Metipred 4 mq N30 tablet

Təsiredici maddə: METHYLPREDNISOLONE
Təsiredici maddəMETHYLPREDNISOLONE
Dərman formasıTablet
Farmakoloji təsirSistem istifadə üçün kortikosteroidlər
İstehsal ölkəsiFinlandiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

7,20 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

METİPRED tabletlər METHYPRED

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 4mq və ya 16 mq metilprednizolon vardır; Köməkçi maddələr: laktoza monohidrat, qarğıdalı nişastası, jelatin, maqnezium stearat, talk.

Təsviri

Ağ və ya demək olar ki, ağ rəngli, üzərində çərtmə olan yastı tabletlərdir.

Farmakoterapevtik qrupu

Sistem istifadə üçün kortikosteroidlər. ATC kodu Н02АВ04.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Digər qlükokortikoidlər kimi, metilprednizolonun təsiri sitoplazmada steroid reseptorlarla qarşılıqlı təsir vasitəsilə həyata keçir. Steroidreseptor kompleksi hüceyrənin nüvəsinə nəql edilir, DNT ilə birləşir və əksər zülallar üçün genlərin transkripsiyasını dəyişir. Qlükokortikoidlər əksər zülalların, oynaqların destruksiyasına səbəb olan (revmatoid artrit zamanı) müxtəlif fermentlərin, həmçinin, immun və iltihabi reaksiyalarda mühüm rol oynayan sitokinlərin sintezini tormozlayır. Qlükokortikoidlərin neyroendokrin qarşılıqlı təsirlərinin açar zülalı olan lipokortinin sintezini gücləndirir ki, bu da iltihabi və immun cavabın azalmasına gətirib çıxarır. Qlükokortikoidlər simptomatik təsir göstərir, xəstəliyin səbəbinə təsir göstərmədən, onun təzahürünü azaldır. Metilprednizolon güclü təsirə malik iltihabəleyhinə steroiddir, onun iltihabəleyhinə potensialı prednizolona nisbətən daha yüksəkdir. O, həmçinin, natrium ionlarını və suyu orqanizmdə prednizolona nisbətən daha az saxlayır. Venadaxili yeridilmə zamanı metilprednizolon və hidrokortizonun aktivliyinin eozinofillərin sayının azalmasına görə hesablanmış nisbəti ən azı 4:1 təşkil edir. Eynilə bu nisbət metilprednizolon və hidrokortizonun peroral qəbulu zamanı müşahidə edilir. Metilprednizolonun endokrin təsirlərinə AKTH-nin sekresiyasının tormozlanması, endogen kortizolun hasil edilməsinin inhibə olunması aiddir. Farmakokinetikası Metilprednizolonun farmakokinetikası xətti xarakter daşıyır və yeridilmə üsulundan asılı deyildir. Sorulması. Peroral metilprednizolonun biomənimsənilməsi adətən 80 %-dən çoxdur, lakin, o, yüksək dozadan istifadə zamanı 60 %-ə qədər azala bilər. Metilprednizolonun peroral qəbulu zamanı qan zərdabında pik konsentrasiya 1-2 saatdan sonra müşahidə edilir. Раylanması. Metilprednizolon intensiv şəkildə toxumalara paylanır, hematoensefalik baryerdən keçir və ana südü ilə xaric olur. Metilprednizolonun təqribən 77%-i insan orqanizmində plazma zülalları ilə birləşir. Metabolizmi. Мetilprednizolonun metabolizmi qaraciyərdə, əsasən qeyri-aktiv metabolitlərin əmələ gəlməsi ilə CYP3A4 fermenti vasitəsilə baş verir. Yeridilmə. Metilprednizolonun orta yarımxaricolma dövrü 1,8 saatdan 5,2 saat arasında dəyişir. Orta klirens 5-6 ml/kq/dəq. İltihab əleyhinə təsir müddəti – 18-36 saatdır.

İstifadəsinə göstərişlər

Qlükokortikoidlərlə sistem və ya yerli terapiya tələb edən vəziyyətdə , əsasən autoimmun xəstəliklərdə: iltihabi və sistem revmatik xəstəliklər (məsələn revmatoid artrit, yuvenil revmatoid artrit, ankilozlaşdırıcı spondiloartrit); kollagenozlar (məsələn sistem qırmızı qurdeşənəyi, sistem dermatomiozit); allergik vəziyyətlər (məsələn yüksək həssaslıq reaksiyaları, zərdab xəstəliyi, kontakt dermatit, anafilaktik şok); ağciyər xəstəlikləri (məsələn ağ ciyərlərin sarkoidozu, bronxial astma); kəllədaxili təzyiqin aşağı salınması, (məsələn yenitörəmələr fonunda benin ödemi); trasplantatın dəf edilməsi reaksiyası; bəzi dermotoloji xəstəliklər (məsələn adi qabar); hemotoloji xəstəliklər (məsələn idiopatik trombositopenik purpura, autoimmun hemotoloji anemiya); şiş xəstəlikləri, sitostatik müalicə ilə birlikdə (məsələn leykemiya, bədxassəli limfoma, mieloma və süd vəzilərinin xərçəngi); sitostatik müalicə ilə bağlı ürəkbulanma; qaraciyər xəstəliyi (məsələn autoimmun hepatit), nevroloji xəstəliklər (məsələn dağınıq skleroz, miasteniya); gğz xəstəliyi (məsələn uveit, göz sinirinin nevriti); böyrək xəstəliyi (məsələn qlomerulonefrit); mədə-bağırsaq xəstəlikləri ( məsələn qeyri-spesifik xoralı kolit, Kron xəstəliyi).

Əks göstərişlər

Dərman vasitəsinin tərkibində olan aktiv maddələrə və ya hər hansı bir maddəyə qarşı yüksək həssaslıq. Sistem göbələk infeksiyaları. Kortikosteroidlərin immunosupressiv dozalarını alan pasiyentlərə canlı və ya zəiflədilmiş canlı vaksinlərin yeridilməsi əks göstərişdir.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

İmmunosupressiv effektlər/ infeksiyalara qarşı yüksəlmiş həssaslıq Kortikosteroidlər infeksiyalara meyilliyi yüksəldə bilər, infeksiyaların bəzi əlamətlərini gizlədə bilər, onlardan istifadə zamanı isə yeni infeksiyalar yarana bilər. Kortikosteroidlərdən istifadə zamanı orqanizmin müqaviməti və onun infeksiyanı lokallaşdırma qabiliyyəti azala bilər. Bu infeksiyalar yüngül dərəcədə ağır, lakin ağır dərəcədə ola və bəzən ölümlə nəticələnə bilər. Kortikosteroidlərin dozasının yüksəldilməsi ilə infeksion fəsadların baş verməsi tezliyi artır. Suçiçəyi və qızılca immunizasiya olunmamış və kortikosteroid qəbul edən uşaqlarda və ya böyüklərdə daha ağır gedişə malik ola və hətta ölümə səbəb ola bilər. Zədələnmiş və ya şübhəli strongiloidoz (Strongyloides) (bağırsaq nematodları qrupundan olan gelmintoz) parazitar infeksiyaları olan xəstələrdə kortikosteroidlər xüsusi ehtiyatla qəbul edilməlidir. Belə pasiyentlərdə kortikosteroidlərin qəbulu ilə induksiyalaşmış immunosupressiya Strongyloides superinfeksiyasına və sürfələrin geniş miqrasiyası ilə disseminəolunmuş infeksiyaya gətirib çıxara bilər ki, bu da tez-tez ağır enterokolitin inkişafı ilə və ölümcül qrammənfi septisemiyanın inkişaf riski ilə müşayiət olunur. Kortikosteroidin immunosupressiv dozalarını alan pasiyentlərə canlı və ya zəiflədilmiş canlı vaksinlərin yeridilməsi əks göstərişdir. Belə pasiyentlərə öldürülmüş və ya inaktivləşdirilmiş vaksin yeridilə bilər, lakin, lakin belə vaksinlərə cavab zəif ola bilər. Göstərilmiş immunizasiya prosedurlarını kortikosteroidlərin qeyri-immunosupressiv dozalarını alan pasiyentlərdə aparmaq olar. Aktiv vərəm zamanı kortikosteroidlərin istifadəsi fulminant və ya disseminəolunmuş vərəmlə məhdudlaşdırılmalıdır və bu zaman kortikosteroidlər xəstəliyin müalicəsi üçün vərəməleyhinə müalicənin müvafiq rejimi ilə kombinasiyada istifadə edilir. Əgər kortikosteroidlər latent vərəmli və ya tuberkulinə reaktiv pasiyentlərə təyin edilmişdirsə, pasiyenti ciddi müşahidə etmək lazımdır, belə ki, xəstəliyin reaktivləşməsi mümkündür. Kortikosteroidlərlə uzunmüddətli müalicə zamanı bu pasiyentlər kimyaprofilaktika almalıdırlar. Kortikosteroidlərlə müalicə alan pasiyentlərdə, Kapoşi sarkoması müşahidə edilmişdir. Kortikosteroidlərlə müalicənin dayandırılması klinik remissiyaya gətirib çıxara bilər. Qan və limfatik toxumaya təsiri Aspirin və qeyri steroid iltihab əleyhinə dərman vasitəri ilə kortikosteroidlərin kombinasiyada ehtiyatla istifadə etmək lazımdır. İmmun sistemə təsiri Allergik reaksiyalar baş verə bilər. Kortikosteroidlərlə müalicə alan pasiyentlərdə nadir hallarda dəri reaksiyaları və anafilaktik/anafilaktoid reaksiyalar qeydə alındığından, kortikosteroid qəbul etməzdən əvvəl xüsusi ehtiyat tədbirləri görmək lazımdır, əsasən də xüsusilə əgər pasiyentin anamnezində istənilən dərman vasitəsinə allergiya müşahidə olunmuşdursa. Endokrin sistemə təsiri Kortikosteroidlərin terapevtik dozalarda uzun müddət istifadəsi hipotalamo-böyrəküstü vəzinin supressiyasına (yəni ikincili böyrəküstü vəzilərin qabıq maddəsi çatışmazlığı) səbəb ola bilər. Bu təsir, günaşırı dərman vasitəsi təyin etməklə minimuma endirilə bilər. Bundan əlavə, qlükokortikoid istifadəsinin qəflətən dayandırılması halında, kəskin böyrək çatışmazlığı ölümcül nəticələrlə inkişaf edə bilər. Böyrəküstü vəzilərin qabıq maddəsinin dərman vasitəsilə induksiyalaşdırılmış ikincili çatışmazlığının inkişafını dozanı tədricən azaltmaqla minimuma endirmək olar. Bu tip nisbi çatışmazlıq müalicənin dayandırılmasından sonra bir ay müddətində müşahidə edilə bilər; ona görə də bu dövr ərzində stress vəziyyətin baş verməsi zamanı hormonal müalicəni bərpa etmək lazımdır. Mineralokortikoidlərin sekresiyası pozula bildiyindən, eyni zamanda elektroidlər və/və ya mineralokortikoid qəbul etmək lazımdır. Əgər pasiyent kortikosteroid qəbul edən zaman ani, ağır stresə məzuz qalırsa, stress hallarında, əvvəl və sonrasında yüksək dozalarda sürətlə təsir edən kortikosteroidlərin yeridilməsi tələb olunur. Qlükokortikoidlərin istifadəsinin qəflətən dayandırılmasından sonra həmçinin “ləğvetmə sindromu” inkişaf edə bilər, hansı ki, ilk baxışda böyrəküstü vəzilərin qabıq maddəsinin çatışmazlığı ilə bağlı deyildir. Bu sindroma aşağıdakı simptomlar aiddir: anoreksiya, ürəkbulanma, qusma, əzginlik, başağrısı, bədən temperaturunun yüksəlməsi, oynaqlarda ağrı, dərinin qabıq qoyması, mialgiya, bədən kütləsinin azalması və/və ya arterial hipotenziya. Hesab edilir ki, bu effektlər kortikosteroidlərin aşağı konsentrasiyalarının deyil, qlükokortikoidlərin konsentrasiyasının qəfil dəyişməsinin nəticəsidir. Qlükokortikoidlər Kuşinq sindromunu törətmək və ya onu kəskinləşdirmək qabiliyyətinə malik olduqlarından, Kuşinq xəstəliyi olan pasiyentlər qlükokortikoidlərin istifadəsindən qaçmalıdırlar. Hipotireozu olan pasiyentlərdə kortikosteroidlərin aydın ifadə olunan yüksək effektləri qeyd olunur. Maddələr mübadiləsi və qidalanma Kortikosteroidlər, xüsusilə, metilprednizolon qanda qlükozanın səviyyəsini yüksəldə, artıq mövcud olan şəkərli diabetin gedişini pisləşdirə və kortikosteroidlərlə uzunmüddətli müalicə alan pasiyentlərdə şəkərli diabetin inkişafına səbəb ola bilər. Psixi pozğunluqlar Kortikosteroidlərdən istifadə zamanı eyforiyadan, yuxusuzluqdan, əhvalın aşağı düşməsindən, şəxsiyyətin dəyişməsindən və ağır depressiyadan psixozun aşkar manifestasiyasına qədər psixi pozğunluqlar baş verə bilər. Həmçinin, kortikosteroidlərin istifadəsi zamanı mövcud emosional qeyri-stabillik kəskinləşə və ya psixozun inkişafına meyillilik güclənə bilər. Sistem kortikosteroidlərin istifadəsi zamanı potensial ağır psixi əlavə təsirlər inkişaf edə bilər. Adətən simptomlar müalicənin başlanmasından sonra bir neçə gün və ya həftə ərzində meydana çıxır. Reaksiyaların əksəriyyəti dozanın azaldılmasından və ya müalicənin dayandırılmasından sonra aradan qalxır, baxmayaraq ki, spesifik müalicəyə zərurət yarana bilər. Pasiyentlərə qulluq edən pasiyentlər/şəxslərə məlumat vermək lazımdır ki, əgər pasiyentdə psixi simptomlar meydana çıxarsa, xüsusilə depressiv əhvala və ya suisidal fikirlərə şübhə olduqda onlar tibbi kömək üçün müraciət etməlidirlər. Pasiyentlərə qulluq edən pasiyentlər/şəxslərə xəbərdarlıq edilməlidir ki, sistem kortikosteroidlərin dozasının azaldılması zamanı və ya kortikosteroidlərin ləğvindən dərhal sonra mümkün psixi pozğunluqlar baş verə bilər. Şəxsi anamnezində və ya birinci dərəcəli qohumluğu olan qohumların anamnezində depressiv vəziyyət, maniakal-depressiv və ya steroid psixoz kimi ağır affektiv pozğunluqları olan pasiyentlərə sistem kortikosteroidlər təyin edərkən ehtiyatlı olmaq lazımdır. Sinir sisteminə təsiri Kortikosteroidlər qıcolmaları olan pasiyentlərdə ehtiyatla istifadə edilməlidir. Kortikosteroidlər Myastenia gravis olan olan pasiyentlərdə ehtiyatla istifadə edilməlidir. Kortikosteroidləri adətən uzun müddət yüksək dozalarda qəbul edən pasiyentlərdə epidural lipomatozun inkişafı barədə məlumat olmuşdur. Görmə orqanlarına təsiri Kortikosteroidləri sadə herpesin göz forması olan pasiyentlərdə ehtiyatla istifadə etmək lazımdır, belə ki, bu zaman buynuz qişanın perforasiyası inkişaf edə bilər. Qlaukomalı pasiyentlərə daimi nəzarət tələb olunur (və ya müsbət ailə anamnezində). Görmə pozğunluğu. Kortikosteroidlərin lokal və ya sistem istifadəsi zamanı gormə pozğunluğu baş verə bilər. Əgər pasiyentin gözündə bulanıqlıq və ya başqa simptomlar yaranmışsa, mümkün səbəbi müəyyən etmək üçün həkim-oftolmoloqa müraciət etmək lazımdır. Lokal və ya sistem kortikosteroidlərin istifadəsindən sonra katarakta, qlaukoma, və ya nadir xəstəlik olan – mərkzi seroz xorioretinopatiya (MSX), görmə pozğunluğu yarada bilər. Kortikosteroidlərin uzunmüddətli istifadəsi arxa subkapsulyar kataraktanın və və nüvə kataraktasının (xüsusilə uşaqlarda), ekzoftalmın və ya gözdaxili təzyiqin yüksəlməsinin inkişafına səbəb ola bilər ki, bu da görmə sinirlərinin mümkün zədələnməsi ilə qlaukomanın inkişafına gətirib çıxara bilər. Qlükokortikoid alan pasiyentlərdə həmçinin gözlərin ikincili göbələk və virus infeksiyalarının inkişafı sürətlənə bilər. Kortikosteroidlərin istifadəsi mərkəzi seroz xoriopatiyanın inkişafına səbəb ola bilər ki, bu da torlu qişanın təbəqələnməsinə gətirib çıxara bilər. Ürək-damar sisteminə təsiri Qlükokortikoidlər ürək-damar sistemi tərəfindən dislipidemiya və arterial hipertenziya kimi əlavə təsirlər yaradır. Uzunmüddətli müalicə kursu zamanı və yüksək dozalarda istifadə zamanı ürək fəaliyyətinin əlavə monitorinqini aparmaq lazımdır. Durğunluq ürək çatışmazlığı olan pasiyentlərdə sistem kortikosteroidləri ehtiyatla və ancaq zərurət olduqda istifadə etmək lazımdır. Durğunluq ürək şatışmazlığı və ya yaxın vaxtlarda infarkt miokard (miokard perforasiyası haqqında məlumatlar verilib) keçirən pasiyentlərə nəzarət tələb olunur. Kardioaktiv vasitələrlə (məsələn diqoksin), istifadə zamanı ehtiyatlı olmaq lazımdır, belə ki, steroid preparatlar elektrolitlərin disbalansına/ kaliumunyox olmasına gətirib çıxara bilər. Kortikosteroidlərin istifadəsi ilə bağlı trombozun, o cümlədən venoz tromboemboliyanın baş verməsi barədə məlumat verilmişdir. Ona görə də kortikosteroidləri tromboembolik pozğunluqları olan və ya onların inkişafına meyilli olan pasiyentlərdə ehtiyatla istifadə etmək lazımdır. Yüksək arterial təzyiqi olan pasiyentlər kortikosteroid istifadə edərkən ehtiyatlı olmaq lazımdır. Mədə-bağırsaq traktına təsiri Qlükokortikoidlərlə müalicə peptik xoranın simptomlarını elə gizlədə bilər ki, əhəmiyyətli dərəcədə ağrı olmadan perforasiya və ya qanaxma baş verə bilər. Kortikosteroidlə müalicə perforasiya, , obstruksiya və ya pankreatit kimi mədə-bağırsaq traktı xəstəliklərini peritonit və ya digər işarələr/simptomları gizlıdı bilər. Qeyri-steroid iltihab əleyhinə preparatlarla birlikdə istifadəsi zamanı mədə-bağırsaq xorasının inkişaf riski artır. Əgər perforasiyanın, abssessin və ya digər piogen infeksiyanın, divertikulitin, yaxınlarda olmuş bağırsaq anastomozlarının, aktiv və ya latent peptik xoraların inki.af ehtimalı varsa, kortikosteroidləri qeyri-spesifik xoralı koliti olan pasiyentlərdə ehtiyatla istifadə etmək lazımdır. Kortikosteroidlərin yüksək dozaları kəskin pankreatitin inkişafına səbəb ola bilər. Hepatobiliar sistemə təsiri Nadir hallarda hepatobiliar pozğunluqlar haqqında məlumat verilmişdir, hansı ki, əksər hallarda müalicənin dayandırılmasından sonra geridönəndir. Ona görə də uyğun müşahidə aparılmalıdır. Dayaq-hərəkət aparatına təsiri Kortikosteroidləri yüksək dozalarda istifadə edən zaman kəskin miopatiyanın inkişafı barədə məlumat verilmişdir, xüsusilə ən çox sinir-əzələ keçiriciliyini pozğunluqları (məsələn, miasteniya qravis) olan pasiyentlərdə və ya sinir-əzələ keçiriciliyini blokadaya alan (məs., pankuronium) preparatlar kimi, antixolinergik vasitələrlə yanaşı müalicə alan pasiyentlərdə. Bu kəskin miopatiya generalizəolunmuşdur, prosesə göz və tənəffüs əzələlərini cəlb edə və kvadriparezə gətirib çıxara bilər. Kreatinkinazanın səviyyəsinin yüksəlməsi mümkündür. Kortikosteroidlərin ləğvindən sonra klinik yaxşılaşma və ya sağalma baş verənə qədər bir neçə həftədən bir neçə ilə qədər vaxt keçə bilər. Оsteoporoz kortikosteroidlərin uzunmüddətli istifadəsi ilə bağlı tez-tez meydana çıxan əlavə təsirdir, hansı ki, nadir hallarda tanınır. Böyrəklər və sidikçıxarıcı yollarda baç verən pozğunluqlar Hipertenziya ilə sklerodermik böyrək krizi riskinin artması ilə (mümkün letal nəticə ilə) və metilprednizolon daxil olmaqla kortikosteroidlərin istifadəsi zamanı qeyd edilmiş sidiyəgetmənin azalması ilə əlaqədar olaraq, sistem sklerozu olan pasiyentlərdə ehtiyatla istifadə etmək lazımdır. Ona görə də arterial təzyiq və böyrək funksiyaları (kreatinin) müntəzəm yoxlanmalıdır. Böyrək krizinə şübhə yarandıqda arterial təzyiq diqqətlə yoxlanmalıdır. Kortikosteroidlər böyrək çatışmazlığı olan pasiyentlərdə ehtiyatla istifadə edilməlidir. Tədqiqatların nəticələri Hidrokortizonun və kortizonun orta və böyük dozaları arterial təzyiqin yüksəlməsinə, duzların və suyun orqanizmdə ləngiməsinə və kaliumun ekskresiyasının artmasına gətirib çıxara bilər. Bu effektlər nadir rast gəlinir və onlar bu dərmanların yüksək dozalarda sintetik törəmələrinin istifadəsi zaman rast gəlinir. Duzdan istifadəni məhdudlaşdırmaq pəhrizinə riayət etmək lazımdır və kaliumlu qidaya əlavədən də istifadə etmək lazımdır. Zədələnmələr, zəhərlənmələr və prosedurun fəsadları Beyinin travmatik zədələnməsinin müalicəsi zamanı sistem kortikosteroidlər istifadə olunmur. Digər ehtiyat tədbirləri Yaşlı xəstələrdə uzunmüddətli kortikosteroidlərlə müalicə ehtiyatla aparılır, çünki osteoparoz və hipertenziya ilə mayenin ləngiməsinin inkişaf riski yüksəkdir. Metilprednizolon və ftorxinolonların eyni zamanda istifadəsi əsasən yaşlı adamlarda vətərlərin zədələnməsi riskini artırır. Qlükokortikosteroidlərlə müalicənin fəsadları dozadan və müalicə müddətindən asılı olduğundan , hər bir ayrıca halda dozaya və müalicə müddətinə münasibətdə risk/fayda nisbətini, həmçinin gündəlik və ya fasiləli müalicənin zəruriliyini qiymətləndirmək lazımdır. Müalicəyə yatan xəstəliyə nəzarət üçün kortikosteroidin ən aşağı mümkün dozasını istifadə etmək, imkan yarandıqda isə dozanı azaltmaq lazımdır – dozanın belə azaldılması tədricən həyata keçirilməlidir. Kortikosteroidlərin sistem istifadəsindən sonra həyat üçün təhlükəli olan feoxromosit krizin yaranması haqqında məlumat verilmişdir. Pasiyentlərdə feoxromositoma və ya zədələnmiş feoxromositoma şübhə olduqda, risk və fayda qiymətləndirildikdən sonra kortikosteroidlər istifadə olunmalıdırlar.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Metilprednizolon P450 sitoxrom fermentlərinin substratıdır, başlıca olaraq CYP3A4 fermentinin təsiri altında metabolizə olunur. CYP3A4-ün inhibitorları – eritromisin, klaritromisin, troleandomisin, ketokonazol, itrakonazol, izoniazid, diltiazem, mibefradil, aprepitant, fosaprepitant, QİÇS proteaza inhibitorları (məsələn, indinavir və ritonavir), siklosporin və etinilestradiol/ noretisteron, qreypfurt şirəsi. Steroid toksikliyin inkişafından qaşmaq üçün metilprednizolonun dozasını titrləmək lazımdır. Kobisistat preparatları daxil olmaqla, CYP3A4-ün inhibitorları ilə kompleks müalicə, təxminlərə görə sistem əlavə təsirlərin başvermə riskini yüksəldir. müalicədən gözlənilən fayda kortikosteroidlərin sistem əlavə təsirlərinin başvermə riskindən yüksək olmadığı təqdirdə bu kombinasiyanın istifadəsindən qaçmaq lazımdır, ona görə də pasiyentlər müşahidə altında olmalıdırlar. CYP3A4-ün induktoru – rifampisin, karbamazepin, fenobarbital, primidon və fenitoin. Eyni zamanda istifadəsi zamanı arzuolunan nəticəyə çatmaq üçün metilprednizolonun dozasının artırılması lazım gələ bilər. СYP3A4-ün substratları: eyni zamanda istifadəsi zamanı dozaya düzəliş tələb oluna bilər. Metilprednizolonun və takrolimusun eyni zamanda istifadəsi takrolimusun konsentarsiyasının azalmasına gətirib çıxara bilər. Siklosporinin və metilprednizolonun birlikdə istifadəsi zamanı onların metabolizminin qarşılıqlı inhibə olunması baş verir ki, bu da plazmada bu preparatlardan hər hansı birinin və ya hər ikisinin konsentrasiyasının yüksəlməsinə gətirib çıxara bilər. Metilprednizolonun siklosporinlə birlikdə istifadəsi zamanı qıcolma halları qeydə alınmışdır. Коrtikosteroidlər İİV-proteazanın inhibitorlarının metabolizmini sürətləndirə və beləliklə də onların plazma konsentrasiyalarını azalda bilər. Metilprednizolon asetilləşmənin sürətinə və izoniazidin klirensinə təsir edə bilər. CYP3A4-dən asılı olmayan effektlər Ftorxinolonlar: birlikdə istifadəsi zamanı vətərlərin zədələnməsi riski artır. Antikoaqulyantlar (peroral): antikoaqulyantların təsirinin güclənməsi, həmçinin zəifləməsi. Antikoaqulyantların arzuolunan təsirini dəstəkləmək üçün qanın laxtalanma göstəricilərinə nəzarət etmək lazımdır. Antixolinnergik vasitələr – sinir-əzələ keçiriciliyinin blokatorları: yüksək dozalarda kortikosteroidlərin və sinir-əzələ keçiriciliyinin blokatorları kimi antixolinergik vasitələrin birlikdə istifadəsi zamanı kəskin miopatiyanın inkişafı barədə məlumat verilmişdir. Kortikosteroidlər qəbul edən pasiyentlərdə sinir-əzələ keçiriciliyinin blokadasına münasibətdə pankuroniumla vekuronium arasında antaqonist təsirin olması barədə məlumat verilmişdir. Antixolinesteraz vasitələr: steroidlər miasteniya zamanı antixolinesteraz vasitələrin təsirini azalda bilər. Diabetəleyhinə vasitələr: kortikosteroidlər qanda qlükozanın konsentrasiyasını yüksəldə bildiyindən, diabetəleyhinə vasitələrin dozasına düzəliş edilməsi lazım gələ bilər. Aromatazanın inhibitorları – aminoqlutetimid. Böyrəküstü vəzilərin aminoqlutetimidlə induksiyalaşdırılmış tormozlanması endokrin dəyişiklikləri kəskinləşdirə bilər, hansı ki, qlükokortikosteroidlərlə uzunmüddətli müalicə ilə şərtlənir. İmmunosupressantlar: birlikdə istifadəsi terapevtik effekti və ya əlavə təsirlərin yaranma riskini artıra bilər. QSİƏP – aspirinin yüksək dozaları: birlikdə istifadə zamanı mədə-bağırsaq qanaxmaları və xoranın yaranma riski yüksələ bilər. Metilprednizolonun yüksək dozaları aspirin klirensini artıra bilər. Metilprednizolonla müalicənin dayandırılması zərdabda salisilatın səviyyəsinin yüksəlməsinə salisilatın toksikliyinə gətirib çıxara bilər. Kaliumqovucu vasitələr – diuretiklər,amfoterisin B, işlədici vasitələr: hipokaliemiyanın inkişafına görə pasiyentləri ciddi müşahidə etmək lazımdır. Kortikosteroidlərin ksanten və ya β2- aqonistlərlə birlikdə istifadəsi zamanı hipokaliemiyanın inkişaf riskinin yüksəlməsi mövcuduur.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Fertillik Reprodultiv funksiyaya kortikosteroidlərin neqativ təsiri haqqında məlumat yoxdur. Hamiləllik dövrü Hamilə qadınlaın kortikosteroid qəbul etməsi anadangəlmə anomaliyanln meydana gəlməsinə səbəb olmur. Tədqiqatlar zamanı insanlarda onun təhlükəsizliyini müəyyən etmək mümkün olmadığı üçün, hamilə qadınlarda metilprednizolonun istifadəsinin təhlükəsizliyini bilmək olmur. Ona görə də dərman vasitəsini hamiləlik dövründə yalnız zəruri hallarda istifadə etmək olar. Bəzi kortikosteroidlər plasentadan asanlıqla keçir. Bu yenidoğulmuşlara ciddi nəzarət etmək və bayrəküstü vəzilərin çatışmazlığının əlamətlərinə görə müşahidə aparmaq və qiymətləndirmə həyata keçirmək lazımdır, baxmayaraq ki, bətndaxili kortikosteroidlərin təsirinə məruz qalmış yenidoğulmuşlarda böyrəküstü vəzilərin çatışmazlığı nadir hallarda müşahidə edilir. Kortikosteroidlərlə uznmüddətli müalicə alan anaların yenidoğulmuşlarında kataraktanın inkişafı müşahidə olunmuşdur. Laktasiya dövrü Kortikosteroidlər ana südünə nüfuz edir. Ana südünə nüfuz edən kortikosteroidlər, boy inkişafını ləngidə bilər və südəmər yünidoğulmuşlarda qlükokortikoidlərin endogen hasilinə təsir göstərə bilər. Bu dərman vasitəsi laktasiya dövründə yalnız o zaman istifadə oluna bilər ki, müalicədən gözlənilən fayda potensial riskdən üstün olsun. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Kortikosteroidlərin nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri sistematik şəkildə qiymətləndirilməmişdir. Kortikosteroidlərlə müalicədən sonra başgicəllənmə, vertiqo, görmə pozğunluqları və yüksək yorğunluq kimi əlavə təsirlər inkişaf edə bilər. Onlar baş verərsə, nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etmək olmaz.

İstifadə qaydası və dozası

Başlanğıc doza xəstəliyin ağırlıq dərəcəsindən asılıdır. Böyüklər üçün başlanğıc doza gündə 4-48 mq-dır, bu doza, xəstəliyin ağırlığından asılı olaraq artırıla bilər. Əgər xəstəyə gündəlik doza kifayət edirsə, bu dozanı səhər qəbul etmək tövsiyə olunur. Uzunmüddətli müalicə zamanı minimal effektiv doza qəbul etmək lazımdır, səhər bir dəfə günaşırı qəbul edərək. Əgər doza təqribən 6mq/gün-dən artıq olursa, əlavə təsirlərin inkişaf riski əhəmiyyətli dərəcədə artır. Uşaqlara az dozalar tövsiyə olunur. Aşağıda tövsiyə olunan ilkin dozalar göstərilmişdir: İstifadəsinə göstərişlər Tövsiyə olunan gündəlik ilkin doza Sistem revmatik xəstəliklər 4-16 Kollagenozlar 20-100 mq Allergik vəziyyət 12-48 mq Ağciyər xəstəlikləri 64 mq-dan çox deyil Transplantatın dəfolunma reaksiyası 7 mq/kq/gün-dən çox deyil Qaraciyər xəstəlikləri 16-48 mq Dermatoloji xəstəliklər 80-360 mq Hemotoloji xəstəliklər 16-100 mq Nevroloji xəstəliklər 200 mq–dan çox olmayan Yenitörəmələr fonunda beyin şişi 200-1000 mq Göz xəstəlikləri 12-40 mq Şiş xəstəlikləri 16-100 mq Böyrək xəstəlikləri 32-48 mq Mədə-bağırsaq xəstəlikləri 60 mq-dan çox deyil Qlükokortikoidlərin ləğvetmə sindromundan qaçmaq üçün qlükokortikoidlərlə uzunmüddətli müalicəni bir neçə həftə ərzində tədricən dayandırmaq lazımdır. Müalicənin dayandırılması ilə əlaqədar olaraq, günaşırı qəbul, böyrəküstü vəz şatışmazlığını və ləğvetmə sindromu riskini aşağı salır. Sistem kortikosteroidlərin uzunmüddətli istifadəsi böyrəküstü vəzin qabıq maddəsinin çatıçmazlığını yaradır ki, bu da dərman ləğv edildikdən sonra bir neçə ay davam edə bilər. Beləliklə, travmalarla, xəstəliklərlə və cərrahi əməliyyatla bağlı stress vəziyyətlərdə. Zəruri halda metilprednizolonun dozasını artırmaq və ya digər qlükokortikoidlər təyin etmək lazımdır. Uşaqlar Uzunmüddətli kortikosteroid terapiyası alan yenidoğulmuşların və uşaqların böyüməsi və inkişafına diqqətli nəzarət olunmalıdır. Qlükokortikosteroidlərlə natamam dozalarla uzunmüddətli gündəlik müalicə alan uşaqlarda boy artımının ləngiməsi qeyd edilə bilər və belə rejimin istifadə edilməsini ən təcili hallarla məhdudlaşdırmaq lazımdır. Qlükokortikoidlərin günaşırı təyini adətən bu əlavə təsirlərdən qaçmaq və ya bu əlavə təsirlərin minimuma enməsinə imkan verir. Kortikosteroidlərlə uzunmüddətli müalicə alan yenidoğulmuşlar və uşaqlarda xüsusi inkişaf riski, kəllədaxili təzyiqin qalxması qeydə alınmışdır. Kortikosteroidlərin yüksək dozaları uşaqlarda pankreatitin inkişafını yarada bilər.

Əlavə təsirləri

Arzuolunmaz effektlər aşağıda orqan sistemləri və inkişaf tezliyinə görə təqdim edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100, <1/10); bəzən (≥ 1/1000, < 1/100); nadir (≥ 1/10000, < 1/1000); çox nadir (< 1/10000); tezlik məlum deyil (mövcud məlumatlar əsasında qiymətləndirmək olmur). Xoşxassəli, bədxassəli və dəqiqləşdirilməmiş (kista və poliplər daxil olmaqla) yenitörəmələr. Tezlik məlum deyil: şişlərin lizis sindromu, Kapoşi sarkoması İnfeksiyalar və invaziyalar. Tez-tez: infeksiyalar. Tezlik məlum deyil: оpportunistik infeksiyalar. Qan və limfa sistemində baş verən pozğunluqlar Məlum deyil: leykositoz. İmmun sistemdə baş verən pozğunluqlar Məlum deyil: dərman preparatlarına qarşı yüksək həssaslıq (damar çatışmazlığı, ürəyin dayanması, bronxospazm əlamətləri ilə və ya onlarsız anafilaktik və anafilaktoid reaksiyalar). Endokrin sistemdə baş verən pozğunluqlar Tez-tez: özünün AKTH və kortizol sekresiyasının inhibə edilməsi (uzunmüddətli istifadə zamanı), Kuşinqoid sindrom. Tezlik məlum deyil: hipopituitarizm, steroidlərin ləğvedilmə sindromu. Metabolizmdə və qidalanmada baş verən pozğunluqlar Tez-tez: natriumun və mayenin ləngiməsi. Məlum deyil: qlükozaya qarşı tolerantlığın pozulması, hipokaliemik alkaloz, dislipidemiya, metabolik asidoz, insulinə tələbatın artması (və ya şəkərli diabetli xəstələrdə peroral hipoqlikemik preparatlara), mənfi azot balansı (zülalın katabolizmi nəticəsində), qanda sidik cövhərinin səviyyəsinin yüksəlməsi, iştahanın artması (bu, bədən kütləsinin artmasına gətirib çıxara bilər), lipomatoz, epidural lipomatoz. Psixi pozğunluqlar Tez-tez: əhval-ruhiyədən düşmə, eyforik əhval-ruhiyə. Uşaqlada ən çox meydana çıxan əlavə təsirlər əhvalın dəyişməsi, anomal davranışlar, yuxusuzluq, qıcıqlanma. Tezlik məlum deyil: əhvalın düşməsi, psixoloji asılılıq, suisidal fikirlər, psixoloji pozğunluqlar (maniyalar, sayıqlama, halüsinasiyalar və şizofreniya və ya onun kəskinləşməsi), şüurun qarışması, psixi pozğunluqlar, narahatlıq, şəxsiyyətin dəyişməsi, anomal davranış, yuxusuzluq,qıcıqlanma. Sinir sistemində baş verən pozğunluqlar Tezlik məlum deyil: kəllədaxili təzyiqin yüksəlməsi (görmə siniri diskinin ödemi ilə müşayiət olunan [kəllədaxili təzyiqin xoşxassəli yüksəlməsi]), qıcolmalar, amneziya, koqnitiv disfunksiya, başgicəllənmə, başağrısı, Görmə orqanında baş verən pozğunluqlar Tez-tez: katarakta. Tezlik məlum deyil: ekzoftalm, qlaukoma, xorioretinopatiya, buynuz qişanın nazilməsi, skleranın nazilməsi, qeyri-dəqiq görmə. Eşitmə orqanında pozğunluqlar və labirint pozğunluqları Tezlik məlum deyil: vertiqo. Ürəkdə baş verən pozğunluqlar Tezlik məlum deyil: durğun ürək çatışmazlığı, (həssas pasiyentlərdə), ürək ritminin pozğunluğu, infarkdan sonra miokard perforasiyası. Damarlarda baş verən pozğunluqlar Tez-tez: hipertenziya. Tezlik məlum deyil: hipotenziya, arterial emboliya, trombotik hadisələr. Tənəffüs sistemində, döş qəfəsi və divararalığı orqanlarında baş verən pozğunluqlar Tezlik məlum deyil: hıçqırıq, ağ ciyər arteriyalarının tromboemboliyası. Mədə-bağırsaq traktında baş verən pozğunluqlar adir: mədə-xorası (perforasiya və qanaxma ilə ola bilər). Tezlik məlum deyil: mədə qanaxması, bağırsağın perforasiyası, pankreatit, peritonit, xoralı ezofaqit, ezofaqit, qarında ağrı, qarında köp, diareya, dispepsiya, ürəkbulanma. Hepatobiliar sistemdə baş verən pozğunluqlar Tezlik məlum deyil: qaraciyər fermentlərinin səviyyəsinin artması, hepatit. Dəridə və dərialtı toxumalarda baş verən pozğunluqlar Tez-tez: periferik ödemlər, qansızma, dərinin atrofiyası, civzə. Tezlik məlum deyil: Angiodistrofiya, petexiyalar, teleangiekteziya, striyalar, dərinin hipo- və ya hiperpeqmentasiyası, hirsutizm, səpgi, eritema, qaşınma, övrə, yüksək tərlilik. Skelet-əzələ və birləşdirici toxumalarda baş verən pozğunluqlar Tez-tez: boyartmanın ləngiməsi (uşaqlarda), osteoporoz, əzələ zəifliyi. Tezlik məlum deyil: oseonekroz, potoloji sınıqlar, əzələ atrofiyası, miopatiya, nevropatik artropatiya, artralgiya, mialgiya. Böyrəklərdə və sidikqovucu yollarda baş verən pozğunluqlar Tezlik məlum deyil: sklerodermik böyrək krizi. Cinsiyyət orqanında və süd vəzilərində baş verən pozğunluqlar Tezlik məlum deyil: menstrual siklin pozulması. Ümumi pozğunluqlar və yeridilmə yerində pozğunluqlar Tez-tez: yaraların sağalmasının pozulması. Tezlik məlum deyil: yorğunluq, nasazlıq. Laborator və instrumental tədqiqatların nəticələrinə təsiri Tez-tez: qanda kaliumun aşağı səviyyəsi. Tezlik məlum deyil: qanda alanin aminotransferazanın (ALT), aspartataminotransferazanın (AST) və qələvi fosfatazanın səviyyəsinin yüksəlməsi; gözdaxili təzyiqin yüksəlməsi; karbohidratlara qarşı tolerantlığın pozulması; sidikdə kalsiumun səviyyəsinin yüksəlməsi; dəri testlərinin keçirilməsi zamanı reaksiyaların tormozlanması. Prosedurlar zamanı zədələnmə, intoksikasiya və fəsadlar Tezlik məlum deyil: vətərlərin qırılması (əsasən Axilles vətəri), onurğanın kompression sınması.

Doza həddinin aşılması

Kortikosteroidlərin istifadəsi zamanı kəskin doza həddi aşılmasının heç bir klinik sindromu qeyd edilməmişdir. Kortikosteroidlərlə doza həddinin aşılmasından sonra kəskin toksikliyin inkişafı və/və ya ölüm halları barədə nadir hallarda məlumat verilir. Doza həddinin aşılması zamanı metilpred- nizolon üçün xüsusi antidot yoxdur; müalicə dəstəkləyici və simptomatikdir. Metilprednizolon dializ yolu ilə xaric olur.

Buraxılış forması

30 tablet, flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25 C-dən yüksək olmayan temperaturda və uşaqların əli şatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Orion Korporeyşn/Orion Corporation. Ünvan Orionintie 1, 02200 Espoo, Finlandiya/Orionintie 1, 02200 Espoo, Finland.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Metipred 4 mq N30 tablet” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar