Natrium hidrokarbonat 4 % 100 ml infuziya

Dərman formasıİnfüziya məhlulu
Farmakoloji təsirQanəvəzedicilər və venadaxili yeridilmə üçün məhlullar. Elektrolit məhlullar
İstehsal ölkəsiUkrayna

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

2,30 ₼

Stokda yoxdur

Stokda yoxdur

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

NATRİUM HİDROKARBONAT infuziya üçün məhlul

Tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 40 mq natrium hidrokarbonat vardır. Köməkçi maddə: dinatrium edetat, inyeksiya üçün su. İon tərkibi (mmol/l): Na ionu 477, hidrokarbonat ionu 477.

Təsviri

Şəffaf, rəngsiz mayedir.

Farmakoterapevtik qrupu

Qanəvəzedicilər və venadaxili yeridilmə üçün məhlullar. Elektrolit məhlullar. ATC kodu: B05XA02.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Qanın turşu-qələvi vəziyyətinin bərpası və metabolik asidozun korreksiyası üçün vasitədir. Natrium hidrokarbonatın dissosiasiyası zamanı bikarbonat anionu azad olur, o, karbonat turşusu əmələ gətirməklə hidrogen ionlarını birləşdirir ki, bu da, sonradan suya və nəfəsvermə ilə xaric olan karbon qazına parçalanır. Nəticədə qanın pH-ı qələvi tərəfə dəyişir, qanın bufer həcmi artır. Preparat, eləcə də, orqanizmdən natrium və xlor ionlarının xaric olmasını artırır, osmotik diurezi yüksəldir, sidiyi qələviləşdirir, sidik turşusunun duzlarının sidikqovucu sistemdə çökməsinin qarşısını alır. Bikarbonat anionu hüceyrənin daxilinə nüfuz etmir. Farmakokinetikası Tədqiq edilməyib.

İstifadəsinə göstərişlər

Müxtəlif etiologiyalı intoksikasiyalar, əməliyyatdan sonrakı dövrdə xəstəliyin ağır gedişi, böyük həcmli yanıqlar, şok, diabetik koma, uzun sürən ishal, fasiləsiz qusma, kəskin massiv qanaxmalar, ağır böyrək və qaraciyər zədələnmələri, uzunmüddətli qızdrma vəziyyəti, yenidoğulmuşlarda ağır hipoksiya zamanı kompensasiya olunmayan metabolik asidoz. Mütləq göstəriş qanın pH-nın 7,2-dən aşağı düşməsidir (norma 7,37-7,42).

Əks göstərişlər

Metabolik və ya respirator alkaloz, hipokaliemiya, hipernatriemiya.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Preparatın istifadəsi zamanı qanın turşu-qələvi vəziyyətinə nəzarət etmək lazımdır. Yanaşı gedən ürək və böyrək xəstəlikləri olan pasiyentlərdə ürək çatışmazlığı və ödemlər inkişaf edə bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Rezerpinin antihipertenziv effektini gücləndirə bilər. Uyuşmazlıq Natrium-hidrokarbonat məhlulunda turş maddələri (askorbin, nikotin və digər turşular), alkaloidləri (atropin, apomorfin, kofein, teobromin, papaverin), ürək qlikozidlərini, kalsium, maqnezium, ağır metalların duzlarını (dəmir, mis, sink) həll etmək olmaz, belə ki, bu zaman çöküntü və ya üzvi birləşmələrin hidrolizi baş verir. Fosfat tərkibli məhlullarla qarışdırmaq olmaz.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə preparatın yeridilməsinin əks göstəriş olduğu barədə məlumat yoxdur, lakin bu hallarda preparatı ehtiyatla, həyati göstərişlər üzrə, turşu-qələvi vəziyyətinə nəzarət etməklə yeritmək lazımdır. Pediatriyada istifadəsi Preparat pediatrik praktikada istifadə edilir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Məlumat yoxdur.

İstifadə qaydası və dozası

Məhlul, qanın turşu-qələvi vəziyyətinə nəzarət etməklə yeridilir. Böyüklərə vena daxilinə və ya rektal damcı üsulu ilə; uşaqlara venadaxili damcı üsulu ilə təyin edilir. Asidozun təzahüretmə səviyyəsindən asılı olaraq, 1:1 nisbətində 5%-li qlükoza məhlulu ilə durulaşdırılmamış və ya durulaşdırılmış şəkildə istifadə edilir. Böyüklərə vena daxilinə dəqiqədə təqribən 60 dəqiqə sürətlə, sutkada 200 ml-ə qədər yeridilir. Preparatın yeridilmə sayı turşu-qələvi balansının göstəricisindən asılıdır. Yenidoğulmuşlara bədən çəkisinin hər kq-a 4-5 ml dozada venadaxili, digər yaş qrupundan olan uşaqlara bədən çəkisinə 5-7 ml dozada təyin edilir. Preparatın sonrakı yeridilməsi turşu-qələvi balansının göstəricisinə əsasən müəyyən edilir. Böyüklər üçün preparatın maksimal dozası sutkada 200 ml-dir. Müalicə müddəti turşu- qələvi balansının göstəricisindən asılı olaraq, həkim tərəfindən müəyyən edilir.

Əlavə təsirləri

Ürəkbulanma, qusma, anoreksiya, qarın nahiyəsində ağrı, başağrıs, narahatlıq. Arterial hipertenziya. Alkaloz, qıcolmalar.

Doza həddinin aşılması

Doza həddinin aşılması zamanı hiperalkalozun, tetanik qıcolmanın inkişafı mümkündür. Hiperalkalozun inkişafı zamanı preparatın yeridilməsini dayandırmaq, tetaniya təhlükəsi zamanı böyüklərə venadaxili 1-3 q kalsium qlükonat yeritmək lazımdır.

Buraxılış forması

100 ml, 200 ml məhlul, şüşə flakonda.

Saxlanma şəraiti

25ºC-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

“Yuriya-Farm” MMC. Ünvan Ukrayna, 18030, Çerkassı, Verbovetskiy k., 108. Tel.:/Faks: (044) 281-01-01.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Natrium hidrokarbonat 4 % 100 ml infuziya” üçün ilk rəyi siz yazın.