Puroxan 2 % 100 ml sirop

Dərman formasıSirop
Farmakoloji təsirBronxgenişləndirici dərman vasitəsi.
İstehsal ölkəsiBelçika

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

6,90 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

PUROKSAN şərbət Beynəlxalq patentləşdirilməmiş adı: Doxofylline Тərkibi Təsiredici maddə: 5 ml şərbətin tərkibində 100 mq doksofillin vardır. Köməkçi maddələr: saxaroza, natrium saxarin, ammonium qlisirrizinat, natrium metil-p-hidroksibenzoat, natrium propil-p-hidroksibenzoat, alp kremi, nanə qoxulu toz, təmizlənmiş su.

Təsviri

Şəffaf, açıq sarı rəngli, xarakterik nanə qoxulu məhluldur.

Farmakoterapevtik qrupu

Bronxgenişləndirici dərman vasitəsi. АТC kodu: R03DA11.

Farmakoloji xüsusiyyətləri

Doksofillin – ksantin törəməsi olub, astma əleyhinə vasitədir. Yalnız agciyər damarlarının və bronxların saya əzələlərinə təsir edərək, bronxları genişləndirir. Bu da doksofillinin, hüceyrədaxili s-AMF -ın (siklo- adenozin monofosfat) artması ilə nəticələnən fosfodiesteraza fermentini inaktivləşdirməsi ilə əlaqədardır. Hüceyrələrdə s-AMF-ın artması miozinlə aktinin birləşməsinin qarşısını alaraq saya əzələlərin yığılma aktivliyini azaldır ki, bu da xüsusilə bronx əzələlərinin boşalmasına və bronxospazmın aradan qalxmasına səbəb olur. Digər metilksantinlərdən fərqli olaraq, doksofillin, adenozin reseptorlarını blokadaya almır və kalsium ionlarının keçiriciliyinə təsir etmir. Beləliklə də, Puroksan MSS-nə stimullaşdırıcı təsir göstərmir; ürək-damar sisteminə və böyrəyin fəaliyyətinə təsir etmir. Doksofillin üçün T = 6 saatdır. Buna görə də qanda stabil və effektiv konsentrasiyaya çatması üçün gündə1/2 2-3 dəfə qəbul edilir. Daxilə qəbul edildikdən 60 dəqiqə sonra maksimal konsentrasiyaya çatır. Per os (oral yolla) qəbul edildikdə biomənimsənilməsi 62,6%-dir. pH=7,4 olduqda qan zülalları ilə birləşməsi 48% olur. 4% doksofillin dəyişilməmiş şəkildə sidiklə xaric olur.

İstifadəsinə göstərişlər

Bronxial astma zamanı bronxoobstruktiv sindromun profilaktikası və müalicəsi, xroniki obstruktiv bronxit, ağciyərlərin emfizeması.

Əks göstərişlər

Dərmanın komponentlərindən hər hansı birinə və ya digər ksantin törəmələrinə qarşı yüksək həssaslıq, kəskin miokard infarktı, arterial hipotenziya, hamiləlik (ilk trimestr) və laktasiya dövrü.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Preparat arterial hipotenziya, kardiopatiya, xroniki ürək çatışmazlığı, peptik xora, qaraciyər xəstəlikləri, ağır böyrək çatışmazlığı, yaşlı və ağır hipoksiyası olan şəxslərə ehtiyatla təyin edilməlidir. Xroniki ürək çatışmazlığı olan xəstələrdə xüsusilə ehtiyatlı olmaq lazımdır, çunki bu zaman doksofillinin eliminasiya sürəti nəzərə çarpacaq dərəcədə azalır (hətta müalicə bitdikdən sonra belə).

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Tərkibində kofein olan qida və içkilərin qəbulu azaldılmalıdır. Ksantin törəməli digər preparatlarla birlikdə qəbul edilməməlidir. Puroksan efedrin və digər simpatomimetiklərlə birlikdə ehtiyatla qəbul edilməlidir. Bu tip preparatlar: eritromisin, linkomisin, klindamisin, allopurinol, simetidin, qripə qarşı peyvənd və propranolol – ksantin törəmələrinin xaric olmasını ləngitdiyi üçün, sonuncuların qanda konsentrasiyası arta bilər. Bu zaman preparatın dozası azaldılmalıdır. Fenitoin və digər qıcolma əleyhinə olan preparatlar isə əksinə, ksantin törəmələrinin eliminasiyasını sürətləndirir ki, bu zaman T azalır. Bu halda isə preparatın1/2 dozası artırılmalıdır. Əgər Puroksanla paralel digər preparatlar da qəbul edilərsə, bu haqda həkimə və ya əczaçıya məlumat vermək lazımdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparat hamiləlik zamanı ana üçün faydanın, döl üçün potensial təhlükədən yüksək olduğu halda istifadə edilə bilər. Laktasiya zamanı ana südü ilə qidalandırma dayandırılmalıdır (preparat ana südündə də aşkar edilir).

İstifadə qaydası və dozası

1 ml Puroksan şərbətinin tərkibində 20 mq doksofillin vardır. Uşaqlara: iki dəfəyə vermək şərti ilə sutkalıq doza 12 mq/kq –dır. Doza 18mq/kq –a kimi artırıla bilər. Böyüklərə: gündə 2 dəfə olmaqla hər dəfə 2 ölçü qaşığı- 20 ml (400 mq) təyin edilir. Bu doza gündə 3 dəfə olmaqla artırıla da bilər. Yaşlı şəxslərə gündə 2 dəfə olmaqla hər dəfə 1 ölçü qaşığı -10 ml (200 mq) təyin edilir. Müalicənin müddəti həkim tərəfindən müəyyən edilir.

Əlavə təsirləri

Nadir hallarda ürəkbulanma, qusma, qarınüstü nahiyədə ağrılar, baş ağrıları, taxikardiya, yuxusuzluq, eks- trasistoliya, hiperqlikemiya və proteinuriya müşahidə edilmişdir. Digər əlavə təsirlər müşahidə olunduqda müalicə həkiminə müraciət etmək lazımdır.

Buraxılış forması

Puroksan şərbəti 100 ml-lik flakonlarda buraxılır. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºC-dən aşağı temperaturda, işıqdan, rütubətdən qorunan, uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

M & H Manufacturing Co., Ltd. Samutprakarn, Tayland/ (Eurodrug Laboratories S.A., Belçika üçün istehsal edilmişdir).

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Puroxan 2 % 100 ml sirop” üçün ilk rəyi siz yazın.