Naxoder 1 % 30 q krem
| Dərman forması | Krem |
|---|---|
| Farmakoloji təsir | Xaricə istifadə üçün digər göbələkəleyhinə vasitələr, naftifin |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
12,48 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
NAKSODER 1% xaricə istifadə üçün krem Beynəlxalq patentləşdirilməmiş adı: Naftifine
Tərkibi
Təsiredici maddə: 1 q kremin tərkibində 10 mq naftifin hidroxlorid vardır. Köməkçi maddələr: təmizlənmiş su, polisorbat 60 (E435), setil spirti, stearil spirti, izopropilmiristat, sorbitan monostearat (E491), setil palmitat, benzil spirit (E1519), natrium hidroksid (E524).
Təsviri
Ağ rəngli, homogeny, parlaq, qoxusuz kremdir.
Farmakoterapevtik qrupu
Xaricə istifadə üçün digər göbələkəleyhinə vasitələr, naftifin. ATC kodu: D01AE22.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası NAKSODER mikozlar zamanı xaricə istifadə üçün nəzərdə tutulmuşdur və tərkibində təsiredici maddə naftifin vardır. Naftifinin funqisid təsiri skvalenepoksidaza fermentinin sintezinin ləngidilməsi vasitəsilə erqosterolun (membran komponentinin) sintezinin blokadasına əsaslanır. İn vitro şəraitdə naftifin aşağıdakı mikroorqanizmlərə qarşı funqisid təsir nümayiş etdirir: Trichophyton spp., Microsporon spp., Epidermophyton floccosum. Naftifin maya (Candida species), kif (Aspergillus species) və digər (e.g. Sporothrix schenkii) göbələklərə qarşı orta dərəcədə aktivdir. O, həmçinin tez-tez göbələk infeksiyaları ilə müşayət olunan qrammüsbət və qrammənfi mikroorqanizmlərə qarşı antibakterial təsir göstərir. Klinik istifadə zamanı naftifinin iltihabəleyhinə təsiri qeyd olunmuşdur ki, bunun hesabına iltihab əlamətləri, xüsusən qaşınma tezliklə aradan götürülmüşdür. Farmakokinetikası Dəriyə sürtülmə zamanı dozanın yalnız 4%-i absorbsiya olunur. Bu səbəbdən sistem eks- pozisiyası çox aşağıdır. Plazmada və sidikdə naftifin iz şəklində (cüzi miqdarda) aşkar olunur.
İstifadəsinə göstərişlər
• Dəri və ya dəri büküşlərində qızartı, qaşınma, şişkinlik və ya səpgilər ilə müşayiət olunan göbələk infeksiyaları, • Barmaqlararası göbələk ifeksiyaları, • Dəridə Candida göbələyi infeksiyaları, • Kəpəklənən dəmrov (pityriasis versicolor) (dəri səthində bir göbələyin həddindən artıq böyüməsi nəticəsində yaranan ümumi dəri xəstəliyi) • Dərinin qaşınma ilə və ya qaşınmasız olan iltihabi göbələk infeksiyalarının müalicəsi.
Əks göstərişlər
Naftifinə, benzil spirtinə və ya preparatın hər hansı digər komponentinə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
NAKSODER krem yalnız xaricə istifadə olunur. Gözlə təmasından çəkinmək lazımdır. NAKSODER kremin istifadəsi zamanı xəstəliyin əlamətləri yaxşılaşmazsa və ya gözəlinilən terapevtik effekt baş verməzsə həkimə müraciət edin. Qeyd edilmiş xəbərdarlıqlar hətta keçmişdə baş vermiş olsa belə sizin üçün təkrar baş vermə ehtimalı varsa bu barədə həkimə məlumat verin! Preparatın bəzi komponentləri haqqənda önəmli məlumatlar NAKSODER kremin tərkibində olan setil spirti və stearil spirti bəzən yerli dəri reaksiyalarının yaranmasına səbəb ola bilər (məs. kontakt dermatit).
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər dərman preparatları ilə qarşılıqlı təsirinə dair kifayət qədər məlumat yoxdur. Reseptsiz buraxılan dərman vasitələri də daxil olmaqla hər hansı digər dərman vasitəsi istifadə edirsinizsə, bu barədə həkimə məlumat verin.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamilə qadınlarda istifadəsinə dair kifayət qədər təcrübə və məlumat yoxdur və ya çox məhdud şəkildədir. NAKSODER kremi istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşin. Hamilə olduğunuz halda həkim təyin etmədikcə NAKSODER kremı istifadə etməyin. Müalicə zamanı hamilə olduğunuzu bilsəniz, dərhal həkiminizə bu barədə məlumat verin. Laktasiya dövründə istifadəsi NAKSODER kremi istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşin. Həkim təyin etmədikcə NAKSODER kremı istifadə etməyin. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliy-yətinə təsiri Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsirinə dair məlumatlar daxil olmamışdır.
İstifadə qaydası və dozası
NAKSODER kremi düzgün istifadəsi üçün hər zaman həkiminizin təyinatına əməl edin. NAKSODER krem, zədələnmiş dəri səthinə (yaxşı olar ki, axşam yatmazdan əvvəl) nazik təbəqə şəklində çəkilir və yumşaq bir şəkildə ovuşdurulur. Hər istifadə zamanı krem, zədələnmiş dəri nahiyəsinə və ətraf nahiyəyə çəkilməlidir. Dəri büküşlərində istifadəsi zamanı, NAKSODER krem çəkildikdən sonra gecə büküşlər arasına nazik tənzif qoyulması tövsiyə olunur. Müalicənin müddəti 2-4 həftədir, lakin 12 həftəyə qədər uzadıla bilər. Xəstəliyin təkrarlanmaması üçün, əlamətlər yox olduqdan sonra ən azı iki həftəyə qədər müalicəni davam etmək lazımdır. Göbələk infeksiyalarının müalicəsində aşağıdakı şərtləri nəzərə alın. • Göbələk infeksiyasına səbəb olan orqanizmlər paltarlarınıza düşə biləcəyi üçün paltarlar hər gün dəyişdirilməlidir. • Yoluxmuş dəri nahiyəsini quru saxlayın. Sıx və nəfəs alabilməyən geyimlərdən (məsələn, sıx ayaqqabı və sintetik corab kimi) çəkinin. • Yuyulduqdan sonra yoluxmuş nahiyəni qurudun və gündəlik istifadə olunan bez və ya dəsmalları dəyişdirin. • Ayaqlarda göbələk infeksiyası varsa, başqalarına infeksiyanı keçmənin qarşısını almaq və özünüzdə təkrar yoluxmanın olmaması üçün, evdə, hovuz ətrafında və ya otel kimi yerlərdə ayaqyalın gəzməyin. • Göbələk infeksiyanız tam sağalmayana qədər sauna və ya buxar hamamı kimi yerlərə getməkdən çəkinin. İstifadə qaydası Zədələnmiş dəri və ətraf nahiyəyə yüngülcə ovuşdurularaq çəkilir. NAKSODER krem istifadədən öncə, zədələnmiş dəri sahəsi ilıq su ilə yuyulmalı və yaxşıca qurudulmalıdır. 4 həftədən sonra simptom klinik yaxşılaşma olmadıqda, müalicəyə yenidən baxılmalıdır. Fərqli yaş qrupları Uşaqlarda istifadəsi 18 yaşa qədər uşaqlarda naftifinin təhlükəsizliyi və effektliyi sübut olunmayıb (kifayət qədər məlumat yoxdur). Xüsusi qrup xəstələr Böyrək /Qaraciyər çatışmazlığı olan xəstələrdə istifadəsi öyrənilməyib. Əgər NAKSODER kremi istifadə etməyi unutmusunuzsa Əgər bir dozanı istifadə etməyi unutmusunuzsa, unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza istifadə etmək olmaz. NAKSODER ilə müalicəni dayandırdıqda Bu barədə müalicə bitməmişdən əvvəl həkiminizlə məsləhətləşin. Qida və içki qəbulu ilə birgə istifadəsi Dəri üzərinə çəkildiyindən qida və içki qəbulu ilə qarşılıqlı təsiri gözlənilmir. NAKSODER kremin təsirinin çox güclü və ya zəif olduğu düşünülərsə, bu barədə həkimə müraciət etmək lazımdır.
Əlavə təsirləri
Əlavə təsirlərin tezliyini qiymətləndirmək üçün aşağıdakı təsnifatdan istifadə olunur: çox tez-tez (≥1/10), tez-tez (≥1/100 <1/10), bəzən (≥1/1000 <1/100), nadir (≥1/10000 <1/1000), çox nadir (<1/10000), tezliyi məlum deyil (əldə olan məlumatlar əsasında hesablamaq mümkün olmur). Ümumi pozğunluqlar və yeridilmə yerində dəyişikliklər Tezliyi məlum deyil: dərinin quruması, qızarması və yandırma hissi. Məlum deyil (əldə olan göstəricilərə görə əlavə təsirlərin rast gəlmə tezliyi təyin edilə bilinmir): • Dəridə yanma və quruluq hissi • Dəridə səpgilər, qaşınma • Dəridə ləkələr • Dərinin həssaslığı Qeyd olunmuş əlavə təsirlərə görə müalicə yalnız bəzi hallarda dayandırılır. Əlavə təsirlər müalicənin dayandırılmasından sonra yox olur. Əgər bu içlik vərəgədə qeyd olunmayan hər hansı bir əlavə təsir yaranarsa bu barədə həkimə məlumat verin!
Doza həddinin aşılması
Naftifinin xaricə istifadəsi zamanı doza həddinin kəskin aşılması və sistem intoksikasiya az ehtimal olunur. Təsadüfən daxilə qəbulu zamanı müvafiq simptomatik müalicə tövsiyə olunur.
Buraxılış forması
Xaricə istifadə üçün krem. 30 q krem, tubda. 1 tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25º C-dən aşağı temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Vefa İlaç San. ve Tic. Ltd. Şti. Mermerciler San. Sit. 2. Cadde No:3 Beylikdüzü/İstanbul/Türkiye.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.