MOVALIS 1,5ML 15 MG 3 AMP.
| Dərman forması | İnyeksiya üçün məhlul |
|---|---|
| Farmakoloji təsir | Qeyri-steroid iltihabəleyhinə preparat (QSİƏP) |
| İstehsal ölkəsi | İspaniya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
5,26 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
inyeksiya üçün məhlulMOVALİS Beynəlxalq patentləşdirilməmiş adı: Meloxicam
Tərkibi
Təsiredici maddə: 1 ampulda 15 mq Meloksikam vardır. Köməkçi maddələr: meqlumin, qlikofurol, poloksamer 188, natrium xlorid, qlisin, natrium hidroksid, inyeksiya üçün su.
Farmakoterapevtik qrupu
Qeyri-steroid iltihabəleyhinə preparat (QSİƏP).
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası MOVALİS – enol turşusu qrupuna aid olan qeyri-steroid iltihabəleyhinə preparatdır (QSİƏP), heyvanlarda iltihabəleyhinə, analgetik (ağrıkəsici) və antipiretik (qızdırmasalıcı) təsir göstərmişdir. Meloksikam bütün iltihab modelləri üzərində güclü iltihabəleyhinə təsir göstərmişdir. Yuxarıdakı effektlərin ümumi mexanizmi meloksikamın iltihab mediatorları kimi məlum olan prostaqlandinlərin biosintezini inhibə etməsi ilə əlaqədardır. Siçovullarda adyuvant artrit modeli üzərində xora əmələ gətirici doza ilə iltihabəleyhinə effektiv dozanın müqayisəsi standart QSİƏP-dən daha artıq müalicəvi genişliyə malik olduğunu təsdiq etmişdir. İn vivo, meloksikam, mədənin selikli qişası və ya böyrəklərə nisbtən , iltihab ocağında prostaqlandinlərin biosintezini daha güclü surətdə tormozlayır. Bu fərqlər preparatın SOG-1-ə nisbətən SOG-2-yə seçici inhibəedici təsir göstərməsi ilə əlaqədardır və onu göstərir ki, SOG-2-nin inhibə olunması QSİƏP-in müalicəvi effektinin (təsirinin) meydana çıxmasına, SOG-1-in inhibə olunması isə mədədə və böyrəklərdə əlavə təsirlərin meydana çıxmasına səbəb olur. Meloksikamın SOG-2-yə münasibətdə selektiv təsiri hər iki halda, həm in vitro, həm də ex vivo bir sıra test sistemlərində təsdiq edilmişdir. İnsanda qanın ümumi analizində meloksikam in vitro SOG-2-ni selektiv olaraq inhibə etmişdir. Müəyyən edilmişdir ki, meloksikam (7,5 və 15 mq) dozada,qanın laxtalanması prosesində iştirak edən tromboksanın sintezinə təsiri ilə müqayisədə, lipopolisaxaridlər tərəfindən stimulə olunan prostoqlandin E2-nin sintezinə (hasilatına) daha güclü inhibə edici təsir göstərərək, ex vivo SOG-2-yə qarşı güclü ibhibəedici təsir nümayiş etdirmişdir. Bu təsirlər dozadanasılı xarakter daşımışdır. Baxmayaraq ki, indometasin, diklofenak, ibuprofen və naproksen əhəmiyyətli dərəcədə trombositlərin aqreqasiyasını inhibə edir və qanaxma vaxtını uzadır, meloksikam tövsiyə olunan dozalarda istifadə zamanı ex vivo nə trombositlərin aqreqasiyasına, nə də qanaxma vaxtına təsir göstərməmişdir. Klinik sınaqlarda mədə-bağırsaq sistemi tərəfindən 7,5 mq və 15 mq meloksikamın qəbulu ilə bağlı müşahidə olunan bütün əlavə təsirlərin, əsasən dispepsiya, qusma, ürəkbulanma və qarında ağrı kimi əlavə təsirlərin QSİƏP-lə müqayisədə daha az tezlikdə baş verməsi barədə məlumat verilmişdir. Mədə-bağırsaq traktının yuxarı şöbələrinin meloksikamla assosiasiya olunmuş perforasiyası, xoraları və qanaxmaları barədə məlumat verilmişdir, bunlar zəif və dozadan asılı olmuşdur . Meloksikamla digər QSİƏP-lər arasında mədə-bağırsaq traktının yuxarı şöbələrinin klinik əhəmiyyətli perforasiyası, obstruksiyası və qanaxmalarının başvermə tezliklərinin statistik əhəmiyyətli fərqini müəyyən etmək üçün heç bir adekvat tədqiqatlar aparılmamışdır. Hər gün meloksikam qəbul edən osteoartroz, revmatoid artrit və ankilozlaşdırıcı spondilitdən əziyyət çəkən pasiyentlərin iştirakı ilə 35 klinik sınağın ümumiləşdirilmiş analizi aparılmışdır. Bu tədqiqatlarda meloksikamın təsiri 3 həftədən bir ilə qədər dəyişmişdir (pasiyentlərin əksəriyyəti bir aylıq tədqiqatlara daxil edilmişdir). Demək olar ki, anamnezində mədə-bağırsaq perforasiyası, xorası və ya qanaxması olan bütün pasiyentlər sınaqlarda iştirak etmişdir. Mədə-bağırsaq traktının yuxarı şöbələrinin klinik əhəmiyyətli perforasiyası, obstruksiyası və qanaxması (POQ) sərbəst plasebo tədqiqatlarından sonra retrospektiv olaraq qiymətləndirilmişdir. Alınan nəticələr aşağıda verilmiş cədvəldə göstərilmişdir. Bİ tərəfindən aparılmış diklofenak və piroksikamın istifadəsi ilə müqayisəli klinik müşahidə əsasında perforasiya, obstruksiya və qanaxmanın (POQ) baş verməsi riskinin ümumiləşdirilmiş nəticələrin analizi (Kaplan-Meyer metodu ilə qiymətləndirilmişdir) Müalicə İnterval Xəstələrin orta İnterval Risk % 95% Gündəlik (günlər) sayı müddətində etibarlılıq intervalı doza POQ-ların sayı Meloksikam 7,5 mq 1 – <30 9636 2 0,02 0,0– 0,05 30 – <91 551 1 0,05 0,0– 0,13 15 mq 1 – <30 2785 3 0,12 0,0– 0,25 30 – <91 1683 5 0,40 0,12 – 0,69 91 – <182 1090 1 0,50 0,16 – 0,83 182 – <365 642 0 0,50 Diklofenak 1 – <30 5110 7 0,14 0,04 – 0,24 100 mq 30 – <91 493 2 0,55 0,00 – 1,13 Piroksikam 1 – <30 5071 10 0,20 0,07 – 0,32 20 mq 30 – <91 532 6 1,11 0,35 – 1,86 [Yalnız BŞ və Rusiya üçün] Yuvenil revmatoid oliqoartritin və yaxud poliartritin əlamətlərinin və simptomlarının -in effektivliyi 2 yaş v ə daha böyük yaşlı uşaqların iştirakı ilə ikimüalicəsində MOVALİS parallel qrupda aparılan 12-həftə davam edən ikili kor, aktiv kontrollu tədqiqatda öyrənilmişdir. Hər iki müşahidə üç qola ayrılmışdır: naproksen və iki doza meloksikam. Hər iki müşahidədə, meloksikamın başlanğıc dozası 0,125 mq/kq/sut (maksimal doza 7,5 mq) və yaxud 0,25 mq/kq/sut (maksimal doza 15 mq), və naproksenin başlanğıc dozası 10 mq/kq/sut təşkil etmişdir. Müşahidələrin birində bu dozalanma bütün 12 həftə boyu davam etmişdir, halbuki, digər müşahidədə 4 həftədən sonra meloksikamın sutkalıq dozasını tədricən 0,25 mq/kq/sut titrlənməsi ilə maksimal olaraq 22,5 mq və naproksenin sutkalıq dozasını tədricən 0,375 mq/kq/sut titrlənməsi ilə maksimal olaraq 15 mg/kg/sut çatdırılmışdır. Preparatın effektivliyinin analizi ACR Pediatric 30 kriteriləri əsasında, və valideyinlər və müşahidəçilər tərəfindən işlək və hərəkəti məhdud olan oynaqların sayı və eritrositlərin çökmə sürətinin qiymətləndiriməsi əsasında müəyyən olunmuşdur. Hər iki müşahidə zamanı hər üç qrupda müşahidə olunanların sayı eyni olmuşdur və qruplarda meloksikamın istifadə dozasında fərq müəyyən edilməmişdir . Farmakokinetikası Sorulması Əzələdaxili istifadə Əzələdaxili istifadədən sonra Meloksikam tamamilə absorbsiya olunur. Daxilə istifadə ilə müqayisədə mütləq biomənimsənilməsi 100% təşkil edir. Bu səbəbdən inyeksiya formasında peroral qəbul formasına keçirilmə zamanı doza seçiminin edilməsi tələb olunmur . 15 mq dozada inyeksiya zamanı 1.6 – 1.8 μg/mL təşkil edən pik plazma konsentrasiyası təxminən 1-6 saat müddətində əldə olunur . 7,5mq-dan 15 mq qədər müalicəvi dozalar arasında xətti asılılıq mövcuddur (7,5mq-15 mq müalicəvi dozada meloksikam xətti farmakokinetik xüsusiyyətə malikdir). Paylanması Meloksikam plazma proteinləri, əsasən albuminləri ilə yüksək dərəcədə (99%) birləşir. Meloksikam sinovial mayeyə penetrasiya edir (keçir), sinovial mayedəki konsentrasiyası plazmadakı konsentrasiyanın 50 %-ini təşkil edir. Əzələ daxili və yaxud vena daxili yeridilmədən sonra paylanma həcmi aşağı olur, orta hesabla 11L təşkil edir, fərdlərarası fərq 7 – 20% təşkil edir. Meloksikamın 7,5-15 mq dozada təkrar peroral qəbul edilməsi zamanı paylanma həcmi, variasiya əmsalı 11-32% arası dəyişilməklə, orta hesabla 16 L təşkil edir . Biotransformasiyası (Metabolizmi) Meloksikam qaraciyərdə əhəmiyyətli dərəcədə metabolizmə uğrayır. Meloksikam sidikdə müəyyən olunan 4 müxtəlif farmakoloji qeyri-aktiv törəmələrin əmələ gəlməsi ilə tam metabolizmə uğrayır. Əsas metabolit 5`-karboksimeloksikam (dozanın 60 %-i) aralıq metabolit 5`-hidroksimetil- meloksikamın oksidləşməsi nəticəsində əmələ gəlir, hansı ki, həmçinin ekskresiyaya uğrayır, lakin az miqdarda (dozanın 9 %-i təşkil edir) [108,134,136-140]. İn vitro tədqiqatlar göstərir ki, bu metabolik çevrilmədə CYP2C9 isofermenti mühüm rol oynayır, CYP3A4 isofermenti əlavə əhəmiyyət kəsb edir. Pasiyentlərdə çox güman ki, individual olaraq aktivliyi dəyişən peroksidaza, digər iki metabolitin əmələ gəlməsində (preparatın dozasından asılı olaraq müvafiq 16% və 4% təşkil edir) iştirak edir . Xaric olması Meloksikam əsasən metabolit şəklində eyni dərəcədə nəcis və sidik vasitəsilə xaric olur. Nəcislə dəyişilməmiş formada gündəlik dozanın 5 %-i xaric olur, sidikdə isə preparatın dəyişilməmiş hissəsinin miqdar baxımından yalnız izləri aşkar edilir. Daxilə qəbul olunduqda, əzələ daxili və vena daxili yeridildikdən sonra orta yarım parçalanma T1/2 müddəti (dövrü) 13 – 25 saat arası dəyişir. Birdəfəlik dozada daxilə qəbul olunduqda, əzələ daxili və vena daxili yeridildikdə ümumi plazma klirensi orta hesabla 7-12 ml/dəq. təşkil etmişdir. Xüsusi qrup pasiyentlərdə istifadəsi Qaraciyər/böyrək çatışmazlığı Qaraciyərin funksional çatışmazlığı, həmçinin yüngül və orta dərəcəli böyrək çatışmazlığının olması meloksikamın farmakokinetikasına əhəmiyyətli təsir etmir. Orta dərəcəli böyrək çatışmazlığı olan xəstələrdə preparatın ümumi klirensinin əhəmiyyətli dərəcədə yüksəlməsi müşahidə olunmuşdur. Ağır (terminal) dərəcəli böyrək çatışmazlığı olan pasiyentərdə proteinlərlə birləşmənin azalması müşahidə olunmuşdur. Ağır (terminal) dərəcəli böyrək çatışmazlığının olması zamanı paylanma həcminin yüksəlməsi sərbəst meloksikamın konsentrasiyasının artmasına səbəb ola bilər. Yaşlı pasiyetlər Yaşlı kişilərdə farmakokinetik parametrlər cavanlarda müşahidə edilən parametrlərə bənzər olmuşdur. Yaşlı qadınlarda AUC göstəricisi daha yüksək və yarım xaric olma dövrü cavanlarla müqayisədə daha uzun müddətli olmuşdur. Yaşlı xəstələrdə stabil farmakokinetika vəziyyətində plazma klirensinin orta göstəricisi cavanlarla müqayisədə az aşağı olmuşdur. Uşaqlarda istifadəsi 36 uşağın iştirakı ilə aparılan tədqiqatlarda preparatın peroral qəbul edilən suspenziya formasının istifadəsi ilə dozasının 0,25 mq/kq hesablanması ilə 18 sayda uşaqda preparatın farmakokinetik xüsusiyyətləri öyrənilmişdir [26]. Müxtəlif yaşlı uşaqlarda (2-6 yaş, n = 7 v ə 7- 14 yaş, n = 11) göstəricilərin müayisəsi zamanı az yaşlı uşaqlarda maksimal plazma konsentrasiyasının azalması tendensiyası Cmax (-34%) və AUC (-28%), lakin preparatın0-∞ klirensi (bədən kütləsi düzəlişi ilə) bu qrup uşaqlarda daha yüksək olmuşdur. Plazmada meloksikamın konsentrasiyası böyük yaşlı uşaqlarda və böyüklərdə bənzər olmuşdur. Hər iki yaş qrupunda meloksikamın yarım xaric olma dövrü bəzər olmuşdur (13 saat təşkil etmişdir), və böyüklərə nisbətən daha qısa olmuşdur (15-20 saat təşkil etmişdir). Preparatın toksikoloji cəhətdən qiymətləndirilməsi Geniş toksikoloji araşdırmalar proqramı əsasında meloksikamın münasib təhlükəsizlik profili müəyyən olunmuşdur. Daxilə istifadə olunan LD50 (letal doza) dişi siçovullara təxminən 98 mq/kq, kiçik donuzlara >800 mq qədər təşkil etmişdir. Venadaxili yeridilən doza siçovullarda təxminən 52 mq/kq, kiçik donuzlarda 100 – 200 mq/kq qədər təşkil etmişdir. Toksik təsirin əsas əlamətlərinə hərəki funksiyanın zəifləməsi, anemiya və sianozun olması aiddir. Ölümlə nəticələnən halların əsas səbəbi perforasiya və peritonitlə nəticələnən mədə xorası olmuşdur. Siçovullar və kiçik donuzlar üzərində digər QSİƏP təkrar dozanın istifadəsi ilə aparılan toksikliyin müəyyən edilməsi zamanı (xroniki toksiklik tədqiqatları) mədə-bağırsaq xorası və eroziyası, sürəkli müşahidələrdə isə böyrək ləyənciklərinin papilyar nekroz tipində zədələnməsini aşkar edilmişdir. Mədə-bağırsaq tərəfindən müşahidə olunan arzuolunmaz təsirlər daxilə qəbul edilən doza siçovullarda 1 mq/kq və daha yüksək, kiçik donuzlarda 3 1 mq/kq və daha yüksək təşkil etmişdir. Siçovullara 0.4 mq/kq və kiçik donuzlara 9 mq/kq və daha yüksək dozada vena daxili yeridilmədən sonra mədə-bağırsaq tərəfindən zədələnmələr müşahidə olunmuşdur. Böyrək ləyənciklərinin papilyar nekroz tipində zədələnməsi yalnız siçovullarda meloksikamın 0.6 mq/kq və yaxud daha yüksək dozada təsiri nəticəsində baş vermişdir. Reproduktiv funksiyaya toksiki təsiri araşdırmaları zamanı 4 mq/kq dozada siçovullarda və 80 mq/kq dozada dovşanlarda istifadəsi zamanı teratogen təsir müşahidə olunmamışdır. Siçovullarda 1 mq/kq və yaxud daha yüksək dozada daxilə istifadə zamanı ovulyasiyanın zəifləməsi, implantasiyanın qarşısının alınması, və embriotoksik effektlər müəyyən edilmişdir. İstifadə edilən dozalar insanlarda (75 kq cəkidə) istifadə edilən 7,5-15 mq doza həddindən 5 -10 dəfə artıq olmuşdur. Bütün prostoqlandin inhibitorlarının istifadəsi fonunda hamiləliyin son dövründə fetotoksik təsir aşkar edilmişdir. Klinikaya qədər tədqiqatlarda dişi siçovulların südündə meloksikam aşkar edilmişdir. Eyms testində və məməlilər hüceyrələri (V79/HPRT geni) üzərində aparılan gen mutasiyası testlərində meloksikamın mutagen aktivliyi (təsiri) aşkar edilməmişdir, insan periferik qan limfositlərində aparılan xromoson aberrasiyası testin və siçanların sümük iliyinin mikronüvə testi nəticəsinə əsasən klastogen təsiri aşkar edilməmişdir. Siçovullar və siçanlar üzərində aparılan kanserogen təsirin müəyyən olunması araşdırmalarında siçovullarda 0.8 mq/kq və siçanlarda 8 mq/kq dozada istifadə zamanı kanserogen potensial müəyyən edilməmişdir. Bu tədqiqatlarda meloksikam xondroneytral təsir göstərmişdir, məsələn, uzun müddətli təsiri zamanı oynaq qığırdağına zədələyici təsir etməmişdir. Siçanlar və suitilərdə meloksikam immunogen təsir göstərməmişdir. Bir neçə klinik sınaqlar nəticəsində daha əvvəl olan digər QSİƏP-lə müqayisədə meloksikamın fototoksik təsirinin daha az olması müəyyən edilmişdir, lakin bu cəhət piroksikam və tenoksikamda da eyni zamanda müşahidə edilmişdir. Yerli təsirin öyrənilməsi araşdırmalarında meloksikam qəbul qaydasınadan asılı olmayaraq venadaxili, əzələdaxili, rektal, dəri sətinə və okulyar istifadə zamanı yaxşı keçirilmişdir.
İstifadəsinə göstərişlər
– Ağrı ilə müşayiət olunan osteoartritin (artroz, oynaqların degenerativ xəstəliklərinin) – Revmatoid artritin – Ankilozlaşdırıcı spondilitin ilkin dövründə ağrı sindromunun müalicəsində və qısa- müddətli simptomatik müalicəsində istifadə olunur.
Əks göstərişlər
– Meloksikama və yaxud dərman vasitəsinin hər hansı bir köməkçi maddəsinə qarşı məlum yüksək həssaslıq reaksiyaları. – Anamnezdə asetilsalisil turşusunun və yaxud digər qeyri-steroid iltihab əleyhinə dərman vasitələrinin istifadəsindən sonra bronxial astma əlamətlərinin, burun polipləri, angionevrotik ödem və yaxud örə xəstəliyinin inkişaf etməsi. – Aorto-koronar şuntlama əməliyyatı (CABG) keçirmiş xəstələrdə perioperasion ağrıların müalicəsi. – Mədə və 12-barmaq bağırsağın xora xəstəliyi/perforasiyasının kəskinləşmə dövrü və yaxud yaxın zamanda kecirilməsi. – Kron xəstəliyinin və yaxud xoralı kolitin kəskinləşmə dövrü. – Ağır qaraciyər çatışmazlığı. – Hemodializ olmayan ağır böyrək çatışmazlığı. – Kəskin mədə-bağırsaq qanaxmaları, yaxınlarda keçirilmiş serebrovaskulyar qanaxmalar və yaxud müəyyən edilmiş qanın laxtalanma sistemi xəstəlikləri. – Ağır, nəzarət olunmayan ürək çatışmazlığı. – Hamiləlik və laktasiya dövrü. Aşağıda qeyd edilmiş vəziyyətlərdə inyeksiya üçün məhlulun istifadəsi əlavə olaraq əks göstərişdir – Əzələdaxili hematomanın yaranmasını nəzərə alaraq, antikoaqulyantlarla müalicə alan pasiyentlər. – Uşaqlar və 18 yaşa çatmamış yeniyetmələr. Xüsusi xəbərdarlıqlar və ehtiyat tədbirləri Xəstələrin anamnezində əvvəllər də mədə-bağırsaq traktı tərəfindən bu kimi ağırlaşmaların epizodlarının olması, yaxud bu əlamətlərin olmaması fonunda, digər QSİƏP təsiri nəticəsində olduğu kimi, müalicə müddətində hər (istənilən) vaxt mədə-bağırsaq qanaxması, xora xəstəliyi/perforasiyasının kəskinləşməsi simptomları müşahidə oluna bilər. Yaşlı xəstələrdə bu ağırlaşmaların daha ağır gedişli olması qeyd olunur. Anamnezində mədə-bağırsaq xəstəlikləri olan pasiyentlərdə ehtiyatla istifadə edilməlidir. Mədə- bağırsaq xəstəlikləri simptomları müşahidə olunan pasiyentlər müntəzəm olaraq nəzarət etmək lazımdır. Mədə-bağırsaq xorası və yaxud mədə-bağırsaq qanaxması baş verdikdə MOVALİS®- in istifadəsi dayandırılmalıdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
– Digər prostaqlandin sintaza inhibitorları (PSI), qlükokortikoidlər və salisilatlar (asesilsalisil turshusu) daxil olmaqla: eyni vaxtda istifadəsi zamanı sinergik təsir nəticəsində MBT-da xoranın və mədə-bağırsaq qanaxmasının inkişaf etmə riski yüksəlir, və birgə istifadəsi tövsiyə edilmir. Meloksikamın digər QSİƏP-lə birgə istifadəsi tövsiyə edilmir. Sağlam könüllülərdə meloksikamın asesilsalisil tirşusu ilə (1 q. gündə 3 dəfə) birgə max (24%) göstəricilərin artması iləistifadəsi zamanı meloksikamın AUC-un (10%) və C müşahidə edilmişdir. Bu qarşılıqlı təsirin klinik əhəmiyyəti məlum deyil . – Oral antikoaqulyantların, sistemli istifadə edilə heparin, trombolitik vasitələr: qanaxma riskini artırır. Əgər bu vasitələrin eyni zamanda istifadəsindən imtina edilməsi mümkün deyilsə, bu zaman antikoaqulyantların təsirlərinin dəqiq nəzarət altında saxlanılması tələb olunur. (inyeksiya üçün məhlula aid məlumat üçün: Əks göstərişlər bölməsinə bax.) – Antiaqreqantlar və serotoninin geriyə tutulması inhibitoları: aqreqasiyanı inhibə edərək, qanaxma riskinin yüksəlməsinə səbəb olur. – Litium preparatları: böyrəklərin litiumun sekresiyasını azaltması təsiri hesabına, QSİƏP- lar litiumun plazmadakı konsentrasiyasını artırır, bu da toksiki əlamətlərlə nəticələnə bilər. QSİƏP-ın litium preparatları ilə eyni zamanda təyini tövsiyə edilmir. Əgər bu cür kombinasiyanın təyini tələb olunarsa, bu zaman litiumin plazma konsentrasiyası müalicənin əvvəli, dozanın seçimi zamanı və meloksikamın qəbulunu dayandırarkən litiumun plazma konsentrasiyasına nazatət edilməlidir. – Metotreksat: QSİƏP-lar metotreksatın kanalcıq sekresiyasını azalda bilər, nəticədə metotreksatın plazma konsentrasiyası yüksələ bilər. Bu səbəbdən metotreksatı yüksək dozada qəbul edən xəstələrdə (həftə 15 mq-dan artıq dozada) QSİƏP təyini tövsiyə edilmir. QSİƏP-ın metotreksatla qarşılıqlı təsiri riski həmçinin metotreksatın kiçik dozada qəbulu zamanı müəyyən edilə bilər, xüsusilə, böyrəklərin funksional pozğunluğu olan pasiyentlərdə. Combinasiya ilə müalicənin edilməsi zərurəti yaranarsa, bu zaman qan formulasına və böyrəklərin funksiyasına nəzarət edilməsi tələb olunur. QSİƏP və metotreksat eyni zamanda 3 gün ərzində ehtiyatla təyin edilməlidir, çünki bu zaman metotreksatın plazma konsentrasiyası arta bilər və bu toksiki effektlərlə nəticələnə bilər. Meloksikamın metotreksat ilə eyni zamanda istifadəsi metotreksatın həftədə 15 mq dozasının farmakokinetikasına təsir etməmişdir, lakin nəzərə almaq lazımdır ki, metotreksatın QSİƏP-la eyni zamanda təyini metotreksatın hematoloji toksikliyini artırır. – Kontrasepsiya: əvvəllər QSİƏP-in uşaqlıq daxili vasitələrin effektivliyin azaltması barədə məlumatlar verilmişdir, lakin, bu müşahidələr sonrakı təsdiqini tələb edir. – Sidikqovucu vasitələr (diuretiklər): QSİƏP ilə müalicə zamanı dehidratasiya (susuzlaşma) vəziyyətində olan xəstələrdə kəskin böyrək çatışmazlığının inkişaf etmə riski artır. MOVALİS və diuretiklər qəbul edən xəstələrdə müalicəyə başlamazdan əvvəl adekvat (uyğun olan) hidratasiyanın keçirilməsi və böyrək funksiyasının nəzarətdə saxlanılması tələb olunur. – Antihipertenziv vasitələr (məsələn, beta-blokatorlar, ACF-inhibitorlar, vasodilatorlar, diuretiklər): vazodilatasiya xüsusiyyətinə malik olan prostoqlandinləri inhibə etməsi ilə əlaqədar olaraq, antihipertenziv vasitələrin effektivliyini azaldır. – QSİƏP angiotenzinII reseptorlarının antaqonistləri ilə birgə təyini (AÇF inhibitorları kimi)qlomerulyar filtrasiyanın azalması effektini artırır. Böyrək funksiyasının çatışmazlığı olan pasiyentlərdə bu kəskin böyrək çatışmazlığının inkşaf etməsi ilə nəticələnə bilər. – Meloksikam mədə-bağırsaq traktında xolestiramin ilə birləşərək onun daha tez xaric olmasına səbəb olur. – QSİƏP böyrək prostaqlandinlərinə təsir edərək siklosporinin neftotoksik təsirini gücləndirə bilər. Kombinə olunmuş müalicə zamanı böyrək funksiyasına nəzarət edilməsi tələb olunur. – Pemetrksed: meloksikamla yanaşı pemetreksedin istifadəsi üçün kreatinin klirensi 45-dən 79 ml/dəq-dək olan pasiyentlərdə pemetreksedin qəbulundan 5 gün əvvəl, qəbul edilən gün və 2 gün sonra meloksikamın istifadəsini dayandırılması tələb olunur. Əgər meloksikamla pemetreksedin kombinasiyasının təyin edilməsi zəruridirsə, bu halda pasiyentlər miyelosupressiya və mədə-bağırsaq tərəfindən əlavə təsirlərin yaranması hallarına diqqət yetirməlidirlər. Kreatinin klirensi 45-dən aşağı olan pasiyentlərdə meloksikamın pemetreksed ilə kombinasiyasının təyin edilməsi tövsiyə edilmir. Meloksikam orqanizmdən əsasən qaraciyər metabolizmi yolu ilə xaric edilir, qaraciyəydə metabolizmə məruz qalan preparatın təxminən 2/3 hissəsi sitoxrom P450 izoferment sistemi vasitəsi ilə parçalanır (metabolizmin əsas yolunu CYP2C9 və əlavə yolunu CYP3A4 təşkil edir), təxminən 1/3 hissəsi digər sistemlər vasitəsi ilə metabolizmə uğrayır, məsələn peroksid oksidləşməsi yolu ilə. Meloksikamla birgə CYP 2C9 və/və yaxud CYP 3A4 sitoxromlarını inhibə etmə qabiliyyətinə malik olan və bu fermentlərin iştirakı ilə metabolizmə uğrayan dərman vasitələri ilə istifadə edildikdə farmakokinetik qarşılıqlı təsiri nəzərə almaq lazımdır. Perolral antidiabetik preparatlar (sulfonil-sidik cövhəri qrupuna aid olan antidiabetik peroral preparatlar, nateqlinid) kimi CYP 2C9 vasitəsi ilə metabolizmə uğrayan preparatlarla qarşılıqlı təsiri gözləniləndir, bu qarşılıqlı təsir nəticəsində bu preparatların plazma səviyyəsi yüksələ bilər. Meloksikamla birgə sulfonilsidik cövhəri qrupuna aid olan antidiabetik peroral preparatlar və yaxud nateqlinid preparatlarının qəbulu zamanı hipoglikemiyanın müəyyən edilməsinə diqqət yetirmək lazımdır. Meloksikamın antasidlərlə, simetidin, diqoksin və furosemid ilə birgə qəbul edilməsi zamanı nəzərə çarpan farmakokinetik qarşılıqlı təsirlər aşkar edilməmişdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
hamiləlik zamanı istifadəsi əks göstərişdir.MOVALİS®-in Prostoqlandinlərin sintezinin ləngiməsi hamiləliyə və dölün inkifına məfi təsir göstərə bilər. epidemioloji tədqiqatların məlumatlarına əsasən hamiləliyin erkən mərhələlərində prostaqlandinlərin sintezinin inhibitorlarının qəbulundan sonra düşüklərin və ürək qüsurlarının, qastroşizisin inkişaf etmə riski yüksəlir. Ürək-damar sistemi qüsurlarının mütləq nisbi göstəricisi 1%-dən 1,5%-dək yüksəlmişdir. Risk preparatın dozasından və müalicə müddətindən asılı olaraq yüksəlir. Klinikaya qədər tədqiqatlar nəticəsində prostoqlandinlərin sintezinin inhibitorlarının qəbulu zamanı pre və post implantasion itkilərin və embrio-fetal ölüm təhlükəsinin artması aşkar edilmişdir. Əlavə olaraq, müxtəlif qüsurların, ürək-damar qüsurları daxil olmaqla, inkişaf etmə hallarının artması, klinikayaqədər tədqiqatlara əsasən, prostaqlan- dinlərin sintezinin inhibitorlarının orqanogenetik dövürdə qəbulu zamanı baş vermişdir. Hamiləliyin III trimestində hər hansı bir prostoqlandinlərin sintezinin inhibitorlarının qəbulu zamanı dölün inkişafına aşağıda qeyd edilən təsir güstərə bilər: – Kardio-pulmonar təsir (arterial axacağən vaxtından əvvəl bağlanması və ağciyər hipertenziyası) – Böyrək disfunksiyası, gələcəkdə böyrək çatışmazlığının inkişafına səbəb olan amniotik mayenin miqdarının azalması Hamiləliyin sonunda, doğuş zamanı : – Anada qanaxma müddətinin artması, antiaqreqant təsiri hətta çox aşağı dozada inkişaf edə bilər – Uşaqlığın yığılma qabiliyyəti zəifləyə, və bunun nəticəsi kimi doğuş müddəti uzana bilər. Siklooksigenaza/prostoqlandinlərin sintezinin inhibə edən digər preparatlar kimi meloksikamın qəbulu fertilliyə təsir göstərə bilər, bu səbəbdən də hamiləliyi planlaşdıran qadınlara bu dərman vasitəsinin qəbul edilməsi tövsiyə edilmir. Meloksikam ovulyasiya müddətini uzada (ləngiməsinə səbəb ola) bilər. Bu səbəbə görə, qadınlarda mayalanma qabiliyyətinin pozulması zamanı və yaxud sonsuzluq səbəbindən müayinə olunduqda meloksikamın istifadəsinin dayandırılması haqqında məsələni nəzərdən keçirmək lazımdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatın avtomobil və digər mexanizmləri idarəetmə qabiliyyətinə təsiri etməsinə dair müşahi- dələr aparılmamışdır. Lakin görmə pozğunluqları, o cümlədən qeyri aydın görmə, başgicəllənmə, yuxululuq, mərkəzi sinir sistemi tərəfindən yaranmış pozğunluqlar səbəbindən inkişaf etmiş başgicəllənmə kimi əlavə təsirlərin baş verməsi haqda xəstələrə məlumat verilməlidir. Avtomobilləri idarə edən zaman və mexanizmlərlə işləyərkən ehtiyatlı olmaq lazımdır. Yuxarıda qeyd edilən vəziyyətlərdən əziyyət çəkən pasiyentlər avtomobillərin və mexanizmlərin idarə edilməsi kimi potensial təhlükəli fəaliyyətlə məşğul olmaqdan çəkinməlidirlər.
İstifadə qaydası və dozası
İnyeksiya üçün məhlul inyeksiya üçün məhlul əzələ daxili dərin yeridilir və yalnız ilk bir necə günMOVALİS müddətində istifadə edilə bilər. Müalicədən asılı olaraq, gələcəkdə (bundan sonra) daxilə qəbul edilən dərman formaları (tablet və kapsullar) istifadə edilə bilər. inyeksiya üçün məhlul venadaxili istifadə edilə bilməz.MOVALİS Mümkün olan uyuşmazlığı nəzərə alaraq, MOVALİS inyeksiya üçün məhlulu digər dərman vasitələri ilə bir şprisdə qarışdırmaq olmaz. Əlavə təsirlərin inkişaf riski dozanın miqdarından və istifadə müddətindən asılı olduğundan preparat mümkün qədər qısa müddətdə və aşağı effektiv gündəlik dozada istifadə olunmalıdır MOVALİS -in ümumi gündəlik dozada gündə bir dəfə qəbul edilir. Tövsiyə olunan maksimal gündəlik doza 15 mq təşkil edir Ağrı ilə müşayiət olunan osteoartrit Sutkalıq doza 7,5 mq/sut təşkil edir. Tələb olunarsa doza 15 mq/sut-dək artırıla bilər. Revmatoid artrit Sutkalıq doza 15 mq/sut təşkil edir . Müalicəvi tələblərə əsasən, doza 7,5 mq/sut-dək azaldıla bilər. Ankilozlaşdırıcı spondilit Sutkalıq doza 15 mq/sut təşkil edir. Müalicəvi tələblərə əsasən, doza 7,5 mq/sut-dək azaldıla bilər. (Yalnız Birləşmiş Ştatlar və Rusiya üçün) Yuvenil Revmatoid artrit 0,125 mq/kq/sut, maksimal gündəlik doza 7,5 mq təşkil edir [16,17]. Bədən çəkisi Oral suspenziyanın sutkalıq dozası Meloksikamın sutkalıq dozası 12 kq 1,0 ml 1,5 mq 24 kq 2,0 ml 3,0 mq 36 kq 3,0 ml 4,5 mq 48 kq 4,0 ml 6,0 mq ≥60 kq 5,0 ml 7,5 mq Xüsusi qrup pasiyentlər Anamnezində mədə-bağırsaq xəstəlikləri və yaxud ürək-damar xəstəlikləri baxımından yüksək risk qrupuna daxil olan xəstələrdə əlavə təsirlərin baş verməsi riskinin yüksək olması səbəbindən, bu xəstələrdə müalicənin 7,5 mq dozada başlanması tələb olunur. (bax.bölmə Xüsusi xəbərdarlıqlar və “Ehtiyat tədbirləri”). Yüngül və yaxud orta dərəcəli böyrək funksiyasının pozğunluqları olan pasiyentlərdə (kreatinin klirensi ≥25 ml/dəq olan pasiyentlərdə) doza dəyişikliklərinin edilməsi tələb olunmur. Dializ olunmayan ağır dərəcəli böyrək funksiyasının pozğunluqları olan pasiyentlərdə MOVALİS -in istifadəsi əks göstərişdir (bax: “Əks göstərişlər”). Hemodializ olunan çox ağır (terminal) dərəcəli böyrək funksiyasının pozğunluqları olan pasiyentlərdə sutkalıq doza 7,5 mq/sut –dan artıq olmamalıdır. Pediatriyada istifadəsi (Yalnız Birləşmiş Ştatlar və Rusiya üçün) 2 yaş və daha böyük yaşlı pediatrik xəstələrdə yuvenil revmatoid artritin müalicəsi zamanı dozanın 0,125 mq/kq/sut-dan artıq yüksəldilməsi tövsiyə edilmir, maksimal sutkalıq doza 7,5 mq/sut qədər olması tələb olunur. 12-18 yaşlı yeniyetmələrdə tövsiyə edilən maksimal sutkalıq doza 0,25 mq/kq və 15 mq-dan artıq olmamalıdır. 12 yaşdan aşağə uşaqlara MOVALİS tablet və kapsulların istifadəsi əks göstərişdir, çünki bu qrup pasiyentlərdə bu dərman formalarının dozalara bölünməsi mümkün (əlverişli) deyil (bax: “Əks göstərişlər”). inyeksiya üçün məhlulun uşaqlarda və yeniyetmələrdə istifadəsi müəyyənMOVALİS edilməmişdir, bu səbəbdən uşaqlarda və yeniyetmələrdə istifadəsi əks göstərişdir (bax: “Əks göstərişlər”).
Əlavə təsirləri
istifadəsi zamanı ehtimal edilən əlavə təsirlər aşağıda göstərilmişdir.MOVALİS®-in [MOVALİS®-in geniş istifadəsi zamanı mümkün kimi qeyd olunan aşkar edilən arzuolunmaz əlavə təsirlər aşağıda qeyd edilmiş referent nömrə ilə nişanlanmışdır]. Qan və limfa sistemində yaranan pozğunluqlar Qan formulunun dəyişməsi (o çümlədən leykositar formulun dəyişməsi),leykopeniya, trombositopeniya, anemiya. Sitopeniyanın inkişaf etməsi üçün səbəb olan amillərə həmçinin eyni zamanda mümkün miyelotoksik təsirə malik olan preparatların, məsələn, metotreksatın, istifadəsi ola bilər. İmmun sistemdə baş verən pozğunluqlar Anafilaktik reaksiyalar, anafilaktoid reaksiyalar və digər dərhal tipli allergik hiperhəssaslıq reaksiyaları. Psixiatrik pozğunluqlar Fikir dağınıqlığı, dezorientasiya (orientasiyanın pozulması), əhval-ruhiyyənin pozulması Sinir sistemində baş verən pozğunluqlar Başgicəllənmə, yuxululuq, baş ağrısı Görmə orqanı tərəfindən yaranmış pozğunluqlar Görmə pozğunluğu, o cümlədən, qeyri-aydın görmə, konyunktivit Eşitmə və labirint pozğunluqları Başgicəllənmə, qulaqda küy Ürək pozğunluqları Palpitasiya (ürəkdöyünmələr) Damar pozğunluqları Arterial təzyiqinin yüksəlməsi, istibasmalar. Respirator sistem, döş qəfəsi və divararası orqanlarda baş verən pozğunluqlar Aspirin və ya digər QSİƏP qəbul etdikdən sonra yaranan astma Mədə-bağırsaq sistemində baş verən pozğunluqlar Mədə bağırsaq perforasiyası, gizli və aşkar mədə-bağırsaq qanaxmaları, qastro-duodenal xora, kolit, qastrit, ezofaqit, stomatit, abdominal (qarın nahiyəsində) ağrı, dispepsiya, ishal, ürəkbulanma, qusma, qəbizlik, köpmə (meteorizm), qəyirmə. Mədə-bağırsaq qanaxmaları, xora və yaxud perforasiya letal nəticələnə bilər. Hepatobiliar pozğunluqlar Hepatit, qaraciyərin funksional göstəricilərinin müvəqqəti (bərpa olunan) dəyişiklikləri (o çümlədən, transaminazaların və yaxud bilirubin) Dəri və dərialtı toxumada baş verən pozğunluqlar Toksik epidermal nekloliz, Stivens-Conson sindromu, anqioödem, bullyoz dermatit, multiformalı eritema, səpgi, övrə, fotosensibilizasiya reaksiyaları, qaşınma Böyrək və sidik yollarında baş verən pozğunluqlar Kəskin böyrək çatışmazlığı, böyrək funksional göstəricilərinin dəyişiklikləri (qan zərdabında kreatininin və/və yaxud sidik cövhərinin səviyyəsinin yüksəlməsi) QSİƏP qəbulu sidik ifrazının çətinləşməsi, o cümlədən kəskin sidik ləngiməsi ilə müşahidə oluna bilər. Reproduktiv sistemdə və döş vəzilərində baş verən pozğunluqlar Qadınlarda sonsuzluq, ovulyasiyanın ləngiməsi Preparatın istifadəsi qaydası ilə bağlı ümumi vəziyyətdə olan pozğunluqlar Ödem İnyeksiya üçün məhlulun istifadəsi zamanı müşahidə olunan arzuolunmaz təsirlər əlavə olaraq aşağıda qeyd edilmişdir İmmun sistemdə baş verən pozğunluqlar Anafilaktik şok Preparatın istifadəsi qaydası ilə bağlı ümumi vəziyyətdə olan pozğunluqlar İnyeksiya sahəsində ağrı və şişkinlik
Doza həddinin aşılması
Xüsusi antidotun məlum olmaması səbəbindən, doza həddinin aşılması zamanı ümumi simptomatik tədbirlərin görülməsi tələb olunur. Klinik müşahidələr zamanı meloksikamın xolestiramin vasitəsi ilə sürətlə xaric olması göstərilmişdir.
Buraxılış forması
1,5 ml inyeksiya üçün məhlul , ampullarda. 3ampul içlik vərəqə ilə birlikdə kаrton qutuya qablaşdırırlır.
Saxlanma şəraiti
C-dən yuxarı olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə30 saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
“Beringer İngelheim Espana” S.A.,İspaniya. Qeydiyyat vasiqəsinin sahibi “Beringer İngelheim İnterneyşnl GmbH” Almaniya.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.