Novokain 0,5 % 5 ml N10 inyeksiya Sintez

Təsiredici maddə: PROCAINE
Təsiredici maddəPROCAINE
Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirYerli anesteziyaedici preparat
İstehsal ölkəsiRusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

1,91 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

NOVOKAİN 5 mq/ml inyeksiya üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Procaine

Tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 5 mq prokain hidroxlorid (novokain) vardır. Köməkçi maddələr: 0,1 M xlorid turşusu məhlulu, inyeksiya üçün su.

Təsviri

Şəffaf rəngsiz mayedir.

Farmakoterapevtik qrupu

Yerli anesteziyaedici preparat. ATC kodu: N01BA02.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Mülayim anesteziyaedici aktivliyə və böyük terapevtik təsir diapazonuna malik olan yerli anesteziyaedici preparatdır. Zəif qələvi olub, natrium kanallarını blokadaya alır, hissi sinir sonluqlarında impulsların generalizasiyasının və sinir lifləri vasitəsi ilə impulsların keçirilməsinin qarşısını alır. Sakitlik potensialına əhəmiyyətli təsir göstərmədən sinir hüceyrələri membranlarında təsir potensialını dəyişir. Yalnız ağrı impulslarını deyil, eyni zamanda digər modallığa aid olan impulsların ötürülməsini tormozlayır. Qan dövranına sorulması və bilavasitə damar daxilinə yeridilməsi ilə periferik xolinergik sistemlərin oyanıqlığını zəiflədir, asetilxolinin əmələ gəlməsini və preqanqlionar sonluqlardan azadolmasını azaldır (yüngül qanqlioblokadaedici təsir göstərir), saya əzələlərin spazmını aradan qaldırır, miokardın və baş beyin qabığının hərəki (motor) zonalarının oyanıqlığını zəiflədir. Baş beyin gövdəsinin retikulyar formasiyasının enən tormozlayıcı təsirlərini aradan qaldırır. Polisinaptik refleksləri tormozlayır. Yüksək dozalarda qıcolmaların meydana çıxmasına səbəb ola bilər. Qısamüddətli anesteziyaedici aktivliyə malikdir (infiltrasion anesteziyanın davametmə müddəti 0,5-1 saat təşkil edir). Farmakokinetikası Tam sistem absorbsiyaya məruz qalır. Absorbsiya dərəcəsi preparatın yeridilmə nahiyəsindən (xüsusilə, vaskulyarizasiyadan və preparatın qan dövranına yeridilmə sürətindən) və yolundan və yekun dozasından (miqdarından və konsentrasiyasından) asılıdır. Preparat qan plazmasının və qaraciyərin esterazaları vasitəsi ilə sürətli hidrolizə məruz qalır və bunun nəticəsində iki əsas farmakoloji cəhətdən aktiv metaboliti əmələ gəlir ki, bunlara da dietilaminoetanol (mülayim damargenişləndirici təsirə malikdir) və paraaminobenzoy turşusu (sulfanilamid kimyəvi-terapevtik preparatların rəqabətli antaqonistidir və onların mikrobəleyhinə təsirinin zəifləməsinə səbəb ola bilər) aiddir. Preparatın yarımxaricolma dövrü (T ) 30-50 saniyə, neonatal dövrdə – 54-114 saniyə təşkil edir.½ Preparat əsasən böyrəklər vasitəsi ilə metabolitlər şəklində xaric olunur, 2 %-dən çox olmayan miqdarı dəyişilməmiş halda xaric olunur.

İstifadəsinə göstərişlər

İnfiltrasion (o cümlədən, sümükdaxili) anesteziya; vaqosimpatik boyun, paranefral, sirkulyar və paravertebral blokadalar.

Əks göstərişlər

Hiperhəssaslıq (o cümlədən paraaminobenzoy turşusuna və digər yerli anesteziyaedici efirlərə qarşı yüksək həssaslıq). 12 yaşa qədər uşaqlar. Sürünən infiltrat metodu ilə anesteziyanın aparılması – toxumalarda ciddi fibroz dəyişikliklərin meydana çıxması.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Ehtiyatla Kəskin qanitirilmə ilə müşayiət olunan təcili əməliyyatlar; qaraciyərdə qan dövranının zəifləməsi ilə müşayiət olunan vəziyyətlər (məsələn, xroniki ürək çatışmazlığı, qaraciyər xəstəlikləri); ürək-damar çatışmazlığının proqressivləşməsi (adətən, ürək blokadalarının inkişaf etməsi və şok nəticəsində); inyeksiya nahiyəsinin iltihabi xəstəlikləri və ya infeksiyalaşması; psevdoxolinesteraza fermentinin çatışmazlığı; böyrək çatışmazlığı; uşaqlar (12 yaşdan 18 yaşa qədər); yaşlı pasiyentlər (65 yaşdan yuxarı); zəifləmiş pasiyentlər. İstifadə etməzdən əvvəl preparata qarşı fərdi həssaslıq sınaqlarının aparılması tövsiyə olunur. Pasiyentlərdə ürək-damar sisteminin, tənəffüs sisteminin və mərkəzi sinir sisteminin funksiyalarına nəzarət etmək tələb olunur. Yerli anestetikin yeridilməsindən 10 gün əvvəl monoaminooksidaza fermentinin inhibitorlarının istifadəsi dayandırılmalıdır. Nəzərə almaq lazımdır ki, yerli anesteziya zamanı eyni bir ümumi dozanın istifadəsi ilə anesteziya aparıldığı halda, daha yüksək konsentrasiyalı məhlulun istifadəsi ilə prokainin toksikliyi də yüksəlir. Regionar və yerli anesteziya ürək fəaliyyətinin monitorinqinin və reanimasiya tədbirlərinin aparılması üçün təxirə salınmadan istifadəyə hazır olan avadanlıq və preparatlar ilə tələb olunan qaydada təchiz edilmiş otaqda, təcrübəli mütəxəssislər tərəfindən həyata keçirilməlidir. Anesteziyanı həyata keçirən personal anesteziya texnikasının icra edilməsi üzrə ixtisaslaşdırılmış və təlim keçmiş olmalıdır, sistem toksik reaksiyaların, arzuolunmayan təzahürlərin və reaksiyaların və eləcə də, digər ağırlaşmaların diaqnostikası və müalicəsi ilə tanış olmalıdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Preparat ümumi anesteziya üçün dərman preparatlarının, yuxugətirici və sedativ preparatların, narkotik analgetiklərin və trankvilizatorların mərkəzi sinir sisteminə tormozlayıcı təsirinin güclənməsinə səbəb olur. Antikoaqulyantlar (ardeparin natrium, dalteparin natrium, danaparoid natrium, enoksaparin natrium, heparin natrium və varfarin) qanaxmaların inkişaf etmə riskini yüksəldir. İnyeksiya nahiyəsi ağır metal tərkibli dezinfeksiyaedici məhlullarla işlənib təmizləndikdə, ağrı və ödem ilə müşayiət olunan yerli reaksiyanın inkişaf etmə riski yüksəlir. Monoaminooksidaza fermentinin inhibitorları (furazolidon, prokarbazin, selegilin) ilə eyni zamanda istifadəsi, hipotenziyanın inkişaf etmə riskinin yüksəlməsinə səbəb olur. Miorelaksantların təsirlərini gücləndirir və təsir müddətlərini uzadır. Prokainin və narkotik analgetiklərin eyni zamanda istifadəsi müddətində additiv effekt qeyd olunur ki, bu da spinal və epidural anesteziya zamanı istifadə edilir və bu zaman tənəffüsün tormozlanması güclənir. Vazokonstriktorlar (epinefrin, metoksamin, fenilefrin) preparatın yerli anesteziyaedici təsirinin uzanmasına səbəb olur. Prokain, xüsusilə, yüksək dozalarda istifadə edildikdə, dərman preparatlarının antimiastenik təsirini zəiflədir və bu zaman, miasteniyanın müalicəsinin əlavə korreksiyası tələb olunur. Xolinesteraza fermentinin inhibitorları (antimiastenik preparatlar, siklofosfamid, demekarium bromid, ekotiopat yodid, tiotepa) yerli anesteziyaedici dərman preparatlarının metabolizmini zəiflədir. Prokainin metaboliti (paraaminobenzoy turşusu) sulfanilamid preparatlarının antaqonistidir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövrü Preparatın hamiləlik dövründə və doğuş müddətində istifadəsi yalnız, onun ana üçün faydası döl və ya yenidoğulmuş uşaq üçün potensial riskdən üstün olduğu hallarda mümkündür. Laktasiya dövrü Preparatın laktasiya dövründə istifadəsi yalnız, onun ana üçün gözlənilən faydası uşaq üçün riskdən üstün olduğu hallarda mümkündür. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Müalicə müddətində nəqliyyat vasitəsini idarə etdikdə və diqqət konsentrasiyası və sürətli psixomotor reaksiyalar tələb olunan digər potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olduqda, ehtiyat tədbirlərinə riayət edilməlidir.

İstifadə qaydası və dozası

Yalnız 5 mq/ml (0,5%-li) prokain məhlulu üçün. İnfiltrasion anesteziya məqsədi ilə 350-600 mq (70-120 ml) preparat istifadə edilir. Böyüklərdə infiltrasion anesteziya üçün yüksək birdəfəlik dozaları: əməliyyatın əvvəlində preparatın birinci dozası – 0,75 qramdan (150 ml-dən) artıq olmamalıdır, bundan sonra əməliyyatın hər bir saatı müddətində yeridilən məhlulun miqdarı 2 qramdan (400 ml-dən) artıq olmamalıdır. Paranefral blokada zamanı (A.V. Vişnevski metodu ilə) böyrəkətrafı toxumalara 50-80 ml məhlul yeridilir. Sirkulyar və paravertebral blokada məqsədi ilə dəri içərisinə 5-10 ml preparat yeridilməlidir. Vaqosimpatik blokada zamanı preparatın 30-40 ml məhlulu yeridilir. Yerli anesteziya zamanı preparatın sorulmasını azaltmaq və təsir müddətini uzatmaq məqsədi ilə əlavə olaraq, hər 2-5-10 ml prokain məhluluna 1 damcı 0,1%-li epinefrin məhlulu yeridilməlidir. 12 yaşdan yuxarı uşaqlarda istifadə üçün preparatın maksimal dozası 15 mq/kq təşkil edir.

Əlavə təsirləri

Mərkəzi və periferik sinir sistemlərində baş verən pozğunluqlar: baş ağrısı, başgicəllənmə, yuxuya meyllilik, davamlı anesteziya, zəiflik, hərəki narahatlıq, əsəbilik, şüurun itirilməsi, qıcolmalar, trizm, tremor, görmə və eşitmə qabiliyyətinin pozğunluqları, nistaqm, “at quyruğu” sindromu (ayaqların iflici, paresteziyalar), tənəffüs əzələlərinin iflici, hərəki və hissi blok. Ürək-damar sistemində baş verən pozğunluqlar: arterial təzyiqin yüksəlməsi və ya aşağı düşməsi, kollaps, periferik vazodilatasiya, bradikardiya, aritmiyalar, döş qəfəsində ağrı, EKQ-də özünü T dalğasının hamarlanması və ya ST seqmentinin qısalması şəklində büruzə verən ürəkdə oyanmanın yayılması prosesinin dəyişməsi. Tənəffüs sistemində baş verən pozğunluqlar: tənəffüs yollarının spazmı və ya tənəffüsün çətinləşməsi. Mədə-bağırsaq traktında baş verən pozğunluqlar: ürəkbulanma, qusma. Sidik-ifrazat yollarında baş verən pozğunluqlar: qeyri-iradi sidik ifrazı. Qan sistemində baş verən pozğunluqlar: methemoqlobinemiya. Allergik reaksiyalar: dərinin qaşınması, dəri üzərində səpgilər, angionevrotik ödem, anafilaktik reaksiyalar (o cümlədən, anafilaktik şok), övrə. Digər dəyişikliklər: hipotermiya, titrəmə, dodaq, üz, ağız, dil və boğaz nahiyəsinin ödemi.

Doza həddinin aşılması

Preparatı yüksək dozalarda istifadə etdikdə, onun həddindən artıq sorulması baş verə bilər. Simptomları: dəri örtüyünün və selikli qişaların solğunluğu, başgicəllənmə, ürəkbulanma, qusma, “soyuq” tər, tənəffüsün tezləşməsi, taxikardiya, arterial təzyiqin kollapsa qədər aşağı düşməsi, apnoe, methemoqlobinemiya. Preparatın mərkəzi sinir sisteminə təsiri özünü qorxu hissi, hallüsinasiyalar, qıcolmalar, hərəki oyanıqlıqlarla büruzə verir. Ürək-damar sistemində və ya mərkəzi sinir sistemində pozğunluqların mövcudluğunu nümayiş etdirən simptomlar meydana çıxdığı halda, aşağıda göstərilən tədbirlərin həyata keçirilməsi tələb olunur: − prokainin yeridilməsi dərhal dayandırılmalıdır; − tənəffüs yollarının keçiriciliyi təmin edilməlidir; − arterial təzyiq və nəbz göstəricilərinə və göz bəbəklərinin genişliyinə hərtərəfli nəzarət edilməlidir. Müalicəsi: adekvat ağciyər ventilyasiyasının dəstəklənməsi, dezintoksikasiyaedici və simptomatik müalicənin aparılması, zərurət yarandığı halda – ümumi reanimasiya tədbirləri (o cümlədən, ağciyərlərin süni ventilyasiyası) həyata keçirilməlidir. Qıcolmaların davametmə müddəti 15-20 saniyədən artıq olarsa vena daxilinə diazepamın (5-20 mq) yeridilməsi ilə aradan qaldırıla bilər.

Buraxılış forması

5 mq/ml, inyeksiya üçün məhlul. 5 ml məhlul, neytral şüşə ampulda. 5 ampul polivinilxlorid örtüklü konturlu-yuvalı qablaşmada. 2 konturlu-yuvalı qablaşma ampul üçün skarifikator və içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Qırılma üçün halqalı və ya kəsikli və nöqtəli ampullardan istifadə etdikdə, qutulara ampul üçün skarifikator yerləşdirilmir.

Saxlanma şəraiti

25°C-dən yuxarı olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. Qeydiyyat vəsiqəsinin sahibi/İstehsalçı/İstehlakçılardan iradları qəbul edən təşkilat “Sintez” Tibbi preparatların və ləvazimatların Açıq Kurqan Səhmdar Cəmiyyəti” İctimai Səhmdar Cəmiyyəti (“Sintez” ASC). Rusiya Federasiyası, 640008, Kurqan vilayəti, Kurqan şəh., Konstitusiya prospekti, ev 7. Telefon: + 7 (495) 646-28-68. E-mail: [email protected]

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Novokain 0,5 % 5 ml N10 inyeksiya Sintez” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar