Nimesil 100 mq N30 saşe
| Təsiredici maddə | NIMESULIDE |
|---|---|
| Dərman forması | Saşe |
| Farmakoloji təsir | Qeyri-steroid iltihabəleyhinə preparat (QSİƏP) |
| İstehsal ölkəsi | İspaniya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
13,43 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Bu dərman preparatını qəbul etməzdən əvvəl bu içlik vərəqini diqqətlə və tam oxuyun, çünki burada Sizin üçün vacib məlumatlar vardır. – Bu içlik vərəqini atmayın. Onu yenidən oxumağa ehtiyacınız ola bilər. – Hər hansı əlavə suallarınız yaranarsa, həkiminizə və ya əczaçıya müraciət edin. – Bu preparat yalnız Sizə təyin edilmişdir və başqa şəxslərə ötürülmək üçün nəzərdə tutulmamışdır. Xəstəlik əlamətləri Sizinkilərlə eyni olsa belə, bu preparat digər şəxslərin sağlamlığına zərər vura bilər. – Əgər Sizdə hər hansı əlavə təsirlər vardırsa, öz həkiminizə və ya əczaçıya müraciət etməlisiniz. Bunlara bu içlik vərəqində təsvir edilməyən hər hansı mümkün əlavə təsirlər də daxildir. 4-cü bölməyə baxın. NİMESİL daxilə qəbul etmək üçün suspenziyanın hazırlanması üçün qranullar NIMESIL Beynəlxalq patentləşdirilməmiş adı: Nimesulid
Tərkibi
Təsiredici maddə: 1 paketdə 2 q qranullarda 100 mq nimesulid vardır. Köməkçi maddələr: makroqolun setostearil efiri, saxaroza, maltodekstrin, susuz limon turşusu, portağal aromatizatoru.
Təsviri
Portağal ətirli açıq sarı qranulyar tozdur, qismən həll olunduqdan sonra məhlulun rəngi ağ və ya açıq sarı rəngdə olur.
Farmakoterapevtik qrupu
Qeyri-steroid iltihabəleyhinə preparat (QSİƏP). ATC kodu: M01AX17.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Nimesulid güclü iltihabəleyhinə, qızdırmasalıcı, analgeziyadici və antiaqreqant təsirə malik olan qeyri-sterord quruluşlu iltihabəleyhinə preparatdır. SOG-2-nin (Siklooksigenaza-2) selektiv inhibitorudur: iltihab ocağında prostaqlandinlərin sintezini tormozlayır: SOG-1-ə daha zəif təsir göstərir (sağlam toxumalarda prostaqlandinlərin sintezinin tormozlanması ilə bağlı əlavə təsirlər daha az müşahidə olunur). Farmakokinetikası Daxilə qəbul etdikdə absorbsiyası yüksəkdir (qida qəbulu absorbsiya sürətini, dərəcəsinə təsir etmədən, azaldır.) TC max – 1,5 – 2,5 s. Plazma zülalları ilə birləşməsi 95%, eritrositlərlə – 2%, lipoproteinlərlə 1 % , turş halda 1 – qlikoproteinlərlə – 1%. Dozanın dəyişməsi birləşmə dərəcəsinə təsir etmir. Cmax- 3,5 – 6,5mq/l. Qadın cinsiyyət orqanları toxumalarına daxil olur ki, orada birdəfəlik qəbuldan sonra konsentrasıyası 40% təşkil edir. İltihab ocağının turş mühit (40%), sinovial mayeyə (43%) yaxşı nüfuz edir. Histohematik baryeri asan keçir. Toxuma monooksigenazaları tərəfindən qaraciyərdə yaxşı metobolizə olunur. Əsas metobolit olan 4- hidroksinimesulid (28%) oxşar farmakioloji xüsusiyyətlərə malikdir, lakin molekulun ölçülərinin kiçilməsi nəticəsində SOQ2 hidrofob kanalı ilə metil qrupunun aktiv birləşmə mərkəzinə tez diffuziya edir. 4-hidroksinimesulid suda həll olunan birləşmədir və onun xaric olması üçün qlutation və metabolitlərin II fazasının konyuqasiya reaksiyaları tələb olunmur (Sulfatlaşma, qluküronlaşma və s.) Nimesulidin T ½ – 1,56 – 4,95 s, 4-hidroksinimesulidin 2,89 – 4,78 s. 4-hidroksinimesulid böyrəklərlə (65%), ödlə (35%) xaric olur, enterohepatik resirkulyasiyaya uğrayır.
İstifadəsinə göstərişlər
Nimesil – ağrıkəsici xüsusiyyətlərə malik olan qeyri-steroid iltihab əleyhinə preparatdır (QSİƏP). Kəskin ağrının müalicəsi, osteoartrit, habelə ağrılı aybaşılar zamanı ağrı tutmalarının aradan qaldırılması üçün istifadə edilir. Nimesil preparatını təyin etməzdən əvvəl müalicə həkiminiz bu dərman maddəsinin faydalarını və onun əlavə təsirlərindən irəli gələn riski qiymətləndirməlidir. Əgər simptomlar ağırlaşırsa və ya yaxşılaşma baş vermirsə, həkimə müraciət edin.
Əks göstərişlər
Əgər: − Sizdə nimesulidə və ya bu preparatın köməkçi maddələrindən hər hansı birinə qarşı allergiya vardırsa; − Sizdə əvvəllər asetilsalisil turşusunun və ya digər QSİƏP-lərin qəbulundan sonra allergik reaksiyalar (məsələn, bronxospazm, rinit, övrə) olmuşdursa; − Sizdə əvvəllər nimesulidin qəbulu zamanı qaraciyərə toksiki təsirlər baş vermişdirsə; − Siz qaraciyərə toksik təsir göstərən digər dərman maddələri, məsələn, parasetamol, yaxud digər ağrıkəsici preparatlar və ya QSİƏP-lər qəbul edirsinizsə; − Siz asılılıq yaradan dərman maddələri qəbul edirsinizsə və ya Sizin preparatlardan, yaxud digər maddələrdən asılılıq yaradan vərdişləriniz vardırsa; − alkoqolizmdən əziyyət çəkirsinizsə; − Sizdə əvvəllər QSİƏP-lərlə müalicədən sonra mədə-bağırsaq traktında qanaxmalar və ya perforasiyalar baş vermişdirsə; − Sizdə qaraciyər xəstəlikləri və ya qaraciyər fermentlərinin yüksəlməsi vardırsa; − Sizdə hazırda peptik xora (mədənin və ya on iki barmaq bağırsağın) vardırsa və ya əvvəllər olmuşdursa; − Sizdə diaqnostika olunmuş mədə və ya bağırsaq qanaxması vardırsa; − Sizdə diaqnostika olunmuş baş beyinə qanaxma (insult) vardırsa; − Sizdə digər qanaxmalar və ya qanın laxtalanmasının pozulması ilə əlaqədar olan digər problemlər vardırsa; − Sizdə ürək çatışmazlığı və ya böyrək funksiyalarının pozulması (böyrək çatışmazlığı) və ya qaraciyər funksiyasının pozğunluğu vardırsa; − Siz qızdırmadan və ya qripdən əziyyət çəkirsinizsə (əzginlik hissi, naxoşluq, titrətmə və ya əsmə, yaxud bədən temperaturunun yüksəlməsi); − Siz hamiləsinizsə – hamiləliyin sonuncu üç ayı; − Siz körpənizi ana südü ilə qidalandırırsınızsa. Uşaqlar və yeniyetmələr Nimesil preparatını 12 yaşdan kiçik uşaqlara təyin etmək tövsiyə edilmir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Nimesil preparatını qəbul etməzdən əvvəl müalicə həkimi və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Preparatın ən aşağı effektiv dozasını simptomlara nəzarət etmək üçün zəruri olan ən qısa müddətdə istifadə etməklə, əlavə təsirləri minimuma endirmək olar. − Əgər Sizdə bəzi şəkər növlərinə qarşı dözümsüzlük vardırsa, bu preparatı qəbul etməzdən əvvəl həkimə müraciət etməlisiniz. − Əgər Siz Nimesil preparatı ilə qarşılıqlı təsirdə ola bilən aşağıda göstərilən dərman maddələrindən hər hansı birini qəbul edirsinizsə: − qanın özlülüyünü azaldan dərman maddələri (antikoaqulyantlar, asetilsalisil turşusu və ya digər salisilatlar); − digər QSİƏP-lər, o cümlədən SOG-2-nin inhibitorları (siklooksigenaza-2-nin inhibitorları); − ürək çatışmazlığı və ya arterial təzyiqin yüksəlməsi zamanı istifadə edilən sidikqovucu preparatlar (diuretiklər), habelə digər hipotenziv dərman maddələri; − depressiyanın və analoji vəziyyətlərin müalicəsi üçün istifadə edilən litium preparatları; − metotreksat; − siklosporin. Nimesil preparatını qəbul etməzdən əvvəl həkiminizi və ya əczaçını yuxarıda sadalanan dərman maddələrini qəbul etdiyiniz barədə məlumatlandırın. − Qaraciyərin mümkün zədələnməsini göstərən simptomlar meydana çıxdıqda, Nimesil preparatı ilə müalicəni dayandırmaq və dərhal müalicə həkiminə müraciət etmək lazımdır. Qaraciyərin zədələnməsini ehtimal etməyə imkan verən simptomlara iştahanın pozulması, ürəkbulanma, qusma, mədədə ağrı, daimi yorğunluq hissi, sidiyin tünd rəngdə olması aiddir. Əgər Sizdə nə zamansa peptik xora, mədə və ya bağırsaqda qanaxma, qeyri-spesifik xoralı kolit və ya Kron xəstəliyi olmuşdursa, Nimesil preparatını qəbul etməzdən əvvəl bu barədə müalicə həkiminə məlumat verməlisiniz. − Əgər Nimesil preparatı ilə müalicə zamanı Sizdə qızdırma və/və ya qripi xatırladan simptomlar (əzginlik hissi, naxoşluq, titrətmə və ya əsmə) meydana çıxarsa, preparatın qəbulunu dayandırmaq və yaranmış simptomlar barədə müalicə həkimini məlumatlandırmaq lazımdır. − Əgər Siz ürək və ya böyrək xəstəliyindən əziyyət çəkirsinizsə, Nimesil preparatını qəbul etməzdən əvvəl bu barədə müalicə həkiminə məlumat verməlisiniz, çünki bu preparatın qəbulu zamanı böyrəklərin funksiyası pisləşə bilər. − Əgər Siz hamiləliyi planlaşdırırsınızsa, bu barədə müalicə həkiminə məlumat verməlisiniz, çünki Nimesil preparatı uşaq doğma qabiliyyətini aşağı sala bilər. Yaşlı xəstələr Əgər Siz yaşlı insansınızsa, Nimesil preparatının mədənizə, böyrəklərinizə, ürəyinizə və ya qaraciyərinizə mənfi təsir göstərmədiyinə əmin olmaq üçün həkim Sizi daha tez-tez müayinə etməlidir. Yaşlı pasiyentlərdə QSİƏP-lərin qəbulu zamanı əlavə təsirlərin – xüsusilə də, həyat üçün təhlükəli olan mədə-bağırsaq qanaxmalarının və ya perforasiyaların yaranma tezliyi yüksəlir. Ürək-damar sisteminə təsiri Nimesil kimi preparatların qəbulu miokard infarktı və ya insult riskinin cüzi artması ilə əlaqəli ola bilər. Bu xəstəliklərin baş vermə riski preparatın yüksək dozalarda qəbulu və uzun müddətli müalicə zamanı daha çox ehtimal olunur. Həkim tərəfindən tövsiyə edilmiş dozanı və ya müalicə müddətini aşmayın. Sizdə ürək xəstəliyi, əvvəllər keçirilmiş infarkt mövcuddursa, yaxud əgər Sizdə bu xəstəliklərin yaranma riskinin mümkün olduğunu hesab edirsinizsə (məsələn, yüksək arterial təzyiq, şəkərli diabet və ya qanda xolesterinin səviyyəsinin yüksək olması, eləcə də siqaret çəkmə zamanı), müalicənin mümkünlüyünü müalicə həkimi və ya əczaçı ilə müzakirə etmək lazımdır. QSİƏP-lərin qəbulu zamanı orqanizmdə maye ləngiməsi və ödemlər barədə məlumatlar verildiyindən, anamnezində yüksək arterial təzyiqi və/və ya ürək çatışmazlığı olan pasiyentlərdə preparat ehtiyatla istifadə edilməlidir. Nimesulid trombositlərin funksiyasını pisləşdirə bilər; bu səbəbdən də qanaxmalara meylli olan ® ® pasiyentlər Nimesil preparatını ehtiyatla qəbul etməlidirlər. Nimesil preparatı ürək və damar xəstəliklərinin profilaktikası qismində asetilsalisil turşusunun qəbulunu əvəz etmir. Mədə-bağırsaq traktı baxımından təhlükəsizlik Bütün QSİƏP-lərə münasibətdə mədə-bağırsaq traktında müalicənin istənilən anında meydana çıxa və pasiyentin həyatı üçün təhlükə törədə bilən qanaxma, xora və perforasiya barədə məlumat verilmişdir, bunlar xəbərdaredici simptomlar olmaqla və ya olmadan, əvvəllər mədə-bağırsaq traktı tərəfindən ciddi pozuntular olmaqla və ya olmadan baş verə bilər. Anamnezində xora, xüsusən də qanaxma və ya perforasiya ilə ağırlaşmış xora olan pasiyentlərdə, habelə yaşlı pasiyentlərdə mədə-bağırsaq traktında qanaxma, xora və ya xoranın perforasiyasının baş vermə riski dozanın artması ilə artır (“Nimesil preparatının qəbuluna əks-göstərişlər” bölməsinə baxın). Bu cür pasiyentlərdə müalicəyə mümkün olan ən kiçik doza ilə başlamaq lazımdır. Bu pasiyentlər üçün, habelə asetilsalisil turşusu ilə və ya mədə-bağırsaq traktı tərəfindən pozuntuların yaranma riskini artıran digər preparatlarla aşağı dozada yanaşı müalicə qəbul etməsi zəruri olan pasiyentlər üçün qoruyucu xüsusiyyətlərə malik olan dərman maddələrinin (məsələn, mizoprostol və ya proton nasosunun inhibitorları) istifadə edilməsi ilə kombinə olunmuş müalicənin istifadəsinin mümkünlüyü nəzərdən keçirilməlidir. Əgər əvvəllər Sizdə mədə-bağırsaq traktı tərəfindən əlavə təsirlər meydana çıxmışdırsa və əgər Siz yaşlı insansınızsa, o zaman MBT tərəfindən istənilən qeyri-adi simptomlar (ilk növbədə mədə- bağırsaq qanaxması) barədə, xüsusilə də, mülaicənin erkən mərhələsində və ahıl yaşda müalicə zamanı məlumat verməlisiniz. Xora və ya qanaxmanın yaranma riskini artıran dərman maddələrinin – məsələn, peroral kortikosteroidlərin (iltihabi proseslər zamanı qəbul edilən dərman maddələri), antikoaqulyantların (məsələn, varfarin), depressiyanın müalicəsi üçün istifadə edilən selektiv serotoninin geri udulmasının inhibitorlarının və ya antiaqreqantların (məsələn, asetilsalisil turşusu) yanaşı qəbulu zamanı xüsusilə ehtiyatlı olmaq lazımdır (“Nimesil preparatı və digər dərman maddələri” bölməsinə baxın). Nimesil preparatının qəbulu zamanı mədə-bağırsaq traktında qanaxma və ya xora baş verdikdə preparatla müalicə ləğv edilməlidir. QSİƏP-lər anamnezində mədə-bağırsaq traktının xəstəlikləri (qeyri-spesifik xoralı kolit, Kron xəstəliyi) olan pasiyentlərə ehtiyatla təyin edilməlidir, çünki bu xəstəliklərin kəskinləşmə ehtimalı vardır (“Xəbərdarlıqlar və ehtiyat tədbirləri” bölməsinə baxın). Dəri reaksiyaları Çox nadir hallarda QSİƏP-lərə qarşı dərinin qızarması və qovuqcuqların yaranması ilə özünü büruzə verən ciddi dəri reaksiyaları, o cümlədən həyat üçün təhlükəli olan reaksiyalar (eksfoliativ dermatit, Stivens-Conson sindromu və toksik epidermal nekroliz/Layell sindromu) barədə məlumat verilmişdir) (“Mümkün əlavə təsirləri” bölməsinə baxın). Pasiyentlər müalicə kursunun əvvəlində bu cür reaksiyaların çox yüksək riskinə məruz qalırlar: bu cür reaksiyalar əksər hallarda müalicənin ilk ayı ərzində meydana çıxmışdır. Dəri səpgilərinin, selikli qişaların zədələnməsinin ilk əlamətləri və ya digər yüksək həssaslıq əlamətləri meydana çıxdıqda, Nimesil preparatının qəbulunu dayandırmaq və həkimə müraciət etmək lazımdır. Nimesil preparatının tərkibində saxaroza vardır. Əgər Sizdə hər hansı növ şəkərlərə qarşı dözümsüzlük təyin edilmişdirsə, bu preparatı istifadə etməzdən əvvəl müalicə həkiminizlə məsləhətləşin. Digər dərman maddələri ilə qarşılıqlı təsiri Nimesil preparatının və kortikosteroidlərin yanaşı qəbulu mədə-bağırsaq traktında xoranın və ya qanaxmanın inkişaf etmə riskini artıra bilər (“Xəbərdarlıqlar və ehtiyat tədbirləri” bölməsinə baxın). QSİƏP-lər antikoaqulyantların, məsələn, varfarinin təsirini gücləndirə bilər (“Xəbərdarlıqlar və ehtiyat tədbirləri” bölməsinə baxın). Bu səbəbdən də bu dərman maddələrinin yanaşı qəbulu tövsiyə edilmir və qanın laxtalanmasının əhəmiyyətli pozuntuları olan pasiyentlərə təyin edilməməlidir. Əgər bu preparatlarla kombinə olunmuş müalicə qaçılmazdırsa, qanın laxtalanma sisteminin aktivliyinə ciddi nəzarət edilməlidir. Nimesil preparatının antiaqreqantlarla və selektiv serotoninin geri udulmasının inhibitorları ilə yanaşı istifadəsi zamanı mədə-bağırsaq traktında qanaxmanın baş vermə riski yüksəkdir (“Xəbərdarlıqlar və ehtiyat tədbirləri” bölməsinə baxın). Nimesil preparatı furosemidin (arterial təzyiqin yüksəlməsinin və ürək çatışmazlığının müalicəsi üçün istifadə edilən diuretik) və digər hipotenziv preparatların təsirini zəiflədir. Nimesil preparatı ilə litium preparatlarının (psixi xəstəliklərin müalicəsi üçün vasitələr) yanaşı istifadəsi qanda litiumun konsentrasiyasının yüksəlməsinə gətirib çıxara bilər. Qan zərdabında litiumun səviyyəsini yoxlamaq lazımdır. Nimesil preparatının metotreksat preparatının (revmatizmin və xərçəng xəstəliyinin müalicəsi üçün dərman maddəsi) qəbulundan əvvəlki və ya sonrakı 24 saat ərzində qəbulu qanda metotreksatın konsentrasiyasının yüksəlməsinə və bu preparatın əlavə təsirlərinin güclənməsinə gətirib çıxara bilər. QSİƏP-lər (məsələn, nimesulid) siklosporinin (immun cavabın , məsələn, orqan köçürülməsindən sonra immun cavabın inhibə edilməsi üçün preparat) böyrəklərə mənfi təsirini gücləndirə bilər. Əgər Siz hazırda digər dərmanları, o cümlədən reseptsiz buraxılan dərman maddələrini qəbul edirsinizsə və ya bu yaxınlarda qəbul etmizisnizsə, müalicə həkiminə və ya əczaçıya müraciət edin.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hər hansı dərman maddəsini qəbul etməzdən əvvəl məsləhət üçün müalicə həkiminə və ya əczaçıya müraciət etmək lazımdır. Hamiləlik və laktasiya dövrlərində, eləcə də ehtimal edilən və planlaşdırılan hamiləlik zamanı bu preparatı qəbul etməzdən əvvəl məsləhət üçün həkimə və ya əczaçıya müraciət edin. Hamiləlik Nimesil preparatını yalnız hamiləliyin ilk altı ayı ərzində və həkimlə məsləhətləşdikdən sonra qəbul etmək olar. Ana və uşaq üçün yüksək risk səbəbindən Nimesil preparatı hamiləliyin son üç ayı ərzində qəbul edilməməlidir (“Aşağıdakı hallarda Nimesil preparatının qəbulu əks- göstərişdir” bölməsinə baxın). Laktasiya dövrü Nimesil preparatı laktasiya dövründə qəbul edilməməlidir. Uşaq doğma funksiyası Nimesulid hamiləliyin başlanmasına mane ola bilər. Əgər Siz hamiləliyi planlaşdırırsınızsa və ya hamilə qalmaqla bağlı problemləriniz vardırsa, bu barədə həkimi məlumatlandırmaq lazımdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Əgər Nimesil preparatının qəbulundan sonra Sizdə vertiqo, başgicəllənmə və ya yuxululuq yaranırsa, nəqliyyat vasitələrini idarə etməməli və mexanizmlərə xidmət etməməlisiniz.
İstifadə qaydası və dozası
Bu preparatı hər zaman həkim təyinatına ciddi uyğun şəkildə qəbul etmək lazımdır. Əgər Sizdə şübhələr vardırsa, müalicə həkimi və ya əczaçı ilə məsləhətləşin. Preparatın adi dozası 1 paket, 100 mq təşkil edir, paketin içindəki qranulları bir stəkan qazsız su ilə qarışdırmaq, gündə iki dəfə yeməkdən sonra qəbul etmək lazımdır. Nimesil preparatı mümkün olduğu qədər qısa müddət ərzində qəbul edilməlidir, bir müalicə kursu 15 gündən artıq olmamalıdır. Əgər Siz Nimesil preparatını qəbul etməyi unutmusunuzsa Əgər Siz Nimesil preparatını qəbul etməyi unutmusunuzsa, onu növbəti dəfə planlaşdırıldığı kimi qəbul edin. Unutduğunuz dozanı kompensasiya etmək üçün ikiqat dozanı qəbul etməyin. Əgər Siz Nimesil preparatının qəbulunu dayandırmısınızsa Müalicə həkiminin məsləhəti olmadan Nimesil preparatının qəbulu dayandırıldıqda Sizin sağlamlıq vəziyyətiniz pisləşə bilər.
Əlavə təsirləri
Bütün digər dərman maddələrində olduğu kimi, bu preparat da bəzi insanlarda əlavə təsirlərə səbəb ola bilər. QSİƏP-lərin daha çox müşahidə edilən əlavə təsirlərinə mədə-bağırsaq traktı tərəfindən reaksiyalar aiddir. Xüsusən yaşlı pasiyentlərdə peptik xoranın, perforasiyanın və ya bəzən ölümlə nəticələnə bilən qanaxmanın inkişaf etməsi mümkündür (“Xəbərdarlıqlar və ehtiyat tədbirləri” bölməsinə baxın). Preparata qarşı aşağıdakı reaksiyalar barədə məlumat verilmişdir: ürəkbulanma, qusma, ishal, meteorizm (qarnın köpməsi), qəbizlik, həzm şikayətləri, qarında ağrı, qatranvari nəcis, qanlı qusma, xoralı stomatit, kolitin və Kron xəstəliyinin kəskinləşməsi (“Xəbərdarlıqlar və ehtiyat tədbirləri” bölməsinə baxın). Qastritlər daha az hallarda müşahidə edilmişdir. QSİƏP-lərin qəbulu fonunda ödemlərin yaranması, arterial təzyiqin yüksəlməsi və ürək çatışmazlığı barədə məlumat verilmişdir. Çox nadir hallarda QSİƏP-lərə qarşı dərinin qızarması və qovuqcuqların yaranması ilə müşayiət olunan ciddi dəri reaksiyaları, o cümlədən Stivens-Conson sindromu və toksik epidermal nekroliz barədə məlumat verilmişdir. Nimesil kimi preparatların qəbulu miokard infarktı və ya insult riskinin cüzi artması ilə əlaqəli ola bilər. Tez-tez (10 pasiyentdən 1-də müşahidə oluna bilər) – İshal – Ürəkbulanma – Qusma – Qanda qaraciyər fermentlərinin səviyyəsinin yüksəlməsi. Bəzən (100 pasiyentdən 1-də müşahidə oluna bilər) – Karlaşma hissi – Arterial təzyiqin yüksəlməsi – Tənəffüsün çətinləşməsi – Qəbizlik – Meteorizm – Mədə və ya bağırsaqda qanaxma – Mədənin və ya on iki barmaq bağırsağın xorası və ya xoranın perforasiyası – Qaşınma – Səpgi – Həddən artıq tərləmə – Toxumada mayenin yığılması (ödem) Nadir hallarda (1 000 pasiyentdən 1-də müşahidə oluna bilər) – Eritrositlərin sayının azalması (hemolitik anemiya) – Leykositlərin müəyyən növünün (eozinofillərin) konsentrasiyasının yüksəlməsi – Allergik reaksiyalar – Qanda kaliumun səviyyəsinin yüksəlməsi (hiperkaliemiya) – Təşviş halları – Əsəbilik – Gecələr qorxulu yuxugörmələr – Bulanıq görmə – Ürək yığılmalarının tezləşməsi (taxikardiya) – Qanaxma – Qeyri-sabit arterial təzyiq – İstilikbasmalar – Dərinin qızarması – Dermatit – Sidik ifrazının çətinləşməsi – Sidikdə qan – Naxoşluq – Zəiflik Çox nadir hallarda (10 000 pasiyentdən 1-də müşahidə oluna bilər) – Trombositopeniya (qanda trombositlərin sayının azalması) – Bütün qan hüceyrələrinin konsentrasiyasının azalması (pansitopeniya) – Dəridə məhdud qansızmalar (purpur) – Ağır dərəcəli allergik reaksiyalar (anafilaksiya) – Baş ağrısı – Yuxululuq – Beyin pozuntusunun müəyyən forması (ensefalopatiya, o cümlədən Reye sindromu) – Görmə qabiliyyətinin pozulması – Başgicəllənmə – Astma – Bronxların spazmı – Mədənin selikli qişasının iltihabı (qastrit) – Mədə nahiyəsində ağrı – Həzmin pozulması; – Ağız boşluğunun selikli qişasının iltihabı (stomatit) – Qətranvari nəcis – Qaraciyərin iltihabı (hepatit) – İldırımvari hepatit (o cümlədən ölümlə nəticələnən hallar) – Sarılıq – Ödün xaric olmasının pozulmaları (xolestaz) – Övrə – Toxumaların ödemi (angionevrotik ödem) – Üzün şişməsi – Ağır dərəcəli dəri reaksiyaları (çoxformalı eritema, Stivens-Conson sindromu, toksik epidermal nekroliz) – Sidiyin ləngiməsi – Böyrək çatışmazlığı – Sidiyin kifayət qədər yaranmaması – Böyrəklərin iltihabi xəstəliyi (interstitsial nefrit) – Qeyri-adi dərəcədə aşağı bədən temperaturu (hipotermiya) Əlavə təsirlər barədə məlumat verilməsi Hər hansı əlavə təsirlər meydana çıxdığı zaman həkimə, əczaçıya və ya tibb bacısına müraciət edin. Bunlara bu içlik vərəqində təsvir edilməyən hər hansı mümkün əlavə təsirlər də daxildir. Əlavə təsirlər barədə məlumat verməklə Siz, bu dərman preparatının təhlükəsizliyi barədə daha çox məlumat toplamağa kömək edə bilərsiniz.
Doza həddinin aşılması
QSİƏP-lərin doza həddinin kəskin aşılmasının simptomları, adətən, aşağıdakı simptomlarla məhdudlaşır: apatiya, yuxululuq, ürəkbulanma, qusma, epiqastral nahiyədə ağrı. Mədə-bağırsaq traktında qanaxma baş verə bilər. Nadir hallarda arterial təzyiqin yüksəlməsi, kəskin qaraciyər çatışmazlığı, tənəffüsün zəifləməsi və koma mümkündür. QSİƏP-lərin həm adi dozalarda qəbulu, həm də bu dərman maddələrinin doza həddinin aşılması zamanı ağır dərəcəli allergik reaksiyaların yaranması barədə məlumatlar verilmişdir.
Buraxılış forması
Bir karton qutuya 9, 15 və ya 30 paket yerləşdirilmişdir; bir paketdə 2 q qranullar (100 mq nimesulid) vardır. Satışda heç də bütün ölçülü qablaşmalar olmaya bilər.
Saxlanma şəraiti
Bu dərman maddəsini uşaqların əli çatmadığı yerdə saxlamaq lazımdır. Bu dərman maddəsinin saxlanılması üçün xüsusi şərtlər tələb olunmur.
Yararlılıq müddəti
Bu dərman preparatını paketin və karton qutunun üzərində “Son istifadə tarixi” sözlərindən sonra qeyd edilmiş yararlılıq müddəti bitdikdən sonra istifadə etməyin. Yararlılıq müddətinin bitmə tarixi göstərilmiş ayın son günüdür.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
Qeydiyyat vəsiqəsinin sahibi
Laboratori Guidotti S.p.A. Via Livornese 897 56122 La Vettola (Pisa) İtaliya
İstehsalçı
LABORATORIOS MENARINI S.A. və FINE FOODS & PHARMACEUTICALS Alfonso XII, 587 N.T.M. S.P.A. 08918 Badalona (Barcelona) Via Grignano, 43 İspaniya 24041 Brembate (Bergamo) İtaliya Səlahiyyətli nümayəndə Berlin-Chemie AG (Menarini Group) Glienicker Weg 125 12489 Berlin Almaniya
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.