OMEZEE 20 MG 10 CAP.

Dərman formasıKapsul
Farmakoloji təsirProton pompasının inhibitoru
İstehsal ölkəsiÇin

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

0,95 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

OMEZEL 20 təsiredici maddəsi tədricən azad olunan bərk jelatin kapsullar Beynəlxaq patentləşdirilməmiş adı: Omeprazole

Tərkibi

Təsiredici maddə: 1 kapsulda 20 mq omeprazol vardır. Köməkçi maddələr: dinatrium hidroortofosfat, natrium laurilsulfat, kalsium karbonat, şəkər, nişasta, hidroksipropilmetilsellüloza, metakril turşusunun kopolimeri (L-30D), dietil ftalat, talk, titan dioksid, natrium hidroksid, polisobat-80, polivinil povidon K-30, metilparaben natrium.

Təsviri

Gövdəsi şəffaf, qapağı çəhrayı rəngli, içərisində ağ və ya ağımtıl rəngli pelletler olan kapsullardır.

Farmakoterapevtik qrupu

Proton pompasının inhibitoru. ATC kodu: A02BC01.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası + + Omeprazol mədənin divarındakı parietal hüceyrələrin H /K -ATF-aza fermentini blokada edərək xlorid turşusunun əmələ gəlməsinin qarşısını alır. Bu bazal və stimuləolunmuş turşunun əmələ gəlməsinin qarşı- sını alır. Omeprazolun 1 dəfə istifadəsindən sonra birinci saat ərzində təsir etməyə başlayır və 24 saat effektini saxlayır, maksimal effektini 2 saatdan sonra göstərir. Mədə və 12-barmaq bağırsağın xorası olan xəstələrdə 20 mq omeprazol pH-ı 3,0 səviyyəsində 17 saata qədər saxlamağa imkan verir. Preparatın isti- fadəsini dayandırdıqdan sonra sekretor aktivlik 3-5 sutka ərzində bərpa olunur. Farmakokinetikası Omeprazol mədə-bağırsaq traktından yaxşı sorulur və qanda maksimal konsentrasiyaya 0,5-1 saatdan sonra çatır. Əsasən böyrəklər vasitəsilə metabolitlər şəklində xaric olunur. Xroniki böyrək çatışmazlıqlı xəstələrdə orqanizmdən xaric olunması kreatinin klirensinə mütənasib olaraq baş verir. Yaşlı şəxslərdə orqanizmdən çıxması zəifləyir, biomənimsənilməsi isə artır. Böyrək çatışmazlığı zamanı biomənimsənil- mə 100 %, yarımparçalanma dövrü isə 3 saat təşkil edir.

İstifadəsinə göstərişlər

Mədə və 12-barmaq bağırsağın xora xəstəliyi Reflüks-ezofaqit QSİƏP-lərin istifadəsi ilə bağlı mədə və 12-barmaq bağırsağın eroziv-xoralı zədələnmələri Mədə və 12-barmaq bağırsağın Helikobakter pilori ilə zədələnməsi Zollinger-Ellison sindromu

Əks göstərişlər

Preparata qarşı hiperhəssaslıq, hamiləlik, laktasiya dövrü və uşaq yaş dövrü.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Omeprazolla müalicə zamanı şiş xəstəliyinin olub-olmamasını dəqiqləşdirmək lazımdır, xüsusən qastritin müalicəsi zamanı simptomların azalması müalicəni gecikdirə bilər. Qida ilə birlikdə qəbulu sorulmasına heç bir təsir göstərmir. Kapsulu udmaq çətin olarsa, kapsulun içini azça turş məhlulda (meyvə şirəsi və ya yoqurt) qarışdıraraq qəbul etmək olar. Hazırlanmış məhlulu 30 dəq. müddətində qəbul etmək lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Omeprazolun uzun müddət 20 mq gündə 1 dəfə dozada kofeinlə, teofillinlə, piroksikamla, diklofenakla, naproksenlə, metoprololla, propranolla, etanolla, siklosporinlə, lidokainlə, xinidin və estradiolla birlikdə istifadəsi onların qanda konsentrasiyasında heç bir dəyişikliyə səbəb olmayıb. Antasidlərlə birgə istifadəsi qarşılıqlı təsirə səbəb olmayıb. Sorulması mədə turşuluğunun pH-dan asılı olan bütün preparatların sorulmasına təsir göstərir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Əgər preparatın istifadəsi zamanı sinir sistemi tərəfindən əlavə təsirlər meydana gələrsə, avtonəqliyyatdan və xüsusi diqqət tələb edən cihazlardan istifadə etməmək məsləhət görülür.

İstifadə qaydası və dozası

Az miqdarda su ilə daxilə qəbul olunur (kapsulu çeynəmək olmaz). 12-barmaq bağırsağın xora xəstəliyi kəskinləşmə dövründə-1 kapsul (20 mq) sutkada 1 dəfə 2-4 həftə müddətində Mədənin xora xəstəliyi kəskinləşmə dövründə və eroziv-xoralı ezofaqit-1-2 kapsul sutkada 1 dəfə , 4-8 həftə müddətində QSİƏP-ların istifadəsi ilə bağlı mədə və 12-barmaq bağırsağın eroziv-xoralı zədələnmələri zamanı-1 kapsul sutkada 1 dəfə , 4-8 həftə müddətində Helikobaktery pilorinin eradikasiyası-1 kapsul 2 dəfə 7 gün, antibakterial preparatlarla birlikdə qəbul olunur. Mədə və 12-barmaq bağırsağın xorasının residivləşməsinin qarşısını almaq üçün -1 kapsul sutkada 1 dəfə. Reflüks-ezofaqitin residivləşməsinin qarşısını almaq üçün- 1 kapsuldan sutkada 1 dəfə uzun müddət (6 ay) qəbul olunur Zollinger-Ellison sindromu zamanı- 60 mq sutkada, lazım gələrsə, doza 80-120 mq-a qədər artırıla bilər.

Əlavə təsirləri

Nadir hallarda (əsasən geridönən) aşağıdakı hallar baş verə bilər: Həzm sisteminə: diareya və ya qəbizlik, ürəkbulanma, qusma, meteorizm, qarında ağrılar, ağızda quruluq, dadın pozulması, stomatit, qaraciyər fermentlərinin qanda tranzitor olaraq qalxması, hepatitli xəstələrdə qaraciyərin funksiyasının pozulması. Sinir sisteminə: başgicəllənmə, baş ağrısı, oyanıqlıq, depressiya, qaraciyər çatışmazlığı varsa, ensefalopatiya ola bilər. Dayaq-hərək sisteminə: əzələ zəifliyi, mialgiya, artralgiya. Qan yaradıcı sistemə: leykopeniya, trombositopeniya, aqranulositoz, pansitopeniya. Dəri örtüklərinə: dəri səpgisi və qaşınma, fotosensibilizasiya, multiform eksudativ eritema, alopesiya. Allergik reaksiyalar: məxmərək, angionevrotik ödem, tərləmə, bronxospazm, anafilaktik şok. Digər: görmənin zəifləməsi, periferik şişkinlik, ginekomastiya, uzun müddət istifadə zamanı mədədə grandulyar kistaların əmələ gəlməsi (geridönən xarakterli olur).

Doza həddinin aşılması

Simptomları: görmənin pozulması, yuxululuq, oyanıqlıq, huşun pozulması, baş ağrısı, tərləmə, ağızda quruluq, ürəkbulanma, aritmiya. Spesifik antidotu yoxdur. Müalicə simptomatik aparılır. Hemodializ-lazımi effekt vermir.

Buraxılış forması

20 mq-lıq kapsullar. 10 kapsul blisterdə. 10 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

o 25 C-dən yuxarı olmayan temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Reyoung Pharmaceutical Co.LTD., P.R.C.

Qeydiyyat vəsiqəsinin sahibi

Nelson Worldwide AG., Switzerland.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“OMEZEE 20 MG 10 CAP.” üçün ilk rəyi siz yazın.