Meocil 5 q göz məlhəmi

Təsiredici maddə: NEOMYCIN SULFATE + PREDNISOLONE + SULFACETAMIDE
Təsiredici maddəNEOMYCIN SULFATE + PREDNISOLONE + SULFACETAMIDE
Dərman formasıMəlhəm
İstehsal ölkəsiPortuqaliya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

22,79 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Dərman vasitəsini istifadə etməzdən əvvəl içlik vərəqəsini diqqətlə oxuyun, belə ki, burada Sizə lazım olan məlumatlar vardır. İçlik vərəqəsini saxlayın. Çünki onu yenidən oxumaq lazım gələ bilər. Əgər Sizə əlavə məlumat lazım olarsa, həkimə və ya əczaçıya müraciət edin. Bu dərman vasitəsi şəxsən Sizə təyin edilib. Onu başqa adamlara verməyin. Hətta onlarda Sizin xəstəliyin simptomları olsa belə preparat onlara ziyan verə bilər. Əgər Sizdə hər hansı əlavə təsir yaranarsa və ya içlik vərəqədə göstərilməyən əlavə təsirlər müşahidə etsəniz həkimə və ya əczaçıya müraciət edin. MEOSİL steril göz məlhəmi Beynəlxalq patentləşdirilməmiş adı: Prednisolone acetate + Neomycin sulphate + Sulfacetamide sodium

Tərkibi

Təsiredici maddə: 1 q məlhəmin tərkibində 5 mq prednizolon asetat, 5 mq neomisin sulfat, 100 mq sulfasetamid natrium vardır. Köməkçi maddələr:ağ yumşaq parafin, lanolin, duru parafin.

Təsviri

Sarı rəngli, yumşaq konsistensiyalı, bircinsli məlhəmdir.

Farmakoloji xüsusiyyətləri

Meosil preparatı gözdə antibakterial və iltihabəleyhinə təsirə malikdir.

İstifadəsinə göstərişlər

Görmənin infeksion və iltihabi mənşəli pozulmaları (mikrobial konyunktivit, infeksiyalaşmış allegik konyunktivit, keratokonyunktivit, uveit, sklerit, episklerit, blefarit).

Əks göstərişlər

– Preparatın istənilən komponentinə qarşı hiperhəssaslıq. – Herpetik və mikotik keratit, göz vərəmi və ya şəxsi və ya irsi qlaukoma.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Meosil preparatını istifadə etməzdən əvvəl həkim və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Tərkibində kortikosteroidlər olan istənilən oftalmoloji preparatla uzun müddətli müalicə, həkim nəzarəti altında aparılmalıdır. Dumanlı görmə və ya görmənin digər pozulmaları baş verdikdə, həkimə müraciət etmək lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Pasiyent preparatı qəbul etməzdən əvvəl hazırda, əvvəl qəbul etdiyi və ya qəbul edəcəyi, reseptsiz buraxılan preparatlar da daxil olmaqla, dərman vasitələri barədə həkimə məlumat verməlidir. Bəzi dərman vasitələri Meosil preparatının təsirini gücləndirə bilər. Aşağıdakı preparatları qəbul etdikdə, həkim pasiyentə ciddi nəzarət etməlidir: İİV-ə qarşı bəzi preparatlar: ritonavir, kobisistat.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik, laktasiya dövrü, hamiləliyin ehtimal olunması və ya hamiləliyin planlaşdırılması dövründə preparatın qəbulu haqqında həkimə məlumat vermək lazımdır. Meosil preparatının hamilə qadınlarda istifadəsi barədə tədqiqatlar yoxdur. Bu səbəbə görə preparatı hamilə qadınlarda, yalnız o zaman istifadə etmək olar ki, ana üçün gözlənilən fayda dölə və ya embriona olan potensial riskdən üstün olsun. Meosilin təsiredici maddələrinin (prednizolon asetat, neomisin sulfat və sulfasetamid natrium) istifadəsi, ana südündə aşkar olmasına gətirib çıxaran kifayət qədər sistem sorulmasına səbəb olması məlum deyil. Həkim preparatın istifadəsinin ana üçün vacibliyi və ana südü ilə qidalandırmanın dayandırılmasını qiymətləndirməlidir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Meosil nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir.

İstifadə qaydası və dozası

Preparatı ciddi həkim təyinatı ilə istifadə etmək lazımdır. Preparatın qəbulu ilə bağlı şübhə yarandıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Meosilin dozalanması pasiyentin vəziyyətindən asılı olaraq həkim tərəfindən fərdi təyin edilir. Buna baxmayaraq, orta məsləhət görülən doza gündə 2-3 dəfə bir neçə damcıdır. Preparatı konyunktival kisəyə (gözlə göz qapağı arasındakı boşluq) istifadə etmək lazımdır. Göz məlhəmini ilk dəfə istifadə edərkən, preparatın ilk təyin edilən dozası istifadə edilməməlidir. Göz məlhəmindən ilk dəfə istifadə edərkən: Qapaq Baza Halqa – Flakonun baza hissəsindən əsas qapağı açmaq; – halqanı çıxarıb atmaq. Çirklənmənin qarşısını almaq məqsədilə qapağın daxili, baza və alüminium flakonun yuxarı hissəsinə barmaqla və ya hər hansı əşya ilə toxunmaq olmaz; – qapağı baza hissə ilə alüminium flakona yerləşdirib və onu axıra qədər kip bağlamaq lazımdır ki, mexanizm qoruyucu alüminium örtüyü qıra bilsin. Bu əməliyyatdan sonra baza hissəni yenidən geri fırlatmaq lazım deyil; – flakonun əsas hissəsini bir əllə düz tutub və digər əllə qapağı açmaq lazımdır; – preparatın ilk istifadə olunan hissəsini atmaq lazımdır; – preparatı həkim təyinatı üzrə istifadə edin. Oftalmoloji prepatın flakonundan başqa məqsədlə istifadə etmək olmaz. Preparatın istifadəsi unudulduqda Preparatın istifadəsi unudularsa, xatırladıqdan dərhal sonra ötürülən dozanı istifadə etmək və sonra həkim məsləhət gördüyü dozalanma rejiminə qayıtmaq lazımdır. Ötürülən dozanı kompensasiya etmək məqsədilə ikiqat doza qəbul etmək olmaz. Preparatın istifadəsini dayandırdıqda Müalicə vaxtından əvvəl dayandırıldıqda, infeksiyanın dərinləşməsi və ya təkrar yaranması riski mövcuddrur. Həkim məsləhəti olmadan müalicəni dayandırmaq olmaz. Preparatın istifadəsilə bağlı hər hansı sual yarandıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.

Əlavə təsirləri

Digər dərman vasitələrində olduğu kimi Meosilin də istifadəsi zamanı əlavə təsirlər yarana bilər, lakin bu təsirlər hamıda baş vermir. Preparatın istənilən komponentinə qarşı allergik reaksiyaların yaranması mümkündür. Bu zaman müalicəni dayandırmaq məsləhət görülür. Məlum olmayan tezlikdə (əldə olan məlumatlara görə başvermə tezliyini qiymətləndirmək mümkün deyil) dumanlı görmənin baş verməsi mümkündür. Əlavə təsirlər haqqında məlumatın verilməsi Preparatın qəbulu zamanı yuxarıda sadalanan, o cümlədən qeyd olunmayan hər hansı əlavə təsir yaranarsa, bu haqda həkimə və ya əczaçıya məlumat vermək lazımdır. Əlavə təsirlər haqqında məlumatın verilməsi preparatın təhlükəsizliyi barədə daha çox informasiyanın əldə olunmasına kömək edir.

Doza həddinin aşılması

Preparatı lazım olduğundan artıq miqdarda istifadə etdikdə, məlhəmin qalığını gözlərdən ilıq su ilə yumaq lazımdır.

Buraxılış forması

3,5 q və ya 5 q məlhəm, alüminium/laklı tubda. 1 tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС-dən yüksək olmayan temperaturda, işıqdan və rütubətdən qorumaq məqsədilə orijinal qutusunda kip bağlanmış şəkildə və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dərman vasitələrini məişət tullantılarına və ya çirkab sularının içərisinə atmaq olmaz. İstifadə olunmayan preparatın qalıqlarından azad olmaq istədikdə əczaçı ilə məsləhətləşmək lazımdır. Bu tədbirlər ətraf mühitin çirklənməsinin qarşısını ala bilər.

Yararlılıq müddəti

Yararlılıq müddəti qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlılıq müddətinin bitmə tarixi qeyd edilən ayın son gününə şamil edilir. İlkin açılmadan sonra 28 gün ərzində istifadə edilməlidir.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. İstehsalçı/Marketinq səlahiyyətinin sahibi Laboratório Edol – Produtos Farmacêuticos, S.A. Av. 25 de Abril, 6-6A. 2795-225 Linda-a-Velha Portugal.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Meocil 5 q göz məlhəmi” üçün ilk rəyi siz yazın.