NEYROMIDIN 20 MG N20 TAB
| Təsiredici maddə | IPIDACRINE |
|---|---|
| Resept | Reseptlə satılır |
| Dərman forması | Tablet |
| Farmakoloji təsir | Xolinesteraz inhibitorları |
| İstehsal ölkəsi | Latviya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
16,64 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
NEYROMİDİN 20 mq tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: İpidacrine
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 20 mq ipidakrin hidroxlorid vardır. Köməkçi maddələr: laktoza monohidrat, kartof nişastası, kalsium stearat.
Təsviri
Ağ rəngli və ya demək olar ki, ağ rəngli, iti kənarlı yastı silindr formalı tabletlərdir.
Farmakoterapevtik qrupu
Xolinesteraz inhibitorları. ATC kodu: N07AA.
Farmakoloji xüsusiyyətləri
Neyromidin , xolinesterazanın geridönən inhibitorudur. Preparat kalium kanallarını blokada- ya alaraq mərkəzi sinir sistemində və sinapslarda sinir-əzələ keçiriciliyini bilavasitə stimulə edir. Neyromidin preparatı nəinki asetilxolinin, eyni zamanda adrenalinin, serotoni- nin, histaminin və oksitosinin də saya əzələlərə olan təsirini gücləndirir. Neyromidin preparatı aşağıdakı farmakoloji effektlərə malikdir: – sinir-əzələ keçiriciliyini bərpa və stimulə edir; – periferik sinir sistemində müxtəlif faktorların (zədə, iltihab, yerli anestetiklərin, bəzi antibiotiklərin, kalium xloridin və s.) nəticəsində pozulmuş sinir-əzələ keçiriciliyini bərpa edir; – kalium xlorid istisna olmaqla, bütün aqonistlərin təsiri nəticəsində saya əzələli or- qanların yığılmasını gücləndirir; – ayrı-ayrı sedativ effektlərin yaranması ilə kombinasiyada MSS-i orta dərəcədə sti- mulə edir; – yaddaşı yaxşılaşdırır. Preparat teratogen, embriotoksik, mutagen və kanserogen, eləcə də, allergik və immunotok- sik təsirlərə malik deyil, endokrin sistemə mənfi təsir göstərmir. Mədə-bağırsaq sistemindən yaxşı sorulur.
İstifadəsinə göstərişlər
Periferik sinir sisteminin xəstəlikləri (nevrit, polinevrit və polinevropatiya, poliradikulonevro- patiya, miasteniya və müxtəlif etiologiyalı miastenik sindrom); bulbar ifliclər və parezlər; hərəki pozulmalarla müşayiət edilən MSS-in üzvi zədələnmələri zamanı bərpa dövrü; demielinizəedici xəstəliklərin kompleks terapiyası; müxtəlif mənşəli yaddaş pozulmaları (Alsheymer xəstəliyi və qocalıq əqli zəifliyinin digər növləri), bağırsağın atoniyası.
Əks göstərişlər
İpidakrinə və ya preparatın tərkibində olan köməkçi maddələrə qarşı yüksək həssaslıq. Epilepsiya, hiperkinezli ekstramiramidal pozulmalar, stenokardiya, aydın ifadə olunan bra- dikardiya, bronxial astma, bağırsaq keçməzliyi və/və ya sidikçıxarıcı yolların tutulması, vestibulyar pozulmalar, mədənin və onikibarmaq bağırsaq xəstəliklərinin kəskin dövrü.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Aşağıdakı hallarda preparatı ehtiyatla təyin etmək lazımdır: mədə və onikibarmaq bağır- sağın xorası, tireotoksikoz, ürək-damar sisteminin xəstəlikləri, eləcə də, anamnezdə tənəffüs yollarının xəstəlikləri və ya tənəffüs yollarının kəskin xəstəlikləri. Preparatın tərkibində laktoza vardır. Qalaktozaya qarşı dözümsüzlük, Lapp laktaza çatışmaz- lığı və ya qlükoza-qalaktoza malabsorbsiyası kimi nadir irsi xəstəliyi olan pasiyentlərdə preparatı istifadə etmək olmaz.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Pasiyentin istifadə etdiyi bütün dərman vasitələri (o cümlədən, reseptsiz buraxılan), barədə həkimə məlumat vermək lazımdır. Neyromidin preparatı mərkəzi sinir sisteminin fəaliyyətini zəiflədən dərman vasitələri ilə eyni vaxtda istifadə edildikdə, sedativ effekti gücləndirir. Xolinesterazanın digər inhibitor- ları ilə və m-xolinomimetiklərlə eyni vaxtda istifadəsi zamanı preparatın təsiri və əlavə təsirləri güclənir. Myasthenia gravis olan pasiyentlərdə, digər xolinergik vasitələrlə Neyromidin preparatının eyni vaxtda istifadəsi zamanı xəstələrdə xolinergik krizlərin inki- şafı riski artır. Neyromidin preparatı ilə müalicədən əvvəl β-adrenoblokatorlardan istifadə edildikdə, bradikardiyanın inkişafı riski artır. Preparatı serebrolizinlə eyni vaxtda istifadə et- mək olar. Alkoqol preparatın əlavə təsirlərini gücləndirir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparat uşaqlığın tonusunu artırır və vaxtından əvvəl doğuşa səbəb ola bilər. Bu səbəbə görə preparatı hamiləlik dövründə istifadə etmək məsləhət görülmür. Laktasiya dövründə istifadəsi əks göstərişdir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatın sedativ təsiri müşahidə edilən pasiyentlərdə müalicə müddətində nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə zamanı ehtiyatlı olmaq lazımdır.
İstifadə qaydası və dozası
Neyromidinin preparatı daxilə qəbul edilir. Doza və müalicənin müddəti xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq fərdi təyin edilir. Periferik sinir sisteminin xəstəlikləri, miasteniya və miastenik sindrom Gündə 1-3dəfə 10 – 20 mq (0,5 – 1 tablet) təyin edilir. Müalicə kursu 1-2 ay təşkil edir. Ehtiyac olduqda müalicə kursunu 1-2 ay fasilə etməklə, bir neçə dəfə təkrar etmək olar. Sinir-əzələ keçiriciliyinin ağır pozğunluqları zamanı miastenik krizlərin qarşısını almaq məqsədilə 1-2ml (15-30mq) 15mq/ml Neyromidinin inyeksiya üçün məhlulu qısamüddətli parenteral yeridilir, sonra müalicə Neyromidinin 20mq-lıq tablet forması ilə davam etdirilir, doza gündə 5 -6 dəfə 20 – 40mq-a (1-2 tablet) qədər artırmaq olar. Müxtəlif mənşəli yaddaş pozğunluqları (Alsheymer xəstəliyi və qocalıq əqli zəifliyinin digər növləri): müalicə müddəti və doza fərdi olaraq təyin edilir, bəzən maksimal sutkalıq doza 200mq-a qədər çatdırıla bilər, müalicə kursu 1 aydan 1 ilə qədər təşkil edir. Bağırsaq atoniyasının müalicəsi və profilaktikası 1-2 həftə ərzində gündə 2-3 dəfə 20mq (1 tablet) təyin edilir. Pediatrik populyasiya Uşaqlarda və 18 yaşa qədər yeniyetmələrdə preparatın istifadəsinin təhlükəsizliyi sübut edilməmişdir. Neyromidin uşaqlara təyin edildikdə, həkim tərəfindən risk və müalicənin üstünlüyü qiymətləndirilməlidir. Preparatın növbəti dozasını ötürdükdə, müalicə kursunu əvvəl təyin edilən dozalarda davam etmək lazımdır. Ehtiyac olduqda həkimlə məsləhətləşmək lazımdır.
Əlavə təsirləri
Digər dərman vasitələrinin qəbulu zamanı olduğu kimi, Neyromidin preparatının da istifadəsi zamanı əlavə təsirlər yarana bilər, lakin bu təsirlər bütün pasiyentlərdə təzahür etmir. Neyromidin preparatı, adətən, pasiyent tərəfindən yaxşı keçirilir. M-xolinoreseptor- ların stimulyasiyası ilə əlaqədar olan əlavə təsirlərin yaranması mümkündür. Tez-tez (≥ 1/100 – < 1/10): yüksək tərləmə, yüksək ağız suyu ifrazı, ürəkbulanma, ürəkdöyün- mə, bradikardiya. Bəzən (≥ 1/1000 – 1/100): bronxların ifrazatının güclü ifrazı, yüksək dozaların istifadəsi zamanı-başgicəllənmə, başağrısı, zəiflik, yuxululuq, əzələ qıcolmaları, dəri allergik reaksiyaları (qaşınma, səpgi), qusma. Nadir hallarda (≥ 1/10 000 – < 1/1000): epiqastral nahiyədə ağrılar, ishal. Məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil): hiperhəssaslıq reaksiyaları (allergik dermatit, anafilaktik şok, astma, toksik epidermal nekroliz, eritema, övrə, xırıltılı tənəffüs, qırtlağın ödemi daxil olmaqla). Ağız suyu ifrazını və bradikardiyanı m-xolinoblokatorlarla (atropin və s.) azaltmaq müm- kündür. Əlavə təsirlərin meydana çıxması zamanı dozanı azaltmaq və ya preparatın qəbu- lunu qısa müddətə (1-2 gün) dayandırmaq lazımdır. Qeyd edilən əlavə təsirlər, adətən yüngül şəkildə təzahür edir və əksər hallarda preparatın qəbulunun dayandırılmasına səbəb olmur. İçlik vərəqədə qeyd edilən və qeyd edilməyən istənilən əlavə təsirin baş verməsi zamanı həkimə müraciət etmək lazımdır.
Doza həddinin aşılması
Neyromidin preparatı ilə doza həddinin aşılması zamanı dərhal həkimə müraciət etmək lazımdır. Doza həddinin ağır aşılması zamanı “xolinergik kriz” inkişaf edə bilər. Simptomları Bronxospazmlar, gözlərin sulanması, yüksək tərləmə, göz bəbəyinin daralması, nistaqm, spon- tan defekasiya və sidik ifrazı, qusma, bradikardiya, ürəyin blokadası, aritmiya, hipotenziya, narahatlıq, həyəcan, oyanıqlıq, qorxu hissi, ataksiya, qıcolmalar, koma, qeyri-aydın nitq, yuxu- luluq və zəiflik. Simptomlar zəif təzahür edə bilər. Müalicəsi Simptomatik müalicə təyin edilir, m-xolinoblokatorlardan istifadə olunur: atropin, siklodol, metasin və s.
Buraxılış forması
10 tablet, polivinilxlorid örtüklü və alüminium folqalı blisterdə. 2 blister (20 tablet), 5 blister (50 tablet) və ya 6 blister (60 tablet) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°С-dən aşağı temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırmanın üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Аptekdən buraxılma şərti Resept əsasında buraxılır.
İstehsalçı
“Olainfarm” SC. Ünvan Rupnitsa k.. 5, Olayne, LV-2114, Latviya.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.