MULIMEN 50ML DAMLA
| Dərman forması | Damcı |
|---|---|
| Farmakoloji təsir | Homeopatik dərman vasitəsi. Digər ginekoloji vasitələr |
| İstehsal ölkəsi | Almaniya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
18,46 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
MULİMEN S oral damcı
Tərkibi
Təsiredici maddələr: 100 q məhlulun tərkibində vardır: Vitex agnus-castus D3 11,11q; Cimicifuga racemosa D4 11,11 q; Ambra grisea D4 11,11 q; Hypericum perforatum D3 11,11 q; Sepia officinalis D8 11,11 q; Calcium carbonicum Hahnemanni D8 11,11 q; Kalium carbonicum D4 11,11q; Gelsemium sempervirens D4 11,11q. Köməkçi maddələr: etil spirti 43 kütlə %-i. Tərkibində 54 həcm %-i spirit vardır.
Təsviri
Şəffaf, açıq sarıdan sarı rəngə qədər dəyişən etanol iyli damcı.
Farmakoterapevtik qrupu
Homeopatik dərman vasitəsi. Digər ginekoloji vasitələr. ATC kodu: G02.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Tək təsiredici maddələrin klinik təsvirinə əsaslanan homeopatik dərman maddələrinin və dərman vasitələrinin təsir mexanizmi, təbii özünü tənzimləmə proseslərin dəstəklənməsi və ya modulyasiyası ilə izah edilə bilər. Farmakokinetikası Homeopatik dərman vasitələrində, adətən, potensiya olunmuş təsiredici maddələr olur. Homeopatik təsiredici maddələrin və homeopatik preparatların dozadan asılı təsirləri olmadığından, farmakologiya ilə əlaqəli farmakokinetik profili haqqında məlumat yoxdur.
İstifadəsinə göstərişlər
Spastik parametropatiya, menstrual pozulmalar, depressiya.
Əks göstərişlər
Preparatın komponentlərindən hər hansı birinə qarşı allergiya (yüksək həssaslıq). Yaşı 12-dən az olan uşaqlara verilməməlidir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Qeyd: menstrual pozulmaları olan pasientlər preparatı istifadə etməzdən əvvəl ilk öncə həkimlə məsləhətləşməlidirlər; bu, həmçinin daimi, müəyyən olunmamış və ya yeni simptomları olan pasiyentlərə də aiddir, çünki bunlar tibbi müayinəyə ehtiyac olan vəziyyətlərə görə ola bilər. Preparatın tərkibində 54 həcm %-i etanol (spirt) vardır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Heç bir qarşılıqlı təsir qeydə alınmamışdır və homeopatik durulaşdırılmalar səbəbilə hər hansı qarşılıqlı təsir gözlənilmir. Həkiminiz son vaxtlarda qəbul etdiyiniz bütün dərman vasitələri ilə bağlı (hətta onlar reseptsiz buraxılan dərman vasitələri olsalar da) məlumatlandırılmalıdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Bu preparatda təqdim olunmuş maddələrin homeopatik həll edilmiş məhlullarının hamiləlik və laktasiya müddətində toksiki olmaları məlum deyil. Bütün dərman vasitələri kimi, hamiləlik və laktasiya dövründə bu preparatı istifadə etməzdən öncə öz həkiminizlə və ya tibbi mütəxəssislə məsləhətləşin. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə heç bir təsir bildirilməmişdir və homeopatik durulaşdırılmalar səbəbilə heç bir təsiri gözlənilmir.
İstifadə qaydası və dozası
Gündə 4-5 dəfə yeməkdən əvvəl az miqdar su ilə 15-20 damcı qəbul etmək tövsiyə olunur. Kəskin hallarda 2-3 saat ərzində hər 30 dəqiqədən bir 10 damcı.
Əlavə təsirləri
Bütün dərman vasitələri kimi, bu homeopatik dərman vasitəsinin də əlavə təsirləri ola bilər, lakin bu hamıda müşahidə olunmur.
Doza həddinin aşılması
Doza həddinin aşılması haqqında məlumat yoxdur və homeopatik durulaşdırılmalar səbəbilə heç bir hadisə gözlənilmir. Əgər tövsiyə olunan dozanı aşmısınızsa, həkimə müraciət edin.
Buraxılış forması
50 ml məhlul, flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il. Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi Biologische Heilmittel Heel GmbH. Dr.-Reckeweg-Str. 2-4 76532 Baden-Baden, Germany. Azərbaycanda rəsmi distribyuter Planeta PCC.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.