Rovaxol N50 kapsul

Dərman formasıKapsul
İstehsal ölkəsiİrlandiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

12,01 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

ROVAXOL kapsullar

Tərkibi

Təsiredici maddələr:1 kapsulda 13,6 mq α-pinen, 3,4 mq β-pinen, 5 mq kamfen, 2 mq sineol, 6 mq menton, 32 mq mentol, 5 mq borneol, 32 mq levomentol vardır.. Köməkçi maddələr: zeytun yağı, jelatin, qliserin 85%, natrium etilparahidroksibenzoat, natrium propilparahidroksibenzoat, suda həll olan natrium mis xlorofillin.

Təsviri

Yaşıl rəngli girdə jelatin kapsullardır. ATC kodu: A05AX.

Farmakoloji xüsusiyyətləri

Rovaxol öd ifrazını artırır, öd yollarının spazmını aradan qaldırır, qaraciyərin metabolik fəaliyyətini gücləndirir və ödün durğunluğunu azaldır. HMQ-CoA reduktazanın səviyyəsini kifayət qədər aşağı salmaqla xəstənin ödündə xolesterolun endogen ifrazını azaldır və nəticədə öd daşları həll olaraq tədricən ödlə yuyulub xaric olur. Rovaxol həmçinin gələcəkdə öd daşlarının əmələ gəlməsinin qarşısını alır. Rovaxolun öd ifrazını stimulə etmə xüsusiyyəti insulin ifrazını artırır və bununla şəkərli diabeti olan xəstələrə müsbət təsir göstərir.

İstifadəsinə göstərişlər

Rovaxol öd daşlarının həll edilməsi də daxil olmaqla, qaraciyər və öd patologiyalarının müalicəsi üçün təyin olunur.

Əks göstərişlər

Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Antikoaqulyant, qaraciyərdə metabolizmə uğrayn preparatlar qəbul edən pasiyentlərə təyin edərkən ehtiyatlı olmaq lazımdır. Müalicənin ilk dövründə pəhriz saxlamaq məsləhət görülür.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Təyin olunmuş əlavə təsiri yoxdur.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Teratogen effektlərin indiyədək müşahidə olunmamasına baxmayaraq, hamiləliyin ilk 3 ayı ərzində və həmçinin laktasiya dövründə Rovaxolun qəbulu məsləhət görülmür. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Müalicənin əvvəlində nəqliyyat vasitələrinin və digər potensial təhlükəli mexanizmlərin idarə edilməsindən, bir müddət çəkinmək lazımdır, müddət fərdi təyin olunur. Gələcəkdə bu məhdu- diyyətə hər bir pasiyent üçün fərqli yanaşmaq lazımdır. Preparatın qəbulu dayandırıldıqdan sonra arzuolunmaz effektlər, adətən aradan qalxır.

İstifadə qaydası və dozası

Böyüklərə – başqa təyinatlar olmadıqda adi doza gündə 3 dəfə 1-2 kapsul təşkil edir. Yeməkdən əvvəl su ilə qəbul edilir.

Əlavə təsirləri

Müəyyən edilmiş əlavə təsiri yoxdur. Qəbulun ilk günlərində ağızda yüngül nanə cövhər dadının hiss olunması mümkündür.

Buraxılış forması

10 kapsul, blisterdə. 5 blister (50 kapsul), içlik ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C –dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Rova Farmasyutikals Ltd., İrlandiya. Ünvan Newtown, Bantry,Cork, Ireland.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Rovaxol N50 kapsul” üçün ilk rəyi siz yazın.