Sefneo 200 mq N20 tablet
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | 3-cü nəsil sefalosporinlər |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
37,58 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
SEFNEO 200 mq örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Cefpodoxime
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 200 mq sefpodoksimə ekvivalent 260,8 mq sefpodoksim proksetil vardır. Köməkçi maddələr: karmelloza kalsium, nişasta, natrium laurilsulfat, mikrokristallik sellüloza, talk, kollodial silisium dioksid, maqnezium stearat. Örtük: Opadry II ağ 85G18490 (titan dioksid (E171), polivinil alkoqol, talk, makroqol/PEQ 3350, lesitin (soya paxlası) (E322)).
Təsviri
Dairəvi, ağ rəngli, iki tərəfi qabarıq örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
3-cü nəsil sefalosporinlər. ATC kodu: J01DD13.
İstifadəsinə göstərişlər
Sefneo preparatı, həssaslığı müəyyən olunmuş bakteriyaların səbəb olduğu aşağıdakı infeksiyaların müalicəsində istifadə olunur. Yuxarı tənəffüs yollarının infeksiyaları: − tonzillit, faringit (badamcıqlar və udlağın iltihabı), − kəskin sinusit (sinus adlanan kəllə boşluqlarının iltihabı). Aşağı tənəffüs yollarının infeksiyaları: − kəskin bronxit, xroniki bronxitin kəskinləşməsi, − bakterial pnevmoniya (ağciyər xəstəliyi), Aşağı və yuxarı sidik yollarının ağırlaşmamış infeksiyaları; Ağırlaşmamış qonokokk uretriti (cinsi yolla ötürülən qonoreya infeksiyası); Dəri və yumşaq toxumaların infeksiyaları.
Əks göstərişlər
Sefpodoksim və ya sefalosporinlərə qarşı allergiya (hiperhəssaslıq). Preparatın tərkibində lesitin [soya (E322)] vardır, yer fındığı və ya soyaya qarşı allergiyası olan pasiyentlər bu dərman vasitəsini istifadə etməməlidilər. Anamnezdə penisillinə və ya hər hansı digər beta-laktam preparatlarına qarşı hiperhəssaslıq (anafilaksiya).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Sefpodoksim ishal, antibiotiklərlə əlaqəli kolit, psevdomembranoz kolitə səbəb ola bilər. Kolitin bütün mümkün hallarında sefpodoksimlə müalicəni dərhal dayandırmaq lazımdır. Eyni sinif antibiotiklərlə, xüsusilə aminoqlikozidlərlə və ya güclü təsirə malik diuretiklər kimi potensial nefrotoksik dermanlarla eyni vaxtda istifadəsi zamanı böyrək funksiyasında dəyişiklik müşahidə edilir. Xüsusilə uzun müddətli müalicə zamanı neytropeniya və aqranulositoz inkişaf edə bilər. Bu səbəbə görə 10 gündən artıq davam edən müalicə zamanı qanın tərkibinə nəzarət edilməli və neytropeniya aşkar edildikdə, müalicə dayandırılmalıdır. Qalaktozaya qarşı dözümsüzlük, Lapp laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası kimi nadir irsi problemləri olan pasiyentlər bu preparatı qəbul etməməlidirlər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Aşağıdakı dərman vasitələrindən birini qəbul etdikdə diqqətli olun və həkimə bu barədə məlumat verin: − antasidlər (həzm sisteminin pozğunluqlarını və zədələrini müalicəsində istifadə olunur), − xoraların müalicəsi üçün istifadə olunan dərman vasitələri (ranitidin və ya simetidin kimi), − sidikqovucu tabletləri və ya inyeksiyaları (diuretiklər), − aminoqlikozid antibiotikləri (infeksiyaların müalicəsində istifadə olunur), − probenesid (böyrək pozğunluğunu müalicəsində istifadə olunan sidofovir adlı dərman vasitəsi ilə istifadə olunur), − varfarin kimi kumarin antikoaqulantlar (qanı durulaşdırmaq üçün istifadə olunur), − estrogen tərkibli kontraseptivlər. Mədənin pH səviyyəsinin artmasına səbəb olan preparatlar, antasidlər və histamin H2 blokatorlar Sefneo preparatının qəbulundan 2-3 saat sonra qəbul edilə bilər. Sefneo preparatının istifadəsi ilə bəzi qan və sidik testlərində yalnış müsbət nəticələr əldə edilə bilər (müsbət Kumbs testi və qeyri-spesifik reduksiyaedici maddələrdən istifadə edərək sidikdə qlükozanın təyin edilməsi). Resept əsasında və ya reseptsiz buraxılmasından asılı olmayaraq, hər hansı digər dərman vasitəsi istifadə edirsinizsə və ya bu yaxınlarda istifadə etmisinizsə, lütfən həkimə və ya əczaçıya bu barədə məlumat verin.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik Bu dərman vasitəsini istifadə etməzdən əvvəl həkim və ya əczaçıyla məsləhətləşin. Sefpodoksim proksetilin hamiləlik dövründə təhlükəsizliyi müəyyən edilməmişdir. Bu səbəbdən hamiləlik dövründə istifadə etmək tövsiyə edilmir. Müalicə zamanı hamilə olduğunuzu bildikdə, dərhal həkim və ya əczaçıyla məsləhətləşin. Laktasiya Bu dərman vasitəsini istifadə etməzdən əvvəl həkim və ya əczaçıyla məsləhətləşin. Sefneo preparatının təsiredici maddəsi ana südünə keçir. Laktasiya dövründə Sefneo istifadə etməyin. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Sefneo preparatı başgicəllənmə hissi yarada bilər. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir edə bilər. Bu dərman vasitəsini qəbul edərkən bu cür hal baş verərsə, nəqliyyat idarə etməkdən və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmaqdan çəkinmək lazımdır.
İstifadə qaydası və dozası
Dozalanma rejimi və qəbul tezliyi Böyüklər üçün tövsiyə olunan doza və qəbul tezliyi aşağıda göstərilib: Yuxarı tənəffüs yollarının infeksiyaları Tonzillit: gündəlik doza 200 mq (1 örtüklü tablet), ½ tablet hər 12 saatdan bir qəbul edilir. Faringit: gündəlik doza 200 mq (1 örtüklü tablet), ½ tablet hər 12 saatdan bir qəbul edilir. Kəskin sinusit: gündəlik doza 400 mq (2 örtüklü tablet), 1 tablet hər 12 saatdan bir qəbul edilir. Aşağı tənəffüs yollarının infeksiyaları: Kəskin bronxit: gündəlik doza 200 mq (1 örtüklü tablet) ½ tablet hər 12 saatda bir qəbul edilir. Lazım olduqda, infeksiyanın ağırlığından asılı olaraq, doza hər 12 saatdan bir 1 tabletə qədər artırıla bilər. Bakterial pnevmoniya (ağciyərin iltihabı) Gündəlik doza: 400 mq (2 örtüklü tablet), 1 tablet hər 12 saatdan bir. Sidik yollarının infeksiyaları Ağırlaşmamış aşağı sidik yollarının infeksiyaları Gündəlik doza: 200 mq (1 örtüklü tablet), ½ tablet hər 12 saatdan bir. Ağırlaşmamış yuxarı sidik yollarının infeksiyaları Gündəlik doza: 400 mq (2 örtüklü tablet), 1 tablet hər 12 saatdan bir. Ağırlaşmamış qonokokk uretriti Gündəlik doza: 200 mq (1 örtüklü tablet), birdəfəlik doza olaraq qəbul olunur. Dəri və yumşaq toxumaların infeksiyaları Gündəlik doza: 400 mq (2 örtüüklü tablet), 1 tablet hər 12 saatdan bir. İstifadə yolu və metodu: − Sefneo preparati peroral qəbul edilir. − Örtüklü tabletlər bir stəkan su ilə bütöv udulur. − Örtüklü tabletlərini yaxşı mənimsənilməsi üçün qida ilə birlikdə qəbul etmək lazımdır.
Əlavə təsirləri
Bütün dərmanlar kimi, preparatın komponentlərinə həssas olan insanlarda əlavə təsirlər yarana bilər. Aşağıdakı simptomlardan hər hansı biri baş verdikdə, Sefneo preparatının istifadəsini dayandırın və dərhal həkimlə əlaqə saxlayın və ya yerli xəstəxananın təcili yardım şöbəsinə müraciət edin. − Xırıltılı nəfəsalma və nəfəsalmada çətinlik. − Üz, dil və boğazda şişkinlik, hansı ki udma və nəfəsalmada çətinlik yaradır. − Dəridə qızartı və səpgi ilə ümumi bədəndə qaşınma. − Dodaqlar, gözlər, ağız, burun və cinsiyyət orqanlarının ətrafında dərinin suluqlanması və qanaxması ilə soyuqdəyməyə bənzər qızdırma (Stivens-Conson sindromu). − Dərinin qızarması və dərinin geniş ərazilərinin soyulması, titrəmə, əzələ ağrısı və ümumi halsızlıq (toksik epidermal nekroliz). − Xüsusən ayaqların altında və ya ovuclarda olan, solğun mərkəzi və maye ilə dolu olan, çəhrayı/qırmızı halqa formasında qaşınan dəri səpgiləri (multiformalı eritema). Bunlar çox ciddi əlavə təsirlədir. Bu əlavə təsirlərdən biri yarandıqda, Sefneo preparatına qarşı ciddi alergiyanın olduğunu göstərir. Təcili tibbi yardım və ya xəstəxanaya ehtiyac yarana bilər. Bu çox ciddi əlavə təsirlər çox nadir hallarda baş verir. Aşağıdakı əlavə təsirlər baş verdikdə, dərhal həkimlə əlaqə saxlayın və ya yerli xəstəxananın təcili yardım şöbəsinə müraciət edin. – Anemiya, trombositoz, trombositopeniya, leykopeniya və eozinofiliya. − Ağır və davamlı ishal. − Həddindən artıq zəiflik ilə gözlərin və dərinin saralması (sarılıq), hepatit. − Xüsusilə uzunmüddətli istifadə zamanı, həddindən artıq zəiflik və adi haldan daha tez-tez infeksiyalara yoluxma. Bunlar çox ciddi əlavə təsirlədir. Təcili tibbi yardıma ehtiyac yarana bilər. Ciddi əlavə təsirlər nadir hallarda baş verir. Aşağıdakılardan biri yarandıqda, həkimə bu barədə məlumat verin: − Ürəkbulanma, qusma, − abdominal ağrı, − baş ağrısı, − başgicəllənmə, − vertiqo, − tinnitus, − zəiflik, − paresteziya, − sancaq şəklində dəri qanaxması, − laboratoriya analizlərində göstərilən qanda qaraciyər fermentlərinin və bilirubinin səviyyəsinin artması. Bunlar Sefneo preparatının zəif əlavə təsirləridir. Əgər bu içlik vərəqədə qeyd edilməyən hər hansı əlavə təsirlə qarşılaşsanız, bu barədə həkimə, və ya əczaçıya məlumat verin.
Doza həddinin aşılması
Simptomatik müalicə. Böyrək çatışmazlığı olan pasiyentlərdə ensefalopatiya yarana bilər.
Buraxılış forması
15 və ya 20 örtüklü tablet, blisterdə. 1 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС-dən yüksək olmayan temperaturda, orijinal qablaşdırmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Neutec İlac San. Tic.A.Ş. / Türkiyə. 1.Orqanizə Sənaye Bölgəsi. 2.Yol, No:2 Adapazarı / Sakarya / Türkiyə.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.