Rileys Plus 20 mq / 12,5 mq N28 tablet

Dərman formasıTablet
Farmakoloji təsirAngiotenzinçevirici fermentin (AÇF) inhibitoru və diuretik

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

8,47 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

RİLEYS-SANOVEL PLYUS 20/12,5 mq tabletlər

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 20 mq lizinopril və 12,5 mq hidroxlorotiazid vardır. Köməkçi maddələr: mannitol DC 400, susuz dikalsium fosfat, qarğıdalı nişastası, prejelatinləşdirilmiş nişasta, maqnezium stearat.

Təsviri

Ağ rəngli, homogen dairəvi tabletlərdir.

Farmakoterapevtik qrupu

Angiotenzinçevirici fermentin (AÇF) inhibitoru və diuretik. ATC kodu: С09BА03.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Rilace-sanovel plus preparatının tərkibində AÇF-in (angiotenzinçevirici ferment) uzunmüddətli təsirə malik spesifik inhibitoru – lizinopril və diuretik – hidroxlortiazid vardır. Hidroxlortiazid diuretik təsir göstərməklə plazmada reninin aktivliyini və aldosteronun sekresiyasını artırır. Plazmada kaliumun səviyyəsini aşağı salır. Lizinopril renin-angiotenzin- aldosteron sistemini blokadaya almaqla itirilmiş kaliumu bərpa edir. Klinik tədqiqatlar göstərmişdir ki, lizinopril və hidroxlortiazidin birlikdə qəbul edilməsi arterial təzyiqin 24 saatdan çox müddət ərzində aşağı səviyyədə qalmasına şərait yaradır. Lizinopril –AÇF-in uzunmüddətli təsirə malik spesifik inhibitorudur. Lizinopril renin- angiotenzin-aldosteron sisteminə münasibətdə effektivdir. AÇF-in ingibasiyası zamanı qeyri- aktiv angiotenzin I–in effektiv damardaraldıcı və aldosteron sekresiyasının stimulyatoru olan angiotenzin II-yə çevrilməsi çətinləşir. Plazmada angiotenzin II-nin səviyyəsinin azalması ilə əlaqədar olaraq simpatik stimulyasiya, həmçinin vazopressinin və aldosteronun sekresiyası azalır. Angiotenzin II-nin təsirindən «mənfi geriyə əlaqə» effektinin aradan qaldırılması ilə əlaqədar olaraq plazmada reninin aktivliyi artır. Nəticədə damarların daralması dayanır. Lizinopril reninin səviyyəsi aşağı olan hipertenziyalı xəstələrdə istifadə zamanı da effekt verir. Lizinopril hipertenziyalı xəstələrdə periferik damar müqavimətini azaltmaqla arterial təzyiqi aşağı salır. Koronar çatışmazlıq zamanı hemodinamiki dəyişikliklər nəticəsində fiziki gərginliyə qarşı orqanizmin tolerantlığını artırır. Lizinopril xəstələrdə taxikardiya əmələ gətirmədən arterial təzyiqi uzanmış vəziyyətdə və ayaq üstündə eyni dərəcədə aşağı salır. Daxilə birdəfə qəbul edildikdən sonra antihipertenziv effekt 1 saat ərzində təzahür olunur və 6 saata maksimum səviyyəyə çatır. Tövsiyə olunan birdəfəlik dozaların qəbul edilməsi 24 saat ərzində uzunmüddətli antihipertenziv effektin saxlanmasına şərait yaradır. Bəzi xəstələrdə maksimal effektə nail olmaq üçün lizinoprilin 2-4 həftə ərzində qəbul edilməsi tələb olunur. Hipotenziv xəstələrin lizinopril qəbulunu birdən dayandırması arterial təzyiqin kəskin artmasına gətirib çıxara bilər. Bu nəticələri xəstələrdən müalicədən əvvəl alınmış məlumatlarla müqayisə etdikdə onlar mənasını itirir. Lizinopril böyrək- damar hipertoniyalı xəstələr tərəfindən yaxşı qəbul edilir və xəstələrdə arterial təzyiq üzərində nəzarəti təmin edir. Lizinopril üskükotu preparatları və ya diuretik müalicə alan xəstələrdə arterial və ağciyər-kapilyar təzyiqin aşağı düşməsinə şərait yaradır. Farmakokinetikası Lizinopril Sorulması: Cmax lizinopril peroral qəbul edildikdən 7 saat sonra nail olunur. Paylanması: lizinopril plazma zülalları ilə birləşmir. Metabolizmi və xaricolması: lizinopril metabolizmə uğramır və sidiklə dəyişilməmiş şəkildə xaric edilir. Sidiklə xaric olan lizinoprilin həcminə və lizinoprilin qəbul edilən bütün dozalarının müayinəsi zamanı alınmış məlumatlara uyğun olaraq lizinoprilin biomənimsənilməsi 25%-ə çatır. Mədə-bağırsaq traktında sorulması qidanın növündən asılı deyil. Təkrar qəbul edildikdən sonra effektiv yarımxaricolma dövrü 12 saata çatır. Hidroxlortiazid Hidroxlortiazid nefronun distal kanallarında elektrolitlərin reabsorbsiya mexanizminə təsir göstərir; natrium və xlorid ionlarının çıxışını artırır (təxminən eyni miqdarda). Antihipertenziv təsir mexanizmi axıra kimi aydınlaşdırılmamışdır. Daxilə qəbul edildikdə diurez 2 saatın tamamında başlayır, 4 saat ərzində maksimuma çatır və 6-12 saat ərzində davam edir. Hidroxlortiazid metabolizmə uğramır. Böyrəklər vasitəsilə xaric edilir. Plazma səviyyəsi üzərində minimum 24 saat ərzində müşahidə apardıqda plazmanın yarımxaricolma dövrünün 5,6-14,8 saat intervalında dəyişilməsi aşkar edilmişdir. Birdəfəlik peroral dozanın 61%-i 24 saat ərzində orqanizmdən dəyişilməmiş şəkildə xaric edilir. Hidroxlortiazid cift baryerindən keçir, lakin hematoensefal baryerdən keçmir.

İstifadəsinə göstərişlər

Rileys sanovel plyus kompleks eyni nisbətdə fərdi komponentlərlə stabilləşdirilmiş yüngül və orta dərəcəli hipertoniyanın müalicəsində istifadə edilir.

Əks göstərişlər

– Preparatın istənilən komponentinə və ya digər AÇF inhibitorlarına və ya digər sulfonamid preparatlarına qarşı yüksək həssaslıq; – anamnezdə AÇF inhibitorları ilə müalicə ilə əlaqədar olan angionevrotik ödem, irsi və ya idiopatik angionevrotik ödem; – böyrk funksiyasının ifadəolunmuş pozulması (o cümlədən, böyrək çatıçamzlığı ilə əlaqədar olan hemodializdə olan pasiyentlərdə, eləcə də, böyrəkləri transplantasiya olmuş pasiyentlrdə) (kreatininin klirensi < 30 ml/dəqiqə), anuriya; – böyrək arteriyalarının ikitərəfli stenozu; – hiperkalsemiya; – hiponatriemiya; – ilkin hiperaldosteronizm; – porfiriya; – prekoma; – qaraciyər koması; – şəkərli diabet (ağır forması); – şəkərli diabetli və ya böyrək funksiyası pozulmuş (YFS < 60 ml/dəqiqə/1,73 m ) pasiyemtlərdə aliskirenlə eyni vaxtda istifadəsi; – sakubitril/valsartanla eyni vaxtda istifadəsi; – hamiləlik və laktasiya dövrü; – uşaqlar və 18 yaşa qədər yeniyetmə dövr (effektivliyi və təhlükəsizliyi müəyyən edilməyib).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

AÇF (angiotenzinçevirən ferment) inhibitorları ilə müalicə qəbul edən pasiyentlərdə, çox nadir hallarda üz nahiyəsində, ətraflarda, gözlərdə, dodaqlarda, dəri üzərində, dildə və qırtlaqda angionevrotik ödemin inkişaf etməsi müşahidə olunur. Belə hallarda, preparatın istifadəsini dərhal dayandırmaq və pasiyentin vəziyyəti tam reqressiya olunana qədər onu müşahidə etmək lazımdır. Ödem yalnız üz nahiyəsində, dodaqlarda və ətraflarda meydana çıxdığı halda, antihistamin dərman preparatlarının istifadəsi tələb olunmur. Pasiyentdə dilin və ya qırtlağın ödemi baş verdiyi halda, dərhal antihistamin preparatların istifadəsi və ya dəri altına 1:1000 nisbətində (0,3-0,5 ml) epinefrin məhlulu yeridilməsi və/və ya tənəffüs yollarının sərbəst keçiriciliyinin təmin edilməsi tələb olunur. AÇF inhibitorları, digər irqlərin nümayəndələri ilə müqayisədə, neqroid irqindən olan pasiyentlərdə angionevrotik ödemin meydana çıxmasına daha tez-tez səbəb olurlar. Anamnezlərində AÇF inhibitorlarının istifadəsi ilə əlaqəli olmayan angionevrotik ödem qeyd olunan pasiyentlərdə, AÇF inhibitorlarından istifadə etdikdə, angionevrotik ödemin meydana çıxması riski yüksəkdir. Anamnezdə allergiyanın və ya bronxial astmanın olub-olmamasından asılı olmayaraq, tiazidlərdən istifadə edən pasiyentlərdə həssaslıq reaksiyaları meydana çıxa bilər. Tiazid diuretiklərdən istifadə etdikdə, sistem qırmızı qurdeşənəyinin kəskinləşməsi və ya aktivləşməsi müşahidə olunmuşdur. Digər hipotenziv preparatların istifadəsi zamanı olduğu kimi, bəzi pasiyentlərdə simptomatik hipotenziya qeyd oluna bilər. Bu vəziyyət, arterial hipertenziyanın ağırlaşmamış forması qeyd olunan pasiyentlərdə nadir hallarda inkişaf edir, lakin, maye və ya elektrolit balans pozğunluğu, məsələn, diuretiklərin istifadəsi, duz istifadəsinin məhdudlaşdırılması ilə saxlanılan pəhriz, dializ prosedurasının aparılması, interkurrent diareya və ya qusma nəticəsində maye həcmi aşağı düşdükdə, hiponatriemiya, hipoxloremik alkaloz, hipomaqneziumemiya və ya hipokaliemiya qeyd olunan pasiyentlərdə daha çox ehtimal edilir. Həmin pasiyentlərdə, vaxtaşırı qanda elektrolit səviyyəsinin analizinin aparılması tələb olunur. Preparatların ürəyin işemik xəstəliyindən və ya serebrovaskulyar xəstəlikdən əziyyət çəkən pasiyentlərdə istifadəsi, arterial təzyiqin həddindən artıq aşağı düşməsinə, miokard infarktının və ya beyin qan dövranı pozğunluğunun inkişaf etməsinə gətirib çıxara bilər və bu səbəbdən, həmin pasiyentlərə xüsusi diqqət yetirmək lazımdır. Arterial hipotenziya meydana çıxdıqda, pasiyenti horizontal vəziyyətə keçirmək və aşağı ətrafları bir qədər yuxarı vəziyyətdə yerləşdirmək, zərurət yarandığı halda, vena daxilinə 0,9 %-li natrium xlorid məhlulu yeritmək lazımdır. Tranzitor hipotenziv cavab, preparatın istifadəsinin dayandırılması üçün əks göstəriş deyildir. Dövr edən qanın həcmi və arterial təzyiq normalaşdıqdan sonra, daha aşağı dozaların və ya preparatın müvafiq ayrı-ayrı komponentlərinin istifadəsi ilə müalicənin təkrar başlanması mümkündür. Bütün digər damargenişləndirici preparatlar kimi, aortal qapağın stenozu/hipertrofik kardiomiopatiya qeyd olunan pasiyentlərin müalicəsi aparıldıqda, AÇF inhibitorlarını ehtiyatla istifadə etmək vacibdir. Diuretiklər kimi, tiazidləri böyrək funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlərdə istifadə etmək olmaz; kreatinin klirensinin (KK) göstəriciləri 30 ml/dəqiqədə və ya daha aşağı olduğu hallarda (yəni orta və ya ağır dərəcəli böyrək çatışmazlığı zamanı) onların istifadəsi qeyri-effektivdir. Preparatın fərdi komponentlərinin titrlənməsinin nəticələri kombinəolunmuş tabletin tərkibində olan dozaların istifadəsinin mümkünlüyünü təsdiq etməyənə qədər, Rileys- sanovel plyus preparatını böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə (KK ≤ 80 ml/dəqiqədə) istifadə etmək olmaz. Mövcud böyrək xəstəliyinin aşkar əlamətləri qeyd olunmayan arterial hipertenziyadan əziyyət çəkən bəzi pasiyentlərdə lizinoprili diuretiklərlə eyni zamanda istifadə etdikdə, adətən, qanda sidik cövhərinin səviyyəsinin və qan zərdabında kreatinin səviyyəsinin əhəmiyyət kəsb etməyən və müvəqqəti yüksəlməsi inkişaf edir. Bu vəziyyət Rileys-sanovel plyus preparatı ilə aparılan müalicə müddətində meydana çıxdığı halda, preparatın kombinəolunmuş istifadəsini dayandırmaq lazımdır. Preparatın daha aşağı dozalarının və ya preparatın komponentlərinin monoterapiya şəklində istifadəsi ilə müalicənin təkrar başlanması mümkündür. AÇF inhibitorlarının istifadəsi ilə müalicə aparıldıqda, böyrək arteriyalarının ikitərəfli stenozu və ya tək böyrək arteriyasının stenozu qeyd olunan bəzi pasiyentlərdə qanda sidik cövhərinin səviyyəsinin və qan zərdabında kreatinin səviyyəsinin yüksəlməsi qeyd olunmuşdur ki, bu da adətən, müalicə dayandırıldıqdan sonra, aradan qalxmışdır. Böyrək transplantasiyasını keçirən pasiyentlərdə preparatın istifadə təcrübəsinin olmamasını nəzərə alaraq, Rileys-sanovel plyus preparatının istifadəsi tövsiyə olunmur. Mövcud məlumatlara əsaslanaraq, AÇF inhibitorlarının, ATIIR (angiotenzin II reseptorlarının blokatorları) blokatorlarının və ya aliskerenin istifadəsi ilə aparılan RAAS-ın (renin- angiotenzin-aldosteron sistemin) ikiqat blokadası heç bir pasiyentə, xüsusilə, diabetik nefropatiyadan əziyyət çəkən pasiyentlərə tövsiyə edilə bilməz. Şəkərli diabetdən əziyyət çəkən və ya orta/ağır dərəcəli böyrək çatışmazlığı (YFS (yumaqcıq filtrasiyasının sürəti) < 60 ml/dəqiqədə/1,73 m ) qeyd olunan pasiyentlərdə aliskirenin AÇF inhibitorları və ya ATIIR blokatorları ilə eyni zamanda istifadəsi əks gösərişdir. Müstəsna hallarda, AÇF inhibitorlarının və ATIIR blokatorlarının birlikdə istifadəsi üçün mütləq göstəriş olduqda, mütəxəssisin diqqətli müşahidəsi və böyrək funksiyalarının, su- elektrolit balansının, arterial təzyiqin monitorinqinin aparılması vacibdir. Su-elektrolit balansının hətta əhəmiyyət kəsb etməyən pozulması qaraciyər komasına gətirib çıxara bilər; bu səbəbdən, qaraciyər funksiyalarının pozulması və ya qaraciyərin proqressivləşən xəstəliyi qeyd olunan pasiyentlərə tiazidləri ehtiyatla təyin etmək lazımdır. Nadir hallarda, AÇF inhibitorlarının istifadəsi, xolestatik sarılıqdan və ya hepatitdən başlayan və ildırımvari nekroza və ölümə (bəzən) qədər proqressivləşən sindromla əlaqələndirilmişdir. Həmin sindromun inkişaf etmə mexanizmi məlum deyil. Lizinopril/hidroxlorotiazid kombinasiyasından istifadə edən pasiyentdə sarılıq müşahidə olunduqda və ya qaraciyər fermentlərinin səviyyəsinin yüksəlməsi qeyd olunduğu halda, preparatın istifadəsini dayandırmaq və müvafiq tibbi müşahidənin aparılmasını təyin etmək lazımdır. Dekstransulfatın istifadəsi ilə aparılan aşağı sıxlıqlı lipoproteinlərin (LDL) aferezi zamanı, AÇF inhibitorlarından istifadə edən pasiyentlərdə, nadir hallarda həyat üçün təhlükəli anafilaktoid reaksiyaların meydana çıxması mümkündür. Hər bir aferez prosedurasından əvvəl, AÇF inhibitorlarının istifadəsinin müvəqqəti dayandırılması yolu ilə, göstərilən simptomların meydana çıxmasından qaçınmaq olar. Tiazid diuretiklərin istifadəsi ilə aparılan müalicə, qlükozaya qarşı tolerantlığa təsir göstərə bilər. Diabetəleyhinə preparatların, o cümlədən, insulinin dozalarının korreksiyası üçün zərurət meydana çıxa bilər. Peroral diabetəleyhinə preparatlardan və ya insulindən istifadə edən şəkərli diabetdən əziyyət çəkən pasiyentlərdə AÇF inhibitorlarının istifadəsi ilə aparılan müalicənin ilk ayı müddətində qan plazmasında qlükoza səviyyəsinə diqqətlə nəzarət etmək lazımdır. Tiazidlərlə aparılan müalicə müddətində latent şəkərli diabet aşkar oluna bilər. Tiazidlərlə aparılan müalicə ilə, xolesterinin və triqliseridlərin səviyyələrinin yüksəlməsi əlaqəli ola bilər. Bəzi pasiyentlərdə, tiazidlərlə aparılan müalicə hiperurikemiyanın və/və ya podaqranın meydana çıxmasına səbəb ola bilər. Lakin, lizinopril sidikdə sidik turşusunun səviyyəsini yüksəldə bilər və beləliklə, hidroxlorotiazidin hiperurikemik effektini aşağı sala bilər. Diuretiklərdən istifadə etdikdə, vaxtaşırı qan zərdabında elektrolitlərin səviyyələrini müəyyən etmək lazımdır. Hidroxlorotiazid daxil olmaqla, tiazidlər elektrolit və ya maye disbalansının (hipokaliemiya, hiponatriemiya və hipoxloremik alkaloz) meydana çıxmasına səbəb ola bilərlər. Disbalans əlamətlərinə ağızda quruluq, susuzluq hissi, zəiflik, əzginlik, yuxuya meyllilik, əzələ ağrıları və ya qıcolmalar, əzələ yorğunluğu, hipotoniya, oliquriya, taxikardiya, ürəkbulanma və ya qusma kimi mədə-bağırsaq pozğunluqları aiddir. Ödemlər inkişaf edən pasiyentlərdə isti hava şəraitində hiponatriemiya meydana çıxa bilər. Bir qayda olaraq, yüngül xlor çatışmazlığı qeyd olunur və bu zaman, heç bir müalicənin aparılması tələb olunmur. Tiazidlər sidiklə maqneziumun xaric olunmasını artırırlar ki, bu da hipomaqneziumemiyanın meydana çıxmasına səbəb ola bilər. Tiazidlər sidiklə kalsiumun xaricolmasını aşağı sala bilərlər və qan plazmasında kalsiumun səviyyəsinin qısamüddətli və əhəmiyyət kəsb etməyən dərəcədə yüksəlməsinə səbəb ola bilər. Nəzərəçarpacaq hiperkalsiemiya gizli hiperparatireozun mövcudluğunu təsdiq edə bilər. Qalxanabənzər ətraf vəzilərin funksiyalarının analizini aparmazdan əvvəl tiazidlərin istifadəsini dayandırmaq lazımdır. Himenopterlərə (zarqanadlılara) qarşı desensibilizasiya müddətində, AÇF inhibitorlarından istifadə edən pasiyentlərdə, son dərəcədə nadir hallarda, həyat üçün təhlükəli anafilaktoid reaksiya meydana çıxa bilər. Hər dəfə desensibilizasiyadan əvvəl, AÇF inhibitoru ilə müalicəni müvəqqəti dayandırmaqla, anafilaktoid reaksiyanın qarşısını almaq mümkündür. Böyrək çatışmazlığı nəticəsində hemodializin aparılması tələb olunan pasiyentlərdə Rileys- sanovel plyus preparatının istifadəsi göstəriş deyil. AÇF inhibitorları ilə aparılan müalicə ilə eyni zamanda, yüksəkaxarlı membranların (məsələn, AN 69) istifadəsi ilə dializ proseduraları qəbul edən pasiyentlərdə anafilaktoid reaksiyalar daha tez-tez müşahidə olunmuşdur. Həmin pasiyentlərə dializ membranlarını digər növ membranlarla dəyişməyi və ya digər sinfə aid olan antihipertenziv preparatların istifadəsinə keçməyi təklif etmək lazımdır. AÇF inhibitorlarından istifadə etdikdə, öskürəyin meydana çıxması barədə məlumatlar daxil olmuşdur. Adətən, öskürək qeyri-məhsuldar, davamlı olmuşdur və müalicə dayandırıldıqdan sonra aradan qalxmışdır. AÇF inhibitorlarının istifadəsi nəticəsində meydana çıxan öskürək, öskürəyin differensial diaqnostikasının bir hissəsi kimi nəzərdən keçirilməlidir. AÇF inhibitorlarından istifadə etdikdə, neytropeniya/aqranulositoz, trombositopeniya və anemiya meydana çıxa bilər. Böyrək funksiyaları normal olan pasiyentlərdə neytropeniya nadir hallarda müşahidə olunur. Neytropeniya və aqranulositoz müvəqqəti vəziyyətlərdir. Birləşdirici toxuma xəstəliklərindən əziyyət çəkən pasiyentlərdə, immunodepressantların, allopurinolun və ya prokainamidin istifadəsi ilə müalicə qəbul edən pasiyentlərdə və ya xüsusilə, böyrək funksiyalarının pozulması müşahidə olunan pasiyentlərdə göstərilən ağırlaşdırıcı faktorların kombinasiyası qeyd olunduqda, lizinoprili ehtiyatla istifadə etmək lazımdır. Bəzi hallarda, ağır dərəcəli infeksiya inkişaf etmişdir ki, bu da bir sıra hallarda antibiotiklərlə intensiv müalicəyə cavab verməmişdir. Göstərilən kateqoriyadan olan pasiyentlərdə lizinoprili istifadə etdikdə, vaxtaşırı ağ qan hüceyrələrinin monitorinqini keçirmək və infeksiyanın bütün əlamətləri barədə pasiyentləri məlumatlandırmaq lazımdır. Digər AÇF inhibitorları kimi, lizinoprilin arterial təzyiqin aşağı salınması üçün istifadəsi, digər irq nümayəndələri ilə müqayisədə, neqroid irqindən olan pasiyentlərdə daha az effektiv ola bilər. Genişmiqyaslı cərrahi əməliyyat keçirən pasiyentlərdə və ya arterial hipotenziyanın meydana çıxmasına səbəb olan preparatların istifadəsi ilə anesteziya aparıldıqda, lizinopril, reninin kompensator sekresiyası nəticəsində, angiotenzin II əmələ gəlməsini blokadaya ala bilər. Həmin mexanizm sayəsində meydana çıxan hipotenziya aşkar edildikdə, bunun qarşısını almaq üçün, itirilmiş mayenin həcmini bərpa etmək vacibdir. Dopinqəleyhinə test aparıldıqda, preparatın tərkibinə daxil olan hidroxlorotiazid, müsbət laborator reaksiya nümayiş etdirə bilər. Uşaqlarda istifadəsi 18 yaşa qədər uşaqlarda və yeniyetmələrdə preparatın istifadəsinin təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir. Yaşlı pasiyentlərdə istifadəsi Arterial hipertenziyadan əziyyət çəkən yaşlı (65 yaş və ya daha yuxarı) və gənc yaşlı pasiyentlərdə lizinoprilin effektivliyi eynidir. Arterial hipertenziyadan əziyyət çəkən yaşlı pasiyentlərdə lizinoprilin istifadəsi ilə aparılan monoterapiya, diastolik arterail təzyiqin aşağı salınması üçün hidroxlorotiazidlə və ya lizinoprillə aparılan monoterapiya ilə eyni dərəcədə effektiv olmuşdur. Arterial hipertenziyadan əziyyət çəkən yaşlı və gənc yaşlı pasiyentlərdə lizinoprilin və hidroxlorotiazidin eyni effektivliyi və tolerantlığı qeyd olunmuşdur.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər antihipertenziv preparatlar Eyni zamanda digər preparatlardan istifadə etdikdə, Rileys-sanovel plyus preparatının antihipertenziv effekti güclənə bilər və bu, ehtimal ki, ortostatik hipotenziyanın meydana çıxmasına səbəb ola bilər. Qliseril trinitratın və digər nitratların və ya digər vazodilatatorların eyni zamanda istifadəsi, arterial təzyiqin əlavə aşağı düşməsinə gətirib çıxara bilər. Qan zərdabında kaliumun səviyyəsini yüksəldən dərman preparatları (kaliumqoruyucu diuretiklər – spironolakton, triamteren, amilorid), kalium-tərkibli əlavələr və duz əvəzediciləri – qanda kaliumun səviyyəsinin artması riski yüksəlir, xüsusilə, böyrək funksiyalarının pozulması və ya şəkərli diabet qeyd olunan pasiyentlərdə. Eyni zamanda istifadə edildikdə, ehtiyat tədbirlərinə riayət etmək və qan zərdabında kaliumun səviyyəsinin monitorinqini tez- tez həyata keçirmək vacibdir. “Piruet” tipli mədəcik taxikardiyasına səbəb olan dərman vasitələri – hiperkaliemiyanın inkişaf etmə riskini nəzərə alaraq, hidroxlorotiazidin və “piruet” tipli mədəcik taxikardiyasının meydana çıxmasına səbəb olan dərman preparatlarının (məsələn, antipsixotik preparatların) eyni zamanda istifadəsini ehtiyatla aparmaq lazımdır. Trisiklik antideprepressantlar, antipsixotik və ağrıkəsici preparatlar – arterial təzyiqin şiddətli aşağı düşməsi mümkündür. Qeyri-steroid iltihabəleyhinə/revmatizməleyhinə preparatlar – antihipertenziv effektin aşağı düşməsi, hiperkaliemiya və böyrək funksiyalarının pisləşməsi. Adətən bu təsir müvəqqətidir. Nadir hallarda, xüsusilə, böyrək funksiyalarının aşağı düşməsi qeyd olunan pasiyentlərdə (yaşlı pasiyentlər və ya dehidratasiyalı pasiyentlər) kəskin böyrək çatışmazlığı meydana çıxa bilər. Litium – litiumun xaricolma sürətinin aşağı düşməsini və litium intoksikasiyası riskinin inkişaf etməsini nəzərə alaraq, litium-tərkibli preparatlarla eyni zamanda istifadəsi, əks göstərişdir. Allopurinol – böyrəklərin zədələnməsi riskini və leykopeniyanın inkişaf etmə riskini yüksəldir. Siklosporin – böyrək funksiyalarının pozulması riskini və hiperkaliemiyanın inkişaf etmə riskini yüksəldir. Lovastatin, heparin – eyni zamanda istifadə edildikdə, hiperkaliemiyanın inkişaf etmə riski yüksəlir. Sitostastiklər, immunosupressorlar, prokainamid – AÇF inhibitorları ilə eyni zamanda istifadə edildikdə, leykopeniyanın inkişaf etmə riskini yüksəldir. Simpatomimetiklər – AÇF inhibitorlarının hipotenziv təsirinin zəiflməsi ehtimal edilir. Diabetəleyhinə preparatlar (peroral hipoqlikemik preparatlar və insulin) – hipoqlikemiya riskinin yüksəlməsi ilə eyni zamanda, qanda qlükozanın səviyyəsinin yüksəlməsi (böyrək funksiyaları aşağı olan pasiyentlərdə bu vəziyyətin inkişaf etməsinin ehtimalı, kombinəedilmiş müalicənin ilk iki həftəsi müddətində daha yüksəkdir) – diabetəleyhinə preparatın dozasının korreksiyası tələb oluna bilər. Ürək qlikozidləri – tiazidlərin istifadəsi nəticəsində meydana çıxan hipokaliemiya ilə əlaqəli, ürək qlikozidlərinin istifadəsi zamanı doza həddinin aşılması riski yüksəkdir. Narkotik preparatlar/antipsixotik preparatlar, alkoqol, barbituratlar – ortostatik arterial hipotenziya inkişaf edə bilər. Asetilsalisil turşusu, trombolitiklər, beta-blokatorlar, nitratlar Rileys-sanovel plyus preparatını asetilsalisil turşusu ilə (kardioloji dozalarda), trombolitiklərlə, beta-blokatorlarla və/və ya nitratlarla eyni zamanda istifadə etmək olar. Antasidlər – AÇF inhibitorlarının biomənimsənilməsini aşağı salırlar. Xolestiramin və kolestipol qatranları – hidroxlorotiazidin sorulmasının aşağı düşməsi qeyd oluna bilər. Sulfonamidləri göstərilən preparatların istifadəsindən 1 saat əvvəl və ya 4-6 saat sonra qəbul etmək lazımdır. Qlükokortikosteroidlər, kortikotropin, karbenoksol, amfoterisin B, stimullaşdırıcı işlədici preparatlar – elektrolitlərin, xüsusilə kaliumun balansının pozulması. Antidepolyarizəedici miorelaksantlar – miorelaksantların təsirlərinin güclənməsi mümkündür. Sotalol – eyni zamanda istifadə edildikdə, aritmiyanın inkişaf etmə riski yüksəkdir. Trimetoprim – AÇF inhibitorları və tiazid diuretiklərlə eyni zamanda istifadə edildikdə, hiperkaliemiyanın inkişaf etmə riskini yüksəldir. Pressor aminlər (məsələn, epinefrin – adrenalin) – pressor aminlərin təsirinə qarşı cavabın aşağı düşməsi qeyd oluna bilər, lakin bu, onların istifadəsinin dayandırılması üçün yetərli deyil. Qızıl-tərkibli preparatlar – qızıl-tərkibli preparatların (məsələn, natrium aurotiomalatın) inyeksiyalarından sonra vazomotor reaksiyalar (vazodilatasiya simptomlarına çox ağır dərəcəli ola bilən qanaxını, ürəkbulanma, başgicəllənmə və hipotoniya daxildir) AÇF inhibitorlarının istifadəsi ilə müalicə qəbul edən pasiyentlərdə daha tez-tez meydana çıxmışdır. Kalsium duzları – tiazid diuretiklərlə eyni zamanda istifadə edildikdə, ekskresiyanın azalması ilə əlaqəli, qan zərdabında kalsiumun səviyyəsinin yüksəlməsi qeyd oluna bilər. Amantadin-tiozidlə eyni vaxtda qəbulu zamanı amantadinin əlavə təsirlərinin riski artır. Eyni zamanda aparılan digər müalicə – plazminogenin toxuma aktivləşdiricisi ilə eyni zamanda istifadə edildikdə, angionevrotik ödemin inkişaf etmə riski yüksələ bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Ümumi Hamiləlik kateqoriyası D. Hamiləlik dövrü AÇF inhibitorları Hamiləlik zamanı lizinoprildən istifadə etmək olmaz. Hamiləliyin müəyyən edilməsi zamanı preparatın qəbulunu tezliklə dayandırmaq lazımdır. Hamiləliliyin ikinci və üçüncü üçaylıqlarında AÇF inhibitorlarından istifadə edilməsi dölə mənfi təsir göstərir (Arterial təzyiqin ifadə edilmiş azalması, böyrək çatışmazlığı, qiperkaliemiya, kəllə sümüklərinin hipoplaziyası, uşaqlıqdaxili ölüm mümkündür). Hidroxlortiazid Hidroxlortiazid plasentar baryeri keçir. Tiazidlərin hamiləliyin II – III trimestrində istifadəsi uşaqlıq-plasentar qan dövranının zəiflədə bilər, döldə və yenidoğulmuşda trombositopeniya, sarılıq, su-elektrolit balansının pozulması ilə nəticələnə bilər. Laktasiya dövrü AÇF inhibitorlarının uşaqlıqdaxili təsirinə məruz qalan yenidoğulmuş və südəmər uşaqlarda arterial təzyiqin ifadə edilmiş azalmasının, oliquriya, hiperkaliemiyanın zamanında üzə çıxarılması üçün müşahidə aparmaq tövsiyə edilir. Hidroxlortiazid ana südünə cüzi miqdarda keçir. Tiazidlər yüksək dozada intensiv diurezə səbəb olur ki, bu da laktasiyanı zəiflədir. Preparatla müalicə dövründə əmizdirməni dayandırmaq lazımdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Bu preparatın müvəqqəti dumanlı görmə, başgicəllənmə və yorğunluq kimi əlavə təsirlərinin mümkünlüyü səbəbindən yüksək diqqət tələb edən fəaliyyətlə məşğul olarkən preparatın qəbuluna fərdi yanaşılmalıdır.

İstifadə qaydası və dozası

Arterial hipertenziya Rileys-sanovel plyus preparatının başlanğıc dozası, arterial təzyiqə gündəlik nəzarətin mütləq aparılması ilə, 1 tablet təşkil edir. 2-4 həftə müddətində antihipertenziv effekt olunmadıqda və ya kifayət qədər olmadığı təqdirdə, Rileys-sanovel plyus preparatının sutkalıq dozasını 2 tabletə qədər artırmaq olar. Rileys-sanovel plyus preparatının maksimal sutkalıq dozası 2 tablet təşkil edir. Rileys-sanovel plyus preparatını sutkada 1 dəfə, hər dəfə günün təxminən eyni vaxtında qəbul etmək lazımdır. Böyrək çatışmazlığı zamanı preparatın dozalanması Böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə Rileys-sanovel plyus preparatını başlanğıc müalicə vasitəsi kimi istifadə etmək olmaz. Kreatinin klirensi (KK) 30 ml/dəqiqədən artıq və 80 ml/dəqiqədən aşağı olan pasiyentlərdə preparatı yalnız, preparatın ayrı-ayrı komponentlərinin dozalarını titrlədikdən sonra istifadə etmək olar. Yüngül dərəcəli böyrək çatışmazlığı zamanı sərbəst şəkildə istifadə edildikdə, lizinoprilin tövsiyə olunan dozası 5 mq-dan 10 mq-a qədər təşkil edir. Orta və ya ağır dərəcəli böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə (KK – 30 ml/dəqiqədən aşağı) tiazid diuretiklərdən istifadə etmək olmaz. Diuretiklərdən istifadə edən pasiyentlər Rileys-sanovel plyus preparatının ilk dozasını qəbul etdikdən sonra simptomatik hipotenziya müşahidə oluna bilər; bu vəziyyətin meydana çıxması, əvvəlcədən diuretiklərin istifadəsi nəticəsində dehidratasiya və/və ya duz balansının pozulması qeyd olunan pasiyentlərdə daha çox ehtimal edilir. Rileys-sanovel plyus preparatının istifadəsi ilə müalicəyə başlamazdan 2-3 gün əvvəl, diuretiklərin qəbulunu dayandırmaq vacibdir. Bu mümkün olmadığı təqdirdə müalicəni, 5 mq dozada lizinoprilin monoterapiya şəklində istifadəsi ilə başlamaq lazımdır. Preparatın dozalanma rejimi və müalicənin davametmə müddəti, arterial təzyiqin müntəzəm nəzarətinin aparılması ilə həkim tərəfindən fərdi qaydada təyin olunur.

Əlavə təsirləri

Lizinopril Tez-tez (≥ 1/100 – < 1/10) – Başgicəllənmə, başağrı, bayılma ; – hipotenziya, o cümlədən, ortostatik hipotenziya ; – öskürək; – diareya, qusma ; – böyrək funksiyasının pozulması. Bəzən (≥ 1/1000 – < 1/100) – Paresteziya, başgicəllənmə, dadbilmənin pozulması, yuxunun pozulması, əhval- ruhiyyənin pozulması, depressiya.; – miokard infarktı və ya serebrovaskulyar pozulma, ürəkdöyünmənin, taxikardiyanın, Reyno sindromunun yüksək riski olan pasiynetlərdə ikincili hipotenziyanın inkişafı; – rinit; – ürəkbulanma, qarın nahiyəsində ağrı, həzmin pozulması; – qaraciyər fermentlərinin, bilirubinin səviyyəsinin pozulması; – səpgi, dəri qaşınması; – impotensiya; – asteniya, yorğunluq; – qanda sidik cövhərinin, kreatininin səviyyəsinin artması, hiperkaliemiya. Nadir hallarda (≥ 1/10 000 – < 1/1000) – Hemoqlobinin, hematokritin səviyyəsinin azalması; – parxon sindromu (SIADH); – şüurun dumanlanması, iybilmənin pozulması; – ağızda quruluq; – üzün, ətrafların, dodaqların, dilin, səs yarığının və/və ya qırtlağın angionevrotik ödemi, övrə, alopesiya, psoriaz; – uremiya, kəskin böyrək çatışmazlığı; – ginekomastiya; – hiponatriemiya. Çox nadir hallarda (< 1/10 000) – Sümük iliyinin zəifləməsi, anemiya, trombositopeniya, leykopeniya, neytropeniya, aqranulositoz, hemolitik anemiya, limfadenopatiya, autoimmun xəstəliklər; – hipoqlikemiya; – bronxospazm, sinusit, allergik alveolit/eozinofilli pnevmoniya; – pankreatit, intestinal angionevrotik ödem; – hepatit, hepatosellülyar və ya xolestatik sarılıq, qaraciyər çatışmazlığı; – yüksək tərləmə, qovuqcuq, toksik epidermal nekroliz, Stivens-Conson sindromu, multiformalı eritema, dəri psevdolimfoması. Aşağıdakı bir və ya iki simptom daxil olan simptomokompleks barədə məlumat vardır: qızdırma, vaskulit, mialgiya, artralgiya/artrit, antinuklear antitel, EÇS-in yüksəlməsi, eozinofiliya və leykositoz, dəri səpgisi, dərinin fotohəssaslığı və digər dəri təzahürləri; – oliquriya, anuriya. Məlim deyil – Halüsinasiya; – anafilaktik/anafilaktoid reaksiya; – üzə qan axını. Hidroxlorotiazid (məlum deyil) – Anoreksiya, qəbizlik, diareya, mədənin qıcıqlanması; – sarılıq (qaraciyərdaxili öd yollarının keçməməzliyilə əlaqədar öd durğunluğu), pankreatit; – sialadenit; – başgicəllənmə, paresteziya; – postural hipotenziya; – narahatlıq, yuxunun pozulması, depressiya; – ksantopsiya; – leykopeniya, neytropeniya/aqranulositoz, trombositopeniya, aplastik anemiya, hemilotik anemiya, sümük iliyinin zəifləməsi; – purpura, fotosensibilizasiya, övrə, anafilaktik reaksiyalar; – işıqdanqorxma; – sistem qırmızı qurdeşənəyi, qırmızı qurdeşənəyinə bənzər reaksiyalar, sistem qırmızı qurdeşənəyinin kəskinləşməsi, toksik epidermal nekroliz; – nekrotik vaskulit; – qızdırma, zəiflik; – pnevmonit və ağciyərlərin ödemi; – hiperqlikemiya, qlükozuriya; – hiperurikemiya; – hiponatriemiya, hipokaliemiya, hipoxloremik alkaloz, hipomaqniemiya daxil olmaqla, elektrolit balansın pozulması; – xolesterinin və triqliseridlərin səviyyəsinin artması, podaqra; – əzələ spazmı, hərəki narahatlıq; – görmə itiliyinin keçib gedən azalması, kəskin miopiya, bağlıbucaqlı qlaukoma; – interstisial nefrit, böyrək funksiyasının pozulması, böyrək çatışmazlığı; – qeyri-melanoma, dəri xərçəngi. ARZUOLUNMAZ TƏSİRLƏR MEYDANA ÇIXDIQDA HƏKİMƏ MÜRACİƏT ETMƏK

Doza həddinin aşılması

Rileys-sanovel plyus preparatının doza həddnin aşılması ilə əlaqədar xüsusi məlumatlar yoxdur. Lizinopril Simptomları: arterial hipertenziya, şok, su-elektrolit balansının pozulması, böyrək çatışmazlığı, hiperventilyasiya, taxikardiya, bradikardiya, başgicəllənmə, narahatlıq və öskürək. Hidroxlorotiazd Diurezin artması, şüurun zəifləməsi (koma daxil olmaqla), qıcolma, aritmiya və böyrək çatışmazlığı. Doza həddinin aşılması zamanı preparatın qəbulu dayandırılmalıdır. Müalicəsi: simptomatik müalicə, damardaxili fizioloji məhlul vurulması tövsiyə olunur. Arterial hipotenziya zamanı xəstəni yatağa uzatmaq lazımdır (ayaqlarını yuxarı qaldırmaq lazımdır). Angiotenzin II infuziya etmək və/ və ya damardaxili katexolamin vurmaq olar. Dərman lap yaxın qəbul edilmişdirsə, onun xaric edilməsi üçün mədəni yumaq, enterosorbent və ya natrium sulfat qəbul etmək tövsiyə olunur. Lizinopril orqanizmdən hemodializin də köməyi ilə xaric edilə bilər. Uzunmüddətli bradikardiyanın müalicəsi üçün kardiostimulyator tətbiq edilə bilər. Həyati vacib funksiyaların göstəriciləri, zərdab elekrolitlərinin və kreatinin miqdarı daim nəzarətdə saxlanmalıdır. Angionevrotik ödemin inkişaf etməsi halında adekvat təxirəsalınmaz terapiya (adrenalin, qlükokortikosteroidlər, antihistamin preparatları vurulmalıdır) tələb olunur.

Buraxılış forması

14 tablet, blisterdə. 2 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Digər buraxılış formaları Rileys-sanovel 5 mq, 28 tablet. Rileys-sanovel 10 mq, 28 tablet. Rileys-sanovel 20 mq, 28 tablet.

Saxlanma şəraiti

25°С-dən aşağı otaq temperaturunda, öz qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat şəhadətnaməsinin sahibi SANOVEL İLAÇ SAN ve TİC.A.Ş. Silivri İlcesi, Balaban Mahallesi, Cihaner sokağı, No:10, 34580, ISTANBUL/TÜRKİYƏ.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Rileys Plus 20 mq / 12,5 mq N28 tablet” üçün ilk rəyi siz yazın.