və yarımkəskin fazalarda insultlar ilə əlaqəli nevroloji və koqnitiv pozğunluqların müalicəsi; – kəllə travmaları ilə əlaqəli nevroloji və koqnitiv pozğunluqların müalicəsi.
Əks göstərişlər
– Sitikolinə və ya preparatın köməkçi maddələrindən hər-hansı birinə qarşı hiperhəssaslıq; – parasimpatik sinir sisteminin hipertoniyası olan pasiyentlər.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Venadaxili yeridilmə yavaş-yavaş (dozadan asılı olaraq 3-5 dəqiqə) olmalıdır. Venadaxili damcı ilə infuziya şəklində yeridilməsi zamanı perfuziya sürəti dəqiqədə 40-60 damcı təşkil etməlidir. Davamlı kəllədaxili qansızma zamanı gündə 1000 mq-dan artıq dozanı aşmaq məsləhət görülmür çox yavaş venadaxili yeridilmə (dəqiqədə 30 damcı) zamanı.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Sitikolin levodopa tərkibli preparatların effektini gücləndirir. Preparatı sentrofenoksin və ya meklofenoksat tərkibli dərman vasitələri ilə eyni vaxtda təyin etmək olmaz.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamilə qadınlarda sitikolinin istifadəsinə dair məlumatlar kifayət qədər deyildir. Hamiləlik zamanı preparatın istifadəsi yalnız o halda mümkündür ki, ana üçün onun faydası döl üçün potensial riskdən üstün hesab olunsun.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparat nəqliyyat vasitələrini və yüksək sürətli psixomotor reaksiyalar tələb edən potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.
İstifadə qaydası və dozası
Preparatı əzələdaxili, venadaxili yavaş-yavaş (dozadan asılı olaraq, 3-5 dəq.) və ya venadaxili damcı üsulu ilə infuziya şəklində yeritmək olar. Venadaxili damcı üsulu ilə infuziya şəklində yeridilmə zamanı perfuziya sürəti dəqiqədə 40-60 damcı təşkil etməlidir. Bu preparatın tərkibi ehtiyac olduğu təqdirdə daxilə qəbul edilə bilər. Ampulun içindəki məhlulu bilavasitə və ya yarım stakan suda (120 ml) həll edib qəbul etmək olar. Ampulda inyeksiya üçün məhlul yalnız birdəfəlik istifadə üçün nəzərdə tutulub. Ampul açıldıqdan sonra məhlulu dərhal istifadə etmək lazımdır. İstifadə olunmamış preparatı atmaq lazımdır. Preparat bütün növ venadaxili izotonik məhlullar ilə uyuşur. Onu, həmçinin hipertonik qlükoza məhlulu ilə qarışdırmaq olar. Böyüklər Tövsiyə olunan doza, vəziyyətin ağırlığından asılı olaraq gündə 500-2000 mq təşkil edir Yaşlı pasiyentlər Bu yaş qrupu üçün doza hər-hansı konkret düzəliş tələb olunmur. Uşaqlar Uşaqlarda istifadə təcrübəsi məhduddur. Bu səbəbdən, preparatı yalnız o halda istifadə etmək lazımdır ki, onun ehtimal olunan faydası mümkün olan riskindən üstün hesab olunsun.
Əlavə təsirləri
Əlavə təsirlərin tezliyi çox nadirdir (< 1/10000) (fərdi hadisələr daxil olmaqla). Psixikaya: hallüsinasiyalar. Sinir sisteminə: başağrısı, başgicəllənmə. Damarlara: arterial hipertenziya, arterial hipotenziya. Tənəffüs sisteminə, döş qəfəsinə və divararalığı orqanlarına: təngnəfəslik. Mədə-bağırsaq sisteminə: ürəkbulanma, qusma, diareya. Dəriyə və dərialtı toxumalara: qızartı, övrə, ekzantema, purpura. Ümumi pozğunluqlar və yeridilmə yerində dəyişiklik: üşütmə, şişkinlik. Şübhəli əlavə təsirlər barədə məlumatın verilməsi Dərman vasitəsinin qeydiyyatından sonra şübhəli əlavə təsirlər barədə məlumatın verilməsi çox vacibdir. Pasiyentdə dərman vasitəsinə qarşı ciddi əlavə təsir aşkar olunduqda və ya bu içlik vərəqədə təsvir olunmayan yeni əlavə təsir yarandıqda, Milli farmakonəzarət sisteminə uyğun şəkildə məlumatın çatdırılması xahiş olunur.
Doza həddinin aşılması
Hətta terapevtik dozaların aşılması zamanı preparatın toksikliyi aşağı olduğu üçün intoksikasiya hadisələri ehtimal olunmur. Təsadüfən doza həddinin aşılması zamanı simptomatik terapiya təyin olunur.
Buraxılış forması
4 ml inyeksiya üçün məhlul, rəngsiz şüşə ampulda. 5 ampul, konturlu-yuvalı qablaşdırmada. 1 konturlu-yuvalı qablaşdırma, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºC-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsal olunub “PharmaVision Sanayi ve Ticaret A.Ş.”, Türkiy. Ticarət nişanı və qeydiyyat vəsiqəsinin sahibi “DR SERTUS İLAÇ SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİ”, TÜRKİYƏ.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.