NEYROMIDIN 0.5% 1ML N10 AMP
| Təsiredici maddə | IPIDACRINE |
|---|---|
| Resept | Reseptlə satılır |
| Dərman forması | İnyeksiya üçün məhlul |
| Farmakoloji təsir | Xolinesterazanın inhibitorları |
| İstehsal ölkəsi | Latviya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
33,92 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
NEYROMİDİN 5 mq/ml; 15 mq/ml əzələdaxili və dərialtı istifadə üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: İpidacrine
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun (1 ampul) tərkibində 100% susuz maddə hesabı ilə 5 mq (5 mq/ml) və ya 15 mq (15 mq/ml) ipidakrin hidroxlorid vardır. Köməkçi maddələr: xlorid turşusu, inyeksiya üçün su.
Təsviri
Şəffaf, rəngsiz mayedir.
Farmakoterapevtik qrupu
Xolinesterazanın inhibitorları. ATC kodu: N07AA.
Farmakoloji xüsusiyyətləri
İpidakrin (Neyromidin ) xolinesterazanın geridönən inhibitorudur. Preparat membranın kalium kanallarının blokada edilməsi nəticəsində sinir-əzələ sinapsında və MSS-də impulsun keçiriciliyini bilavasitə stimulə edir. İpidakrin nəinki asetilxolinin, eləcə də adrenalinin, serotoninin, histaminin və oksitosinin də saya əzələlərə olan təsirini gücləndirir. İpidakrin aşağıdakı farmakoloji effektlərə malikdir: • sinir-əzələ keçiriciliyini bərpa və stimulə edir; • periferik sinir sistemində müxtəlif faktorların (travma, iltihab, yerlı anestetiklərin, bəzi antibiotiklərin, kalium xloridin və s. təsiri) nəticəsində pozulmuş sinir-əzələ keçiriciliyini bərpa edir; • kalium xlorid istisna olmaqla, bütün aqonistlərin təsiri nəticəsində saya əzələli orqanların yığılmasını gücləndirir; • ayrı-ayrı sedativ effektlərin yaranması ilə kombinasiyada MSS-i mülayim dərəcədə stimulə edir; • yaddaşı yaxşılaşdırır. Uşaqlarda istifadəsinin təhlükəsizliyi üzrə kifayət qədər klinik tədqiqat məlumatı yoxdur.
İstifadəsinə göstərişlər
Periferik sinir sisteminin xəstəlikləri (nevrit, polinevrit və polinevropatiya, poliradikulonevro- patiya, miasteniya və müxtəlif etiologiyalı miastenik sindrom), bulbar ifliclər və parezlər, hərəki pozuntularla müşayiət edilən MSS-in üzvi zədələnməsi zamanı bərba dövrü, demielinizəedici xəstəliklərin kompleks terapiyası, müxtəlif mənşəli yaddaş pozuntuları (Alzheymer xəstəliyi və qocalıq əqli zəifliyinin digər növləri), bağırsaq atoniyası.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. Epilepsiya, hiperkinezlə ekstrapiramidal pozulmalar, stenokardiya, ifadəolunmuş bradikardiya, bronxial astma, bağırsaq keçməzliyi və/və ya sidikçıxarıcı yolların obstruksiyası, vestibulyar pozuntular, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi kəskinləşmə dövründə. Hamiləlik və laktasiya dövrü.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Anamnezdə mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi olduqda, tireotoksikoz və ürək- damar xəstəlikləri zamanı, eləcə də anamnezdə tənəffüs yollarının xəstəlikləri olan pasiyentlərdə və ya tənəffüs yollarının kəskin xəstəlikləri zamanı ehtiyatla təyin etmək lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Pasiyent reseptsiz buraxılan preparatlar da daxil olmaqla, istifadə etdiyi bütün dərman vasitələri barədə həkimə məlumat verməlidir. Neyromidin mərkəzi sinir sistemini zəiflədən dərman vasitələrilə eyni vaxtda istifadə edildikdə, sedativ effekti gücləndirir. Xolinesterazanın digər inhibitorları ilə və m-xolinomimetiklərlə eyni vaxtda istifadəsi zamanı preparatın təsiri və əlavə təsirləri güclənir. Myasthenia gravis olan pasiyentlərdə digər xolinergik vasitələrlə Neyromidin eyni vaxtda istifadə edildikdə, xolinergik krizin inkişafı riski artır. Neyromidin ilə müalicədən əvvəl β-adrenoblokatorlardan istifadə edildikdə, bradikardiyanın inkişafı riski artır. Preparatı serebrolizinlə eyni vaxtda istifadə etmək olar. Alkoqol preparatın əlavə təsirini gücləndirir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparat uşaqlığın tonusunu artırır və vaxtından əvvəl doğuşa səbəb ola bilər, bu səbəbə görə hamiləlik dövründə istifadəsi əks göstərişdir. Laktasiya dövründə istifadəsi əks göstərişdir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Dərman vasitəsi sedativ təsir göstərə bilər. Bu səbəbə görə bu effekti hiss edən pasiyentlər ehtiyatlı olmalıdırlar.
İstifadə qaydası və dozası
Neyromidin 5 mq/ml və 15 mq/ml inyeksiya məhlulu əzələdaxili və dərialtı yeridilir. Doza və müalicənin müddəti xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq fərdi təyin edilir. Periferik sinir sisteminin xəstəlikləri, miasteniya və miastenik sindrom ® ® 5-15 mq (1 ml Neyromidin 5 mq/ml inyeksiya üçün məhlul və ya 1 ml Neyromidin 15 mq/ml inyeksiya üçün məhlul) gündə 1-2 dəfə əzələdaxili və ya dərialtı yeridilir. Müalicə kursu 1-2 ay təşkil edir. Ehtiyac olduqda, müalicə kursunu bir neçə dəfə kurslar arasında 1-2 ay fasilə etməklə təkrarlamaq olar. Sinir-əzələ keçiriciliyinin ağır pozuntusu zamanı miastenik krizlərin qarşısını almaq məqsədilə qısa müddətdə 15-30 mq (1-2 ml Neyromidin 15 mq/ml inyeksiya üçün məhlul) parenteral yeridilir, sonra müalicə 20 mq dozada Neyromidin tabletlərilə davam etdirilir, dozanı gündə 5-6 dəfə 20-40 mq-a (1-2 tablet) qədər artırmaq olar. Bulbar iflic və parezlər; MSS-nin üzvi zədələnmələri zamanı bərpa müddəti ® ® 1 ml Neyromidin 5 mq/ml inyeksiya üçün məhlul və ya 1 ml Neyromidin 15 mq/ml inyeksiya üçün məhlul gündə 1-2 dəfə yeridilir. Kurs 15 günə qədərdir, mümkün olduğu zaman tablet formasına keçilir. Müxtəlif mənşəli yaddaş pozuntusu (Alzheymer xəstəliyi və qocalıq əqli zəifliyin digər formaları) Doza və müalicənin müddəti fərdi müəyyən edilir, bəzən maksimal sutkalıq doza 200 mq-a çata bilər, müalicə kursu 1 aydan 1 ilə qədərdir. Pediatrik populyasiya Uşaqlarda və 18 yaşa qədər yeniyetmələrdə preparatın istifadəsinin təhlükəsizliyi sübut edilməmişdir.
Əlavə təsirləri
Digər dərman vasitələrinin qəbulu zamanı olduğu kimi Neyromidin preparatının da istifadəsi zamanı əlavə təsirlər yarana bilər ki, bu da bütün pasiyentlərdə təzahür etmir. Neyromidin, adətən, pasiyent tərəfindən yaxşı keçirilir. Tez-tez (≥ 1/100 – < 1/10): çox tərləmə, çox ağız suyu ifrazı, ürəkbulanma, ürəkdöyün- mə, bradikardiya. Bəzən (≥ 1/1000 – 1/100): bronxların şirə ifrazının güclənməsi, yüksək dozaların istifadəsi zamanı – başgicəllənmə, başağrı, zəiflik, yuxululuq, əzələ qıcolması, dərinin allergik reaksiyaları (qaşınma, səpgi), qusma. Nadir hallarda (≥ 1/10 000 – < 1/1000): epiqastral nahiyədə ağrı, diareya. Məlum deyil (əldə olan məlumatlara əsasən tezliyi müəyyən etmək mümkün deyil): hiperhəssaslıq reaksiyaları (allergik dermatit, anafilaktik şok, astma, toksik epidermal nekroliz, eritema, övrə, xırıltılı tənəffüs, qırtlağın ödemi, inyeksiya nahiyəsində səpgi daxil olmaqla). Ağız suyu ifrazını və bradikardiyanı m-xolinoblokatorlarla (atropin və s.) azaltmaq mümkündür. Əlavə təsirlərin təzahürü zamanı dozanı azaltmaq və ya preparatın qəbulunu qısa müddətə (1-2 gün) dayandırmaq lazımdır. Qeyd edilən əlavə təsirlər, adətən, yüngül şəkildə təzahür edir və əksər hallarda preparatın ləğv edilməsinə səbəb deyil. Pasiyentdə içlik vərəqədə qeyd edilməyən hər hansı əlavə təsir yarandıqda və ya təlimatda qeyd edilən əlavə təsirlərdən hər hansı xüsusilə güclü təzahür etdikdə, həkimə müraciət etmək lazımdır.
Doza həddinin aşılması
Neyromidin preparatı ilə zəhərlənmə və ya doza həddinin nisbətən aşılması zamanı dərhal həkimə müraciət etməklazımdır. Doza həddinin ağır aşılması zamanı “xolinergik kriz” inkişaf edə bilər. Simptomları Bronxospazm, gözlərin sulanması, yüksək tərləmə, göz bəbəyinin daralması, nistaqm, spontan defekasiya və sidik ifrazı, qusma, bradikardiya, ürəyin blokadası, aritmiya, hipotenziya, narahatlıq, həyəcan, oyanıqlıq, qorxu hissi, ataksiya, qıcolmalar, koma, qeyri-aydın nitq, yuxululuq, zəiflik, qıcolma, koma. Simptomlar zəif təzahür edə bilər. Müalıcəsi Simptomatik terapiya aparılır, m-xoliniblikatorlardan istifadə olunur: atropin, triheksifenidin, metasin və s.
Buraxılış forması
Neyromidin 5 mq/ml əzələdaxili və dərialtı istifadə üçün məhlul Neyromidin 15 mq/ml əzələdaxili və dərialtı istifadə üçün məhlul 1 ml məhlul neytral tipli şüşə ampulda. Ampulun ən nazik yerində sındırma nöqtəsi vurulur. 10 ampul polivinilxlorid örtüklü konturlu-yuvalı qablaşdırmada. 1 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°С-dən aşağı temperaturda, işıqdan qorumaq məqsədilə orijinal qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Аptekdən buraxılma şərti Resept əsasında buraxılır.
İstehsalçı
“Olainfarm” SC. Rupnitsu k.. 5, Olayne, LV-2114, Latviya. Sopharma AD, Bulgaria. 16 Iliyansko şossesi, 1220, Sofiya, Bolqarıstan.
Qeydiyyat vəsiqəsinin sahibi
“Olainfarm” SC. Rupnitsu k. 5, Olayne, LV-2114, Latviya.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.