Neyrotex 50 mq 2 ml N10 inyeksiya
| Təsiredici maddə | EMOXYPINE SUCCINATE |
|---|---|
| Dərman forması | İnyeksiya üçün məhlul |
| Farmakoloji təsir | Antioksidant vasitə |
| İstehsal ölkəsi | Rusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
13,08 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
NEYROTEKS inyeksiya üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Aethylmethylhydroxypyridini succinas
Tərkibi
Təsiredici maddə: 1 ampulda 100 mq (2 ml) və ya 250 mq (5 ml) etilmetilhidroksipiridin suksinat vardır. Köməkçi maddələr: natrium metabisulfit, inyeksiya üçün su.
Təsviri
Rəngsiz və ya bir qədər sarımtıl şəffaf mayedir.
Farmakoterapevtik qrupu
Antioksidant vasitə. ATC kodu: N07XX.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Etilmetilhidroksipiridin suksinat sərbəst radikal proseslərinin inhibitoru, membranoprotektordur. Antihipoksant, stressprotektiv, nootrop, qıcolmaəleyhinə və anksiolitik təsirlərə malikdir. 3-oksipiridinlər sinfinə aiddir. Təsir mexanizmi antioksidant və membranoprotektor təsiri ilə əlaqəlidir. O lipidlərin peroksid oksidləşməsini inhibə edir, superoksidoksidazanın aktivliyini yüksəldir, lipid- zülal nisbətini yüksəldir, hüceyrə membranlarının strukturunu və funksiyalarını yaxşılaşdırır. Membranbirləşdirici fermentlərin, reseptor komplekslərinin aktivliyini modullaşdırır, bu da onların liqandlarla birləşmə qabiliyyətini gücləndirir, biomembranların struktur-funksional təşkilinə, neyromediator transportuna və sinaptik ötürülmənin yaxşılaşmasına şərait yaradır. Baş beyində dofamin konsentrasiyasını artırır. Aerob qlikolizin kompensator aktivləşməsini gücləndirir və hipoksiya şəraitində Krebs dövranında oksidləşmə proseslərinin inhibə olunması səviyyəsini azaldır (adenozintrifosfor turşusu və kreatinfosfatın artması ilə), mitoxondrilərin enerji sintezi funksiyalarını aktivləşdirir. Patoloji vəziyyətlərdə (şok, hipoksiya və işemiya, beyin qan dövranı pozğunluqları, etanol və antipsixotik dərman vasitələri intoksikasiyası) müxtəlif zədələyici faktorların təsirinə qarşı orqanizmin rezistentliyini yüksəldir. Baş beyin qan dövranını və metabolizmini, mikrosirkulyasiyanı və qanın reoloji xüsusiyyətlərini yaxşılaşdırır, trombositlərin aqreqasiyasını azaldır. Qan hüceyrələri (eritrositlər və trombositlər) membranlarını stabilləşdirərək hemoliz inkişafı ehtimalını azaldır. Hipolipidemik təsir göstərir, ümumi xolesterin və aşağı sıxlıqlı lipoproteinlərin miqdarını azaldır. İşemiyaya uğramış miokardda metabolik prosesləri normallaşdırır, nekroz zonasını azaldır, miokardın elektrik aktivliyini və yığılmasını bərpa edir və/və ya yaxşılaşdırır, həmçinin işemiya zonasında koronar qan dövranını artırır, nitropreparatların antianginal aktivliyini yüksəldir, kəskin koronar çatışmazlıq zamanı reperfuzion sindromun nəticələrini azaldır. Stressəleyhinə təsir stressdən sonrakı davranışın, somatovegetativ pozğunluqların normallaşması, “yuxu-ayıqlıq” tsikllərinin, pozulmuş öyrənmə və yaddaş proseslərinin bərpası, baş beynin müxtəlif strukturlarında distrofik dəyişikliklərin azalması ilə özünü göstərir. Absinent sindrom zamanı etilmetilhidroksipiridin suksinat nəzərəçarpan antitoksik təsir göstərir. Kəskin alkoqol intoksikasiyasının neyrotoksik və nevroloji əlamətlərini aradan qaldırır, davranış koqnitiv pozğunluqları korreksiya edir. Etilmetilhidroksipiridin suksinatın təsiri altında trankvilizatorların, neyroleptiklərin, antidepressiv, yuxugətirici və qıcolmaəleyhinə vasitələrin təsiri güclənir, bu da onların dozalarının və əlavə təsirlərinin azalmasına şərait yaradır. Farmakokinetikası Əzələdaxili yeridildikdən 4 saat sonra preparat qan plazmasında müəyyən edilir. Əzələdaxili yeridildiyi zaman 0,3-0,58 saat ərzində maksimal konsentrasiyaya çatır. 400-500 mq dozada yeridildikdən sonra maksimal konsentrasiyası 2,5-4 mkq/ml təşkil edir. Etilmetilhidroksipiridin suksinat sürətlə qan dövranından orqan və toxumalara keçir, həmçinin orqanizmdən sürətlə xaric olur. Əzələdaxili yeridildikdə preparatın orqanizmdə orta qalma müddəti 0,7-1,3 saat təşkil edir. Qaraciyərdə qlükuronlaşma yolu ilə metabolizə olunur. 5 metaboliti müəyyən edilmişdir: qaraciyərdə ilk metabolit – 3-oksipiridin fosfat əmələ gəlir və qələvi fosfatazanın iştirakı ilə fosfor turşusuna və 3- oksipiridinə parçalanır; 2-ci metabolit – farmakoloji aktivdir, böyük miqdarlarda əmələ gəlir və qəbulun 1-2-ci sutkasında sidikdə müəyyən edilir; 3-cü metabolit böyük miqdarlarda sidiklə xaric olur; 4-cü və 5-ci metabolitlər qlükuron konyuqatlardır. Əsasən metabolitlər (50% 12 saat ərzində) şəklində və əhəmiyyətsiz miqdarda dəyişilməmiş şəkildə (0,3% 12 saat ərzində) sidiklə sürətli xaric olunur. Preparatın qəbulundan sonra ilk 4 saat ərzində daha intensiv xaric olunur. Dəyişilməmiş preparatın və metabolitlərinin sidiklə xaric olma göstəriciləri fərdi müxtəlifliyə malikdir.
İstifadəsinə göstərişlər
Neyroteks böyüklərdə istifadə olunur: -Kəskin beyin qan dövranı pozğunluqları (kompleks müalicənin tərkibində) -Kəllə-beyin travmaları, kəllə-beyin travmalarının nəticələri -Dissirkulyator ensefalopatiya -Vegetativ (neyrodissirkulyator) distoniya sindromu -Ateroskleroz mənşəli yüngül koqnitiv pozğunluqlar -Nevroz və nevrozabənzər hallarda həyəcan pozğunluqları -Kəskin miokard infarktı zamanı (ilk sutkalardan) kompleks müalicənin tərkibində -İlkin açıqbucaqlı qlaukomanın müxtəlif mərhələləri (kompleks müalicənin tərkibində) -Nevrozabənzər və vegetativ-damar pozğunluqları üstünlük təşkil edən alkoqolizm zamanı abstinent sindromun aradan qaldırılması üçün -Antipsixotik dərman vasitələrilə kəskin intoksikasiya -Qarın boşluğunun kəskin irinli-iltihabi xəstəlikləri (kəskin nekrotik pankreatit, peritonit) zamanı kompleks müalicənin tərkibində
Əks göstərişlər
Preparatın tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq. Kəskin böyrək çatışmazlığı. Kəskin qaraciyər çatışmazlığı. Hamiləlik və laktasiya dövrü. Uşaqlarda istifadəsi.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ehtiyatla Anamnezdə allergik xəstəliklər və reaksiyalar, o cümlədən sulfitlərə yüksək həssaslıq.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Neyroteks somatik xəstəliklərin müalicəsində istifadə olunan bütün preparatlarla uzlaşır. Benzodiazepin anksiolitiklərinin, epilepsiyaəleyhinə (karbamazepin), parkinsonizməleyhinə (levodopa) dərman vasitələrinin və nitratların təsirini gücləndirir. Etil spirtinin toksik təsirini azaldır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Əks göstərişdir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Müalicə dövründə nəqliyyat idarə etməkdən və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olarkən ehtiyatlı olmaq lazımdır.
İstifadə qaydası və dozası
Əzələdaxili (ə/d) və ya venadaxili (v/d) (şırnaq və ya damcı üsulu ilə). İnfuziyon yeridilməsi zamanı preparatı 0,9%-li natrium xlorid məhlulunda həll etmək lazımdır. Şırnaq üsulu ilə Neyroteks 5-7 dəqiqə ərzində yavaş yeridilir, damcı üsulu ilə dəqiqədə 40-60 damcı yeridilir. Maksimal sutkalıq doza 1200 mq-dan yuxarı olmamalıdır. Beyin qan dövranının kəskin pozğunluqlarında Neyroteks kompleks müalicədə ilk 10-14 gün ərzində 200-500 mq sutkada 2-4 dəfə v/d damcı şəklində, daha sonra isə 2 həftə ərzində 200-250 mq sutkada 2-3 dəfə ə/d istifadə olunur. Kəllə-beyin travmaları və kəllə-beyin travmalarının nəticələrinin müalicəsi: Neyroteks 10-15 gün ərzində v/d damcı şəklində 200-500 mq sutkada 2-4 dəfə istifadə olunur. Dekompensasiya fazasında dissirkulyator ensefalopatiya: Neyroteks v/d şırnaq şəklində və ya damcı ilə 200-500 mq dozada sutkada 1-2 dəfə 14 gün ərzində istifadə olunur. Sonra növbəti 2 həftə ərzində 100-250 mq/sutka dozada ə/d yeridilir. Dissirkulyator ensefalopatiyanın kurs profilaktikası: Neyroteks 200-250 mq sutkada 2 dəfə 10-14 gün ərzində ə/d istifadə olunur. Neyrosirkulyator distoniya, nevroz və nevrozabənzər vəziyyətlər: sutkada 50-400 mq 14 gün ərzində ə/d yeridilir. Yaşlı pasiyentlərdə yüngül koqnitiv pozğunluqlar və həyəcan pozğunluqları: sutkada 100-300 mq 14- 30 gün ərzində ə/d yeridilir. Kəskin infarkt zamanı kompleks müalicədə: Neyroteks miokard infarktının ənənəvi müalicəsi (nitratlar, β-adrenoblokatorlar, angiotenzin-çevirici ferment (AÇF) inhibitorları, trombolitiklər, antikoaqulyant və antiaqreqant preparatlar, o cümlədən göstərişə uyğun simptomatik vasitələr daxil olmaqla) fonunda v/d və ya ə/d 14 gün ərzində yeridilir. İlk 5 sutka maksimal effekt əldə etmək üçün Neyroteks v/d yeridilir, sonrakı 9 gün ərzində preparatı ə/d yeritmək olar. Preparatın v/d yeridilməsi 30-90 dəqiqə ərzində yavaş (əlavə təsirlərdən qaçınmaq üçün) damcı infuziyası (100-150 ml 0,9%-li natrium xlorid məhlulu və ya 5%-li dekstroza (qlükoza) məhlulunda) şəklində həyata keçirilir, ehtiyac olarsa yeridilmə müddəti 5 dəqiqədən az olmamaq şərti ilə preparatı v/d şırnaq üsulu istifadə etmək olar. Preparat 8 saatdan 1 olmaqla sutkada 3 dəfə yeridilir (v/d və ya ə/d). Sutkalıq doza 6-9 mq/kq bədən çəkisi, birdəfəlik doza isə 2-3 mq/kq bədən çəkisi təşkil edir. Maksimal sutkalıq doza 800 mq-dan, birdəfəlik doza 250 mq-dan yüksək olmamalıdır. Müxtəlif mərhələlərdə açıqbucaqlı qlaukoma zamanı kompleks müalicənin tərkibində: Neyroteks 100-300 mq/sutka dozada, gündə 1-3 dəfə 14 gün ərzində ə/d yeridilir. Alkoqol abstinent sindromda: Neyroteks 200-500 mq sutkada 2-3 dəfə ə/d və ya v/d damcı üsulu ilə 5-7 gün ərzində yeridilir. Antipsixotik dərman vasitələri ilə kəskin intoksikasiyalar: preparat 200-500 mq/sutka dozada 7-14 gün ərzində v/d yeridilir. Qarın boşluğunun kəskin irinli-iltihabi prosesləri zamanı (kəskin nekrotik pankreatit, peritonit): Neyroteks əməliyyat öncəsi, həmçinin əməliyyatdan sonra ilk sutkalarda istifadə olunur. Yeridilən dozalar xəstəliyin formasından və ağırlığından, prosesin yayılmasından, klinik gedişatın variantından asılıdır. Preparatın dayandırılması yalnız davamlı müsbət klinik -laborator effektdən sonra tədricən həyata keçirilməlidir. Kəskin ödemli (interstisial) pankreatit: Neyroteks gündə 3 dəfə 200-500 mq təyin olunur, v/d damcı üsulu ilə (0,9%-li natrium xlorid məhlulunda) və ə/d yeridilir. Yüngül dərəcəli nekrotik pankreatit: 100-200 mq sutkada 3 dəfə damcı üsulu ilə (0,9%-li natrium xlorid məhlulunda) və ə/d. Orta ağırlıqlı nekrotik pankreatit: 200 mq sutkada 3 dəfə, v/d damcı üsulu ilə (0,9%-li natrium xlorid məhlulunda). Ağır nekrotik pankreatit: ilk sutkalar perfuzor ilə 800 mq (2 dəfə yeridilmə rejimində), daha sonra 200-500 mq gündə 2 dəfə, sutkalıq doza tədricən endirilir. Çox ağır gedişli nekrotik pankreatit: pankreatogen şok əlamətlərinin davamlı məhdudlaşdırılmasına qədər başlanğıc 800 mq/sutka dozada istifadə olunur, vəziyyət stabilləşəndə 300-500 mq sutkada 2 dəfə v/d damcı üsulu ilə yeridilir (0,9% natrium xlorid məhlulunda), sutkalıq doza tədricən endirilir.
Əlavə təsirləri
Parenteral yeridildikdə (xüsusilə venadaxili şırnaq üsulu ilə): ağızda quruluq, “metal” dadı, bədəndə istilik hissi, boğazda qıcıqlanma və döş qəfəsində diskomfort, hava çatmaması hissi (adətən, həddən artıq sürətli yeridilmə ilə əlaqəli olub, qısamüddətli xarakter daşıyır) ola bilər. Uzunmüddətli istifadə olunduqda-ürəkbulanma, meteorizm, diareya, yuxu pozğunluğu (yuxululuq və ya yuxuya getmənin pozğunluqları). Allergik reaksiyalar.
Doza həddinin aşılması
Simptomları: yuxu pozğunluqları (yuxusuzluq, bəzi hallarda-yuxululuq); venadaxili yeridildikdə arterial təzyiqin əhəmiyyətsiz dərəcədə və qısamüddətli (1,5-2 saat) yüksəlməsi. Müalicəsi: bir qayda olaraq müalicə tələb olunmur, simptomlar bir neçə sutka ərzində öz-özünə aradan qalxır. Ağır yuxusuzluq hallarında-nitrazepam 10 mq, oksazepam 10 mq və ya diazepam 5 mq. Arterial təzyiq həddən artıq qalxarsa təzyiqə nəzarət edərək hipotenziv dərman vasitələri verilir.
Buraxılış forması
Venadaxili və əzələdaxili yeritmək üçün 50 mq/ml məhlul. 2 ml və ya 5 ml məhlul ampulda. 5 ampul konturlu-yuvalı qablaşdırmada. 1 (5 ml) və ya 2 (2 ml) konturlu-yuvalı qablaşdırma içlik vərəqi ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС temperaturdan yüksək olmayan, işıqdan qorumaqla və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi QSC “FarmFirma”Soteks” 141345, Rusiya, Moskva vilayəti, Sergievo-Posad rayonu, Belikovo qəs., ev 11.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.