Preslon 1000 mq 4 ml N5 inyeksiya

Təsiredici maddə: CITICOLINE
Təsiredici maddəCITICOLINE
Dərman formasıİnyeksiya üçün məhlul
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

20,90 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

PRESLON inyeksiya üçün məhlul

Tərkibi

Təsiredici maddə: 1 ampulda (4 ml) 500 mq və ya 1000 mq sitikolin vardır. Köməkçi maddələr: natrium hidroksid, qatılaşdırılmış xlorid turşusu, inyeksiya üçün məhlul.

Təsviri

Şəffaf, rəngsiz və ya sarımtıl məhluldur. ATC kodu: N06BX06.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Beyin metabolizmini yaxşılaşdıran vasitə. Preslon xolin mənbəyi olaraq, neyron membranlarının struktur fosfolipidlərinin biosintezini stimullaşdırır. Bu, ion nasosları və reseptorları kimi membran strukturlarının funksiyasının yaxşılaşmasına səbəb olur, onları tənzimləmədən sinir impulslarının normal ötürülməsi mümkün deyil. Preslon hüceyrə membranlarının əsas ultra- struktur komponentlərinin sələfi olaraq (əsasən fosfolipidlərin), geniş təsir spektrinə malikdir – hüceyrələrin zədələnmiş membranlarının bərpa olunmasına səbəb olur, fosfolipazaların təsirini ingibə edir, sərbəst radikalların artıq dərəcədə əmələ gəlməsin qarşını alır, eləcədə apoptoz mexanizmlərinə təsir edərək hüceyrələrin məhv olmasının qarşısını alır. Membrana sabitləşdirici təsiri sayəsində Preslon ödem əleyhinə təsir göstərir və beyin ödemini azaldır. Preslon müxtəlif patoloji proseslər (xüsusilə də kəllə – beyin travmaları və beyin qan dövranının kəskin pozulması kimi) nəticəsində serebral disfunksiya vəziyyətləri ilə bağlı simptomların ifadə olunma dərəcəsini azaldır. Insultun kəskin dövründə zədələnmiş toxuma həcmini azaldır, xolinergik ötürməni yaxşılaşdırır. Serebral qan axınını yaxşılaşdırır, baş beyin retikulyar formasiya strukturlarını aktivləşdirir, şüuru bərpa edir. Kəllə-beyin travması zamanı travmadan sonrakı komanın müddətini və nevroloji simptomların ifadə olunma dərəcəsini azaldır. Preslon amneziya səviyyəsini, həmin patologiya ilə bağlı koqnitiv, sensitiv və motor pozulmaların təzahürlərini azaldır. Preslon hipoksiya və beyin işemiyası zamanı müşahidə olunan simptomların, o cümlədən yaddaşın pozulması, emosional labillik, özünə xidmət göstərmək üzrə adi hərəkətləri yerinə yetirmək bacarığının pozulması zamani müsbət klinik təsir göstərir. Klinik tədqiqatlar degenerativ mənşəyi olan serebral patologiya ilə bağlı sensitiv pozulmaların müalicəsi üçün Preslon preparatının effektivliyini göstərmişdir. Degenerativ və damar etiologiyalı koqnitiv, duyğu və hərəki nevroloji pozulmaların müalicəsində effektivdir. Farmakokinetikası Sorulması. Preslon v/d və ə/d təyin etdikdə qanda konsentrasiya praktiki olaraq 100% təşkil edir. V/d və ə/d yeridilmə zamanı bioloji mənimsənilməsi demək olar ki, tamdır. Metabolizmi. V/d və ə/d təyini zamanı Preslon xolin və sitidin əmələ gəlməklə qaraciyərdə metabolizmə uğrayır. Preparat təyin edildikdən sonra qan plazmasında xolinin konsentrasiyası əhəmiyyətli dərəcədə artır. Paylanması. Preparatın surətli yeridilməsi zamanı baş beyin strukturlarında konsentrasiya nəzərə çarpacaq dərəcədə artır, xolin fraksiyalarının struktur fosfolipidlərinə və sitidin fraksiyalarının – sitidin nukleotidlərinə və nuklein turşularına daxil olması baş verir. Preslon baş beyinə daxil olur və aktiv şəkildə hüceyrə, sitoplazma və mitoxondrial membranların və struktur fosfolipidlərin fraksiyasının bir hissəsinin əmələ gəlməsini təmin edir. Çıxarılma. Preslon preparatının daxil edilmiş dozasının yalnız 15 %-i insan orqanizmindən çıxarılır; 3 %-dən azı – böyrəklərlə və təxminən 12 %-ə qədəri nəfəs verilən CO ilə xaric olunur.2 Preslon sidiklə ekskresiyasında 2 faza ayırd etmək olar : birinci faza – təxminən 36 saat davam edir, onun gedişində çıxarılma sürəti çox sürətlə azalır və ikinci faza – onun gedişində ekskresiya sürəti daha aşağı sürətlər azalır. Həmin şey nəfəs verilən CO da müşahidə olunur – çıxarılma2 sürəti təxminən 15 saatdan sonra sürətlə azalır, daha sonra isə xeyli zəif azalır.

İstifadəsinə göstərişlər

– İşemik insultun kəskin dövrü (kompleks terapiyanın tərkibində); – İşemik və hemorragik insultun bərpa dövrü; – Kəllə – beyin travması, kəskin (kompleks terapiya tərkibində) və bərpa dövrü; – Baş beynin degenerativ və damar xəstəlikləri zamanı koqnitiv və davranış pozulmaları.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı hiperhəssaslıq, kəskin ifadə olunmuş vaqotoniya (vegetativ sinir sisteminin parasimpatik hissəsinin tonusunun üstün olması); fruktozaya qarşı irsi dözümsüzlük; 18 yaşa qədər uşaqlara təyini ilə əlaqədar klinik tədqiqatlar aparılmamışdır.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Davamlı kəllədaxili qanaxma zamanı preparatdan gündə 1000 mq-dan artıq omamaq şərtilə çox asta venadaxili infuziya (dəqiqədə 30 damcı) tövsiyə edilir. Digər preparatlarla qarşılıqlı təsiri Levodopanın təsirini gücləndirir. Tərkibində meklofenoksat olan dərman vasitələri ilə eyni zamanda təyin etmək olmaz.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə istifadəsi ilə əlaqəli kifayət qədər məlumatlar yoxdur, odur ki, belə hallarda ilk növbədə həkimlə məsləhətləşmək lazımdır və həkim fayda/risk nisbətini araşdıraraq qiymət verməlidir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Diqqət tələb edən fəaliyyətlərlə məşğul olan zaman preparatın mümkün əlavə təsirlərini (başgicəllənmə, hallüsinasiya və.s.) yaddan çıxarmaq olmaz və bu halda preparatın qəbuluna fərdi yanaşmaq lazım gələcəkdir.

İstifadə qaydası və dozası

V/d, ə/d yeridilmə üçün məhlul. V/d inyeksiya formasında (təyin olunmuş dozadan asılı olaraq 3 – 5 dəqiqə ərzində) və ya damcı üsulu ilə v/d yeridilmə formasında (dəqiqədə 40 – 60 damcı). Ə/d yeridilmə zamanı preparatın eyni yerə yeridilməsindən çəkinmək lazımdır. Tövsiyə olunan dozalanma İşemik insultun kəskin dövrü və kəllə – beyin travması: 1000 mq hər 12 saatdan bir diaqnozun qoyulmasından sonra ilk gündən, müalicənin müddəti – ən azı 6 həftə. İşemik və hemorragik insultların bərpa dövrü, kəllə – beyin travmasının bərpa dövrü, baş beyin degenerativ və damar pozulmaları zamanı koqnitiv və davranış pozulmaları: gündə 500 – 2000 mq. Doza və müalicənin müddəti – xəstəlik simptomlarının ağırlıq dərəcəsindən asılı olaraq dəyişilir. Yaşlı xəstələr Preslon preparatının yaşlı xəstələrə təyini zamanı dozanın korreksiyası tələb olunmur. Ampulada məhlul birdəfəlik istifadə üçün nəzərdə tutulmuşdur. Ampulanın açılmasından sonra dərhal istifadə olunmalıdır. Preparat bütün növ v/d təyin edilən izotonik məhlullarla uyğunlaşır.

Əlavə təsirləri

Allergik reaksiyalar (səpgi, dəri qaşınması, anafilaktik şok), baş ağrısı, baş gicəllənməsi, istilik hissi, tremor, ürəkbulanma, qusma, diareya, hallyusinasiya, ödem, təngnəfəslik, yuxusuzluq, əsəbilik, iştahanın azalması, iflic olmuş ətraflarda keyimə hissi, qara ciyər fermentləri aktivliyinin dəyişməsi. Bəzi hallarda parasimpatik sistemi stimullaşdıra, eləcə də AT-in qısamüddətli qalxmasına və enməsinə səbəb ola bilər.

Doza həddinin aşılması

Preparatın toksik təsirinin aşağı olmasını nəzərə alaraq, zəhərlənmə ehtimalı aşağıdır, hətta terapevtik dozasının təsadüfi aşılması zamanı.

Buraxılış forması

İnyeksiya üçün məhlul. 500 mq-lıq 4 ml məhlul, ampulda. 5 ampul, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 1000 mq-lıq 4 ml məhlul, ampulda. 5 ampul, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən yüksək olmayan temperaturda, öz qablaşdırmasında və uşaqların əli catmayan yerdə saxlmaq lazımdır. Yararlıq müddəti 5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Mefar İlaç Sanayii A.Ş., Türkiyə. Marketinq hüquqlarının sahibi “QRAND MEDİKAL QRUP AQ”, İsveçrə.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Preslon 1000 mq 4 ml N5 inyeksiya” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar