Rumalon 1 ml N25 inyeksiya
| Təsiredici maddə | GLICOSAMINEGLYCANE-PEPTIDE COMPLEX |
|---|---|
| Dərman forması | İnyeksiya üçün məhlul |
| Farmakoloji təsir | Regenerasiyanın stimulyatoru |
| İstehsal ölkəsi | Rumıniya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
116,30 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
RUMALON əzələdaxili yeridilmə üçün məhlul
Tərkibi
Təsiredici maddə: 1 ml (1 ampul) məhlulun tərkibində 2,25 mq qlikozaminoqlikan – peptid kompleksi (buzovların traxeya qığırdağından və beynindən alınan ekstrakt) vardır. Köməkçi maddələr: xlorid turşusu.
Təsviri
Qəhvəyiyə çalan zəif sarı rəngdən, sarımtıl-qəhvəyi rəngə qədər, metakrezol qoxulu şəffaf məhluldur.
Farmakoterapevtik qrupu
Regenerasiyanın stimulyatoru. ATC Kodu: М09АХ.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Rumalon preparatının tərkibi cavan buzovların qığırdaq və sümük iliyindən hazırlanmış qlikozaminoqlikan – peptid kompleksindən ibarətdir. O, gialin qığırdaq toxumasında pozulmuş maddələr mübadiləsinə təsir edir. Preparat sulfatlaşmış mukopolisoxaridlərin biosintezini gücləndirir. Rumalon oynaq qığırdağının regeneriyasiyasını stimulə edir və qığırdaq toxumasında katabolik prosesləri tormozlayır. Farmakokinetikası Farmakokinetik tədqiqat həyata keçirilməyib.
İstifadəsinə göstərişlər
Oynaqların degenerativ dəyişiklikləri: qonartrozlar, barmaqlararası oynaqların artrozu, koksartrozlar, spondilyozlar, meniskopatiya, diz qapağının xondromalyasiyası.
Əks göstərişlər
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq, – revmatoid artrit, – 18 yaşa qədər olanlar, – hamiləlik və laktasiya dövrü – kontrasepsiyanın müvafiq metodlarına riayət etməyən reproduktiv yaşda olan qadınlarda istifadəsi.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Dolayı təsirli antikoaqulyantlarla, antiaqreqant maddələrlə və fibrinolitiklərlə yanaşı istifadə zamanı qanın laxtalanma göstəricilərinə tez-tez nəzarət edilməlidir. Preparat yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən ( nəqliyyat vasitələrinin idarə edilməsi, hərəkət edən mexanizmlərlə işləmə, dispetçer və operator işləri) potensial təhlükəli mexanizmlərlə işləmə qabiliyyətinə təsir etmir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Rumalon® preparatını qeyri-steroid iltihabəleyhinə preparatlarla və qlükokortikosteroidlərlə yanaşı istifadə etmək olar. Dolayı təsirli antikoaqulyantlarla, antiaqreqant maddələrlə və fibrinolitiklərlə yanaşı istifadə həmin preparatların təsirlərini gücləndirə bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparatin hamiləlik və laktasiya dövründə istifadəsi əks götərişdir (bu qrup pasiyentlərdə preparatın istifadəsinə dair yetərli məlumatların olmaması səbəbindən).
İstifadə qaydası və dozası
Preparat əzələ daxilinə dərinə yeridilir. 5-6 həftə müddətində, birinci gün 0,3 ml, ikinci gün 0,5 ml və sonra həftədə üç dəfə 1 ml istifadə edilir. Təkrar müalicə kursu həkim məsləhətindən sonra yuxarıda göstərilən sxem üzrə aparılır.
Əlavə təsirləri
Dünya səhiyyə təşkilatının tövsiyəsinə əsasən əlavə təsirlər yaranma tezliyinə görə aşağıdakı şəkildə təsnif olunmuşdur: çox tez-tez (≥1/10), tez-tez (≥1/100-dən <1/10-ə kimi), bəzən ( ≥1/1000-dən <1/100-ə kimi), nadir (≥1/10 000-dən <1/1000-ə kimi), çox nadir (<1/10 000), məlum deyil (əldə olunan məlumatlara əsasən yaranma tezliyini dəyərləndirmək mümkün olmayan). İmmun sistemdə rast gələn pozuntular: Nadir: allergik reaksiyalar, eləcə də anafilaktoid reaksiyalar, anafilaktik şok. Bu içlik vərəqədə qeyd edilməmiş hər hansı digər əlavə təsir meydana çıxarsa, preparatın istifadəsi dayandırılmalı və bu barədə müalicə həkiminə məlumat verilməlidir.
Doza həddinin aşılması
Bu günə qədər doza həddinin aşılmasına dair hallar qeyd edilməmişdir
Buraxılış forması
Əzələdaxili yeridilmə üçün məhlul. 1 ml məhlul, üzərində kəsmə dairəsi olan işıqdanqoruyucu şüşə ampullarda. Hər ampula etiket yapışdırılır. 5 ampul, polivinil xlorid PET/PE folqadan hazırlanmış konturlu-yuvalı qablaşdırmada. 2 və ya 5 konturlu-yuvalı polivinil xlorid qablaşdırma içlik vərəqə birgə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25 °C-dən yüksək olmayan temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İradları qəbul edən istehsalçı müəssisə/təşkilat/Qeydiyyat Vəsiqəsinin Sahibi Tək şəxsə malik məhdud məsuliyyətli şirkət «ROBAFARM», Bolqarıstan Respublikası, şəhər. Sofiya, Mərkəzi munisipalitet, rayon Оvça kupel, 1618, Bulvar Çar Boris III, ev. 168, оfis 34.
İstehsalçı
SC Rompharm Kompany S.R.L., İlfov, 075100 Ş.Otopeni, Küç. Eroilor, Nr. 1A, Rumıniya.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.