Sefneo Plus 100 mq / 62,5 mq 100 ml suspenziya
| Dərman forması | Suspenziya |
|---|---|
| Farmakoloji təsir | Digər beta-laktam antibiotikləri |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
32,71 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
SEFNEO PLYUS 100 mq+62.5 mq / 5 ml oral suspenziya hazırlamaq üçün toz Beynəlxalq patentləşdirilməmiş adı: Cefpodoxime proxetil +Clavulanic acid
Tərkibi
Təsiredici maddə: 5 ml oral suspenziyanın tərkibində 100 mq sefpodoksimə bərabər olan 130,447 mq sefpodoksim proksetil və 62,5 mq klavulan turşusuna bərabər olan 163,832 mq kalium klavulanat qarışığı var. Köməkçi maddələr: hidroksipropilsellüloza, natrium karmeloza, saxaroza, susuz laktoza (inək südü mənşəli), aspartam (E951), talk, natrium xlor, kalsium sorbit, kalsium karmeloza, kolloidal silisium dioksid, sorbitan monooleat, banan aromatizatoru, vanil aromatizatoru.
Təsviri
Ağ rəngli tozdur.
Farmakoterapevtik qrupu
Digər beta-laktam antibiotikləri. ATC Kodu: J01D.
Farmakoloji xüsusiyyətləri
SEFNEO PLYUS sefpodoksim proksetil və klavulan turşusu tərkibinə malikdir. Sefpodoksim sefalosporinlər qrupuna aid antibiotikdir, klavulan turşusu isə bakteriyaların bəzi antibiotikləri parçalayan beta-laktamaza fermentinin inhibitorudur. Farmakodinamikası Sefpodoksim proksetil, yarım sintetik, geniş spektrli oral beta-laktam antibiotiki olub, III nəsil sefalosporin qrupuna aiddir. Təsir mexanizmi Sefpodoksim bir sıra qram(+) və qram(-) bakteriyalara qarşı in vitro effektivdir. Sefpodoksim hüceyrə divarının sintezini inhibə edərək bakterisid təsir göstərir, beta-laktamazlara qarşı yüksək dərəcədə davamlıdır. Klavulan turşusu – struktur cəhətdən penisillinlərə bənzərdir, sefalosporin ve penisillinlərə davamlı mikroorqanizmlərdə rast gəlinən geniş spektr beta-laktamaza fermentlərini inaktivasiya edən beta- laktamazaların inhibitorudur. Klavulan turşusu, xüsusilə davamlılığın inkişafında iştirak edən plazmid əlaqəli beta-laktamazlara qarşı yüksək aktivliyə malikdir. Klavulan turşusu 1 tip xromosomlu beta- laktamazlara qarşı az effektivdir. SEFNEO PLYUS-un tərkibindəki klavulan turşusu sefpodoksimi beta- laktamaz fermentləri tərəfindən parçalanmasından qoruyur və adətən davamlı olan çoxsaylı bakteriyalar da daxil olmaqla sefpodoksimin təsir spektrini genişləndirir. Bir çox antibiotiklərə qarşı davamlı olan bakterial fermentlər, patogen mikroorganizmlərə heç bir təsir göstərmədən antibiotikləri məhv edirlər. SEFNEO PLYUS-dakı klavulan turşusu, müdafiə mexanizmini yaratmaq üçün beta-laktamaz fermentlərini inhibə edir, mikroorganizmlərin sefpodoksimin orqanizmində əldə etdiyi konsentrasiyalardakı bakterisid təsirinə həssas olmasını təmin edir. Antibakterial spektri Aşağıdakı mikroorganizmlər sefpodoksimə qarşı həssasdır Streptococcus pneumoniae, Streptococcus spp., Propionibacterium acnes, Corynebacterium diphteriae, Haemophilus influenzae (beta-laktamaza hasil edən və hasil etməyən), Haemophilus parainfluenzae (beta-laktamaza hasil edən və hasil etməyən), Moraxella (Branhamella) catarrhalis (beta-laktamaza hasil edən və hasil etməyən), Neisseria meningitidis, Neisseria gonorrhoeae (beta-laktamaza hasil edən və hasil etməyən), Escherichia coli, Klebsiella pneumoniae, Klebsiella oxytoca, Proteus mirabilis, Proteus vulgaris, Citrobacter diversus, Salmonella spp., Providencia spp., Shigella spp., Pasteurella multocida, Fusobacterium. Aşağıdaki mikroorganizmlər sefpodoksimə orta dərəcədə həssasdır: Metisillinə həssas stafilokoklar, Yersinia enterocolitica, Aeromonas hydrophila. Aşağıdakı mikroorganizmlər sefpodoksimə davamlıdır: Enterobacter spp., Morganella morganii, Serratia marcescens, Citrobacter freundii, Acinetobacter spp., Peptostreptococcus, Enterococcus, metisillinə həssas stafilokoklar, JK qrupu Corynebacteria, Listeria monocytogenes., Pseudomonas spp., Acinetobacter spp., Clostridium spp., Bacteroides fragilis. Farmakokinetikası Absorbsiyası Sefpodoksim proksetil daxilə qəbul edildikdə mədə-bağırsaq traktından sorulur və aktiv metaboliti sefpodoksimə hidroliz olunur. Klavulan turşusu oral qəbulda sürətlə və tam absorbsiya olunur. Klavulan turşusu – 75% biomənimsənilməyə malikdir. Aparılan tədqiqatlarda klavulan turşusunun yeməkdən əvvəl qəbulu zamanı absorbsiyanın əhəmiyyətli dərəcədə artması qeyd olunmuşdur. Böyüklərdə oral yolla 125 mq klavulan turşusunun qəbulundan sonra klavulan turşusunun 50-60 dəqiqədən sonra maksimum zərdab konsentrasiyası (3-5 mq/l) olduğu sübut edilmişdir. Uşaqlarda klavulan turşusunun 3,33 mq/kq peroral qəbulundan 30-40 dəqiqə sonra maksimum zərdab konsentrasiyasına (2,5 mq/l) çatdığı sübut edilmişdir. Körpə uşaqlarda klavulan turşusunun 2,5 mq/kq peroral qəbulundan sonra plazma konsentrasiyası 30-60 dəqiqə ərzində maksimuma (1,5 mq/l) çatmışdır. Biotransformasiyası Qeyri-spesifik esterazalar bakterisid effektivliyi olan sefpodoksimi sürətlə hidroliz edirlər. Klavulan turşusu orqanizmdə 2,5-dihidro-4-(2-hidroksietil)-5-okso-1H-piroll-3-karboksil turşusu və 1- amino-4-hidroksi-butan-2-bir-ə metabolizə olunur. Orqanizmdə paylanması 4-12 yaş arası uşaqlarda, 5 mq/kq birdəfəlik doza qəbulundan sonra, maksimum plazma konsantrasiyası (C ) orta hesabla 2,6 mq/l təşkil edir və bu konsentrasiyaya çatma vaxtı (T ) 2-4 saatdır. İki yaşa qədərmax max uşaqlarda, hər 12 saatdan bir 5 mq/kq olmaqla təkrarlanan doza qəbulundan 2 saat sonra əldə edilən maksimum plazma konsentrasiyası: 1-6 aylıq uşaqlarda 2,7 mq/l; 7 ay-2 yaş arasında 2 mq/l-dir. Hər 12 saatdan bir 5 mq/kq təkrarlanan dozaları qəbul edən 1 ay-12 yaş arasındakı xəstələrdə, sefpodoksimin plazmada qalıq konsentrasiyası (C ) sabit vəziyyətdə 0,2-0,3 mq/l (1 ay-2 yaş uşaqlarda)12h və 0,1 mq/l (2-12 yaş) idi. Klavulan turşusunun toplam plazma konsentrasiyasının 25%-i zülalla birləşir. Paylanma həcmi təxminən 0,2/l/kq təşkil edir. Klavulan turşusunun plasenta baryerini keçdiyi göstərilmiştir. Orqanizmdən xaric olması Yarımparçalanma dövrü – 2,4 saatdır. Sefpodoksimin 80%-i dəyişilməmiş halda sidiklə xaric olunur. Klavulan turşusu həm renal, həm də qeyri-renal mexanizmlərlə xaric olunur. Metabolizmə uğradıqdan sonra sidiklə, nəcislə və və karbon dioksid şəklində xaric olunur. Klavulan turşusunun yarımparçalanma dövrü 125 mq doza qəbulunda 55-65 dəqiqə, 62,5 mq doza qəbulunda isə 55-80 dəqiqə təşkil edir. Peroral 125 mq doza qəbul edildikdə, ilk altı saat ərzində, klavulan turşusunun 40-65%-i dəyişilməmiş şəkildə sidiklə xaric olunur.
İstifadəsinə göstərişlər
SEFNEO PLYUS bakteriyaların törətdiyi infeksiyaların müalicəsində istifadə olunur. SEFNEO PLYUS aşağıdakı infeksiyaların müalicəsində istifadə olunur: Yuxarı tənəffüs yollarının infeksiyaları: − Kəskin orta otit − Tonzillit, faringit − Kəskin sinusit. Aşağı tənəffüs yollarının infeksiyaları: − Pnevmoniya − Kəskin bronxit − Ağciyərlərin xroniki obstruktiv xəstəliyinin (AXOX) superinfeksiyası. Sidik-ifrazat sisteminin ağırlaşmamış infeksiyaları. Dəri və yumşaq toxuma infeksiyaları. Ağırlaşmamış qonokokk mənşəli uretrit.
Əks göstərişlər
− Sefpodoksimə və ya digər sefalosporinlərə və klavulan turşusuna qarşı hiperhəssaslıq; − fenilketonuriya (tərkibində aspartam olduğu üçün).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Anafilaktik reaksiya Sefalosporinlərin istifadəsindən əvvəl xəstədə beta-laktam antibiotiklərə qarşı yüksək həssaslığın olub- olmaması araşdırılmalıdır. Yüksək həssaslıq reaksiyası baş verərsə, müalicə dayandırılmalıdır. Anamnezdə sefalosporinlərə erkən həssaslıq reaksiyası olan xəstələrdə sefpodoksimin istifadəsi əks göstərişdir. 5-10% hallarda penisillinə həssas olan xəstələrdə sefalosporinlər ehtiyatla istifadə olunmalıdır, çünki penisillinlər və sefalosporinlər arasında qarşılıqlı allergiya mövcuddur. İlk qəbul diqqətlə izlənilməlidir. Bu iki antibiotik qrupundan yaranan yüksək həssaslıq reaksiyaları (anafilaktik) ağır və hətta letal (ölümcül) ola bilər. Clostridium difficile ilə əlaqəli xəstəliklər Bir neçə antibiotik ilə, xüsusilə geniş təsir spektrli antibiotiklər ilə müalicə zamanı şiddətli və davamlı diareya baş verərsə, bu, Clostridium difficile ilə əlaqəli ağır xəstəlik forması olan psevdomembranoz kolitin simptomu ola bilər. Psevdomembranoz kolitdən şübhələnən zaman, SEFNEO PLYUS-un qəbulunu dərhal dayandırılmalı və təxirə salınmadan müvafiq müalicəyə başlanmalıdır. Böyrək çatışmazlığı olan xəstələrdə gündəlik doza kreatinin klirensinə görə tənzimlənməlidir. Bu dərman məhsulunda fenilalanin mənbəyi var. Fenilketonuriya xəstələri üçün zərərli ola bilər. Bu dərman məhsulunda laktoza var. Qalaktozaya qarşı dözümsüzlük, Lapp laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası ilə əlaqəli nadir irsi problemləri olan xəstələr bu dərmanı qəbul etməməlidirlər. Bu dərman məhsulunun tərkibində saxaroza var. Nadir irsi problemi olan fruktoza dözümsüzlük, qlükozo- qalaktoza malabsorbsiyası və ya saxaraza-izomaltaza çatışmazlığı olan xəstələr bu dərmanı qəbul etməməlidirlər. Bu dərman maddəsinin hər dozasında (5 ml) 1 mmoldan az kalium (39 mq) vardır, yəni mahiyyət etibarilə “kalium yoxdur”. Bu dərman maddəsinin hər dozasında (5 ml) 1 mmoldan az natrium (23 mq) vardır, yəni mahiyyət etibarilə “natrium yoxdur”. Digər dərman maddələri ilə qarşılıqlı təsiri Kliniki cəhətdən dərmanlar ilə əhəmiyyətli qarşılıqlı təsiri aşkar edilməmişdir. H -antaqonistlər və2 antasidlər biomənimsəniləsini azaldır. Probenesid sefalosporinlərin eliminasiyasını azaldır. Sefalasporinlər potensial olaraq kumarinlərin antikoaqulyant təsirini artırırlar və estrogenlərin kontraseptiv təsirini azaldırlar. Sefalosporinlərin Kumbs testinin yanlış müsbət nəticə verməsinə səbəb olması haqqında məlumatlar verilmişdir. Mədə pH-nı neytrallaşdıran və ya mədə turşuluğunu inhibə edən dərmanlarla birgə qəbulu zamanı preparatın biomənimsənilməsi 30% azalır. Buna görə də, mineral tipli antasidlər və ranitidin kimi H -2 blokatorlarlar SEFNEO PLYUS-dan 2-3 saat sonra qəbul edilməlidir. Buna baxmayaraq, pentaqastrin kimi mədə pH-nı azaldan preparatlar biomənimsənilməsini artırırlar. SEFNEO PLYUS yemək zamanı qəbul edildikdə biomənimsənilmə artır. SEFNEO PLYUS qəbul edən xəstələrdə qeyri-spesifik metodlarla aparılan sidikdə qlükozanın təyini yanlış müsbət reaksiyaya səbəb ola bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik Preparatı istifadədən əvvəl mütləq həkiminizlə məsləhətləşin. Heyvanlar üzərində aparılan tədqiqatlarda və kliniki təcrübədə hər hansı bir teratogen təsir müşahidə olunmamışdır. Hamilələrdə sefpodoksim/klavulan turşusunun mənfi təsirləri tam olaraq müəyyənləşməmişdir. Bu səbəblə hamiləlik zamanı SEFNEO PLYUS istifadəsi məsləhət deyildir. Müalicə zamanı hamilə olduğunuzu aşkarlasanız, mütləq həkiminizlə məsləhətləşin. Laktasiya SEFNEO PLYUS-un tərkibindəki maddələr ana südünə keçir. Laktasiya dövründə SEFNEO PLYUS istifadə edilməməlidir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
SEFNEO PLYUS preparatı başgicəllənmə hissi yarada bilər. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir edə bilər.
İstifadə qaydası və dozası
SEFNEO PLYUS aşağıda verilmiş göstərişlərə görə tövsiyə olunan dozalanma rejimi: Böyüklər Göstərişlər Gündəlik sefpodoksimin Dozalanma dozası Yuxarı tənəffüs yolu infeksiyaları Faringit/tonzillit 200 mq 5 ml suspenziya 12 saatdan bir Kəskin sinusit 400 mq 10 ml suspenziya12 saatdan bir Aşağı tənəffüs yolu infeksiyaları Kəskin bronxit* 200 mq 5 ml suspenziya 12 saatdan bir Bakterial pnevmoniya 400 mq 10 ml suspenziya 12 saatdan bir AXOX-un superinfeksiyası 400 mq 10 ml suspenziya 12 saatdan bir Sidik-ifrazat sisteminin infeksiyaları Aşağı sidik-ifrazat sisteminin 200 mq 5 ml suspenziya 12 saatdan bir ağırlaşmamış infeksiyaları Yuxarı sidik-ifrazat sisteminin 400 mq 10 ml suspenziya 12 saatdan bir ağırlaşmamış infeksiyaları Ağırlaşmamış qonokok infeksiyası 200 mq Tək doza 10 ml Dəri və yumşaq toxuma infeksiyaları 400 mq 10 ml suspenziya 12 saatdan bir *İnfeksiyanın ağırlığına görə ehtiyac olarsa doza 12 saatdan bir 200 mq (10 ml) qədər artırıla bilər. Uşaqlar − Sefpodoksimin gündəlik tövsiyyə edilən dozası 10 mq/kq-dır, − SEFNEO PLYUS suspenziyası səhər və axşam olmaqla, 12 saatdan bir 2 dəfə qəbul edilir. − Dozanın düzgün şəkildə qəbulu üçün qutudakı şpris-dozator istifadə olunmalıdır. Şpris-dozatorun üzərində həm uşağın bədən çəkisinə görə asanlıqla tənzimlənməsi üçün doza, həm də həkiminizin tövsiyyə etdiyi miqdarı almaq üçün ml cizgiləri vardır. Kq cizgiləri uşağın çəkisisinə görə bir dəfəlik almalı olacağı dozanı göstərir, SEFNEO PLYUS suspenziyası gündə 2 dəfə istifadə edilir. − Çəkisi 20 kq-dan yuxarı uşaqlara 100/62,5 mq-lıq tabletlər istifadə edilə bilər (gündə 200/125 mq). − 6 aya qədər olan uşaqlara istifadə edilməməlidir. SEFNEO PLYUS ağızdan qəbul edilir. Daha yaxşı sorulması üçün preparat yeməklə bərabər verilməlidir. Hazırlanma qaydası SEFNEO PLYUS 100 mq+62,5 mq/5 ml oral suspenziyanı hazırlamaq üçün quru tozdan istifadə edilir. Qutuda quru toz tərkibli 100 ml-lik şüşə və şpris-dozator mövcuddur. SEFNEO PLYUS suspenziyasını hazırlamaq üçün şüşənin üzərindəki xəttin yarısına qədər qaynanmış ilıq su əlavə edilməlidir və möhkəm çalxalanmalıdır. Sonra suyu işarə xəttinə qədər əlavə edərək tamamilə həll olunana qədər çalxalamaq lazımdır. Həkimin təyin etdiyi doza qutudakı şpris-dozator vasitəsi ilə qəbul edilməlidir. Suspenziyanı hər istifadədən əvvəl çalxalamaq lazımdır. Əhalinin xüsusi qrupları haqqında əlavə məlumat: Böyrək çatışmazlığı: Kreatinin klirensi 40 ml/dəq/1,73 m -dən çox olduqda doza dəyişikliyi tələb olunmur. Kreatinin klirensi 39-10 ml/dəq/1,73 m olan xəstələrdə gündəlik doza azaldılmalı və 1 dəfə təyin edilməlidir. Kreatinin klirensi< 10 ml/dəq 73 m olan xəstələrdə gündəlik doza yarı dozaya endirilməli və 48 saatdan bir təyin edilməlidir. Hemodializ xəstəsi üçün gündəlik doza adi dozanın yarısına qədər azaldılmalı və hər bir dializ müalicəsindən sonra 1 dəfə tətbiq edilməlidir. Qaraciyər çatışmazlığı: Qaraciyər funksiyasının pozulması zamanı dozanın korreksiyası tələb olunmur. Yaşlılar: Yaşlı xəstələrdə onların böyrək funksiyası normal olduqda dozanın korreksiyasına ehtiyac yoxdur.
Əlavə təsirləri
Bütün dərmanlar kimi, SEFNEO PLYUS-un tərkibindəki maddələrə həssas olan insanlarda əlavə təsirlər ola bilər. Əlavə təsirlər aşağıda sistem orqanlarının siniflərinə və tezliyinə görə verilmişdir. Əlavə təsirlərin başvermə tezliyi aşağıdakı kimi təsnif edilir: çox tez-tez (≥1/10), tez-tez (>1/100, <1/10 ), bəzən (≥1/1000, <1/100), nadir hallarda (≥1/10 000, <1/1000 ), çox nadir hallarda (<1/10 000), məlum olmayan (mövcud məlumatlardan qiymətləndirilə bilməz). Tez-tez − diareya, ürəkbulanma − superinfeksiya Bəzən − övrə, səpgi − qusma, qarın nahiyəsində ağrı − enterokolit − keçici mülayim AST, ALT, qələvi fosfotazanın və/və yaxud bilirubinin artması − baş ağrısı, başgicəllənmə Nadir hallarda − hiperbilirubinemiya − trombositopeniya, eozinofiliya − paresteziya − asteniya Çox nadir hallarda − qulaqda küy − zəiflik Məlum olmayan − angionevrotik ödem, bronxospazm, anafilaktik şok. − qızartı, qaşınma, urtikariya, purpura, Stivens-Сonson sindromu, toksik epidermal nekroliz, çoxformalı eritema − qanlı diareya enterokolitin simptomu kimi yarana bilər; müalicə kursu müddətində yaxud müalicə bitdikdən sonra ağır persistent edən diareya əmələ gələrsə, psevdomembranoz kolit ehtimalı müzakirə olunmalıdır. − neytropeniya, aqranulositoz, hemolitik anemiya − pseudomembranoz kolit, qeyri-həssas orqanizmlərin həddindən çox artması. Əgər bu içlik vərəqədə qeyd edilməyən hər hansı əlavə təsirlə qarşılaşsanız, bu barədə həkimə və ya əczaçıya məlumat verin.
Doza həddinin aşılması
Doza həddinin aşılması zamanı simptomatik müalicə təyin olunur. Doza həddinin aşılması zamanı, xüsusən böyrək çatışmazlığı olan xəstələrdə ensefalopatiya yarana bilər. Adətən sefpodoksimin plazmada səviyyəsi azaldıqda, ensefalopatiya geridönən olur.
Buraxılış forması
SEFNEO PLYUS oral suspenziya hazırlamaq üçün quru toz, 100 ml cizgi nişanlı, qəhvəyi şüşə qabda, şpris-dozator ilə birlikdə buraxılır. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
Suspenziya hazırlamaq üçün toz 25°C-dən yuxarı olmayan temperaturda, quru yerdə saxlanılmalıdır. Suspenziya hazırlandıqdan sonra 10 gün müddətində soyuducuda (2-8°C) saxlanıla bilər. Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Aptekdən resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi Neutec İlac San.Tic.A.Ş./Türkiyə. 1.Organize Sanayi Bölgesi 2.Yol, No:2 Adapazarı/Sakarya/Türkiyə.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.