Rovatineks N50 kapsul

Dərman formasıKapsul
İstehsal ölkəsiİrlandiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

12,01 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

ROVATİNEKS kapsullar

Tərkibi

Təsiredici maddələr: 1 kapsulda 24,8 mq α-pinen, 6,2 mq β-pinen, 15 mq kamfen, 3 mq sineol, 4 mq fenxon, 10 mq borneol, 4 mq anetol vardır. Köməkçi maddələr: zeytun yağı, jelatin, qliserin 85%, natrium etilparahidroksibenzoat, natrium propilparahidroksibenzoat, xinolin sarısı (E104), günəş qürubu sarısı (E104).

Təsviri

Sarı rəngli yuvarlaq jelatin kapsullardır. ATC kodu: G04BX.

Farmakoloji xüsusiyyətləri

Rovatineks diurezi artırır böyrək və sidik yollarında spazmı aradan qaldırır, böyrək daşlarını narın qum halına salmaqla onların sidik yolları vasitəsilə xaric olmasını təmin edir. Həmçinin Rovatineks gələcəkdə böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır. Terpenlərin balanslaş- dırılmış qarışığından əldə olunmuş effekt böyrək parenximasınn qan dövranını yaxşılaşdırır və daha az qatılıqlı sidik ifrazını artırmaqla sidik yollarındakı iltihabı aradan qaldırır.

İstifadəsinə göstərişlər

Rovatineks böyrəkdaşı xəstəliyi nəticəsində sidik yollarında yaranan spazm və iltihabın müa- licəsi üçün məsləhət görülür. Rovatineks həmçinin böyrək və sidik yollarına olan daşları xırda- layaraq onların böyrək sistemindən xaric olmasına kömək edir.

Əks göstərişlər

Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Antikoaqulyant, qaraciyərdə metabolizmə uğrayn preparatlar qəbul edən pasiyentlərə təyin edərkən ehtiyatlı olmaq lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Təyin olunmuş əlavə təsiri yoxdur.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Teratogen effektlərin indiyədək müşahidə olunmamasına baxmayaraq, hamiləliyin ilk 3 ayı ərzində və həmçinin laktasiya dövründə Rovatineksin qəbulu məsləhət görülmür. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Müalicənin əvvəlində nəqliyyat vasitələrinin və digər potensial təhlükəli mexanizmlərin idarə edilməsindən, bir müddət çəkinmək lazımdır, müddət fərdi təyin olunur. Gələcəkdə bu məhdu- diyyətə hər bir pasiyent üçün fərqli yanaşmaq lazımdır. Preparatın qəbulu dayandırıldıqdan sonra arzuolunmaz effektlər, adətən aradan qalxır.

İstifadə qaydası və dozası

Böyüklərə – başqa təyinatlar olmadıqda adi doza gündə 3 dəfə 1-2 kapsul təşkil edir. Yeməkdən əvvəl su ilə qəbul edilir.

Əlavə təsirləri

Müəyyən edilmiş əlavə təsiri yoxdur.

Buraxılış forması

10 kapsul, blisterdə. 5 blister (50 kapsul), içlik ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C –dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır

İstehsalçı

Rova Farmasyutikals Ltd., İrlandiya. Ünvan Newtown, Bantry,Cork, Ireland.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Rovatineks N50 kapsul” üçün ilk rəyi siz yazın.