Polijinaks N12 vaginal şam

Təsiredici maddə: NEOMYCIN SULFATE + NYSTATIN + POLYMYXIN B SULFATE
Təsiredici maddəNEOMYCIN SULFATE + NYSTATIN + POLYMYXIN B SULFATE
Dərman formasıVaginal kapsul
Farmakoloji təsirKombinəolunmuş antibiotikdir (antibiotiklər: aminoqlikozid + polien + siklik polipeptid)
İstehsal ölkəsiFransa

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

22,80 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

POLİJİNAKS vaginal kapsullar Beynəlxalq patentləşdirilməmiş adı: Neomycin + Nystatin + Polymyxin B

Tərkibi

Təsiredici maddə: 1 kapsulda 35000TV neomisin sulfat, 35000 TV polimiksin B sulfat, 100000 TV nistatin vardır. Köməkçi maddələr: tefoz 63, hidrogenləşdirilmiş soya yağı, dimetikon. Kapsulun örtüyü: jelatin, qliserin, dimetikon.

Təsviri

Açıq-sarı rəngli və oval formalı yumşaq kapsullar olub, bircinsli yarımduru və yağlı kütlədən ibarətdir. Kapsulun möhtəviyyatı sarı rəngdən qəhvəyi rəngə qədər dəyişə bilər. Farmakoterapevtik qrupu. Kombinəolunmuş antibiotikdir (antibiotiklər: aminoqlikozid + polien + siklik polipeptid). ATC kodu: G01AA51.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Tərkibindəki komponentlərə görə təsir göstərən kombinəolunmuş preparatdır. Antibakterial, bakterisid və göbələk əleyhinə təsir göstərir. Neomisin və polimiksin B bir çox qrammənfı və qrammüsbət mikroorqanizmlərə qarşı aktivdir; Streptococcus spp. və anaerob bakteriyalar bu antibiotiklərə qarşı həssas deyildir. Nistatin Candida cinsindən olan göbələklərə qarşı funqisid təsir göstərir. Uşaqlıq yolunun selikli qişasinda trofikanı yaxşılaşdırır. Farmakokinetikası Uşaqlıq yolunun selikli qişasına bərabər yayılaraq bakterisid və funqisid təsir göstərir. Uşaqlıq yolunun selikli qişasından praktiki olaraq sorulmur.

İstifadəsinə göstərişlər

Müalicə İnfeksion-iltihabi xəstəliklər (həssas mikroorqanizmlər tərəfindən törədilən): qeyri-spesifik, göbələk, qarışıq vaginitlər, vulvovaginitlər və servikovaginitlər. Profilaktika − Ginekoloji əməliyyatlarda infeksion ağırlaşmaların profilaktikası məqsədilə cərrahi − müdaxilədən əvvəl; − uşaqlıq boynu diatermokoaqulyasiyasından əvvəl və sonra − uşaqlıqdaxili diaqnostik proseduralardan əvvəl − doğuşdan əvvəl.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. Hamiləliyin I trimestri. Soya məhsullarına qarşı allergik reaksiya. Poliuretan kondomlara qarşı hiperhəssaslıq. Xüsusi göstərışlər və ehtiyat tədbirləri Preparatın qəbulundan öncə yaxma götürülür və bakterioloji analiz aparılır. Preparatın istifadə müddətı davamlı ştamların yaranmasının və təkrar infeksiya riskinin qarşısının alınması məqsədilə seçilir. Müalicə müddətində lateksdən hazırlanmış qapaq və prezervativlərdən istifadə etmək olmaz. Aybaşı zamanı müalıcə davam etdirilməlidir. Digər dərman vasitələrilə qarşılıqlı təsiri Spermisidlərlə birgə istifadə məsləhət görülmür, preparatın aktivliyini aşağı sala bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləliyin II və III trimestrində preparat ana üçün gözlənilən fayda döl üçün potensial riskdən üstün olduğu halda ehtiyatla istifadə edilə bilər. Laktasiya dövründə preparatın istifadəsi əks göstərişdir. Laktasiya dövründə preparatın istifadəsi zəruri olarsa, ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsiri barədə heç bir məlumat yoxdur.

İstifadə qaydası və dozası

Vaginal istifadə üçündür. Axşam yuxudan qabaq arxası üstə uzanmış vəziyyətdə uşaqlıq yoluna dərinə yeridilir. Müalicə kursu 12 gündür. Profilaktik kurs 6 gündür. Bir və ya bir neçə dozanın istifadəsi buraxılarsa və ya unudularsa, müalicə adi doza rejimi ilə davam etdirilməlidir. Əlavə təsırləri Allergik reaksiyalar: göynəmə, qaşınma, uşaqlıq yolunun qıcıqlanması. Allergik kontakt ekzema. Uzun müddət istifadə etdikdə aminoqlikozidlərin əlavə təsirlərinin sistem təzahürləri meydana çıxa bilər. Göstərilən əlavə təsirlərdən hər hansı biri ağırlaşarsa, yaxud bu içlik vərəqədə göstərilməyən hər hansı digər əlavə təsir meydana çıxarsa, bu barədə həkimi məlumatlandırmaq lazımdır.

Doza həddinin aşılması

Uzun müddət yüksək dozada istifadəsi xüsusilə böyrək çatışmazlığı olan xəstələrdə bəzi sistemik dəyişikliklərə (eşitmə və böyrək problemləri) eləcə də allergik ekzemaya səbəb ola bilər.

Buraxılış forması

Vaginal kapsullar. 6 kapsul, alüminium blisterdə. 1 və ya 2 blister ıçlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25° C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

İnnothera Chouzy, France. Rue rene Chantereau 41150 Chouzy -sur-Cisse, Valuar-sur –Cisse, France. Catalent France Beinheim SA. 74 rue principale – 67930 Beinheim, France. Swiss Caps AG. Husenstrasse 35-9533 Kirchberg, Switzerland. İlkin və ikinci qablaşdırma/Keyfiyyətə nəzarət İnnothera Chouzy, France. Rue rene Chantereau 41150 Chouzy -sur-Cisse, Valuar-sur –Cisse, France.

Qeydiyyat vəsiqəsinin sahibi

Laboratoire İnnotech International, France. 22, Avenue Aristide Briand-Boite Postale 32-94110 Arcueil cedex. İstehsalçı (ilkin və ikinci qablaşdırma, keyfiyyətə nəzarəti və seriya buraxılması). İnnotera Şuzi. Ryu Rene Şantero, Şuzi-Sür-Sis, Valuar-sür- Sis, 41150,Fransa.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Polijinaks N12 vaginal şam” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar