Omeprazol 20 mq N30 kapsul Borisov

Təsiredici maddə: OMEPRAZOLE
Təsiredici maddəOMEPRAZOLE
Dərman formasıKapsul
Farmakoloji təsirTurşuluğun pozulması ilə əlaqədar vəziyyətlərin müalicəsi üçün preparartlar. Xora əleyhinə preparatlar və qastroözofaqeal reflüks xəstəliyində istifadə olunan preparatlar. Proton nasosunun (H/K-ATF-aza) inhibitorları
İstehsal ölkəsiBelarusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

1,68 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

OMEPRAZOL 20 mq kapsullar Beynəlxalq patentləşdirilməmiş adı: Omeprazole

Tərkibi

Təsiredici maddə: 1 kapsulda 20 mq omeprazol (8,5 % omeprazol qranul şəklində) vardır. Köməkçi maddələr: mannitol, saxaroza, kalsium karbonat, laktoza, dinatrium hidroortofosfat, natrium laurilsulfat, hidroksipropilmetilsellüloza, metakril turşusu L30D, propilenqlikol, setil spirti, natrium hidroksid, polisorbat 80, povidon S-630, titan dioksid. Örtük: jelatin, titan dioksid E 171, metilparahidroksibenzoat E 218, propilparahid- roksibenzoat E 216.

Təsviri

Silindrik formalı, hər iki ucu yarımsferik, ağ rəngli bərk jelatın kapsullardır.

Farmakoterapevtik qrupu

Turşuluğun pozulması ilə əlaqədar vəziyyətlərin müalicəsi üçün preparartlar. Xora əleyhinə preparatlar və qastroözofaqeal reflüks xəstəliyində istifadə olunan preparatlar. Proton nasosunun (H/K-ATF-aza) inhibitorları. ATC kodu: A02BC01

İstifadəsinə göstərişlər

Böyüklər: – mədə və onikibarmaq bağırsağın xora xəstəliyi (müalicəsi və residivlərin profilaktikası); – mədə və onikibarmaq bağırsağın xora xəstəliklərindən əziyyət çəkən pasiyentlərdə Helicobacter pylori infeksiyasının eradikasion terapiyası (kombinəedilmiş terapiyanın tərkibində); – qeyri-steroid iltihabəleyhinə preparatların (QSİƏP) istifadəsilə əlaqədar mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, stress nəticəsində əmələ gələn xoralar (müalicəsi və başvermə riski olan pasiyentlərdə profilaktikası); – reflüks-özofaqit; – reflüks-özofaqit xəstəliyindən sağalmış pasiyentlərin uzunmüddətli müalicəsi; – qastroözofaqeal reflüks (o cümlədən, simptomatik); – Zollinger-Ellison sindromu. 1 yaşdan yuxarı və bədən kütləsi 10 kq-dan az olmayan uşaqlar: – reflüks-özofaqit xəstəliyinin müalicəsi; – qastroözofaqeal reflüks xəstəliyi zamanı qıcqırmanın və turşunun requrgitasiyasının simptomatik müalicəsi. 4 yaşdan yuxarı uşaqlar: – onikibarmaq bağırsağın Helicobacter pylori infeksiyası tərəfindən törədilən xora xəstəliyi (kompleks terapiyanın tərkibində).

Əks göstərişlər

– Omeprazola və/və ya preparatın tərkibində olan hər hansı köməkçi komponentə qarşı yüksək həssaslıq; – 1 yaşa qədər uşaqlar (bədən kütləsi 10 kq-dan az). Omeprazol və nelfinavir preparatlarını eyni zamanda istifadə etmək olmaz.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Omeprazol preparatını istifadə etməyə başlamazdan əvvəl bədxassəli prosesin mövcudluğunu istisna etmək lazımdır. Xəbərdaredici simptomlara aşağıdakılar aiddir: bədən kütləsinin qəsdən olmayan əhəmiyyətli dərəcədə aşağı düşməsi, təkrar qusma tutmaları, disfagiya, qanla qusma, anemiya və ya melena (qara rəngli formasız spesifik qoxulu nəcis). Proton nasosunun inhibitorlarını atazanavir preparatı ilə birlikdə istifadə etmək tövsiyə olunmur, bu tərkibdə kombinəedilmiş terapiya üçün zərurət yarandıqda, 100 mq ritonavirlə atazanavir preparatının dozasını 400 mq-a qədər yüksəltməklə dəqiq klinik nəzarət (məsələn, virusla yükləmə) tövsiyə olunur: Omeprazol preparatının 20 mq olan sutkalıq dozasını artırmaq olmaz. Xlorid turşusunun sekresiyasını blokada edən digər dərman vasitələri kimi, Omeprazol preparatı hipo- və ya axlorhidriya nəticəsində B vitamininin (sianokobalamin) sorulmasını aşağı salır.12 Bədən kütləsi aşağı olan və ya B vitamininin sorulmasının aşağı düşmə riski yüksək olan pasiyentlərdə uzunmüddətli müalicə zamanı və ya müvafiq klinik simptomlar müşahidə olunduqda bu halı nəzərə almaq lazımdır. Omeprazol preparatı CYP2C19 fermentinin inhibitorudur. Omeprazolla müalicənin əvvəlində və ya sonunda, CYP2C19 fermenti vasitəsilə metabolizmə uğrayan dərman preparatları ilə qarşılıqlı təsirin potensial imkanlarını nəzərə almaq lazımdır. Klopidoqrel və Omeprazol preparatları arasında qarşılıqlı təsir müşahidə olunur, lakin bu təsirin klinik əhəmiyyəti müəyən edilməyib. Ehtiyat tədbiri kimi, klopidoqrel və Omeprazol preparatlarını eyni zamanda istifadə etməkdən çəkinmək tövsiyə olunur. Neyroendokrin şişlərin aşkar edilməsi məqsədilə aparılan diaqnostik müayinə zamanı xromoqranin A-nın (CgA) səviyyəsinin yüksəlməsi analizlərin nəticələrini təhrif edə bilər. Bunun qarşısını almaq üçün, qan zərdabında xromoqraninin səviyyəsini təyin etməzdən ən azı 5 gün əvvəl, proton nasosunun inhibitorlarının istifadəsini dayandırmaq lazımdır. CgA-nın və qastrinin səviyyələri ilkin ölçülmədən sonra norma göstəricilərinə qayıtmadıqda, xromoqraninin səviyyəsini proton nasosunun inhibitorlarının istifadəsi dayandırıldıqdan 14 gün sonra təkrar təyin etmək lazımdır. Proton nasosunun inhibitorlarının istifadəsi Salmonella spp. və Campylobacter spp. cinsindən olan bakteriyaların törətdikləri MBT infeksion xəstəliklərinin baş vermə riskinin bir qədər yüksəlməsinə səbəb ola bilər. Xroniki xəstəliklərdən əziyyət çəkən bəzi uşaqlara uzunmüddətli müalicə tələb oluna bilər, lakin bu tövsiyə olunmur. Omeprazol preparatından uzun müddət istifadə etdikdə maqnezium çatışmazlığı baş verə bilər. Aritmiya, qıcolma meydana çıxdıqda preparatın qəbulunu dayandırmaq və maqnezium duzları qəbul etmək lazımdır. Diqoksin və diuretiklərlə birlikdə uzun müddət istifadə edildikdə, Omeprazol preparatının qəbuluna başlamazdan əvvəl və müalicə müddətində vaxtaşırı qan zərdabında maqneziumun konsentrasiyasını təyin etmək lazımdır. Uzanmüddətli müalicə zamanı, xüsusilə müalicə 1 ildən artıq davam etdikdə, pasiyentlərə müntəzəm həkim nəzarəti lazımdır. Uzumüddətli müalicə zamanı və ya Omeprazolu yüksək dozalarda istifadə etdikdə bud, bilək, onurğa sütunu sümüklərinin sınma riski yüksələ bilər. Omeprazol preparatının tərkibində 1 mmol-dan (23 mq) az miqdarda natrium var, yəni demək olar ki, preparatın tərkibində “natrium yoxdur”. Preparatın tərkibində parabenlər olduğu üçün, Omeprazol allergik reaksiyalara (ola bilər, ləng gedişli), nadir hallarda – bronxospazmın baş verməsinə səbəb ola bilər. Preparatın tərkibində saxaroza olduğuna görə fruktozaya qarşı anadangəlmə dözümsüzlük, qlükoza-qalaktoza malabsorbsiyası və ya saxaraza-izomaltaza çatışmazlığı kimi nadir irsi xəstəlikləri olan pasiyentlərdə Omeprazolu istifadə etmək olmaz. Bəzi şəkərlərə qarşı dözümsülük olduqda, preparatı istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır. Omeprazolun tərkibində laktoza olduğuna görə qalaktozaya qarşı dözümsüzlük, laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiya sindromu kimi nadir irsi xəstəlikləri olan pasiyentlərdə preparatı istifadə etmək olmaz. Digər dərman vasitələrilə qarşılıqlı təsiri Omeprazol antasid preparatlarla birlikdə istifadə oluna bilər. Ampisillinin, intrakonazolun, ketokonazolun, dəmir preparatlarının sorulmasını ləngidir. Varfarinin, diazepamın, fenitoinin xaricolmasını ləngidir və effektlərini gücləndirir. CYP2C19 və CYP3A4 fermentlərini inhibə edən dərman vasitələrinin (məsələn, klaritromisin və vorikonazol) qəbulu qan zərdabında Omeprazolun konsentrasiyasının yüksəlməsinə səbəb ola bilər, bu fermentlərin induktorlarının (məsələn, rifampisin və dazıotu preparatları) qəbulu isə qan zərdabında Omeprazolun konsentrasiyasını aşağı sala bilər. Omeprazol xloramfenikolun, tiamazolun (merkazolil), litium preparatlarının hematotoksik təsirini gücləndirir. Omeprazol və klopidoqrel preparatlarının birlikdə istifadəsi, klopidoqrelin terapevtik effektinin aşağı düşməsinə səbəb olur. Omeprazol və diqoksin preparatlarının birlikdə istifadəsi, diqoksinin təsirinin 10% artmasına gətirib çıxarır. Dərman preparatlarını birlikdə təyin etdikdə ehtiyatlı olmaq lazımdır, xüsusilə yaşlı pasiyentlərdə. Omeprazolla eyni zamanda istifadə etdikdə qan plazmasında nelfinavir və atazanavir preparatlarının konsentrasiyaları aşağı düşür. Omeprazol və nelfinavir preparatlarının eyni zamanda istifadəsi əks göstərişdir (“Əks göstərişlər” bölməsinə bax). Posakonazol və erlotinib preparatlarının sorulmasını əhəmiyyətli dərəcədə aşağı salır, bu səbəbdən bu preparatları Omeprazolla birlikdə istifadə etməkdən çəkinmək lazımdır. Omeprazolu sakvinovir/ritonavir, takrolimus preparatları ilə eyni zamanda istifadə etdikdə, bu preparatların qan plazmasında konsentrasiyaları yüksəlir. Qan zərdabında takrolimus preparatının konsentrasiyasının və böyrək funksiyalarının (kreatinin klirensi) monitorinqi vacibdir. Metotreksat preparatının yüksək dozalarında müalicənin müvəqqəti dayandırılması tələb oluna bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Omeprazol preparatı hamiləliyə və ya dölə/yenidoğulmuş körpəyə neqativ təsir göstərmir, bu səbəbdən, risk və fayda nisbətini nəzərə aldıqdan sonra preparatı hamiləlik dövründə istifadə etmək olar. Omeprazol ana südünə nüfuz edir, lakin körpənin vəziyyətinə təsir etmir. Preparatın istifadəsi üçün klinik zərurət yarandıqda, ana üçün gözlənilən müalicəvi təsiri və körpə üçün potensial riski qiymətləndirmək lazımdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Omeprazol nəqliyyat vasitələrini və digər təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsir etmir. Preparatla müalicə zamanı başgicəllənmə və görmə qabiliyyətinin pisləşməsi müşahidə edilən pasiyentlərə nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etmək olmaz.

İstifadə qaydası və dozası

Kapsulları səhər, yaxşı olar ki, yeməkdən əvvəl, bütöv, çeynəmədən və xırdalamadan, yarım stəkan su ilə qəbul etmək lazımdır. Udma qabiliyyətinin pozulması olan pasiyentlər və uşaqlar, kapsulu açıb, möhtəviyyatını bir qədər qazlı və ya zəif-turşulu maye (meyvə şirəsi, alma püresi) ilə qarışdırıb qəbul etmək və üstündən bir qədər su içmək lazımdır. Qarışdırmanı, preparatı qəbul etməzdən bilavasitə və ya ən çoxu 30 dəqiqə əvvəl, həyata keçirmək lazımdır. Təyin edilən dozanın qəbulu öturüldükdə, kapsulu mümkün qədər tez qəbul etmək lazımdır. Növbəti dozanın qəbul vaxtı yaxınlaşdıqda, kapsulu öz vaxtında qəbul etmək və preparatın istifadəsini həkim təyin etdiyi qaydada davam etdirmək lazımdır. Ötürülən dozanı bərpa etmək üçün, Omeprazolu ikiqat dozada qəbul etmək olmaz. Böyüklər üçün dozalanma Onikibarmaq bağırsağın xora xəstəliyinin kəskinləşmə mərhələsində müalicəsi Tövsiyə olunan doza – 2 həftə müddətində sutkada 20 mq. Müalicəyə qarşı rezistent olan xora xəstəliyində, 4 həftə müddətində sutkada 40 mq təyin olunur. Mədənin xora xəstəliyinin kəskinləşmə mərhələsində müalicəsi Tövsiyə olunan doza – 4 həftə müddətində sutkada 20 mq. Müalicəyə qarşı rezistent olan xora xəstəliyində, 8 həftə müddətində sutkada 40 mq təyin olunur. Mədə və onikibarmaq bağırsağın xora xəstəliyinin kəskinləşməsinin profilaktikası üçün Tövsiyə olunan doza – sutkada 20 mq. Zərurət yarandıqda dozanı sutkada 40 mq-a qədər artırmaq olar. Mədənin xora xəstəliyində Helicobacter pylori infeksiyasının ləğv edilməsi Həkim nəzarəti altında antibiotik seçimi ilə müxtəlif müalicə sxemlərindən istifadə etmək mümkündür. “Üçlü terapiya” zamanı: 1 həftə müddətində 20 mq Omeprazol mikrobəleyhinə preparatlarla birlikdə sutkada 2 dəfə təyin olunur. İnfeksiyanın ləğv olunmasından sonrakı müalicəni standart müalicə sxeminə müvafiq davam etdirmək lazımdır. QSİƏP-ın istifadəsi ilə əlaqədar mədə və onikibarmaq bağırsaq xoralarının müalicəsi Tövsiyə olunan doza – 4 həftə müddətində sutkada 20 mq (təkrar 4 həftəlik müalicə kursu təyin oluna bilər). Risk qrupundan olan pasiyentlərdə (yaşı 60-dan yuxarı, anamnezdə mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, anamnezdə mədə-bağırsaq qanaxmaları) QSİƏP-ın istifadəsi ilə əlaqədar mədə və onikibarmaq bağırsaq xoralarının qarşısını almaq üçün tövsiyə edilən doza sutkada 20 mq təşkil edir. Reflüks-özofaqitin müalicəsi Tövsiyə olunan doza – 4 həftə müddətində sutkada 20 mq (təkrar 4 həftəlik müalicə kursu təyin oluna bilər). Xəstəliyin ağır formasından əziyyət çəkən pasiyentlərə 8 həftə müddətində sutkada 40 mq Omeprazol tövsiyə olunur. Reflüks-özofaqit xəstəliyindən sağalmış pasiyentlərin uzunmüddətli müalicəsi (remissiya mərhələsində) üçün Omeprazol saxlayıcı terapiyanın uzunmüddətli kursları şəklində sutkada 10 mq təyin olunur. Zərurət yarandıqda, dozanı sutkada 20-40 mq-a qədər yüksəltmək olar. Qastroözofaqeal reflüks xəstəliyinin simptomatik müalicəsi üçün Omeprazol sutkada 10-20 mq təyin olunur. Müalicə kursu 4 həftədir. Zollinger-Ellison sindromunun müalicəsi Dozalanma rejimi fərdi seçilir. Tövsiyə olunan başlanğıc doza sutkada 60 mq-dır. Adi orta doza sutkada 20-120 mq-dır. Sutkalıq doza 80 mq-dan çox olduğu hallarda, dozanı 2 dəfəyə bölüb qəbul etmək lazımdır. Uşaqlar üçün dozalanma Omeprazol preparatının uşaqlarda istifadəsinin klinik təcrübəsi məhduddur. Müalicə mütəxəssis nəzarəti altında aparılmalıdır. Digər müalicə növlərinə davamlı olan ağır dərəcəli reflüks-özofaqit hallarında, 2 yaşdan yuxarı bədən kütləsi 20 kq-dan çox olan uşaqlar üçün Omeprazol preparatı 4-8 həftə müddətində sutkada 20 mq dozada təyin olunur. 1 yaşdan 2 yaşa qədər uşaqlara preparat sutkada 10 mq təyin olunur. Bu zaman kapsulun möhtəviyyatını 50 ml içməli suyun üzərinə əlavə edib qarışdırdıqdan sonra, alınan məhlulun həcminin yarısını uşağa içirtmək lazımdır. Zərurət yarandıqda, 1 yaşdan 2 yaşa qədər uşaqlar üçün preparatın dozası 20 mq-a qədər, 2 yaşdan yuxarı uşaqlar üçün – 40 mq- a qədər artırıla bilər. Uşaq və yeniyetmələrdə onikibarmaq bağırsağın xora xəstəliyinin müalicə müddəti 7 gün təşkil edir. 14 günə qədər artırıla bilər. Bədən kütləsi 15-30 kq olan uşaqlar: 10 mq Omeprazol antimikrob preparatlarla birlikdə 1 həftə müddətində sutkada 2 dəfə təyin olunur. Bədən kütləsi 31 kq-dan çox olan uşaqlar: 20 mq Omeprazol preparatı 1 həftə müddətində sutkada 2 dəfə təyin olunur. Əhalinin xüsusi qrupları Böyrək funksiyalarının pozulmasından əziyyət çəkən və yaşı 65-dən yuxarı olan pasiyentlər üçün dozalanma rejiminin korreksiyası tələb olunmur. Qaraciyər funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlər üçün Omeprazolun dozası sutkada 10-20 mq-dan artıq olmamalıdır.

Əlavə təsirləri

Əlavə təsirlərin başvermə tezliyi aşağıdakı kimi təsnif edilir: çox tez-tez ( ≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən ( ≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10 000 – < 1/1000), çox nadir hallarda (< 1/10 000), məlum deyil (kifayət qədər məlumat olmadığından əlavə təsirlərin başvermə tezliyini müəyyən etmək mümkün deyil). Qan və limfa sistemində baş verən pozğunluqlar: nadir hallarda – leykopeniya, trombositopeniya; çox nadir hallarda – aqranulositoz, pansitopeniya. İmmun sistemdə baş verən pozğunluqlar: nadir hallarda – hiperhəssaslıq reaksiyaları, məsələn, titrətmə, angionevrotik ödem, anafilaktik reaksiyalar/şok. Maddələr mübadiləsində və qidalanmada baş verən pozğunluqlar: nadir hallarda – hiponatriemiya; məlum deyil – ağır hallarda hipokalsiemiyaya səbəb olan hipomaqneziemiya. Hipomaqneziemia, həmçinin hiperkaliemiya ilə əlaqədar ola bilər. Psixikada baş verən pozğunluqlar: bəzən – yuxusuzluq; nadir hallarda – oyanıqlıq, şüurun dumanlanması, depressiya; çox nadir hallarda – aqressiya, hallüsinasiyalar. Sinir sistemində baş verən pozğunluqlar: tez-tez – baş ağrısı; bəzən – başgicəllənmə, paresteziyalar, yuxuyameyillilik; nadir hallarda – dadbilmə hissinin dəyişməsi. Görmə orqanında baş verən pozğunluqlar: nadir hallarda – dumanlı görmə. Eşitmə orqanında və vestibulyar aparatda baş verən pozğunluqlar: bəzən – vertiqo. Mədə-bağırsaq sistemində baş verən pozğunluqlar: tez-tez – mədədə poliplər (xoşxassəli), qarın nahiyəsində ağrı, qəbizlik, diareya, meteorizm, ürəkbulanma, qusma; nadir hallarda – ağızda quruluq, stomatit, mədə-bağırsaq kandidozu; məlum deyil – mikroskopik kolit. Tənəffüs sistemində, döş qəfəsi və divararası orqanlarda baş verən pozğunluqlar: nadir hallarda – bronxospazm. Qaraciyərdə və/və ya ödçıxarıcı sistemdə baş verən pozğunluqlar: bəzən – qaraciyər fermentlərinin səviyyəsinin yüksəlməsi; nadir hallarda – sarılıqla müşayiət olunan və ya sarılıqsız hepatit; çox nadir hallarda – qaraciyər çatışmazlığı, qaraciyər xəstəliklərindən əziyyət çəkən pasiyentlərdə ensefalopatiya. Dəridə və dərialtı toxumalarda baş verən pozğunluqlar: bəzən – dermatit, qaşınma, səpgi, övrə; nadir hallarda – alopesiya, fotosensibilizasiya; çox nadir hallarda – multiform eritema, Stivens- Conson sindromu, toksik epidermal nekroliz. Skelet-əzələ sistemində və birləşdirici toxumada baş verən pozğunluqlar: bəzən – bud, bilək, onurğa sütunu sümüklərinin sınıqları; nadir hallarda – artralgiya, sialgiya; çox nadir hallarda – əzələ zəifliyi. Böyrəklərdə və sidik-ifrazat sistemində baş verən pozğunluqlar: nadir hallarda – interstisial nefrit. Cinsiyyət orqanlarında və süd vəzində baş verən pozğunluqlar: çox nadir hallarda – ginekomastiya. Ümumi dəyişikliklər və yeridilmə nahiyəsində baş verən pozğunluqlar: bəzən – halsızlıq, periferik ödemlər; nadir hallarda – tər ifrazının yüksəlməsi. Uşaqlarda Omeprazol preparatının istifadəsinin təhlükəsizliyi ümumilikdə 0-dan 16 yaşa qədər turşuluqdanasılı xəstəliklərdən əziyyət çəkən 310 uşaqda qiymətləndirilib. 749 günə qədər müddətdə ağır dərəcəli eroziv özofaqit xəstəliyinin saxlayıcı terapiyasını qəbul edən 46 uşaq arasında aparılan klinik tədqiqat zamanı Omeprazol preparatının istifadə təcrübəsinə əsaslanan uzunmüddətli təhlükəsizliyi barədə məhdud məlumatlar var. Qısamüddətli və uzunmüddətli müalicə zamanı arzuolunmaz təsirlərin profili ümumilikdə böyüklərin profili ilə eynidir. Omeprazol prepartatı ilə uzunmüddətli müalicənin cinsi yetişkənlik və böyümə dövrünə təsiri barədə məlumatlar yoxdur. Hər hansı əlavə təsir, o cümlədən bu içlik vərəqədə qeyd edilməyən istənilən əlavə təsir meydana çıxarsa, bu barədə həkimə məlumat vermək lazımdır.

Doza həddinin aşılması

Omeprazol preparatı aşağı toksikliyə malikdir. Sutkada 13 kapsula qədər dozada istifadə etdikdə preparat zəhərlənmə törətmir. Ağır dərəcəli qaraciyər çatışmazlığından əziyyət çəkən pasiyentlərdə şüurun dumanlanması, dumanlı görmə, yuxuyameyillilik, ağızda quruluq, baş ağrısı, ürəkbulanma, taxikardiya, aritmiya inkişaf edə bilər. Preparatın spesifik antidotu yoxdur. Pasiyentə yardım tədbirlərinə preparatın qəbulunun dayandırılması, dəstəkləyici və simptomatik terapiyanın aparılması daxildir.

Buraxılış forması

10 kapsul, PVX/Al konturlu-yuvalı qablaşdırmada. 3 konturlu-yuvalı qablaşdırma (30 kapsul), içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25 C-dən aşağı temperaturda, işıqdan və rütubətdən qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

“Borisov Dərman Preparatları Müəssisəsi” ASC. Belarus Respublikası, 222518, Minsk vilayəti, Borisov şəh., Çapayev küç., 64. Tel.:/Faks: +375 (177) 735612, 731156.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Omeprazol 20 mq N30 kapsul Borisov” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar