Rileys 10 mq N28 tablet

Dərman formasıTablet
Farmakoloji təsirAngiotenzin-çevirici fermentin (AÇF) inhibitoru

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

4,99 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

RİLEYS-SANOVEL 10 mq tabletlər

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq lizinopril vardır. Köməkçi maddələr: mannitol DC 400, susuz dikalsium fosfat, qarğıdalı nişastası, prejelatinləşdirilmiş nişasta, maqnezium stearat.

Təsviri

Ağ rəngli, düz və üzərində bölmə xətti olan dairəvi tabletlərdir.

Farmakoterapevtik qrupu

Angiotenzin-çevirici fermentin (AÇF) inhibitoru. ATC kodu: С09СА03.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Lizinopril AÇF-in (anqiotenzinçevirici ferment) uzunmüddətli təsirə malik inhibitorudur. Lizinopril renin-angiotenzin-aldosteron sisteminə münasibətdə effektivdir. AÇF-in inhibəsi zamanı qeyri-aktiv angiotenzin I –in effektiv damardaraldıcı və aldosteron sekresiyasının stimulyatoru olan angiotenzin II-yə çevrilməsi çətinləşir. Plazmada angiotenzin II-nin səviyyəsinin azalması ilə əlaqədar olaraq simpatik stimulyasiya, həmçinin vazopressinin və aldosteronun sekresiyası azalır. Angiotenzin II-nin təsirindən «mənfi geriyə əlaqə» effektinin aradan qaldırılması ilə əlaqədar olaraq plazmada reninin aktivliyi artır. Nəticədə damarların daralması dayanır. Lizinopril reninin səviyyəsi aşağı olan hipertenziyalı xəstələrdə istifadə zamanı da effekt verir. Lizinopril hipertenziyalı xəstələrdə periferik damar müqavimətini azaltmaqla arterial təzyiqi aşağı salır. Koronar çatışmazlıq zamanı hemodinamiki dəyişikliklər nəticəsində fiziki gərginliyə qarşı orqanizmin tolerantlığını artırır. Lizinopril xəstələrdə taxikardiya əmələ gətirmədən arterial təzyiqi uzanmış vəziyyətdə və ayaq üstündə eyni dərəcədə aşağı salır. Daxilə birdəfə qəbul edildikdən sonra antihipertenziv effekt 1 saat ərzində təzahür olunur və 6 saata maksimum səviyyəyə çatır. Tövsiyə olunan birdəfəlik dozanın qəbul edilməsi 24 saat ərzində uzunmüddətli antihipertenziv effektin saxlanmasına şərait yaradır. Bəzi xəstələrdə maksimal effektə nail olmaq üçün lizinoprilin 2-4 həftə ərzində qəbul edilməsi tələb olunur. Hipotenziv xəstələrin lizinopril qəbulunu birdən dayandırması arterial təzyiqin kəskin artmasına gətirib çıxara bilər. Bu nəticələri xəstələrdən müalicədən əvvəl alınmış məlumatlarla müqayisə etdikdə onlar mənasını itirir. Lizinopril böyrək- damar hipertoniyalı xəstələr tərəfindən yaxşı qəbul edilir və xəstələrdə arterial təzyiq üzərində nəzarəti təmin edir. Lizinopril üskükotu preparatları və ya diuretik müalicə alan xəstələrdə arterial və ağciyər-kapilyar təzyiqin aşağı düşməsinə şərait yaradır. Farmakokinetikası Sorulması Lizinopril peroral qəbul edildikdən 7 saat sonra Cmax əldə edilir. Paylanması Lizinopril plazma zülalları ilə birləşmir. Metabolizmi və xaricolması Lizinopril metabolizmə uğramır və sidiklə dəyişilməmiş şəkildə xaric edilir. Sidiklə xaric olan lizinoprilin həcminə və lizinoprilin qəbul edilən bütün dozalarının müayinəsi zamanı alınmış məlumatlara uyğun olaraq lizinoprilin biomənimsənilməsi 25%-ə çatır. Mədə-bağırsaq traktında sorulması qidanın növündən asılı deyil. Təkrar qəbul edildikdən sonra effektiv yarımxaricolma dövrü 12 saata çatır.

İstifadəsinə göstərişlər

– Arterial hipertoniya (ümumi, böyrək-damar) – Ürək çatışmazlığı (diuretik preparatlarla və üskükotu preparatları ilə birlikdə) – Kəskin miokard infarktdan sonra 24 saat ərzində stabil hemodinamik göstəricilərə malik pasiyentlərdə qısa müddətli müalicə (6 həftə ərzində) – Arterial hipertenziyalı II tip şəkərli diabeti olan pasiyentlərdə ilkin nefropatiyanın müalicəsi.

Əks göstərişlər

– Preparatın komponentlərinə və digər AÇF (angiotenzinçevirici ferment) inhibitorlarına qarşı yüksək həssaslıq; – anamnezdə angionevrotik ödemin, o cümlədən, AÇF inhibitorlarının istifadəsi nəticəsində meydana çıxan angionevrotik ödemin qeyd olunması; – irsi Kvinke ödemi və ya idiopatik ödem; – angiotenzinçevirən fermentin inhibitorlarının və ya angiotenzin II reseptorlarının (ATIIR) blokatorlarının şəkərli diabet və ya orta/ağır dərəcəli böyrək çatışmazlığı (YFS (yumaqcıq filtrasiyasının sürəti) < 60 ml/dəqiqədə/1,73 m ) qeyd olunan pasiyentlərdə aliskiren ilə eyni zamanda istifadəsi əks göstərişdir; – birincili hiperaldosteronizm; – böyrək transplantasiyasından sonrakı vəziyyət, proqressivləşən azotemiya, hiperkaliemiya; – proqressivləşən azotemiya ilə müşayiət olunan böyrək arteriyalarının ikitərəfli stenozu və ya tək böyrək arteriyasının stenozu; – ağır dərəcəli ürək-damar xəstəlikləri (ağır dərəcəli ürək qüsurları, kardiogen şok, kəskin infarktdan sonra hemodinamik cəhətdən qeyri-stabil vəziyyət, hipertrofik kardiomiopatiya); – hamiləlik və laktasiya dövrü.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Aşağıda göstərilən hallarda preparatı ehtiyatla istifadə etmək lazımdır: aortal stenoz/hipertrofik kardiomiopatiya, arterial hipotenziya, sümük iliyinin hipoplaziyası, hiponatriemiya (aşağı duz tərkibli və ya duzun istisna olunması ilə pəhriz saxlayan pasiyentlərdə arterial hipotenziyanın inkişaf etməsi riskinin yüksəlməsi), hipovolemik vəziyyətlər (o cümlədən, diareya, qusma), birləşdirici toxuma xəstəlikləri (sistem qırmızı qurdeşənəyi, sklerodermiya), şəkərli diabet, podaqra, hiperurikemiya, hiperkaliemiya, ürəyin işemik xəstəliyi, serebrovaskulyar xəstəliklər (o cümlədən, beyin qan dövranı çatışmazlığı), ağır dərəcəli xroniki ürək çatışmazlığı, qaraciyər çatışmazlığı və yaşlı pasiyentlər. Angionevrotik ödem inkişaf etdiyi halda, preparatın istifadəsini dərhal dayandırmaq və simptomlar tam reqressiya olunana qədər pasiyentlərin həkim nəzarətini təmin etmək lazımdır. Ödem yalnız üz nahiyəsində, dodaqlarda və ətraflarda meydana çıxdığı halda, hər hansı antihistamin dərman preparatlarının istifadəsi tələb olunmur. Pasiyentdə dilin və ya qırtlağın ödemi baş verdikdə, dəri altına 0,3-0,5 ml və ya 0,1 ml 0,1 %-li epinefrin (adrenalin) məhlulunun yeridilməsi və daha sonra qlükokortikoidlərin və antihistamin preparatların istifadəsi tələb olunur. Böyrək çatışmazlığı ilə müşayiət olunan və ya onsuz xroniki çatışmazlıqdan əziyyət çəkən pasiyentlərdə simptomatik arterial hipotenziya inkişaf edə bilər ki, bu da böyrək funksiyalarının pisləşməsinə gətirib çıxara bilər. Simptomatik arterial hipotenziya əksər hallarda diuretikin yüksək dozalarının istifadəsi, hiponatriemiya, diareya, qusma, dializ və ya böyrək funksiyalarının pozulması nəticəsində meydana çıxmışdır. Belə pasiyentlərdə müalicəni ciddi həkim nəzarəti altında başlamaq lazımdır (preparatın və diuretiklərin dozalarının seçimini ehtiyatla aparmaq vacibdir). Preparatı ürəyin işemik xəstəliyindən, serebrovaskulyar çatışmazlıqdan əziyyət çəkən pasiyentlərə təyin etdikdə, arterial təzyiqin kəskin aşağı düşməsi nəticəsində miokard infarktının və ya insultun meydana çıxması ehtimalını nəzərə alaraq, yuxarıda qeyd olunan qaydalara riayət etmək lazımdır. Tranzitor hipotenziv reaksiya, preparatın növbəti dozasının istifadəsi üçün əks göstəriş deyil. Arterial hipotenziya simptomatik vəziyyətə keçdiyi halda, preparatın dozasının aşağı salınması və ya müalicənin dayandırılması tələb olunur. Arterial hipotenziya meydana çıxdıqda, pasiyenti horizontal vəziyyətə keçirmək və aşağı ətrafları bir qədər yuxarı vəziyyətdə yerləşdirmək, zərurət yarandığı halda, vena daxilinə 0,9 %-li natrium xlorid məhlulu yeritmək lazımdır. Bundan əlavə, oliquriya, proqressivləşən azotemiya, nadir hallarda kəskin böyrək çatışmazlığı inkişaf edə bilər ki, bunlar da, preparatın istifadəsi dayandırıldıqdan sonra aradan qalxırlar. Vazodilatatorun təyin olunması hemodinamikanı əhəmiyyətli dərəcədə pisləşdirdiyi halda, məsələn, sistolik təzyiq 100 mm.c.s-dən yüksək olmadıqda kardiogen şok və kəskin miokard infarktı meydana çıxdıqda, Rileys-sanovel 5 preparatı ilə müalicə əks göstərişdir. Kəskin miokard infarktından sonra ilk 3 gün müddətində sistolik arterial təzyiq 120 mm.c.s-dən yüksək olmadıqda, Rileys-sanovel 5 preparatının aşağı dozalarını təyin etmək lazımdır – 2,5 mq/gündə. Hipotenziya (≤ 100 mm.c.s.) qeyd olunduqda, dəstəkləyici dozanı 5 mq/gündə və ya müvvəqqəti 2,5 mq/gündə dozaya qədər aşağı salmaq lazımdır. Uzunmüddətli hipotenziya (bir saat keçdikdən sonra, sistolik təzyiqin 90 mm.c.s-dən aşağı səviyyədə qalması), müalicənin dayandırılması üçün göstərişdir. Müalicənin ilk həftəsində və dərman preparatının və/və ya diuretikin dozasının artırılması tələb olunduğu halda, pasiyentin həkim nəzarəti altında olması vacibdir. Böyrək çatışmazlığı, şəkərli diabet, kalium preparatlarının əlavə istifadəsi – hiperkaliemiyanın risk faktorlarıdır. Preparatdan istifadə edən pasiyentlərdə nadir hallarda, aqranulositozun inkişaf etməsi mümkündür, bu səbəbdən, periferik qan mənzərəsinə nəzarət etmək lazımdır. Himenopterlərə (zarqanadlılara) qarşı desensibilizasiya müddətində, AÇF inhibitorlarından istifadə edən pasiyentlərdə, son dərəcədə nadir hallarda, həyat üçün təhlükəli anafilaktoid reaksiya meydana çıxa bilər. Hər dəfə desensibilizasiyadan əvvəl, AÇF inhibitoru ilə müalicəni müvəqqəti dayandırmaqla, anafilaktoid reaksiyanın qarşısını almaq mümkündür. AÇF inhibitorlarının qəbulu ilə eyni zamanda, yüksək keçiricilik qabiliyyətinə malik membranların istifadəsi ilə hemodializ proseduraları qəbul edən pasiyentlərdə anafilaktik reaksiyalar qeyd olunur. Belə hallarda, dializ üçün digər növ membranlardan və ya digər antihipertenziv preparatlardan istifadə etmək imkanını nəzərdən keçirmək lazımdır. AÇF inhibitorlarından istifadə etdikdə, quru, uzunmüddətli öskürək qeyd olunmuşdur ki, bu da, preparatın istifadəsi ilə müalicə dayandırıldıqdan sonra, aradan qalxır. Genişmiqyaslı cərrahi əməliyyatlar aparıldıqda, arterial hipotenziyanın meydana çıxmasına səbəb olan preparatlardan istifadə etdikdə, angiotenzin II əmələ gəlməsi blokadaya alınır. Həmin hallarda, arterial hipotoniyanın inkişaf etməsinin qarşısını almaq məqsədi ilə, itirilmiş mayenin həcmini bərpa etmək vacibdir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Diuretiklər Preparatı diuretiklərlə eyni zamanda istifadə etdikdə, AT-in (arterial təzyiqin) kəskin aşağı düşməsi qeyd olunur, digər hipotenziv preparatlarla istifadə etdikdə additiv təsir müşahidə olunur (kombinəedilmiş müalicə aparıldıqda, ehtiyatlı olmaq tələb olunur). Kalium preparatları, kaliumqoruyucu diuretiklər Kaliumqoruyucu diuretiklərlə (spironolakton, triamteren, amilorid), kalium preparatları ilə, kalium- tərkibli əvəzedicilər və BFMQƏ (bioloji fəallığa malik qida əlavələri) ilə eyni zamanda istifadə edildikdə, xüsusilə, böyrək funksiyalarının pozğunluğundan əziyyət çəkən pasiyentlərdə hiperkaliemiyanın inkişaf etməsi qeyd oluna bilər. Göstərilən kombinasiyalardan istifadə etdikdə, qanda kaliumun miqdarına və böyrək funksiyalarına müntəzəm nəzarət etmək tələb olunur. Litium Litiumu və AÇF inhibitorlarını eyni zamanda istifadə etdikdə, qanda litiumun zərdab konsentrasiyalarının və onun toksikliyinin müvəqqəti yüksəlməsi qeydə alınmışdır. Tiazid diuretiklərin və AÇF inhibitorlarının eyni zamanda istifadəsi, litiumun toksiklik riskinin əlavə yüksəlməsinə səbəb ola bilər. Lizinoprilin litiumla eyni zamanda istifadəsi tövsiyə olunmur, lakin, həmin kombinasiyanın istifadəsi üçün zərurət yarandığı halda, qan zərdabında litiumun miqdarına diqqətlə nəzarət etmək tələb olunur. Qeyri-steroid iltihabəleyhinə dərman preparatları (QSİƏP), o cümlədən, 3 q/sutkada dozada asetilsalisil turşusu AÇF inhibitorlarını qeyri-steroid iltihabəleyhinə preparatlarla (məsələn, iltihabəleyhinə dozalanma rejimində asetilsalisil turşusu, SOG-2 (siklooksigenaza-2) fermentinin inhibitorları və qeyri- selektiv QSİƏP) birlikdə istifadə etdikdə, antihipertenziv effektin aşağı düşməsi müşahidə oluna bilər. AÇF inhibitorlarının və QSİƏP-in eyni zamanda istifadəsi, xüsusilə böyrək funksiyalarının pozulması qeyd olunan pasiyentlərdə, kəskin böyrək çatışmazlığı daxil olmaqla, böyrək funksiyalarının pisləşməsi riskinin yüksəlməsinə və həmçinin, qan zərdabında kaliumun konsentrasiyasının yüksəlməsinə gətirib çıxara bilər. Göstərilən effektlər, adətən, müvəqqətidir. AÇF inhibitorlarının və QSİƏP-in kombinasiyalarını, xüsusilə yaşlı pasiyentlərə ehtiyatla təyin etmək lazımdır. Müalicə kursu müddətində pasiyentlər adekvat su balansının saxlanılmasını təmin etməlidirlər; müalicə kursu sona çatdıqdan sonra, böyrək funksiyalarını müayinə etmək vacibdir. Qızıl preparatları AÇF inhibitorlarını və inyeksiya şəklində qızıl preparatlarını eyni zamanda təyin etdikdə, tez-tez nitratabənzər reaksiyalar (çox ağır dərəcəli vazodilatasiya simptomları, o cümlədən, qan axınları, ürəkbulanma, başgicəllənmə və hipotenziya) inkişaf edə bilər. Digər antihipertenziv preparatlar Göstərilən preparatların eyni zamanda istifadəsi, lizinoprilin hipotenziv təsirinin güclənməsinə səbəb ola bilər. Nitroqliserin və digər nitratlarla və ya digər vazodilatatorlarla eyni zamanda istifadə edildikdə, qan təzyiqinin daha çox aşağı düşməsi qeyd oluna bilər. Trisiklik antidepressantlar/neyroleptiklər/anestetiklər. Bəzi anestetiklərin, trisiklik antidepressantların və neyroleptiklərin AÇF inhibitorları ilə eyni zamanda istifadəsi, arterial təzyiqin davamlı aşağı düşməsinə gətirib çıxara bilər. Simpatomimetiklər. Simpatomimetiklər AÇF inhibitorlarının antihipertenziv effektlərini aşağı sala bilərlər. Diabetəleyhinə preparatlar Epidemioloji tədqiqatlarda göstərilmişdir ki, AÇF inhibitorlarının və diabetəleyhinə preparatların (insulinin, peroral hipoqlikemik preparatların) eyni zamanda istifadəsi, hipoqlikemiyanın inkişaf etmə riski ilə sonuncuların hipoqlikemik təsirinin güclənməsinə səbəb bilər. Kombinəolunmuş müalicənin ilk həftələrinin gedişində və böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə göstərilən effektin inkişaf etmə ehtimalı daha yüksəkdir. Asetilsalisil turşusu, trombolitiklər, beta-blokatorlar, nitratlar Lizinoprili asetilsalisil turşusu ilə (antiaqreqant effekti təmin edən dozalanmalarda), trombolitiklərlə, beta-blokatorlarla və/və ya nitratlarla eyni zamanda istifadə etmək olar. Renin-angiotenzin-aldosteron sisteminin (RAAS) ikiqat blokadası Mövcud məlumatlara əsaslanaraq, AÇF inhibitorlarının, AT II reseptor blokatorlarının və ya aliskerenin istifadəsi ilə aparılan RAAS-ın ikiqat blokadası heç bir pasiyentə, xüsusilə, diabetik nefropatiyadan əziyyət çəkən pasiyentlərə tövsiyə edilə bilməz. Şəkərli diabetdən əziyyət çəkən və ya orta/ağır dərəcəli böyrək çatışmazlığı (YFS < 60 ml/dəqiqədə/1,73 m2) qeyd olunan pasiyentlərdə aliskirenin AÇF inhibitorları və ya AT II reseptor blokatorları ilə eyni zamanda istifadəsi əks gösərişdir. Müstəsna hallarda, AÇF inhibitorlarının və AT II reseptor blokatorlarının birlikdə istifadəsi üçün mütləq göstəriş olduqda, mütəxəssisin diqqətli müşahidəsi və böyrək funksiyalarının, su-elektrolit balansının, arterial təzyiqin monitorinqinin aparılması vacibdir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik kateqoriyası C/D. Hamiləlik zamanı lizinoprildən istifadə olunması haqqında kifayət dərəcədə məlumatlar yoxdur. Bundan başqa, AÇF ingibitorlarından istifadə olunduqda intoksikasiya riski sona qədər müəyyən edilməmişdir. AÇF inhibitorlarının cift baryerindən keçə bilmək qabiliyyətinə malik olması səbəbindən dölün arterial təzyiqini tənzim edən strukturların zədələnməsi mümkündür. Hamiləliliyin ikinci və üçüncü üçaylıqlarında lizinoprildən istifadə edilməsi oliqohidramnioz, arterial hipotoniya, oliquriya, anuriya və dölün kəllə sümüklərinin formalaşma prosesinin pozulmasına səbəb ola bilər. Hamiləliyin bu dövründə lizinoprildən istifadə edilməsi vaxtından əvvəl doğuşa və yenidoğulmuşun çəkisinin azalmasına gətirib çıxara bilər. Bundan başqa, dərman maddəsini hamiləliyin ikinci və üçüncüçaylıqlarında qəbul edilməsi dölün ölümünə səbəb ola bilər. Bu səbəbdən lizinoprilin, AÇF-in digər ingibitorları kimi hamiləliyin birinci trimestrdə istifadəsi məsləhət görülmür, ikinci və üçüncü trimestrdə qəbul edilməsi əks göstərişdir. Hamiləlik müəyyən edildikdə müalicəni dayandırmaq lazımdır. Lizinoprilin ana südünə daxil ola bilməsi sona kimi aydınlaşdırılmamışdır. Əksər dərman maddələrinin südə keçməsi nəzərə alınaraq laktasiya dövründə lizinoprildən istifadə edilməsi əks göstərişdir. Pediatriyada istifadəsi 6-16 yaşlı uşaqlarda arterial hipertenziyanın müalicəsi istisna olmaqla, uşaqlarda lizinoprilin istifadəsinin təhlükəsizliyi və effektivliyi aydınlaşdırılmamışdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Bu preparatın başgicəllənmə və yorğunluq kimi əlavə təsirlərinin mümkünlüyü səbəbindən yüksək diqqət tələb edən fəaliyyətlə məşğul olarkən preparatın qəbuluna fərdi yanaşılmalıdır.

İstifadə qaydası və dozası

İlkin müalicəvi doza sutkada 2,5-5 mq təşkil edir. Müalicəvi effektdən asılı olaraq dozanı tənzimləmək lazımdır. Uzunmüddətli müalicə zamanı preparat gündə 1 dəfə olmaqla 10-20mq dozada qəbul edilir. Maksimal doza sutkada 40 mq təşkil edir. Böyrək-damar hipertoniyasının müalicəsi zamanı tövsiyə olunan ilkin doza 2,5-5 mq təşkil edir. Diuretik dərman preparatları qəbul edən xəstələr lizinoprilin qəbulunun başlanmasına 2-3 gün qalmış diuretik müalicəni dayandırmalıdırlar. Diuretiklərin lizinoprillə birlikdə qəbul edilməsi lazım gəldikdə lizinoprilin başlangıc dozası 2,5-5 mq/gün təşkil edir. Müalicəyə başladıqdan sonra 2 saat ərzində və arterial təzyiq stabilləşdikdən sonra 1 saat ərzində xəstə üzərində müşahidə aparmaq lazımdır. Böyrək çatışmazlığı zamanı doza rejimi kreatinin klirensindən asılı olur. Kreatinin klirensi (ml / dəqiqə) Başlanğıc doza (mq/sutka) ≥30 5-10 mq ≥10 ≤30 2.5-5 mq <10 2.5 mq Arterial təzyiq stabilləşənə qədər sutkalıq doza 40 mq təşkil edir 6-16 yaşlı uşaqlarda arterial hipertenziyanın Sutkada bir dəfə tövsiyə olunan preparatın başlanğıc dozası, bədən kütləsi 20 kq-dan < 50 kq-a qədər olan pasiyentlər üçün 2,5 mq və bədən kütləsi ≥ 50 kq olan pasiyentlər üçün 5 mq təşkil edir. Dozalanma, bədən kütləsi 20 kq-dan < 50 kq-a qədər olan uşaqlar üçün 20 mq maksimal sutkalıq dozaya qədər və bədən kütləsi ≥ 50 kq olan pasiyentlər üçün 40 mq maksimal sutkalıq dozaya qədər, fərdi qaydada seçilməlidir. Uşaqlarda 0,61 mq/kq-dan yüksək (40 mq-dan yüksək) dozanın istifadəsi barədə heç bir məlumat yoxdur. Böyrək funksiyaları aşağı olan uşaqlarda daha aşağı başlanğıc dozanın istifadəsi və preparatın istifadəsi arasında zaman intervalının uzadılması tələb olunur. Lizinoprilin monoterapiya şəklində və ya digər antihipertenziv preparatlarla kombinasiyada istifadəsi mümkündür. Koronar ürək çatışmazlığı: Koronar ürək çatışmazlıqlı xəstələrdə diuretiklərlə və ya üskükotu preparatları ilə (diqoksinlə) birlikdə qəbul edən zaman lizinoprilin başlangıc dozası 2,5 mq təşkil edir. Lizinoprilin effektiv dozası sutkalıq 5-20 mq təşkil edir. Preparatın dozasını ən çox 10 mq və ən azı 2 həftəlik intervalla artırmaq olar (maksimal doza sutkada 35 mq təşkil edir). Uzunmüddətli müalicə zamanı lizinoprilin dozası 5-20 sutkada mq təşkil edir. Lazımi doza terapiyanın 2-4 həftəsindən sonra müəyyən edilir. Kəskin miokard infarktı Lizinoprillə müalicə miokard infarktı simptomları yarandıqdan sonra ilk 24 saat ərzində aşağıdakı sxemlə başlamaq lazımdır: başlanğıc doza 5 mq təşkil edir, sonrakı doza (24 saatdan sonra) – 5 mq, sonra (48 saatdan sonra) – 10 mq. Sonra dəstəkləyici doza gündə 10 mq təşkil edir. Müalicəni 6 həftə ərzində davam etdirmək lazımdır. Xəstələr həmçinin trombolitiklər, beta-adrenoblokatorlar, asetilsalisilat turşusu qəbul etməlidirlər. Aşağı sistolik təzyiqli (≤120 mm. c.süt.) xəstələrə terapiyanın başlanğıc mərhələsində və keçirilmiş miokard infarktından sonra ilk 3 gündə preparatın peroral doza sutka 2,5 mq təşkil edir. Arterial təzyiq düşdükdə (sistolik təzyiq ≤ 100 mm. c.süt.) tövsiyə olunan 5 mq/gün doza əvəzinə uzunmüddətli müalicə zamanı 2,5 mq/gün dozanın müvəqqəti olaraq qəbul edilməsi mümkündür. Arterial təzyiq uzun müddət aşağı düşdükdə (sistolik təzyiq 1 saatdan artıq müddətdə < 90 mm. c.süt.) lizinoprilin qəbulunu dayandırmaq lazımdır. Böyrək çatışmazlığı olan xəstələr Böyrək çatışmazlığı olan xəstələr üçün başlanğıc doza kreatinin klirensinin qiymətindən asılı olaraq müəyyən olunur (Bax Cədvəl 1). Böyrək çatışmazlığı zamanı dozanın korreksiyası Kreatinin klirensi (ml/dəq) Başlanğıc doza (gündə – mq) < 10 (hemodializdə olan xəstələrdə daxil olmaqla) 2.5* 10 – 30 2.5 – 5 31 – 80 5 – 10 * – doza və / və ya dozalama rejimi arterial təzyiq göstəricisindən asılı olaraq müəyyən olunur. Lizinopril qliseriltrinitratla uyğunlaşır (venadaxili və ya transdermal yeridilmə) Diabetik nefropatiya Arterial hipertenziyadan əziyyət çəkən insulindən asılı şəkərli diabet qeyd olunan pasiyentlərdə preparatın dozası sutkada 10 mq təşkil edir – bu doza, birdəfəyə qəbul edilməlidir. Zərurət yarandıqda, optimal diastolik təzyiqin (90 mm.c.s-dən aşağı olmalıdır) əldə olunması məqsədi ilə, preparatın dozasını sutkada 20 mq-a qədər artırmaq olar. Böyrək çatışmazlığı (kreatinin klirensi < 80 ml/dəqiqədə) zamanı, pasiyentdə qeyd olunan kreatinin klirensindən asılı olaraq, preparatın başlanğıc dozasını korreksiya etmək tələb olunur. Uşaqlar 6-16 yaşlı uşaqlarda arterial hipertenziyanın müalicəsi istisna olmaqla, preparatı uşaqlarda istifadə etmək olmaz. Yaşlı pasiyentlər Klinik tədqiqatlarda preparatın effektivliyində və ya təhlükəsizliyində yaşla əlaqəli fərqlər aşkar edilməmişdir. Preparatı böyrək funksiyalarının aşağı düşməsi qeyd olunan yaşlı pasiyentlərə təyin etdikdə, lizinoprilin başlanğıc dozasını cədvəl 1-ə müvafiq korreksiya etmək lazımdır. Gələcəkdə preparatın dozalanması, pasiyentin reaksiyasından və arterial təzyiq göstəricisindən asılı olaraq müəyyən edilir. Böyrək transplantasiyası aparılan pasiyentlərdə istifadəsi Böyrək köçürülməsindən bilavasitə sonra pasiyentlərdə lizinoprilin istifadə təcrübəsi barədə heç bir məlumat yoxdur və bu səbəbdən, həmin pasiyentlərdə lizinoprilin istifadəsi tövsiyə olunmur.

Əlavə təsirləri

Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil). Tez-tez Başgicəllənmə, başağrı, hipotenziya daxil olmaqla, ortostatik effekt. Bəzən Miokard infarktı və ya serebrovaskulyar pozulmalar, yüksək risk qrupundan olan pasiyentlərdə ikincili hipotenziyanın inkişafı mümkündür, ürəkdöyünmə, taxikardiya, Reyno sindromu, öskürək, diareya, qusma, böyrək disfunksiyası. Nadir hallarda Şüurun dumanlanması, iybilmənin pozulması, hemoqlobinin azalması, hematokritin azalması, ağızda quruluq, övrə, alopesiya, psoriaz, uremiya, böyrək çatışmazlığı, ginekomastiya, zərdab bilirubininin artması, hiponatriemiya. Çox nadir hallarda Sümük iliyinin zəifləməsi, anemiya, trombositopeniya, leykopeniya, neytropeniya, aqranulositoz, hemolitik anemiya, limfoadenopatiya, autoimmun xəstəliklər, hipoqlikemiya, bronxospazm, sinusit, allergik alveolit/eozinofilli pnevmoniya, pankreatit, bağırsaq angiodeması, hepatit (hepatosellülyar və ya xolestatik), sarılıq və ya qaraciyər çatışmazlığı, tərləmə, qovuqcuq, toksik epidermal nekroliz, Stivens-Conson sindromu, multiformalı eritema, dəri psevdolimfoması. Bir və ya daha artıq aşağıda qeyd edilən simptomokomplekslər barədə məlumat vardır: qızdırma, vaslulit, mialgiya, artralgiya/artrit, antinuklear antitellərə müsbət test, EÇS-in artması, eozinofiliya və lekositoz, dəri səpgisi, dəri fotohəssaslığı və digər dəri təzahürləri, oliquriya/anuriya. Bəzən Əhval-ruhiyyənin dəyişməsi, paresteziya, başgicəllənmə, dadbilmə hissiyyatının pozulması, yuxunun pozulması, halüsinasiya, rinit, ürəkbulanma, qarın nahiyəsində ağrı, dispepsiya, qızartı, qaşınma, yüksək həssaslıq/angionevrotik ödem (üzün, dodaqların, dilin, qırtlağın və/və ya udlağın angionevrotik ödemi),impotensiya, yorğunluq, asteniya, qanda sidik cövhərinin artması, zərdab kreatininin yüksəlməsi, qaraciyər fermentlərinin aktivliyinin artması, hiperkaliemiya. Məlum deyil Depressiya simptomları, huşun itməsi, anafilaktik/anafilaktoid reaksiyalar. Nadir hallarda Uremiya, böyrək çatışmazlığı. Çox nadir hallarda Oliquriya/anuriya, antidiuretik hormonun qeyri-adekvat sekresiyası. ARZUOLUNMAZ TƏSİRLƏR MEYDANA ÇIXDIQDA HƏKİMƏ MÜRACİƏT ETMƏK

Doza həddinin aşılması

Simptomları: arterial hipertenziya, şok, su-elektrolit balansının pozulması, böyrək çatışmazlığı, hiperventilyasiya, taxikardiya, bradikardiya, başgicəllənmə, narahatlıq və öskürək. Müalicəsi: simptomatik müalicə, damardaxili fizioloji məhlul vurulması tövsiyə olunur. Arterial hipotenziya zamanı xəstəni yatağa uzatmaq lazımdır (ayaqlarını yuxarı qaldırmaq lazımdır). Angiotenzin II infuziya etmək və/ və ya damardaxili katexolamin vurmaq olar. Dərman lap yaxın qəbul edilmişdirsə, onun xaric edilməsi üçün mədəni yumaq, enterosorbent və ya natrium sulfat qəbul etmək tövsiyə olunur. Lizinopril orqanizmdən hemodializin də köməyi ilə xaric edilə bilər. Uzunmüddətli bradikardiyanın müalicəsi üçün kardiostimulyator tətbiq edilə bilər. Həyati vacib funksiyaların göstəriciləri, zərdab elekrolitlərinin və kreatinin miqdarı daim nəzarətdə saxlanmalıdır. Angionevrotik ödemin inkişaf etməsi halında adekvat təxirəsalınmaz terapiya (adrenalin, qlükokortikosteroidlər, antihistamin preparatları vurulmalıdır) tələb olunur.

Buraxılış forması

14 tablet blisterdə. 2 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Digər buraxılış formaları Rileys-sanovel 5 mq, 28 tablet. Rileys-sanovel 20 mq, 28 tablet. Rileys-sanovel plyus 20 mq / 12,5 mq, 28 tablet.

Saxlanma şəraiti

25°С-dən aşağı otaq temperaturunda öz qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat şəhadətnaməsinin sahibi SANOVEL İLAÇ SAN ve TİC.A.Ş. Silivri İlcesi, Balaban Mahallesi, Cihaner sokağı, No:10, 34580, ISTANBUL/TÜRKİYƏ.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Rileys 10 mq N28 tablet” üçün ilk rəyi siz yazın.