NATRIYA XLORID 0,9% 250 ML DIAMED
| Dərman forması | İnfüziya məhlulu |
|---|---|
| Farmakoloji təsir | Qan əvəzediciləri və perfuziya məhlulları. Elektrolit məhlullar |
| İstehsal ölkəsi | Azərbaycan |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
1,84 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Bu dərmanı qəbul etməzdən əvvəl İSTİFADƏÇİ TƏLİMATI-nı diqqətlə oxuyun. • Bu təlimat vərəqini saxlayın, yenidən oxumağınız lazım gələ bilər. • Əlavə sualınız olarsa, həkiminizə və ya əczaçıya müraciət edin. • Bu dərman yalnız sizin üçün təyin edilmişdir. Başqalarına ötürməyin. Xəstəlik əlamətləri sizinki ilə eyni olsa belə, bu, onlara zərər verə bilər. • Əgər sizdə hər hansı əlavə təsir yaranarsa, həkiminizə müraciət edin. NATRİUM XLORİD 0,9% infuziya üçün məhlul SODIUM CHLORIDE Beynəlxalq patentləşdirilməmiş adı: Sodium chloride
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 9 mq natrium xlorid vardır. Köməkçi maddələr: inyeksiya üçün su.
Təsviri
Rəngsiz, şəffaf, qoxusuz məhluldur.
Farmakoterapevtik qrupu
Qan əvəzediciləri və perfuziya məhlulları. Elektrolit məhlullar. ATC kodu: B05XA03.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Natrium xlorid 0,9% venadaxili infuziya izotonik məhluldur, osmolyarlığı təqribən 308 mOsm/l təşkil edir. Məhlulun farmakodinamik xüsusiyyətləri maye və elektrolit balansının saxlanmasında natrium və xlorid ionlarının xüsusiyyətləridir. Natrium neyrotransmissiyada və ürəyin elektrofiziologiyasında, həmçinin onun böyrək metabolizmində mühüm rol oynayır. Farmakokinetikası Natrium əsasən böyrəklər tərəfindən xaric edilir, lakin geniş böyrək reabsorbsiyası var. Nəcis və tərlə az miqdarda natrium itirilir.
İstifadəsinə göstərişlər
Natrium xlorid 0,9% infuziya məhlulu aşağıdakılar üçün nəzərdə tutulub: • İzotonik hüceyrədənkənar su balansının pozulması • Natrium tükənməsinin müalicəsi • Parenteral tətbiq üçün uyğun dərman vasitələrinin yeridilməsi vasitəsi və ya durulaşdırıcısı.
Əks göstərişlər
Məhlul hipernatriemiya və ya hiperxloremiyalı xəstələrdə əks-göstərişdir. Əlavə olunan dərman vasitəsinə qarşı əks göstərişlər nəzərə alınmalıdır.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Böyrək çatışmazlığı (ağır dərəcə) olan xəstələrdə istifadəsi Natrium xlorid 0,9% ağır böyrək çatışmazlığı olan və ya riski olan xəstələrə xüsusi ehtiyatla təyin olunmalıdır. Belə xəstələrdə 0,9% natrium xlorid qəbulu natriumun yığılmasına səbəb ola bilər. İnfuziyanın həcmindən və sürətindən asılı olaraq 0,9% natrium xloridin venadaxili yeridilməsi aşağıdakılara səbəb ola bilər: • Maye və/və ya məhlulun həddindən artıq yüklənməsi, həddindən artıq hidratasiya/hipervolemiya, mərkəzi və periferik ödem də daxil olmaqla tıxanıq vəziyyətə • Klinik əhəmiyyətli elektrolit pozğunluqları və turşu-qələvi disbalansına Hiponatriemiya Qeyri-osmotik vazopressin ifrazı olan xəstələr (məsələn, kəskin xəstəlik, ağrı, əməliyyatdan sonrakı stress, infeksiyalar, yanıqlar və mərkəzi sinir sistemi xəstəlikləri), ürək, qaraciyər və böyrək xəstəlikləri olan xəstələr və vazopressin aqonistlərinə məruz qalan xəstələr hipotonik mayelərin infuziyası zamanı kəskin hiponatriemiya riski altındadır. Kəskin hiponatriemiya baş ağrısı, ürəkbulanma, qıcolma, letargiya və qusma ilə xarakterizə olunan kəskin hiponatriemik ensefalopatiyaya (beyin ödemi) səbəb ola bilər. Serebral ödemi olan xəstələr xüsusilə ağır və həyati təhlükəsi olan beyin zədəsi riski altındadırlar. Uşaqlar, fertil yaşda olan qadınlar və serebral uyğunluğu zəif olan xəstələr (məsələn, meningit, kəllədaxili qanaxma, serebral kontuziya və beyin ödemi) kəskin hiponatriemiyanın səbəb olduğu ağır və həyat üçün təhlükə yaradan beyin ödemi riski altındadır. Natrium xlorid 0,9%, bu xəstəliklər zamanı və ya risk olduqda xüsusilə ehtiyatla istifadə edilməlidir: • Hipernatriemiya. Hipernatriemiyanın sürətlə korreksiyası beyin ödeminə gətirib çıxara bilər ki, bu da potensial olaraq qıcolma, qalıcı beyin zədələnməsi və ya ölümlə nəticələnə bilər. • Hiperxloremiya • Metabolik asidoz, böyrək çatışmazlığı olan xəstələrdə bu məhsulun uzun müddətli istifadəsi nəticəsində pisləşə bilər. • Kardiovaskulyar xəstəliyi olan xəstələrdə ürək çatışmazlığı və ağciyər ödemi kimi ağrlaşmalara səbəb ola bilər. • Yatrogen hiperxloremik metabolik asidoz • Bu kimi xəstələrdə natrium toplanması həddindən artıq maye yüklənməsinə və ödemə (mərkəzi və periferik) səbəb ola bilər: birincili hiperaldosteronizm, ikincili hiperaldosteronizm, məsələn, − hipertoniya, − xroniki ürək çatışmazlığı, − qaraciyər xəstəliyi (sirroz daxil olmaqla), − böyrək xəstəliyi (o cümlədən böyrək arteriyasının stenozu, nefroskleroz) və ya preeklampsiya. İnfuziya reaksiyaları Natrium xlorid 0,9% infuziyası ilə əlaqədar çox nadir hallarda hiperhəssaslıq reaksiyaları qeydə alınmışdır. Bunlar hipotenziya, qızdırma, tremor, titrəmə, övrə, səpgi və qaşınma kimi xarakterizə edilmişdir. Bu reaksiyaların əlamətləri və ya simptomları inkişaf edərsə, infuziyanı dərhal dayandırın. Bu halda klinik göstərişlərə uyğun olaraq müvafiq terapevtik tədbirlər həyata keçirilməlidir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Aşağıda sadalanan dərmanlar vazopressin təsirini artırır, bu da böyrəklərdən elektrolitsiz suyun ifrazının azalmasına gətirib çıxarır və VD mayelərlə uyğunsuz balanslaşdırılmış müalicədən sonra xəstəxanadaxili hiponatremiya riskini artıra bilər. • Vazopressin ifrazını stimullaşdıran preparatlara aşağıdakılar daxildir: xlorpropamid, klofibrat, karbamazepin, vinkristin, serotoninin geriyə udulmasının selektiv inhibitorları, 3.4-metilendioksi- N-metamfetamin, ifosfamid, psixotroplar, narkotiklər • Vazopressinin təsirini gücləndirən dərmanlara aşağıdakılar daxildir: xlorpropamid, q-steroid iltihab əleyhinə dərmanlar (QSİƏD), siklofosfamid • Vasopressinin analoqlarına aşağıdakılar daxildir: desmopressin, oksitosin, terlipressin Litiumla müalicə olunan xəstələrdə ehtiyatlı olmaq tövsiyə olunur. 0,9% natrium xlorid qəbulu zamanı böyrək natrium və litium klirensi arta bilər. Natrium xlorid 0,9% qəbulu litium səviyyəsinin azalmasına səbəb ola bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Natrium xlorid 0,9% tətbiq etməzdən əvvəl həkim hər bir xüsusi xəstə üçün potensial riskləri və faydaları diqqətlə nəzərdən keçirməlidir. Natrium xlorid 0,9% hamilə qadınlar üçün doğuş zamanı, xüsusən oksitosinlə birlikdə qəbul edildikdə, serum-natrium üçün xüsusi ehtiyatla təyin olunmalıdır. Preeklampsiyası olan xəstələrdə ehtiyatlı olmaq tövsiyə olunur. Dərmanın təbiəti və hamiləlik və laktasiya dövründə istifadəsi ayrıca nəzərə alınmalıdır. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri 0,9% natrium xloridin avtomobil və ya digər ağır maşınları idarə etmək qabiliyyətinə təsiri ilə bağlı heç bir araşdırma aparılmamışdır. Müalicə dövründə nəqliyyat idarə etməkdən və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmaqdan çəkinmək lazımdır.
İstifadə qaydası və dozası
İzotonik hüceyrədənkənar dehidrasiya və natrium tükənməsinin müalicəsi üçün tövsiyə olunan doza: • Böyüklər üçün: 500 ml-3 litr/24 saat • Körpələr və uşaqlar üçün: yaşdan və ümumi bədən kütləsindən asılı olaraq hər kq bədən çəkisi üçün 20-100 ml/24 saat Birbaşa və ya durulaşdırıcı kimi istifadə edildikdə tövsiyə olunan doza tətbiq olunacaq dərman preparatının hər dozası üçün 50-250 ml arasında dəyişir. Natrium xlorid 0,9% digər dərmanların inyeksiya preparatları üçün durulaşdırıcı kimi istifadə edildikdə, doza və infuziya sürəti də təyin olunan dərmanın təbiətindən və doza rejimindən asılı olacaq. Məhlul venadaxili infuziya (periferik və ya mərkəzi vena) üçün nəzərdə tutulub.
Əlavə təsirləri
Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥1/10); tez-tez (≥1/100 – <1/10); bəzən (≥1/1000 – <1/100); nadir hallarda (≥1/10000 – <1/1000); çox nadir hallarda (<1/10000); məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil). Əlavə təsirlərin siyahısı Sistem orqan sinfi Əlavə təsirlər Tezlik Tremor Sinir sisteminin pozğunluqları Bilinməyən Kəskin hiponatriemik ensefalopatiya* Maddələr mübadiləsi və Xəstəxanalıq hiponatriemiya* Bilinməyən qidalanma pozğunluqları Damar pozğunluqları Hipotenziya – hipotonus Bilinməyən Övrə Dərinin və dərialtı Səpgi Bilinməyən toxumaların pozğunluqları Qaşınma Aşağıdakılar kimi infuziya yerli reaksiyaları • infuziya yerində eritema, • Damarların qıcıqlanması, inyeksiya yerindəki ləkə, yanma hissi • Yerli ağrı və ya reaksiya, infuziya yerində övrəÜmumi pozğunluqlar və Bilinməyən idarəetmə yerindəki şərtlər: • İnyeksiya yerində infeksiya • İnyeksiya yerində yaranan venoz tromboz və ya flebit, ekstravazasiya və hipervolemiya • Pireksiya • Üşümə *Xəstəxanadaxili hiponatriemiya, tezliyi bilinməyən kəskin hiponatriemik ensefalopatiyanın inkişafı səbəbindən geridönməz beyin zədəsi və ölümə səbəb ola bilər. O cümlədən • Hipernatriemiya (məsələn, nefrogen diabet insipidus və ya yüksək nazoqastrik çıxışı olan xəstələrə tətbiq edildikdə) • Hiperxloremik metabolik asidoz • Hiponatriemiya.
Doza həddinin aşılması
Bədəndə natrium həddindən artıq olmasının ümumi mənfi təsirlərinə ürəkbulanma, qusma, ishal, qarın ağrısı, susuzluq, tüpürcək və lakrimasiyanın azalması, tərləmə, qızdırma, taxikardiya, hipertoniya, böyrək çatışmazlığı, periferik və ağciyər ödemi, tənəffüs tutulması, baş ağrısı, başgicəllənmə, əsəbilik, zəiflik, əzələlərin gərilməsi və sərtliyi, qıcolmalar, koma və ölüm daxildir. Bədəndə həddindən artıq xlorid turşulaşdırıcı təsir göstərən bikarbonat itkisinə səbəb ola bilər.
Buraxılış forması
100 ml, 200 ml, 250 ml, 400 ml və 500 ml BFS (üfürmə-doldurma-möhürləmə) üsulu ilə istehsal edilmiş PP (polipropilen) flakonlarda, ikincili qapaqlı qablaşdırma şəklində karton qutularda verilir.
Saxlanma şəraiti
25ºС temperaturdan yüksək olmayan, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi DIAMED Development Group. AZ1077, Bakı şəhəri, Pirallahı rayonu, İlqar Məcidov küç., ev 28E.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.