Ramloden 5 mq N30 kapsul
| Dərman forması | Kapsul |
|---|---|
| Farmakoloji təsir | Angiotenzinçevirici fermentin inhibitorlar və kalsium kanallarının blokatoru |
| İstehsal ölkəsi | Polşa |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
9,88 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Bu dərmanı istifadə etməyə başlamazdan əvvəl bu içlik vərəqəsini diqqətlə oxuyun, çünki burada Sizin üçün mühüm məlumatlar vardır. • Bu içlik vərəqəsini saxlayın. Daha sonra onu təkrar oxumağınız lazım gələ bilər. • Əgər əlavə suallarınız olarsa, lütfən, həkiminizə və ya əczaçıya müraciət edin. • Bu dərman şəxsən Sizin üçün təyin edilmişdir, onu başqalarına verməyin. Onların xəstəliyinin simptomları Sizinki ilə eyni olsa belə, bu dərman onlar üçün zərərli ola bilər. • Əgər müalicə müddətində bu içlik vərəqədə qeyd edilməyənlər də daxil olmaqla, hər hansı əlavə təsir meydana çıxarsa, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin (bax: “Əlavə təsirləri) RAMLODEN 5 mq/5 mq; 10 mq/5 mq bərk kapsullar Beynəlxalq patentləşdirilməmiş adı: Ramipril + Amlodipine
Tərkibi
5 mq/5 mq bərk kapsullar Təsiredici maddələr: 1 kapsulda 5 mq ramipril və 5 mq amlodipinə ekvivalent miqdarda amlodipin bezilat vardır. 10 mq/5 mq bərk kapsullar Təsiredici maddələr:1 kapsulda 10 mq ramipril və 5 mq amlodipinə ekvivalent miqdarda amlodipin bezilat vardır. Köməkçi maddələr: mikrokristallik sellüloza, susuz kalsium hidrofosfat, prejelatinləşdirilmi qarğıdalı nişastası, natriium nişasta qlikolyatı (tip A), natrium stearil fumarat, qırmızı dəmir oksidi (E 172), titan dioksid (E 171), jelatin.
Təsviri
RAMLODEN 5 mq/5 mq, bərk kapsullar: qeyri-şəffaf cəhrayı rəngli qapağa və qeyri-şəffaf ağ rəngli gövdəyə malik, içərisində ağ və ya demək olar ki, ağ toz olan bərk kapsullardır. RAMLODEN 10 mq/5 mq, bərk kapsullar: qeyri-şəffaf tünd cəhrayı rəngli qapağa və qeyri-şəffaf ağ rəngli gövdəyə malik, içərisində ağ və ya demək olar ki, ağ toz olan bərk kapsullardır.
Farmakoterapevtik qrupu
Angiotenzinçevirici fermentin inhibitorlar və kalsium kanallarının blokatoru. ATC kodu: C09BB07.
Farmakoloji xüsusiyyətləri
RAMLODEN-in tərkibində iki aktiv (təsiredici) maddə var: ramipril və amlodipin. Ramipril AÇF- in inhibitorları (angiotenzinçevirici fermentin inhibitorları) adlanan dərman qrupuna aiddir. Amlodipin kalsium ion-larının antaqonistləri adlanan dərman qrupuna aiddir. Ramipril aşağıdakı kimi təsir göstərir: • Orqanizminizdə qan təzyiqini yüksəldə bilən maddələrin istehsalını azaldır • Qan damarlarını boşaldır və genişləndirir • Ürəyinizin bədəninizə qan vurmasını asanlaşdırır. Amlodipin aşağıdakı kimi təsir göstərir: • Qan damarlarını boşaldır və genişləndirir, beləliklə qan onlardan daha asan keçir.
İstifadəsinə göstərişlər
RAMLODEN, qan təzyiqinə amlodipinlə və ramiprillə RAMLODEN-in tərkibində olan dozalarda, lakin ayrı-ayrılıqda istifadə zamanı adekvat nəzarət oluna bilən pasiyentlərdə hipertenziyanı (yüksək qan təzyiqi) müalicə etmək üçün istifadə olunur.
Əks göstərişlər
Aşağıdakı hallarda RAMLODEN-ın istifadəsi əks göstərişdir: − Əgər ramiprilə, amlodipinə (təsiredici maddələr), AÇF-in digər inhibitorlarına və ya kalsium ionlarının hər hansı digər antaqonistinə və ya bu dərmanın köməkçi maddələrindən hər hansı birinə qarşı (bax: “Tərkibi”) allergiyanız varsa. Bu, özünü qaşınma, dərinin qızarması və ya tənəffüsün çətinləşməsi şəklində göstərə bilər. − Əgər nə vaxtsa Sizdə “angionevrotik ödem” adlandırılan ciddi allergik reaksiya keçirmisinizsə. Əlamətlərinə qaşınma, övrə, əllərdə, ayaqda və boğazda qırmızı izlər, boğazın və dilin ödemi, gözlərin və dodaqların ətrafında şişkinlik (ödem), tənəffüsün və udmanın çətinləşməsi daxildir. − Əgər Siz dializdəsinizsə və ya başqa bir qan filtrasiyası ilə müalicə alırsınızsa. İstifadə olunan aparatdan asılı olaraq RAMLODEN Sizin üçün uyğun olmaya bilər. − Böyrəklərinizdə qan təchizatının azalmasına səbəb olan böyrək probleminiz varsa (böyrək arteriyasının stenozu). − Hamiləliyin son 6 ayında (bax: “Hamiləlik və laktasiya dövründə istifadəsi). − Şəkərli diabetiniz və ya böyrək çatışmazlığınız varsa və qan təzyiqini aşağı salan aliskiren tərkibli dərmanla müalicə olunursunuzsa. − Əgər qan təzyiqiniz həddindən artıq aşağıdırsa və ya stabil deyilsə. Həkiminiz bunu qiymətləndirməlidir. − Əgər ürəyinizin aorta qapağının daralması (aortanın stenozu) və ya kardiogen şok (ürəyin bədənə kifayət qədər qan verə bilmədiyi bir vəziyyət) varsa. − Əgər infarktdan sonra ürək çatışmazlığından əziyyət çəkirsinizsə. − Əgər yuxarıda göstərilənlərdən hər hansı biri Sizə aiddirsə, RAMLODEN qəbul etməyin. Əmin deyilsinizsə, RAMLODEN qəbul etməzdən əvvəl həkiminizlə danışın.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
RAMLODEN qəbul etməzdən əvvəl həkiminizlə, əczaçı və ya tibb bacısı ilə danışın. Aşağıda sadalanan hallardan hər hansı biri sizə aiddirsə, həkiminizə bu barədə məlumat verin: – ürək, qaraciyər və ya böyrək probleminiz varsa, – orqanizminizdə çox miqdarda duz və ya maye itkisi baş vermişdirsə (ürəkbulanma (qusma), ishal, adi halda olduğun daha çox tərləmə, az duzlu pəhriz saxlamaq, uzun müddət diüretik (sidikqovucu tabletlər) qəbul etmək və ya dializdə olma nəticəsində), – əgər arı və eşşəkarısı sancmalarına allergiyanızı azaltmaq üçün müalicə kursu almağa hazırlaşırsınızsa (desensibilizasiya), – əgər anesteziyaedici dərman alacaqsınızsa. Bu, cərrahi əməliyyat və ya hər hansı diş proseduru üçün verilə bilər. RAMLODEN ilə müalicənizi bir gün əvvəl dayandırmağınız lazım gələ bilər; məsləhət üçün həkimini-zə müraciət edin, – qanınızda çox miqdarda kalium varsa (qan testinin nəticələrində göstərilmiş), – əgər skleroderma və ya sistem qırmızı qurdeşənəyi kimi bir kollagen damar xəstəliyiniz varsa, – yüksək qan təzyiqini müalicə etmək üçün istifadə olunan aşağıdakı dərmanlardan birini qəbul edirsinizsə: ▪ angiotensin II reseptorların blokatorları (ARB) (xüsusən sartanlar kimi tanınan – məsələn, valsartan, telmisartan, irbesartan), xüsusən diabetlə əlaqəli böyrək probleminiz varsa, – aliskiren Həkiminiz müntəzəm olaraq böyrəklərinizin fəaliyyətini, qan təzyiqinizi və qanınızdakı elektrolitlərin (məsələn, kalium) miqdarını yoxlaya bilər.Həmçinin, “Əks göstərişlər” bölməsindəki məlumatlara da baxın. – əgər qan təzyiqinizdə ciddi bir artım varsa (hipertonik kriz), – əgər yaşlısınızsa və dozanız artırılmalıdır, – uzun müddət davam edən quru öskürək meydana çıxmışdırsa, – əgər qan təzyiqiniz kifayət qədər azalmırsa. Bu tip dərmanlar qara dərili insanlarda daha az effektivdir – Əgər aşağıdakı dərmanlardan hər hansı birini qəbul edirsinizsə, angionevrotik ödem (boğaz kimi nahiyədə dəri altında sürətlə yaranan ödem) riski artır: sirolimus, everolimus və mTOR inhibitorları sinfinə aid digər dərmanlar (köçürülmüş orqanların orqanizm tərəfindən ləğv edilməməsi üçün istifadə olunur). Əgər dodaqların və üzün, dilin və boğazın, boyunun, ola bilsin əllərin və ayaqların qəfil ödemindən, udma-nın və ya tənəffüsün çətinləşməsindən, övrə və ya xırıltıdan (‘angionevrotik ödem’) əziyyət çəkirsinizsə. Bu ciddi allergik reaksiya əlaməti ola bilər. Bu, müalicə zamanı istənilən vaxt baş verə bilər. Qara dərili insanla-rın bu vəziyyətdən əziyyət çəkmə riski daha yüksək ola bilər. Sizdə belə simptomlar inkişaf edərsə, dərhal həkiminizə bildirin.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Əgər hazırda resept əsasında və ya reseptsiz buraxılmasından asılı olmayaraq hər hansı digər dərman preparatı istifadə edirsinizsə və ya yaxın zamanlarda istifadə etmisinizsə, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin. Aşağıdakı dərmanlardanhər hansı birini qəbul edirsinizsə həkiminizə söyləyin. Onlar RAMLODEN-in effektivliyini aşağı sala bilər: – Ağrı və iltihabı aradan qaldırmaq üçün istifadə olunan dərmanlar (məsələn, ibuprofen və ya indometasin və aspirin kimi qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP)). – Aşağı qan təzyiqinin, şokun, ürək çatışmazlığının, astmanın və ya allergiyanın müalicəsində istifadə olunan efedrin, noradrenalin və ya adrenalin kimi dərmanlar. Həkiminizə qan təzyiqinizi yoxlamalı olacaqdır. – Rifampisin (vərəmin müalicəsi üçün antibiotik). – Dazıotu (Hypericum perforatum) (depressiyanı müalicə etmək üçün istifadə olunur). Aşağıdakı dərmanlardanhər hansı birini qəbul edirsinizsə, həkiminizə bildirin. RAMLODEN ilə birlikdə qəbul etsəniz əlavə təsirlərin başvermə ehtimalı arta bilər: – Eritromisin, klaritromisin (antibiotiklər). – Trimetoprim/sulfametoksazol kimi tanınan Trimetoprim və ko-trimoxazol (bakterial infeksiyaların müalicəsi üçün). – Temsirolimus (xərçəng dərmanı) və xərçəng üçün digər dərmanlar (kimyaterapiya). – Transplantasiya edilmiş (köçürülmüş) orqanların orqanizm tərəfindən ləğv olunmasının qarşısını almaq üçün çox istifadə olunan dərmanlar (sirolimus, everolimus və mTOR inhibitorları sinfinə aid digər dərmanlar). Həmçinin, “Xəbərdarlıqlar və ehtiyat tədbirləri” bölməsinə baxın. – Takrolimus (orqanizmin immun reaksiyasını idarə etmək üçün istifadə olunur, orqanizmin köçürülmüş orqanı qəbul etməsinə imkan verir) və digər dərmanlar, məsələn, siklosporin kimi orqan transplantasiyasından sonra orqanizm tərəfindən orqanın ləğv edilməsini dayandırmaq üçün istifadə olunan digər dərmanlar. – Ağrı və iltihabı aradan qaldırmaq üçün istifadə olunan dərmanlar (məsələn, ibuprofen və ya indometasin və asetilsalisil turşusu kimi qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP)). – Furosemid kimi diuretiklər (sidikqovucu dərmanlar). – Spironolakton, triamteren, amilorid, kalium duzları və heparin (qanı durulaşdırmaq üçün) kimi kaliumun miqdarını artıra bilən dərmanlar .- prednizolon kimi iltihabəleyhinə steroid dərmanlar. – Allopurinol (qanda sidik turşusunu azaltmaq üçün istifadə olunur). – Prokainamid (ürək ritminin problemləri üçün). – Ketokonazol, itrakonazol (göbələkəleyhinə dərmanlar). – Ritonavir, indinavir, nelfinavir (İİV müalicəsində istifadə olunan proteaza inhibitorları). – Verapamil, diltiazem (ürək xəstəliklərini və ya yüksək təzyiqi müalicə etmək üçün dərmanlar). – Dantrolen (bədən temperaturunun ağır pozulması zamanı istifadə olunan infuziya). Aşağıdakı hallarda həkiminizin dozanızı dəyişdirməsi və ya digər tədbirlər görməsi lazım gələ bilər: əgər angiotensin II reseptorların blokatoru (ARB) və ya aliskiren qəbul edirsinizsə (bax: “Əks göstərişlər” və “Xəbərdarlıqlar və ehtiyat tədbirləri”). Lütfən, aşağıdakı dərmanlardan hər hansı birini qəbul edirsinizsə, həkiminizə söyləyin. RAMLODEN onların effektivliyinə təsir göstərə bilər: – peroral hipoqlikemik (qanda qlükozanın səviyyəsini azaldan) preparatlar və insulin kimi şəkərli diabet zamanı istifadə olunan dərmanlar. RAMLODEN qanda şəkərin səviyyəsini azalda bilər. RAMLODEN qəbul edərkən qanda şəkərin səviyyəsini yaxından yoxlamaq lazımdır. – Litium (psixi sağlamlıq problemləri üçün). RAMLODEN qanda litiumun miqdarını artıra bilər. Litiumun miqdarı həkim tərəfindən yaxından yoxlanmalıdır. – Simvastatin (xolesterinin səviyyəsini azaltmaq üçün istifadə olunan dərman). RAMLODEN qanda simvastatinin miqdarını artıra bilər. Əgər yuxarıda göstərilənlərdən biri Sizə aiddirsə (və ya əmin deyilsinizsə), RAMLODEN qəbul etməzdən əvvəl həkiminizlə danışın.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Əgər hamiləsinizsə və ya uşaq əmizdirirsinizsə, hamilə ola biləcəyinizi düşünürsünüzsə və ya uşaq sahibi olmaq istəyirsinizsə, bu dərmanı qəbul etməzdən əvvəl məsləhət üçün həkiminizə və ya əczaçıya müraciət edin. Hamiləlik Hamiləlik dövründə RAMLODEN qəbul etməməlisiniz. Əgər RAMLODEN ilə müalicə zamanı hamilə qalsanız, dərhal həkiminizə məlumat verin. Hamiləliyin planlaşdırılmasından əvvəl müvafiq alternativ müalicəyə keçid həyata keçirilməlidir. Laktasiya Əgər uşaq əmizdirirsinizsə, RAMLODEN istifadə etməməlisiniz. Hər hansı bir dərman qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə danışmalısınız. Fertillik Fertilliyə potensial təsiri barədə kifayət qədər məlumat yoxdur. Uşaqlar və yeniyetmələrdə istifadəsi RAMLODEN, 18 yaşdan kiçik uşaqlarda və yeniyetmələrdə istifadə üçün tövsiyə edilmir, çünki bu qrup pasiyentlərə dair məlumat yoxdur.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
RAMLODEN nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliy- yətinə təsir göstərə bilər. Əgər RAMLODEN Sizdə ürəkbulanma, başgicəllənmə və ya yorğunluq hissi və ya baş ağrısı yaradarsa, nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etməyin və dərhal həkiminizlə əlaqə saxlayın. Bu, xüsusilə müalicənin başlanğıcında və ya digər dərmanlardan RAMLODEN ilə müalicəyə keçid zamanı baş verə bilər.
İstifadə qaydası və dozası
Həmişə bu dərmanı həkiminizin və ya əczaçının dediyi kimi qəbul edin. Əmin deyilsinizsə, həkiminizlə və ya əczaçı ilə dəqiqləşdirin. RAMLODEN-in təsirinin çox güclü və ya çox zəif olduğuna dair təəssüratınız varsa, həkiminizlə və ya əczaçı ilə danışın. Bu dərmanı günün eyni vaxtında, yeməkdən əvvəl və ya sonra qəbul edin. Bütün kapsulu maye ilə udun. RAMLODEN-i qreypfrut şirəsi ilə qəbul etməyin. RAMLODEN gündə bir dəfə istifadə edilməlidir. Həkim onun Sizə göstərəcəyi təsirdən asılı olaraq dozanı dəyişə bilər. Maksimum gündəlik doza bir 10 mq/10 mq kapsuldur. Yaşlılar Həkiminiz başlanğıc dozanı azaldacaq və müalicənizi daha yavaş tənzimləyəcəkdir. Uşaqlarda və yeniyetmələrdə istifadəsi RAMLODEN, 18 yaşdan kiçik uşaqlarda və yeniyetmələrdə istifadə üçün tövsiyə edilmir, çünki bu pasiyent qrupuna dair məlumat yoxdur. RAMLODEN-in qida və içkilərlə və alkoqolla istifadəsi RAMLODEN yeməklə və ya onsuz qəbul edilə bilər.RAMLODEN ilə spirtli içki içmək başgicəllənmə və ya bayğınlıq törədə bilər. RAMLODEN qəbul edərkən nə qədər içə biləcəyinizdən narahat olsanız, həkiminizlə məsləhətləşin, belə ki, qan təzyiqini azaltmaq üçün istifadə olunan dərmanlar və alkoqol əlavə təsir göstərə bilər. Qreypfrut şirəsi və ya qreypfurt RAMLODEN qəbul edən insanlar tərəfindən istifadə edilməməlidir. Belə ki, qreypfurt və qreypfrut şirəsi, aktiv maddə amlodipinin qan səviyyəsinin artmasına səbəb ola bilər, bu da RAMLODEN-in qan təzyiqini azaldıcı təsirində gözlənilməz artıma səbəb ola bilər. Əgər RAMLODEN-i istifadə etməyi unutmusunuzsa Bir kapsulun qəbulunu unutmusunuzsa, bu dozanı qəbul etməyin. Növbəti dozanı adi vaxtında qəbul edin. Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza qəbul etməyin. Əgər RAMLODEN-in istifadəsini dayandırırsınızsa Həkiminiz dərmanlarınızı nə qədər müddət ərzində qəbul etməyinizi Sizə deyəcəkdir. Həkiminizin tövsiyəsi olmadan dərmanın istifadəsini erkən dayandırsanız vəziyyətiniz geri dönə bilər. Əgər bu dərmanın istifadəsi ilə bağlı hər hansı əlavə sualınız olarsa, həkiminizdən və ya əczaçıdan soruşun.
Əlavə təsirləri
Bütün dərmanlar kimi bu dərman da əlavə təsirlərə səbəb ola bilər, baxmayaraq ki, onlar hamıda baş vermir. Əlavə təsirlər başvermə tezliyinə görə aşağıdakı kimi təsnif olunur: Çox tez-tez: 10 xəstənin ən azı 1-ində meydana çıxa bilər. Tez-tez: 10 xəstənin birindən azında, lakin 100 xəstənin birindən çoxunda meydana çıxa bilər. Bəzən: 100 xəstənin birindən azında, lakin 1000 xəstənin birindən fazla meydana çıxa bilər. Nadir: 1 000 xəstənin birindən azında meydana çıxa bilər. Çox nadir: 10 000 xəstənin birindən azında meydana çıxa bilər. Məlum deyil: mövcud məlumatlar əsasında başvermə tezliyini müəyyən etmək mümkün deyil. Aşağıdakı ciddi əlavə təsirlərdən biri meydana çıxarsa, RAMLODEN qəbul etməyi dayandırın və dərhal həkimə müraciət edin – təcili tibbi müalicəyə ehtiyacınız ola bilər: − üz, dodaq və boğazın udmanı və nəfəs almağı çətinləşdirən ödemi, həmçinin qaşınma və səpgi. Bu, RAMLODEN-ə qarşı ağır allergik reaksiya əlaməti ola bilər. − səpgi, ağızda yara, əvvəlcədən mövcud olan dəri xəstəliyinin pisləşməsi, dərinin qızarması, qabarların yaranması və ya dərinin qabıq qoyması (məsələn, Stivens-Conson sindromu, toksik epidermal nekroliz və ya multiformalı eritema) və ya digər allergik reaksiyalar daxil olmaqla, ağır dəri reaksiyaları. Yuxarıda göstərilən əlavə təsirlərin tezliyi “məlum deyil” kimi təsnif edilir (mövcud məlumatlar əsasında qiymətləndirilə bilmir). Əgər Sizdə aşağıdakı hallardan hər hansı biri meydana çıxarsa, dərhal həkiminizə məlumat verin: − Sürətli ürəkdöyünmə, qeyri-bərabər və ya güclü ürək döyüntüsü (çarpıntılar), sinə ağrısı, sinədə sıxılma və ya infarkt və insult da daxil olmaqla daha ciddi problemlər. Bu əlavə təsirlərin tezliyi “tez-tez” (sinə ağrısı, sinədə sıxılma, ürəkdöyünmə) və ya “bəzən” kimi qiymətləndirilir (sürətli ürəkdöyünmə, ürək tutması və ya insult). − Təngnəfəslik və ya öskürək. Bunlar “tez-tez” baş verən əlavə təsirlərdir. Bunlar ağciyər problemlərinin əlaməti ola bilər. − Asanlıqla qançırın yaranması, adi halda olduğundan daha uzun müddət qanaxma, qanaxmanın hər hansı bir əlaməti (məsələn, diş ətindən qanaxma), bənövşəyi ləkələr, dəridə ləkələrin meydana çıxması və ya adi haldan daha asan infeksiyaya yoluxma, boğaz ağrısı və qızdırma, yorğunluq hissi, huşunu itirmə, başgicəllənmə və ya solğun dəri. Bunlar qan və ya sümük iliyi problemlərinin əlamətləri ola bilər. Bunlar “nadir” əlavə təsirlərdir. − Bel nahiyəsinə yayıla bilən ağır mədə ağrısı. Bu, pankreatitin əlaməti ola bilər (mədəaltı vəzinin iltihabı). Bunlar tezliyi “bəzən” olan əlavə təsirlərdir. − Qızdırma, titrətmə, yorğunluq, iştahasızlıq, qarında ağrı, özünü pis hiss etmə, dərinin və ya gözlərin saralması (sarılıq). Bunlar hepatit (qaraciyərin iltihabı) və ya qaraciyərin zədələnməsi kimi qaraciyər problemlərinin əlamətləri ola bilər. Bu əlavə təsirin tezliyi “məlum deyil” kimi qiymətləndirilir (mövcud məlumatlar əsasında başvermə tezliyini müəyyən etmək mümkün deyil). Digər əlavə təsirlər: Lütfən, aşağıdakılardan hər hansı biri ciddi hal alarsa və ya bir neçə gündən çox davam edərsə, həkiminizə söyləyin. Tez-tez − Yuxululuq (xüsusən müalicənin əvvəlində). − Ürəkdöyünmə (ürəyinizin döyündüyünün fərqində olmaq), qızartı. − Topuğun ödemi (şişkinliyi). − Baş ağrısı və ya yorğunluq hissi. − Başgicəllənmə. Bu, RAMLODEN qəbul etməyə başladıqda və ya daha yüksək doza qəbul etməyə başladıqda daha çox baş verir. − Bayılma, hipotoniya (anormal aşağı qan təzyiqi), xüsusilə də sürətlə durarkən və ya oturarkən. − Quru ağır öskürək, sinusların iltihabı (sinüsit) və ya bronxit, təngnəfəslik. − Qarın ağrısı, mədə və ya bağırsaq ağrısı, ishal, həzmin pozulması, ürəkbulanma və ya qusma. − Qabarıqlıqla və ya onsuz dəri səpgisi. − Sinə ağrısı. − Əzələlərdə spazmlar və ya ağrı. − Qan testlərinizdə adi halda olduğundan daha çox miqdarda kaliumun olduğunu göstərən qan testləri. Bəzən − Əhvalda dəyişiklik, yuxusuzluq. − Titrəmə, zəiflik, ağrı, nasazlıq hissi − Vizual pozğunluqlar, ikili görmə, bulanıq görmə, qulaqlarda cingilti. − Burunun selikli qişasının iltihabı nəticəsində yaranan asqırma / zökəm (rinit). − Dəyişən bağırsaq vərdişləri (ishal qəbizliyi də daxil olmaqla), qıcqırma, ağızda quruluq. − Saç tökülməsi, tər ifrazının artması, qaşınma, dəridə qırmızı ləkələr, dərinin rəngsizləşməsi. − Sidiyəgetmənin pozulması, sidiyəgetməyə ehtiyacın artması, xüsusən də gecələr, sidiyəgetmənin sayının artması − Ereksiyanın əldə edilə bilməməsi, kişilərdə cinsi qeyri-adekvatlıq, kişilərdə və ya qadınlarda cinsi istəyin azalması − Kişilərdə diskomfort və ya sinənin genişlənməsi − Oynaqlarda və ya əzələlərdə ağrı, əzələ spazmları, bel ağrısı − Bədən kütləsinin artması və ya azalması − Balans problemləri (vertiqo) − Qaşınma və qeyri-adi dəri hissləri, məsələn, uyuşma, sancma (iynəbatma hissi), yanma hissi və ya dəridə qarışqa gəzməsi hissi (paresteziya), ağrı hissinin itməsi. − Dadbilmə hissinin itməsi və ya dəyişməsi. − Yuxu problemləri. − Depressiya, narahatlıq hissi keçirmək, adi haldan daha çox əsəbilik və ya narahat olmaq. − Burun tutulması, nəfəs almaqda çətinlik və ya astmanın kəskinləşməsi. − Qarın ağrısı, qusma və ishal kimi simptomlarla müşayiət olunan “bağırsağın angionevrotik ödemi” adlı bağırsaq ödemi. − İştahanın itməsi və ya azalması (anoreksiya). − Sürətli və ya qeyri-müntəzəm ürək döyüntüsü. − Əl və ayaqlarda şişkinlik (ödem). Bu, orqanizmin adi haldan daha çox su saxlamasının əlaməti ola bilə. − Yüksək temperatur. − Qan müayinəsi zamanı aşkar edilmiş müəyyən ağ qan hüceyrələrinin artması (eozinofiliya). − Qaraciyər, mədəaltı vəzi və ya böyrəklərin işində dəyişiklikləri göstərən qan testləri. Nadir − Sarsıntı və ya çaşqınlıq hissi. − Dilin qızarması və şişməsi. − Dərinin güclü qabıqlanması və soyulması, qaşınma, lopa-lopa səpgi. − Dırnaq problemləri (məsələn, dırnağın boşalması və ya yatağından ayrılması). − Dəri səpgisi və göyərməsi (qançır). − Övrə. − Dəridə ləkələr və ətraflarda soyuma. − Gözlərdə qızartı, qaşınma, ödem və ya sulanma. − Eşitmənin pozulması. − Qırmızı qan hüceyrələrinin (eritrositlərin), ağ qan hüceyrələrinin (leykositlərin) və ya trombositlərin və ya hemoqlobinin miqdarının azaldığını göstərən qan testləri Çox nadir − Günəşə adi halda olduğundan daha həssas olmaq. − Qanda şəkərin həddindən artıq olması (hiperqlikemiya). − Diş ətinin ödemi. − Qarının köpməsi (qastrit). − Anormal qaraciyər funksiyası, qaraciyərin iltihabı (hepatit), dərinin saralması (sarılıq). − Əzələ tonusunun artması. − Tez-tez dəri səpgisi ilə qan damarlarının iltihabı. − İşığa həssaslıq. − Rigidlik, titrəmə və/və ya hərəkət pozğunluqlarını birləşdirən pozğunluqlar. Məlum deyil − Sidiyin qatılaşması (tünd rəngdə), ürəkbulanma və ya qusma, ADH-nin (antidiuretik hormon) qeyri-adekvat sekresiyası ilə əlaqədar ola bilən əzələ spazmaları, şüurun qarışması və qıcolmalar. Bu simptomlar meydana çıxarsa, ən qısa müddətdə həkiminizlə əlaqə saxlayın. − titrəmə, sərt duruş, maskaya bənzəyən üz, yavaş hərəkətlər və qarışıq, balanssız bir yeriş. Aşağıdakı digər əlavə təsirlər haqqında məlumat verilmişdir Əgər aşağıdakı əlavə təsirlərdən hər hansı biri ciddi bir hal alarsa və ya bir neçə gündən çox davam edərsə, lütfən həkiminizə söyləyin. − Diqqəti toplamaın çətinləşməsi. − Qan testlərinin qan hüceyrələrinin sayını çox az göstərməsi. − Qan testlərinin natriumun səviyyəsini adi halda olduğundan daha az göstərməsi. − Sizə soyuq olanda əl və ayaq barmaqlarınızın rəngi dəyişir, sonra isə isinəndə sancma (iynəbatma) hissi və ya ağrı yaranır (Reyno fenomeni). − Reaksiyaların yavaşıması və zəifləməsi. − Əşyaların qoxusunda dəyişiklik. − Psoriaz. Əlavə təsirlər haqqında məlumatın verilməsi Bu içlik vərəqədə qeyd edilib-edilməməsindən asılı olmayaraq, hər hansı bir əlavə təsir meydana çıxarsa, bu barədə həkiminizə, əczaçıya və ya tibb bacısına məlumat verin. Bundan başqa, qarşılaşdığınız əlavə təsirlər barədə birbaşa SN-in Analitik Ekspertiza Mərkəzinə məlumat verə bilərsiniz. Əlavə təsirlər haqqında məlumat verməklə, Siz bu dərman preparatının təhlükəsizliyinə dair daha çox məlumatın toplanmasına kömək etmiş olursunuz.
Doza həddinin aşılması
Həddindən artıq kapsulun qəbulu qan təzyiqinizin aşağı düşməsinə və ya təhlükəli dərəcədə aşağı düşməsinə səbəb ola bilər. Siz başgicəllənmə, bayğınlıq, halsızlıq və ya zəiflik hiss edə bilərsiniz. Əgər qan təzyiqi kifayət qədər çox aşağı düşərsə, şok baş verə bilər. Dəriniz sərin və elastik ola bilər və huşunuzu itirə bilərsiniz. Doza həddinin aşılması baş verərsə, həkimə söyləyin və ya dərhal yaxınlıqdakı xəstəxananın təcili yardım şöbəsinə müraciət edin. Dərman paketini özünüzlə götürün ki, həkim nə qəbul etdiyinizi bilsin.
Buraxılış forması
6 kapsul, blisterdə. 5 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən aşağı temperaturda, işıqdan qorumaq üçün orijinal qablaşdırmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırmanın üzərində EXP-dən sonra qeyd edilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlılıq müddətinin bitmə tarixi qeyd edilən ayın son gününə şamil edilir. Yararlılıq müddəti bitmiş və ya istifadə edilməmiş dərmanları çirkab sularına və məişət tullantılarının içərisinə atmayın. Onları hara atmaq lazım olduğunu əczaçıdan soruşun. Bu tədbirlər ətraf mühitin qorunmasına xidmət edir.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Adamed Pharma S.A., Poland. Szkolna 33, 95-054 Ksawerów, Poland.
Qeydiyyat vəsiqəsinin sahibi
Adamed Pharma S.A., Poland. 6A, Pieńków, Mariana Adamkiewicza St., 05-152 Czosnów, Poland.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.