Nepas 5 ml damcı

Təsiredici maddə: NEPAFENAC
Təsiredici maddəNEPAFENAC
Dərman formasıDamcı
Farmakoloji təsirQeyri-steroid iltihabəleyhinə preparat (QSİƏP)
İstehsal ölkəsiMisir

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

8,77 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Bu dərmanı istifadə etməyə başlamazdan əvvəl bu içlik vərəqəsini diqqətlə və axıra qədər oxuyun, belə ki, burada Sizin üçün mühüm məlumatlar vardır. • Bu içlik vərəqəsini saxlayın. Siz onu yenidən oxumalı ola bilərsiniz. • Əgər Sizdə əlavə suallar yaranarsa, ütfən, həkiminizdən, əczaçıdanvə ya tibb bacısından soruşun. • Bu dərman şəxsən Sizin üçün təyin edilmişdir, onu başqalarına verməyin. Hətta onların xəstəlik simptomları Sizinki ilə eyni olsa belə, bu dərman onlar üçün zərərli ola bilər. • Əgər müalicə zamanı Sizdə bu içlik vərəqədə qeyd edilməyən əlavə təsirlər də daxil olmaqla, hər hansı əlavə təsir meydana çıxarsa, bu barədə həkiminizə, əczaçıya və ya tibb bacısına məlumat verin (bax: “Əlavə təsirləri”). NEPAS 0,1% göz damcısı, suspenziya Beynəlxalq patentləşdirilməmiş adı: Nepafenac

Tərkibi

Təsiredici maddə: 1 ml suspenziyanın tərkibində 1 mq nepafenak vardır. Köməkçi maddələr:benzalkonium xlorid, dinatrium edetat, mannitol, karbomer 974P, polisorbat 80, natrium xlorid, natrium xlorid/xlorid turşusu (pH-ın səviyyəsini saxlamaq üçün), inyeksiya üçün.

Təsviri

NEPAS azacıq sarı rəngdən açıq-narıncı rəngə qədər mayedir (suspenziya).

Farmakoterapevtik qrupu

Qeyri-steroid iltihabəleyhinə preparat (QSİƏP). ATC kodu: S01BC10.

İstifadəsinə göstərişlər

NEPAS böyüklər tərəfindən istifadə olunmalıdır: Gözdə katarakta əməliyyatından sonra göz ağrısının qarşısını almaq və aradan qaldırmaq üçün. – Diabetik xəstələrdə gözdə katarakta əməliyyatından sonra makulyar ödemin (gözün arxa hissəsinin ödemi) yaranma riskini azaltmaq üçün.

Əks göstərişlər

Nepafenaka və ya bu dərman preparatının digər komponentlərindən (bax: “Tərkibi”) hər hansı birinə qarşı allergiya (yüksək həssaslıq). Digər qeyri-steroid iltihabəleyhinə preparatlara (QSİƏP) qarşı allergiya. Digər QSİƏP-dən (məsələn, asetilsalisil turşusu, ibuprofen,ketoprofen, piroksikam, diklofenak) istifadə edərkən astmanın, dəridə allergiyanın və ya burunda intensiv iltihabın yaranması.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Aşağıdakı hallarda NEPAS istifadə etməzdən əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşin: – əgər Sizdə asanlıqla göyərmələr (qansızmalar) yaranırsa və ya qanaxma ilə bağlı problemlər yaranırsa və ya keçmişdə belə hallar baş vermişdirsə; – əgər Sizdə gözlə bağlı digər pozğunluqlar varsa (məsələn, göz infeksiyası) və ya əgər Siz digər göz dərmanları istifadə edirsinizsə (xüsusilə yerli steroidlər); – əgər Sizdə diabet varsa; – əgər Sizdə revmatoid artrit varsa; – əgər qısa müddət ərzində Sizin gözünüzdə təkrar cərrahi əməliyyat aparılmışdırsa. NEPAS-la müalicə dövründə günəş şüalarının təsirindən qorunun. Kataraktanın xaric edilməsinə görə aparılmış cərrahi əməliyyatdan sonra kontakt linzaların taxılması tövsiyə olunmur. Kontakt linzaları nə vaxt yenidən istifadə edə biləcəyinizi həkiminiz Sizə deyəcəkdir (həmçinin, bax: “NEPAS-ın tərkibində benzalkonium xlorid vardır”). NEPAS-ın tərkibində benzalkonium xlorid vardır. NEPAS-ın tərkibində konservant kimi , benzalkonium xlorid vardır və o, yumşaq linzaları rəngsizləşdirə , gözləri qıcıqlandıra və buynuz qişaya əlavə təsir (gözün səthi ilə əlaqədar prob- lemlər) göstərə bilər. Əgər həkiminiz sizə yenidən kontakt linzaları taxa biləcəyinizi demişdirsə, nəzərə alın ki, Siz onları preparatın gözünüzə damızdırılmasından əvvəl çıxarmalı və onları tə-zədən taxmaq üçün damcının gözə damızdırılmasından sonra ən azı 15 dəqiqə gözləməlisiniz. QSİƏP-ın yerli istifadəsi keratitlə nəticələnə bilər. Bəzi həssas pasiyentlərdə gözün buynuz qişasının müxtəlif tipli zədələnməsinə səbəb ola bilər. Buynuz qişanın epitelində pozuntusu olan pasiyentlərdə nepasın istifadəsi dayandırılmalıdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Əgər hazırda hər hansı digər dərman preparatı istifadə edirsinizsə, yaxın zamanlarda istifadə etmisinizsə və ya istifadə edə bilərsinizsə, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin. NEPAS , qlaukomanın müalicəsi üçün istifadə olunan damcı dərman formaları da daxil ol-maqla, Sizin istifadə etdiyiniz digər dərman preparatlarının effektivliyinə təsir göstərə və ya əksinə, onların təsirinə məruz qala bilər. Həmçinin, əgər qanın laxtalanma qabiliyyətini aşağı salan dərman preparatı (varfarin) və ya digər QSİƏP istifadə edirsinizsə, bu barədə həkiminizə məlumat verin. Onlar qanaxma riskini yüksəldə bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Əgər Siz hamiləsinizsə və ya hamilə ola bilərsinizsə, NEPAS istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşin. Hamilə qala bilən qadınlara tövsiyə etmək lazımdır ki, NEPAS ilə müalicə dövründə effektiv kontrasepsiya üsullarından istifadə etsinlər. Hamiləlik dövründə NEPAS-dan istifadə etmək tövsiyə olunmur. Həkiminiz tərəfindən dəqiq göstəriş olmayana qədər NEPAS istifadə etməyin. Əgər Siz uşaq əmizdirirsinizsə, NEPAS Sizin südünüzə nüfuz edə bilər. Lakin, südəmər uşağa heç bir təsir gözlənilmir. NEPAS laktasiya dövründə istifadə oluna bilər. Əgər Siz hamiləsinizsə və ya uşaq əmizdirirsinizsə, hamilə ola biləcəyinizi düşünürsünüzsə və ya uşaq sahibi olmağı planlaşdırırsınızsa, bu dərmanı istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Uşaqlarda və yeniyetmələrdə istifadəsi Bu dərman preparatını 18 yaşa qədər uşaqlarda və yeniyetmələrdə istifadə etmək tövsiyə olun-mur, çünki onlarda preparatın təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

NEPAS istifadə etdikdən dərhal sonra Siz görmənizin müəyyən müddət ərzində pisləşdiyini (dumanlı görmə) hiss edə bilərsiniz. Sizin görmə qabiliyyətiniz normallaşana qədər nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etməyin.

İstifadə qaydası və dozası

Bu dərmanı həmişə həkiminizin və ya əczaçının Sizə dediyinə dəqiq əməl edərək istifadə edin. Əgər əmin deyilsinizsə, həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. NEPAS-I, yalnız öz gözləriniz üçün istifadə edin. Onu udmaq və ya yeritmək olmaz. Tövsiyə olunan doza zədələnmiş gözə və ya gözlərə gündə 3 dəfə – səhər, günorta və axşam – 1 damcı təşkil edir. Hər gün günün eyni vaxtında istifadə edin. Nə vaxt və hansı müddətə istifadə etmək lazımdır Kataraktanın cərrahi əməliyyatından 1 gün əvvəl başlayınr. Əməliyyat günü preparatın istifadəsi-ni davam etdirin. Sonra, onu həkiminizin Sizə dediyi müddət ərzində istifadə edin. Bu, əməliyyatdan sonra 3 həftəyə qədər (gözlərdə ağrıları və iltihabı azaltmaq və onların qarşısını almaq üçün) və ya 60 gün (makulyar ödemin inkişafının qarşısını almaq üçün) çəkə bilər. İstifadə qaydası • Preparatın damızdırılmasından əvvəl əllərinizi yuyun. • FLAKONU YAXŞI-YAXŞI ÇALXALAYIN. • Flakonun qapağını açın. • Flakonu baş barmağınızla şəhadət barmağınızın arasında başaşağı tutun • Başınızı arxaya əyin. • Barmağınızla aşağı göz qapağını göz qapağı ilə gözün arasında “cib” görünənə qədər dartın. Damcı ora damızdırılacaq. • Flakonun ucunu gözünüzə yaxınlaşdırın. Əgər Sizə kömək edəcəksə, bunu güzgü qarşısında edin. • Damcıladıcının ucunu gözünüzə və ya göz qapağınıza, ətraf nahiyələrə və ya digər səthlərə toxundurmayın. Bu, damcının infeksion çirklənməsinə səbəb ola bilər. • Ehtiyatla flakonun dibini elə sıxın ki, bir dəfəyə bir damcı damızdırılsın. • Flakonu güclü sıxmayın, yalnız flakonun dibindən yüngül sıxmaq tələb olunur. • Əgər Siz preparatı hər iki gözə damızdırmalısınızsa, bu addımları digər gözünüz üçün təkrar edin. İstifadə etdikdən sonra, flakonun qapağını dərhal bağlayın. • Əgər damcı gözünüzə düşmədisə, bir daha təkrar edin. • Əgər Siz digər göz damcısından da istifadə edirsinizsə, NEPAS ilə digər göz damcısının istifadəsi arasında ən azı 15 dəqiqə gözləyin. Əgər NEPAS-ın istifadəsini unutmusunuzsa Unudulmuş dozanı xatırlayan kimi, dərhal istifadə edin. Əgər növbəti dozanın vaxtı çatmışdırsa, o zaman unudulmuş dozanı buraxıb, növbəti dozanı adi prosedura uyğun olaraq vaxtında istifadə edin. Buraxılmış dozanı əvəz etmək üçün ikiqat doza istifadə etməyin. Zədələnmiş gözə gündə 3 dəfə 1 damcıdan artıq damızdırmayın. Əgər NEPAS-ın istifadəsini dayandırırsınızsa Həkiminizlə məsləhətləşmədən NEPAS-ın istifadəsini dayandırmayın. Siz, adətən ciddi əlavə təsirlər baş vermədiyi halda damcını istifadə edə bilərsiniz. Əgər Siz narahatsınızsa, həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Əgər bu dərman preparatının istifadəsinə dair Sizin əlavə suallarınız varsa, həkimə, əczaçıya və ya tibb bacısına müraciət edin.

Əlavə təsirləri

Bütün dərmanlar kimi, bu dərman da əlavə təsirlər törədə bilər, baxmayaraq ki, bu, hər kəsdə baş verməyə bilər. Əgər Sizdə aşağıdakı vəziyyətlər mövcud olarsa, buynuz qişada əlavə təsirlərin meydana çıxması riski daha yüksək ola bilər (gözün səthi ilə bağlı problemlər): – gözdə aparılmış cərrahi əməliyyatın fəsadlaşması – qısa müddət ərzində gözdə təkrar cərrahi əməliyyatın aparılması – iltihab və gözün quruması kimi, gözün səthinin bəzi pozğunluqları -diabet və ya revmatoid artrit kimi, bəzi ümumi xəstəliklər Əgər damcıdan istifadə zamanı Sizin gözünüzün qızartısı daha da güclənərsə və ya daha ağrılı olarsa, dərhal həkimə müraciət edin. Bu, hüceyrələrin itməsi və ya zədələnməsi ilə və ya onsuz gözlərin səthində iltihabın yaranmasının nəticəsi ola, həmçinin gözün rəngli hissəsinin iltihabı zamanı (irit) baş verə bilər. Bu əlavə təsirlər 100 pasiyentdən 1-ə qədərində müşahidə edilmişdir. Aşağıdakı əlavə təsirlər NEPAS 1 mq/ml göz damcısı, suspenziyadan və ya NEPAS 3 mq/ml göz damcısı, suspenziyadan və ya hər ikisindən istifadə zamanı müşahidə edilmişdir. Bəzən baş verən əlavə təsirlər (100 pasiyentdən 1-ə qədərində baş verə bilər) • Gözlərdə təsiri: hüceyrələrin itməsi və ya zədələnməsi ilə və ya onsuz gözün səthinin iltihabı, gözdə yad cismin olması hissi, göz qapağında qabıqlanma və ya göz qapaqlarının aşağı düşməsi. Nadir hallarda baş verən əlavə təsirlər (1000 pasiyentdən 1-ə qədərində baş verə bilər) • Gözlərə təsiri: qüzehli qişanın iltihabı, gözdə ağrı, gözdə diskomfort, gözdə quruluq, göz qapağının ödemi, gözün qıcıqlanması, gözün qaşınması, gözdən ifrazatın axması, allergik konyunktivit (gözdə allergiya), gözyaşı ifrazının artması, gözün səthində çöküntü, gözün arxa hissəsində maye və ödem, gözün qızarması. • Ümumi əlavə təsirlər: başgicəllənmə, başağrısı, allergik simptomlar (göz qapaqlarının allergik ödemi), ürəkbulanma, dərinin iltihabı, qızarması və qaşınması. Məlum olmayan tezlikdə baş verən əlavə təsirlər (mövcud məlumatlar əsasında başvermə tezliyini müəyyən etmək mümkün olmur) • Gözə təsirlər: gözün səthinin nazilmə və ya perforasiya kimi zədələnməsi, gözün sağalmasının pozulması, gözün səthində çapıq, bulanıqlaşma, görmənin zəifləməsi, gözlərin ödemi, görmənin dumanlanması. • Ümumi əlavə təsirlər: qusma, qan təzyiqinin yüksəlməsi. Əlavə təsirlərə dair məlumatın verilməsi Əgər hər hansı əlavə təsir ciddi xarakter alarsa və ya bu içlik vərəqədə qeyd edilməyən hər hansı digər əlavə təsir meydana çıxarsa, lütfən, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin. Dərman preparatının qeydiyyata alınmasından sonra şübhələndiyiniz əlavə təsirlər barədə məlu-mat verməyiniz çox vacibdir. Bu, dərman preparatının fayda/risk nisbətinin monitorinqinin apa-rılmasını davam etdirməyə mkan verir.

Doza həddinin aşılması

Gözünüzü ilıq su ilə yuyun. Növbəti müntəzəm dozanın vaxtı çatana qədər əlavə damcı istifadə etməyin.

Buraxılış forması

5 ml suspenziya, burulan qapaqlı plastik flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. İnfeksiyanın qarşısını almaq üçün ilk açılışdan 4 həftə sonra flakonu atın. Flakonun açılma tarixini flakonun və karton qutunun üzərində olan etiketdə göstərilən yerdə qeyd edin. Hər hansı dərman preparatını çirkab sularının və ya məişət tullantılarının içərisinə atmayın. Artıq istifadə etmədiyiniz dərman preparatının hara atılmalı olduğunu əczaçıdan soruşun. Bu tədbirlər ətraf mühitin qorunmasına xidmət edir.

Yararlılıq müddəti

Yararlılıq müddəti flakonun və karton qutunun üzərində EXP-dən sonra qeyd edilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlılıq müddətinin bitmə tarixi qeyd edilən ayın son gününə şamil edilir.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Orchidia Pharmaceutical Industries. Industrial Zone – Al-Obour City, Egypt (Misir). www.orchidiapharma.com

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Nepas 5 ml damcı” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar