Pollezin 5 mq 20 ml damcı

Təsiredici maddə: LEVOCETIRIZINE
Təsiredici maddəLEVOCETIRIZINE
Dərman formasıDamcı
İstehsal ölkəsiMacarıstan

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

12,90 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Göstərilən dərman preparatını istifadə etməzdən əvvəl içlik vərəqəni diqqətlə və sona qədər oxumaq lazımdır, çünki burada pasiyent üçün mühüm məlumat yerləşdirilib. Bu içlik vərəqəni saxlamaq lazımdır. Onun təkrar oxunması tələb oluna bilər. Əlavə məlumat və ya məsləhət tələb olunduqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Göstərilən preparatın 1 həftə müddətində istifadəsi, xəstəliyin simptomlarını yüngülləşdirmədikdə və ya daha da ağırlaşdırdığı halda, həkimə müraciət etmək vacibdir. Hər hansı əlavə təsir meydana çıxdıqda və ya bu içlik vərəqədə təsvir olunmayan əlavə təsirlər müşahidə olunduqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır (“Əlavə təsirlər” bölməsinə bax). POLLEZİN 5 mq/ml daxilə qəbul etmə üçün damcı POLLEZIN Beynəlxalq patentləşdirilməmiş adı: Levocetirizine dihydrochloride

Tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 5 mq levosetirizin dihidroxlorid (4,21 mq levosetirizinə müvafiq) vardır. Köməkçi maddələr: 85 %-li qliserin, propilenqlikol, natrium saxarinat, natrium asetat trihidrat, metilparahidroksibenzoat, propilparahidroksibenzoat, buzlu asetat turşusu, təmiz su.

Təsviri

Rəngsiz və ya demək olar ki, rəngsiz, çöküntüsüz, şirin, zəif sirkə turşusu qoxulu mayedir.

Farmakoloji xüsusiyyətləri

Pollezin preparatının daxilə qəbul etmək üçün damcıları allergik pozğunluqların müalicəsi üçün istifadə olunur. Preparatın tərkibində olan təsiredici maddə – levosetirizin dihidroxlorid, H -1 reseptorları blokadaya alan antihistamin preparatlar adlandırılan dərman preparatları qrupuna daxildir.

İstifadəsinə göstərişlər

Preparat, böyüklərdə və 2 yaşdan yuxarı uşaqlarda allergik reaksiya simptomlarının və əlamətlərinin (asqırma, burun axması, burun tutulması, gözlərdə və dəri üzərində müşahidə olunan simptomlar) müalicəsi üçün istifadə olunur, məsələn: pollinoz, daimi allergik rinit, övrə. Göstərilən preparatın 1 həftə müddətində istifadəsi, xəstəliyin simptomlarını yüngülləşdirmədikdə və ya daha da ağırlaşdırdığı halda, həkimə müraciət etmək vacibdir.

Əks göstərişlər

Aşağıdakı hallarda Pollezin preparatının daxilə qəbul etmək üçün damcılarını istifadə etmək olmaz: – levoseterizin dihidroxloridə, setirizinə, hidroksizinə, “piperazin törəmələri” adlandırılan preparatlara və həmçinin, “Tərkibi” bölməsində qeyd olunan köməkçi maddələrdən hər hansına qarşı allergiya müşahidə olunduqda; – pasiyentdə böyrək funksiyalarının ağır dərəcəli pozğunluğu qeyd olunduğu halda (kreatinin klirensi 10 ml/dəq olan böyrək çatışmazlığı).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Pollezin preparatının daxilə qəbul etmək üçün damcılarının istifadəsinə başlamazdan əvvəl həkim və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Aşağıda göstərilən vəziyyətlərin mövcudluğu barədə həkimi mütləq məlumatlandırmaq lazımdır: – pasiyentdə əvvəllər müşahidə olunan və hal-hazırda mövcud olan xəstəliklər; – pasiyentdə istənilən digər dərman preparatlarına qarşı allergik reaksiyalar qeyd olunduğu halda; – pasiyent hamilə olduqda, körpəsini ana südü ilə qidalandırdıqda və ya hamiləliyini planlaşdır- dığı halda; – levosetirizinin sidik ifrazının ləngiməsi riskini yüksəldə bilməsini nəzərə alaraq, pasiyentdə sidik ifrazının boşaldılmasının çətinləşməsi qeyd olunan istənilən vəziyyət müşahidə olunduğu hallarda (məsələn, onurğa beyin travmaları və ya prostat vəzinin böyüməsi); – pasiyentə allergiya testinin aparılması planlaşdırıldıqda, Pollezin preparatı damcılarının istifadəsinin bir neçə günlük dayandırılması barədə həkimlə məsləhətləşmək lazımdır, çünki bu preparat, pasiyentin allergik testinin nəticələrinə təsir göstərə bilər; – Pollezin preparatının qıcolmaya hazırlığı yüksəldə bilməsini nəzərə alaraq, epilepsiya və ya qıcolmaların inkişaf etməsi riskinin yüksəlməsi qeyd olunan pasiyentlər həkimə müraciət etməlidirlər; – müalicənin əvvəlində dəri qaşınması simptomları müşahidə olunmadıqda belə, setirizinin istifadəsi dayandırıldıqdan sonra, həmin simptomlar meydana çıxa bilərlər. Adətən, bu simptomlar spontan aradan qalxırlar, lakin, bəzi hallarda onlar, müalicənin bərpa olunmasını tələb edən kifayət qədər ağır dərəcəli ola bilər. Bir qayda olaraq, həmin simptomlar müalicə bərpa olunduqdan sonra aradan qalxır. Uşaqlar Preparatın istifadəsi barədə məlumatların olmamasını nəzərə alaraq, Pollezin preparatının daxilə qəbul etmək üçün damcılarının 2 yaşa qədər uşaqlarda istifadəsi üçün heç bir göstəriş yoxdur. Pollezin preparatının daxilə qəbul etmək üçün damcılarının tərkibində köməkçi maddə şəklində metilparahidroksibenzoat və propilparahidroksibenzoat vardır. Bu səbəbdən, Pollezin preparatının 5 mq/ml damcıları allergik reaksiyaların (sürətli və ya ləng gedişli) meydana çıxmasına səbəb ola bilərlər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Hal-hazırda və ya bir müddət əvvəl istifadə edilən dərman preparatları və istifadəsi planlaşdırılan istənilən preparatlar barədə həkimi məlumatlandırmaq lazımdır. Pollezin preparatının daxilə qəbul etmək üçün damcılarının qida, içkilər və alkoqol ilə birlikdə istifadəsi Həssas pasiyentlərdə levosetirizinin və alkoqolun eyni zamanda istifadəsinin pasiyentin ayıq qalma səviyyəsini aşağı salmasını və iş qabiliyyətini pisləşdirməsini nəzərə alaraq, göstərilən preparatı alkoqol ilə və ya mərkəzi sinir sisteminə təsir göstərən dərman preparatları ilə birlikdə istifadə etdikdə, ehtiyat tədbirlərinə riayət etmək lazımdır. Pollezin preparatının daxilə qəbul etmək üçün damcılarını qida qəbulundan asılı olmayaraq istifadə etmək olar.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Pasiyentin hamilə olması, körpəsini ana südü ilə qidalandırması, hamiləliyini ehtimal etməsi və ya hamiləliyinin planlaşdırılması barədə həkimi məlumatlandırmaq lazımdır. Hamiləlik və laktasiya dövründə istənilən dərman preparatının istifadəsinə başlamazdan əvvəl həkimlə məsləhətləşmək vacibdir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Pollezin preparatının daxilə qəbul etmək üçün damcılarından istifadə etdikdə, bəzi pasiyentlərdə yuxuya meyllilik, yorğunluq və ya asteniya müşahidə oluna bilər. Bu səbəbdən, preparata qarşı fərdi həssaslıq aşkar olunmayana qədər, nəqliyyat vasitəsini və ya digər potensial təhlükəli mexanizmləri idarə etmək arzusunda olan pasiyentlər, ehtiyat tədbirlərinə riayət etməlidirlər. Xüsusi tədqiqatlarda müəyyən olunmuşdur ki, levosetirizini adətən tövsiyə olunan dozalarda istifadə etdikdə, sağlam könüllülərdə levosetirizin psixi ayıq qalma səviyyəsini və nəqliyyat vasitəsini idarəetmə qabiliyyətini pozmamışdır.

İstifadə qaydası və dozası

Dərman preparatını hər zaman hazırkı təlimata müvafiq istifadə etmək lazımdır. Hər hansı şübhə meydana çıxdıqda, həkimlə məsləhətləşmək lazımdır. Dozalanma rejimi Tövsiyə olunan dozaları Böyüklərə və 12 yaşdan yuxarı uşaqlara: gündə 1 dəfə 1 ml (gündə 1 dəfə damcısalan vasitəsi ilə 20 damcı), (gündə 1 dəfə 5 mq) preparat. 6 yaşdan 12 yaşa qədər uşaqlara: gündə 1 dəfə 1 ml (gündə 1 dəfə damcısalan vasitəsi ilə 20 damcı), (gündə 1 dəfə 5 mq) preparat. 2 yaşdan 6 yaşa qədər uşaqlara: gündə 2 dəfə 0,25 ml (gündə 2 dəfə damcısalan vasitəsi ilə 5 damcı) (hər gün 2,5 mq bərabər dozalarda – gündə 2 dəfə 1,25 mq) preparat. Südəmər körpələrdə və 2 yaşa qədər uşaqlarda preparatın istifadəsi tövsiyə olunmur. Xüsusi pasiyent qrupları Böyrək funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlərə böyrək xəstəliyinin ağırlıq dərəcəsindən asılı olaraq, preparatı aşağı dozalarda istifadə etmək lazımdır. Uşaqlar üçün tələb olunan dozanı seçdikdə, uşağın bədən kütləsini nəzərə almaq lazımdır. Dozalanma rejimi həkim tərəfindən müəyyən edilməlidir. Böyrək funksiyalarının ağır dərəcəli pozğunluğundan əziyyət çəkən pasiyentlərdə Pollezin preparatının daxilə qəbul etmək üçün damcılarının istifadəsi əks göstərişdir. Qaraciyər funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlərdə preparatın dozasının dəyişdirilməsi tələb olunmur. Eyni zamanda qaraciyər və böyrək çatışmazlığınadan əziyyət çəkən pasiyentlərə, böyrək xəstəliklərinin ağırlıq dərəcəsindən asılı olaraq, preparatın aşağı dozalarını təyin etmək lazımdır. Uşaqlar üçün tələb olunan dozanı seçdikdə, uşağın bədən kütləsini nəzərə almaq lazımdır. Dozalanma rejimi həkim tərəfindən müəyyən edilməlidir. Yaşı 65-dən yuxarı olan pasiyentlər Böyrək funksiyaları normal olan pasiyentlərdə preparatın dozasının dəyişdirilməsi tələb olunmur. Damcılar daxilə qəbul etmək üçün nəzərdə tutulmuşdur. Damcıların tələb olunan miqdarını damcısalan vasitəsi ilə ölçüb, xörək qaşığına və ya içərisində su olan stəkana damcılatmaq lazımdır. Həll etdikdən sonra damcıları dərhal, qida qəbulundan asılı olmayaraq, daxilə qəbul etmək lazımdır. Müalicənin davametmə müddəti Müalicə kursunun davametmə müddəti pasiyentin şikayətlərinin xüsusiyyətlərindən və müddətindən asılıdır. Müalicə kursunun davametmə müddəti həkim tərəfindən müəyyən edilməlidir. Pollezin preparatının daxilə qəbul etmək üçün damcılarının istifadəsinin ötürülməsi Ötürülən dozanı bərpa etmək üçün, preparatın ikiqat dozasını qəbul etmək olmaz. Belə halda, növbəti dozanın qəbul vaxtını gözləmək və həkim tərəfindən təyin olunan normal dozanı qəbul etmək lazımdır. Pollezin preparatının daxilə qəbul etmək üçün damcılarının istifadəsinin vaxtından əvvəl dayandırılması Pollezin preparatının istifadəsinin təyin olunan müddətdən tez dayandırılması, ziyan gətirməməlidir. Lakin, Pollezin preparatının daxilə qəbul etmək üçün damcılarının istifadəsi dayandırıldıqdan sonra, müalicənin əvvəlində dəri qaşınması simptomları müşahidə olunmadıqda belə, həmin simptom meydana çıxa bilər. Adətən, bu simptomlar spontan aradan qalxırlar, lakin, bəzi hallarda onlar, müalicənin bərpa olunmasını tələb edən kifayət qədər ağır dərəcəli ola bilər. Bir qayda olaraq, həmin simptomlar müalicə bərpa olunduqdan sonra aradan qalxırlar. Preparatdan istifadə etdikdə, əlavə suallar meydana çıxdığı halda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.

Əlavə təsirləri

Bütün dərman vasitələri kimi bu preparat da əlavə effektlərin meydana çıxmasına səbəb ola bilər, lakin həmin reaksiyalar hər pasiyentdə müşahidə olunmur. Tez-tez müşahidə olunan əlavə effektlər (100 pasiyentdən 1-10-da meydana çıxır) – ağızda quruluq, baş ağrısı, yorğunluq, yuxuya meyllilik. Bəzən müşahidə olunan əlavə effektlər (1000 pasiyentdən 1-10-da meydana çıxır) – həddindən artıq yorğunluq (əldən düşmə), qarın nahiyəsində ağrı. Məlum deyil (əldə olunan məlumatlar əsasında qiymətləndirmək mümkün deyil) – iştahanın yüksəlməsi, aqressiya, narahatlıq, halüsinasiyalar, depressiya, yuxusuzluq, suisid barədə daimi və ya dövri olaraq qayıdan düşüncələr, dəhşətli yuxugörmələr, qeyri-iradi konvulsiv əzələ dartınmaları, dəri həssaslığının dəyişməsi (paresteziya), başgicəllənmə, bayğınlıq, titrəmə (tremor), dadbilmə qabiliyyətinin pozulması, görmə qabiliyyətinin pozulması, görmə itiliyinin pişləşməsi, okulogiriya (gözlərin qeyri-iradi dairəvi hərəkətləri), hərlənmə və ya hərəkət hissi (vertiqo), ürək döyüntülərinin güclənməsi, ürək yığılmalarının tezliyinin yüksəlməsi, tənəffüsün çətinləşməsi, ürəkbulanma, qusma, diareya, qaraciyər iltihabı (hepatit), ağır dərəcəli dəri səpgiləri, qaşınma, dəri üzərində səpgilər, övrə (dəridə ödem, qızartı və dərinin qaşınması), əzələ ağrıları, oynaq ağrıları, sidik ifrazının ağrılı olması və ya çətinləşməsi, sidik kisəsinin tam boşaldılma qabiliyyətinin olmaması, ödem, bədən kütləsinin artması, qaraciyər funksiyalarının pozulması (laborator analiz nəticələrinin dəyişməsi), müalicə dayandırıldıqdan sonra qaşınma (güclü dəri qaşınması). Yüksək həssaslıq reaksiyasının meydana çıxmasını göstərən simptomlar (övrə ilə müşayiət olunan ağızın, dilin, üz nahiyəsinin və/və ya boğazın şişməsi, tənəffüsün və ya udma qabiliyyətinin çətinləşməsi (döş qəfəsində sıxılma hissi, xırıltılı tənəffüs) (angionevrotik ödem), bayğınlığa və ya ölümlə nəticələnən şoka gətirib çıxara bilən arterial təzyiqin aşağı düşməsi) inkişaf etdikdə, Pollezin preparatının istifadəsini dərhal dayandırmaq və həkimə müraciət etmək lazımdır. Əlavə reaksiyalar barədə məlumat Hər hansı əlavə effekt, o cümlədən bu içlik vərəqədə qeyd edilməyən istənilən əlavə effekt aşkar edildikdə, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. İstənilən əlavə effektlər barədə, dərman preparatlarının əlavə effektlərinin milli qeydiyyat sistemi vasitəsi ilə məlumat vermək olar. Həmin məlumatlar sayəsində, dərman preparatlarının təhlükəsizliyi barədə daha çox məlumat əldə etmək mümkündür.

Doza həddinin aşılması

Pollezin preparatının daxilə qəbul etmək üçün damcılarını təyin olunan miqdardan artıq qəbul edilməsi, doza həddinin əhəmiyyətli dərəcədə aşılmasına səbəb ola bilər və böyüklərdə yuxuya meyllilik müşahidə oluna bilər. Uşaqlarda əvvəl oyanıqlıq və narahatlıq qeyd olunur, daha sonra bu hal yuxuya meylliliklə əvəz olunur. Pasiyent, Pollezin preparatı damcılarının artıq dozasının qəbulu barədə həkimi məlumatlandırmalıdır və həkim zəruri tədbirlərin aparılması barədə qərar qəbul etməlidir.

Buraxılış forması

Polietilen damcısalanla və uşaqlar tərəfindən açılmadan qorumaq üçün və ilk açılmaya nəzərətli, içərisi polietilen qatla örtülmüş xüsusi polipropilen qapaqla təchiz olunmuş, qapağın burulması üçün oymalı, 20 ml həcmli qonur rəngli şüşə flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25° C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmaq olmaz! Dərman preparatlarını məişət tullantılarına və ya axar sulara atmaq olmaz. Lazım olmayan dərman preparatının qalıqlarını ləğv etmək tələb olunduğu halda, əczaçı ilə məsləhətləşmək lazımdır. Bu tədbirlər ətraf mühitin çirklənməsinin qarşısını almağa kömək edir. Preparatın keyfiyyətinin pisləşməsinin aşkar əlamətləri qeyd olunduqda, preparatı istifadə etmək olmaz.

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırmanın üzərində qeyd edilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Açıldıqdan sonra flakonu 6 həftədən çox saxlamaq olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi “EGİS əczaçılıq zavodu” QSC. Ünvan 9900 Körmend, Matyaş kiray küç., 65. Macarıstan.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Pollezin 5 mq 20 ml damcı” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar