Puroxan 400 mq N20 tablet

Dərman formasıTablet
İstehsal ölkəsiBelçika

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

9,40 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

PUROKSAN tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Doxofylline Тərkibi Təsiredici maddə: 1 tabletin tərkibində 400 mq doksofillin vardır. Köməkçi maddələr:kolloidal silisium dioksid, qarğıdalı nişastası, mannitol, povidon, mikrokristallik sellüloza, talk, maqnezium stearat.

Təsviri

Ağ rəngli, dairəvi şəkilli tabletlərdir. АТC kodu: R03DA11.

Farmakoloji xüsusiyyətləri

Doksofillin – ksantin törəməsi olub, astma əleyhinə dərman vasitəsidir. Yalnız ağciyər damarlarının və bronxların saya əzələlərinə təsir edərək bronxları genişləndirir. Bu da doksofillinin, hüceyrədaxili s-AMF – ın artması ilə nəticələnən fosfodiesteraza fermentini inaktivləşdirməsi ilə əlaqədardır. Hüceyrələrdə s-AMF- ın artması miozinlə aktinin birləşməsinin qarşısını alır və nəticədə saya əzələlərin yığılma aktivliyi azalır ki, bu da xüsusilə bronx əzələlərinin boşalmasına və bronxospazmın aradan qalxmasına səbəb olur. Digər metilksantinlərdən fərqli olaraq, doksofillin, adenozin reseptorlarını blokadaya almır və kalsium ionlarının keçiriciliyinə təsir etmir. Beləliklə də, Puroksan – MSS-ni stimullaşdırmır; ürək-damar sisteminə və böyrəyin fəaliyyətinə təsir göstərmir. T =6 saatdır. Buna görə də qanda stabil və effektiv konsentrasiyaya çatması üçün gündə 2-3 dəfə qəbul1/2 etmək lazımdır. Maksimal konsentrasiyası daxilə qəbul edildikdən 60 dəqiqə sonra yaranır. Per os qəbul edildikdə biomənimsənilməsi 62,6%-dir. pH=7,4 olduqda qan zülaları ilə birləşməsi isə 48% təşkil edir. Doksofillinin 4%-i dəyişilməmiş şəkildə sidiklə xaric olur.

İstifadəsinə göstərişlər

Bronxial astma zamanı bronxoobstruktiv sindromun profilaktika və müalicəsi, xroniki obstruktiv bronxit, ağ ciyərlərin emfizeması.

Əks göstərişlər

Preparatın tərkibində olan komponentlərdən hər hansı birinə və ya digər ksantin törəmələrinə qarşı yüksək həssaslıq, kəskin miokard infarktı, arterial hipotenziya, hamiləlik (I trimestr) və laktasiya dövrü.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Arterial hipotenziya, kardiopatiya, xroniki ürək çatışmazlığı, peptik xora, qaraciyər xəstəlikləri, ağır böyrək çatışmazlığı olan xəstələrə, həmçinin yaşlı və ağır hipoksiyası olan şəxslərə preparat ehtiyatla təyin edilməlidir. Xroniki ürək çatışmazlığı olan xəstələrə qarşı xüsusilə ehtiyatlı olmaq lazımdır, çunki bu zaman doksofillinin eliminasiya sürəti nəzərəçarpacaq dərəcədə azalır (hətta müalicə bitdikdən sonra belə).

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Tərkibində kofein olan qida və içkilərin qəbulu azaldılmalıdır. Ksantin törəməli digər preparatlarla birgə qəbul edilməməlidir. Puroksan efedrin və digər simpatomimetiklərlə birgə ehtiyatla qəbul edilməlidir. Bu tip preparatlar: eritromisin, linkomisin, klindamisin, allopurinol, simetidin, qripə qarşı peyvənd və propranolol – ksantin törəmələrinin xaric olmasını ləngitdiyi üçün, sonuncuların qanda konsentrasiyası arta bilər. Belə hallarda preparatın dozası azaldılmalıdır. Fenitoin və qıcolma əleyhinə digər preparatlar isə əksinə, ksantin törəmələrinin eliminasiyasını sürətləndirir ki, bu zaman T azalır. Belə hallarda isə preparatın dozası artırılmalıdır.1/2 Əgər xəstə Puroksanla paralel olaraq digər preparatlar da qəbul edərsə, bu barədə həkimə və ya provizora məlumat verməlidir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Ana üçün fayda, dölə olan potensial təhlükədən yüksək olduqda istifadə edilə bilər. Laktasiya zamanı ana südü ilə qidalandırma dayandırılmalıdır (preparat ana südündə də aşkarlanır).

İstifadə qaydası və dozası

Böyüklərə: gündə 2 dəfə, hər dəfə 1 tablet (400 mq) təyin edilir. Sutkalıq doza 1200 mq -a kimi artırıla və ya 400 mq -a kimi azaldıla bilər . Müalicənin müddəti həkim tərəfindən təyin edilir.

Əlavə təsirləri

Nadir hallarda – ürəkbulanma, qusma, qarınüstü nahiyədə ağrılar, baş ağrıları, taxikardiya, yuxusuzluq, ekstrasistoliya, hiperqlikemiya və proteinuriya müşahidə edilmişdir. Digər əlavə təsirlər müşahidə olunarsa, bu barədə müalicə edən həkimə müraciət edilməlidir.

Buraxılış forması

10 tablet, alüminium folqalı blisterlərdə. 2 blister (20 tablet) içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºC-dən aşağı temperaturda, işıqdan, rütubətdən qorunan, uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Aptekdən buaxılma şərti Resept əsasında buraxılır.

İstehsalçı

Eurodrug Laboratories S.A., Belçika üçün M & H Manufacturing Co., Ltd. Samutprakarn, Tayland tərəfindən istehsal edilmişdir.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Puroxan 400 mq N20 tablet” üçün ilk rəyi siz yazın.