Onsart 16 mq N28 kapsul
| Dərman forması | Kapsul |
|---|---|
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
10,51 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Bu içlik vərəqədə sizin üçün mühüm məlumatlar əks olunub və ona görə də preparatı qəbul etməzdən əvvəl, içlik vərəqəni diqqətlə oxuyun. • Bu içlik vərəqəni saxlayın – onu təkrar oxumaq lazım gələ bilər. • Əgər əlavə suallar yaranarsa, öz həkiminizə və ya əczaçıya müraciət edin. • Bu dərman şəxsən sizin üçün təyin olunub və siz onu digər şəxslərə verməməlisiniz! • Həkimə müraciət etsəniz və ya xəstəxanaya getməli olsanız, həkiminizə bu dərmanı qəbul etdiyiniz deyin. • Bu içlik vərəqinin təlimatlarına riayət edin. Sizə tövsiyə olunan dozadan artıq və ya az dozada qəbul etməyin. ONSART 16 mq tabletlər
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 16 mq kandesartan sileksetil vardır. Köməkçi maddələr: laktoza monohidrat, qarğıdalı nişastası, makroqol (polietilenqlikol) 6000, kalsium karboksimetil sellüloza, hidroksipropilsellüloza (Klusel EF), maqnezium stearat, qırmızı dəmir oksidi
Təsviri
Açıq-çəhrayı rəngli və üzərində bölmə xətti olan (iki tərəfi qabarıq) yumru tabletlərdir.
Farmakoloji xüsusiyyətləri
Preparatın təsiredici maddəsi: kandesartan sileksetil. Kandesartan sileksetil angiotenzin II reseptorlarının antaqonistidir. Preparat damarlardakı gərginliyi aradan qaldıraraq genişləndirir ki, bu da qan təzyiqinin aşağı düşməsi və ürəyin bədənin bütün orqanlarına qan ötürmə funksiyasının asanlaşması ilə nəticələnir.
İstifadəsinə göstərişlər
“ONSART” preparatı böyüklərdə yüksək qan təzyiqinin (hipertoniya), habelə angiotenzinçevirici fermentin (AÇF) inhibitorlarından (AÇF inhibitorları ürək çatışmazlığının müalicəsində istifadə olunan preparat qrupudur) istifadəyə icazə verilmədiyi təqdirdə, ürək əzələlərinin funksional zəifləməsi ilə müşayiət olunan ürək çatışmazlığının müalicəsi üçün istifadə olunur.
Əks göstərişlər
• Kandesartan sileksetil maddəsinə və ya “ONSART” preparatının hər hansı tərkib hissəsinə qarşı allergik reaksiya (yüksək həssaslıq). • Laktasiya (ana südü ilə qidalandırma) dövrü • Ciddi qaraciyər xəstəliyi və ya öd yollarının blokadası (öd kisəsindən ödün sorulmasında problem). • Yuxarıdakı halların sizə aid olduğundan əmin deyilsinizsə, “ONSART” preparatını qəbul etməzdən əvvəl həkiminizlə məsləhətləşin.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Aşağıdakı hallarda “ONSART” tabletini ehtiyatla qəbul etmək lazımdır: əgər aşağıdakı hallardan hər hansı biri sizə aiddirsə, o zaman “ONSART” preparatını qəbul etməzdən əvvəl həkiminizlə məsləhətləşin. • Ürək, qaraciyər və / və ya böyrək problemləri və ya dializdə olmaq. • Bu yaxında həyata keçirilmiş böyrək transplantasiyası. • Qusma və ya bu yaxında güclü qusmanın olması, yaxud hazırda ishalın baş verməsi. • Böyrəküstü vəzinin funksional pozuntusu, yəni “Konn” sindromu (ilkin hiperaldosteronizm kimi də bilinir), • Aşağı qan təzyiqi. • İnsult. • Bu yaxında qeyri-steroid iltihabəleyhinə preparatlardan (QSİƏP) (QSİƏP-lər ağrı və iltihabı yüngülləşdirir) istifadə. Yuxarıdakı hallardan hər hansı biri sizə aiddirsə, həkiminiz sizi daha müntəzəm müayinə edə və bir sıra təhlillər verə bilər. Əgər siz cərrahiyyə əməliyyatı keçirməyə hazırlaşırsınızsa, “ONSART” preparatını qəbul etdiyiniz barədə öz həkiminizə və ya əczaçıya bildirməyiniz xahiş olunur, çünki bu preparatın anesteziya ilə birlikdə qəbulu qan təzyiqini düşürə bilər. “ONSART” preparatının köməkçi maddələrinə dair mühüm məlumat “ONSART” tabletinin tərkibində şəkərin bir növü olan laktoza vardır. Əgər həkiminiz sizə şəkərin bəzi növlərinə qarşı həssas olduğunuzu bildiribsə, bu preparatı qəbul etməzdən əvvəl, öz həkiminizlə məsləhətləşin. Preparatın tərkib hissələri bu içlik vərəqənin əvvəlində verilib. Əgər bu xəbərdarlıqlar (keçmişdə olsa da belə) sizə aiddirsə, o zaman xahiş edirik öz həkiminizlə məsləhətləşəsiniz. Digər dərmanlarla qarşılıqlı təsiri Əgər siz reseptlə və ya reseptsiz buraxılan dərman və bio-əlavələr qəbul edirsinizsə, yaxud yaxın keçmişdə qəbul etmişsinizsə, onda xahiş edirik öz həkiminizi və ya əczaçını bu barədə məlumatlandırasınız. Bəzi dərmanlar “ONSART” preparatının təsir mexanizminə və ya “ONSART PLUS” digər dərmanların təsir mexanizminə təsir edə bilər. Əgər siz aşağıdakı dərmanları qəbul edirsinizsə, bu barədə öz həkiminizə məlumat verin: • Qan təzyiqini aşağı salan digər preparatlar, o cümlədən beta-blokatorlar, diazoksid və enalapril, kaptopril, lizinopril və ya ramipril kimi AÇF inhibitorları. • İbuprofen, naproksen və diklofenak kimi qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP) (ağrı və iltihabı yüngülləşdirən preparatlar). • Asetilsalisil turşusu (əgər siz gündə 3 q-dan çox qəbul edirsinizsə) (ağrı və iltihabı yüngülləşdirən preparatlar). • Kalium əlavələri və ya tərkibində kalium olan duz əvəzediciləri (qanda kaliumun miqdarını qaldıran preparatlar). • Heparin (arıqlamaq üçün preparat). • Sidikqovucu tabletlər (diuretiklər). • Litium (psixi problemlər əleyhinə preparat). • Əgər siz spirtli içki qəbul edirsinizsə, “ONSART” preparatını qəbul etməzdən əvvəl, öz həkiminizlə məsləhətləşin. “ONSART” preparatı ilə eyni vaxtda spirtli içki qəbul edən bəzi şəxslər halsızlıq və ya başgicəllənmə hiss edə bilərlər. Əgər siz yalnız reseptlə və ya reseptsiz satılan dərman qəbul edirsinizsə, yaxud yaxın keçmişdə qəbul etmişsinizsə, onda xahiş edirik öz həkiminizi və ya əczaçını bu barədə məlumatlandırasınız.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Bu preparatı qəbul etməzdən əvvəl, həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Əgər siz hamiləsinizsə və ya hamilə qaldığınızı düşünürsünüzsə, yaxud hamilə qalmaq niyyətiniz varsa, “ONSART” preparatını qəbul etməyin. Siz həkiminizə hamilə olduğunuzu və ya hamilə qalmaq istədiyinizi bildirdikdən sonra o, sizdən “ONSART” preparatının qəbulunu dayandırmağı tələb edəcək. Həkiminiz sizin üçün “ONSART” tabletini əvəz edən başqa bir preparatı təyin edə bilər. “ONSART” preparatının hamiləlik əsnasında qəbul edilməsi doğulmamış uşağa (dölə) ciddi zərər verə və hətta onun ölümü ilə nəticələnə bilər. Əgər siz hamilə qaldığınızı müalicəniz əsnasında aşkarlayarsınızsa, o zaman dərhal öz həkiminiz və ya əczaçı ilə məsləhətləşin. Əgər siz körpənizi ana südü ilə əmizdirirsinizsə və ya əmizdirmək istəyirsinizsə, onda “ONSART” preparatını qəbul etməzdən əvvəl, öz həkiminizlə məsləhətləşin. Laktasiya dövründə “ONSART” tabletini qəbul etməyin.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Bəzi insanlar “ONSART” tabletini qəbul etdikləri zaman yorğunluq və yuxululuq hiss edə bilərlər. Əgər bu hal sizə aiddirsə, o zaman nəqliyyat vasitələrini və ya digər mexanizmləri idarə etməyin.
İstifadə qaydası və dozası
Tabletləri bütöv şəkildə su ilə udmaq lazımdır. Tabletləri hər gün eyni vaxtda qəbul etməyə çalışın ki, tabletlərin gündəlik qəbulunu unutmayasınız. Həmişə “ONSART” preparatını dəqiqliklə, həkiminizin sizə dediyi kimi qəbul edin. Bunlara əmin olmadığınız təqdirdə isə öz həkiminiz və ya əczaçı ilə məsləhətləşməlisiniz. “ONSART” preparatını hər gün qəbul etmək lazımdır. Normal doza gündə bir tabletdir (bir dəfəyə). Yüksək qan təzyiqi • “ONSART” preparatının normal dozası gündə (bir dəfə) 8 mq təşkil edir. Sizin qan təzyiqinizdən asılı olaraq, həkiminiz bu dozanı gündə 16 mq-a və daha sonra isə gündə 32 mq-a qədər artıra bilər. • Qaraciyər, böyrək problemlərindən əziyyət çəkən və ya yaxın vaxtlarda (məsələn, qusma və ya ishaldan dolayı, yaxud su həbləri qəbul etdiyi üçün) orqanizmində maye itkisi olmuş bəzi pasiyentlər üçün həkim başlanğıc olaraq aşağı doza təyin edə bilər. • Bəzi (Afro-Karib regionundan olan) qara dərili pasiyentlər bu preparata (yeganə müalicə vasitəsi kimi istifadə edildikdə) zəif reaksiya verə bilərlər, ona görə də bu kimi xəstələrə daha yüksək dozanın təyin edilməsi lazım ola bilər. Ürək çatışmazlığı • “ONSART” preparatının normal başlanğıc dozası gündə 4 mq təşkil edir. Sizin həkiminiz dozanı ən az 2 həftəlik fasilə ilə gündə 32 mq-a qədər artıra bilər. “ONSART” preparatı ürək çatışmazlığı üçün təyin edilmiş digər həblərlə eyni vaxtda qəbul edilə bilər və həkiminiz hansı müalicənin sizin üçün daha münasib olduğu barədə qərar qəbul edəcək. Bəzi yaş qrupları Uşaqlarda istifadəsi “ONSART” preparatının (yaşı 18-dən az olan) uşaqlar tərəfindən istifadəsi qeydə alınmayıb və ona görə də “ONSART” preparatı uşaqlar tərəfindən istifadə edilə bilməz. Yaşlı insanlarda istifadəsi Yaşlı insanlar üçün ilkin doza tənzimləməsinə ehtiyac yoxdur. Böyrək çatışmazlığı Əgər sizdə hemodializ tələb edən böyrək çatışmazlığı varsa, sizə 4 mq-lıq ilkin doza tövsiyə olunur. Həkiminiz sizin müalicəyə verdiyiniz reaksiyadan asılı olaraq dozanı tənzimləyə bilər. Qara ciyər çatışmazlığı Əgər sizdə yüngül və ya orta ağırlıqda qara ciyər çatışmazlığı varsa, sizə 4 mq-lıq ilkin doza tövsiyə olunur. Həkiminiz sizin müalicəyə verdiyiniz reaksiyadan asılı olaraq dozanı tənzimləyə bilər. “ONSART” preparatını qəbul etməyi unutmusunuzsa Əgər siz bir dozanı qəbul etməyi unutmusunuzsa, onda qəbul etməyi unutduğunuz dozanı nəzərə almayın və dərmanı adi qaydada qəbul etməyə davam edin. “ONSART”-la müalicə dayandırıldığı təqdirdə baş verə bilən nəticələr Əgər siz “ONSART” preparatının qəbulunu dayandırsanız, sizin qan təzyiqiniz yenidən yüksələcək. Odur ki, öz həkiminizlə məsləhətləşmədən “ONSART” preparatının qəbulunu dayandırmayın. “ONSART” tabletinin qida və maye ilə birlikdə qəbul edilməsi Siz “ONSART” tabletini qida ilə birlikdə və ya qidasız qəbul edə bilərsiniz Əgər siz “ONSART” preparatının həddindən çox və ya az təsir etdiyini güman edirsinizsə, onda öz həkiminiz və ya əczaçı ilə məsləhətləşin.
Əlavə təsirləri
Bütün digər dərmanlarda olduğu kimi, “ONSART” preparatının da tərkibinə qarşı həssas olan şəxslərdə əlavə təsirlər baş verə bilər. Sizin bu əlavə təsirlər barədə bilməyiniz vacibdir. Aşağıdakı əlamətlərdən hər hansı birini hiss etdiyiniz təqdirdə, “ONSART” preparatının qəbulunu dayandırın və ya DƏRHAL xəstəxanaya müraciət edin. • Üzdə, dodaqlarda, dildə və / və ya boğazda ödemlə müşayiət olunan, yaxud olunmayan təngnəfəslik. • Üzdə, dodaqlarda, dildə və / və ya boğazda olan ödemlə əlaqədar udqunmaqda çətinlik. • (dəridə ödemlə müşayiət oluna) güclü qaşınma. Əlavə təsirlər aşağıdakı kimi təsnif edilir: • tez-tez (100 pasiyentdən 1-10-da inkişaf edir) • bəzən (100 pasiyentdən 1-dən azında inkişaf edir) • nadir hallarda (1000 pasiyentdən 1-dən azında inkişaf edir) • çox nadir hallarda (10000 pasiyentdən 1-dən azında inkişaf edir) Tez-tez inkişaf edən əlavə təsirlər • Başgicəllənmə / fırlanma hissi. • Başağrısı. • Tənəffüs infeksiyası. • Aşağı qan təzyiqi (bu, halsızlıq və ya başgicəllənmə törədə bilər). • Qan yoxlamalarında dəyişiklik: − Xüsusilə, əgər sizdə böyrək problemləri və ya ürək çatışmazlığı varsa, qanda kaliumum miqdarının həddindən artıq olması sizdə yorğunluq, zəiflik, ürək döyüntülərində qeyri-müntəzəmlik və ya sancı hissi yaradacaq. • Əgər sizdə böyrək problemləri və ya ürək çatışmazlığı varsa, bu, böyrəklərinizin funksiyalarına təsir edir və çox nadir hallarda böyrək çatışmazlığı ilə nəticələnə bilər . Çox nadir hallarda inkişaf edən əlavə təsirlər • Üzdə, dodaqlarda, dildə və / və ya boğazda şikimlik. • Sizin ağ və ya qırmızı qan hüceyrələrində azalma. Sizdə yorğunluq, infeksiya, qızdırma və tez-tez gəyirmə əlamətləri ola bilər. • Dəridə səpgi, aktinomikoz səpgi (övrə). • Qaşınma. • Bel ağrısı, oynaq və əzələlərdə ağrı. • Qaraciyər funksiyalarında dəyişiklik, o cümlədən qara ciyər iltihabı (hepatit). Sarılıq (yorğunluq, dərinin və ya göz ağının saralması və zökəməbənzər əlamətlər müşahidə oluna bilər). • Ürəkbulanma. • Qanda natriumun miqdarının azalması. Əgər bu ciddi dərəcədədirsə, onda siz zəiflik, enerjisizlik, (halsızlıq) və ya əzələ spazmı hiss edə bilərsiniz. • Öskürək. Bu potensial əlavə təsirlər baxımından narahatçılığa əsas yoxdur, belə ki, belə əlavə təsirlər sizdə müşahidə olunmaya bilər. “ONSART” ağ qan hüceyrələrinin azalması ilə nəticələnə bilər. Sizin infeksiyaya müqavimətiniz azala və sizdə yorğunluq, infeksiya və ya qızdırma ola bilər. Əgər bu hal baş verərsə, öz həkiminizlə məsləhətləşin. Həkiminiz “ONSART” preparatının sizin qanınıza (aqranulositoz) təsirini yoxlamaq üçün vaxtaşırı qan analizlərinə göstəriş verə bilər. Əgər siz bu içlik vərəqədə sadalanmayan hər hansı əlavə təsir hiss etsəniz, lütfən həkiminizə və ya əczaçıya müraciət edin.
Doza həddinin aşılması
Əgər siz lazım olduğundan çox “ONSART” qəbul etmişsinizsə, həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Əgər sizin bu dərmanın istifadəsinə dair əlavə suallarınız varsa, həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
Buraxılış forması
14 tablet, PVX/Al blisterdə. 2 blister (28 tablet) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən aşağı otaq temperaturunda, öz qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırmanın üzərində qeyd edilir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlılıq müddətinin bitmə tarixi göstərilmiş ayın son gününə şamil edilir.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Abdi İbrahim İlaç San.ve Tic. A.Ş. Reşitpaşa Mah. EskiBüyükdere Cad. No:4, 34467 Maslak / Sarıyer/ İSTANBUL. Ünvan Abdi İbrahim İlaç San.ve Tic. A.Ş. SanayiMahallesiTunçCaddesi No:3 Esenyurt-İstanbul.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.