Melon 7,5 mq 2 ml N3 inyeksiya
| Dərman forması | İnyeksiya üçün məhlul |
|---|---|
| İstehsal ölkəsi | Misir |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
2,40 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
MELON inyeksiya üçün məhlul
Tərkibi
Təsiredici maddə: 2 ml məhlulun tərkibində 15 mq meloksikam vardır. Köməkçi maddələr: arginin, benzil spirti, propilenqlikol, limon turşusu monohidrat, inyeksiya üçün su.
Təsviri
Şəffaf, sarı rəngli məhluludur. ATC kodu: M01AC06.
Farmakoloji xüsusiyyətləri
Melon enol turşusu törəməsi olub qeyri-steroid iltihab əleyhinə preparatdır (QSİƏP), iltihab- əleyhinə, ağrıkəsici və qızdırmasalıcı təsirə malikdir. Ümumi təsir mexanizmi meloksikamın iltihab mediatorları kimi tanınan prostaqlandinlərin biosintezini inhibə etməsi ilə əlaqədardır. Aparılan təcrübələrdə adyuvant artrit modeli üzərində xora əmələgətirici doza ilə iltihabəleyhinə effektiv dozanın müqayisəsi standart QSİƏP-dən daha artıq müalicəvi genişliyə malik olduğunu təsdiq etmişdir. In vivo meloksikam iltihab ocağında prostaqlandinlərin biosintezini daha güclü sürətdə tormozlayır, nəinki mədənin selikli qişasında və ya böyrəklərdə. Bu fərqlər preparatın SOG-1-ə nisbətən SOG-2-yə seçici inhibəedici təsir göstərməsi ilə əlaqədardır və onu göstərir ki, SOG-2-nin inhibə olunması QSİƏP-in müalicəvi effektinin meydana çıxmasına, SOG-1-in inhibə olunması isə mədədə və böyrəklərdə əlavə təsirlərin meydana çıxmasına səbəb olur. Meloksikamın SOG-2-yə münasibətdə selektivliyi hər iki halda, həm in vitro, həm də ex vivo bir sıra test sistemlərində təsdiq edilmişdir. İnsanda qanın ümumi analizində meloksikam in vitro SOG-2-ni selektiv olaraq inhibə etmişdir. Meloksikam (7,5 və 15 mq) lipopolisaxarid stimullaş- dırıcı PGE-yə qarşı yüksək inhibəedici təsir nümayiş etdirdiyi kimi ex vivo SOG-2-yə qarşı da güclü inhibəedici təsir nümayiş etdirmişdir. Bu effektlər dozadan asılı olmuşdur. Meloksikam tövsiyə olunan dozalarda istifadə zamanı ex vivo nə trombositlərin aqreqasiyasına, nə də qanax- ma vaxtına təsir göstərməmişdir. Baxmayaraq ki, indometasin, diklofenak, ibuprofen və naprok- sen trombositlərin aqreqasiyasını inhibə edir və qanaxma vaxtını uzadır. Klinik sınaqlarda meloksikam 7,5 mq və 15 mq dozada mədə-bağırsaq sistemində QSİƏP-lə müqayisədə dispepsiya, qusma, ürəkbulanma və qarında ağrı kimi əlavə təsirlərin daha az tez- likdə baş verməsi barədə məlumat verilmişdir. Mədə-bağırsaq traktının yuxarı şöbələrinin me- loksikamla assosiasiya olunmuş zəif və dozadan asılı perforasiyası, xoraları və qanaxmaları barədə məlumat verilmişdir.
İstifadəsinə göstərişlər
Dayaq-hərəkət sisteminin xəstəlikləri (revmatoid artrit, artrozlar, podaqrik poliartrit, bursopatiyalar, deformasiyaedici osteoartroz, sinovitlər və tendosinovitlər, mialgiyalar, miozitlər); Yumşaq toxumaların travmatik zədələnmələri (tendovaginit, bursit); Yumşaq toxumaların və oynaqların posttravmatik iltihabı (dartılma, gərilmə və zədələnmə nəticəsində); Onurğa sütununun xəstəlikləri (Bexterev xəstəliyi (ankilozlaşdırıcı spondilit ), spondil- yoz, osteoxondroz, radikulit); Revmatizm (kəskin oynaq revmatizmi); Sinir sisteminin iltihabi xəstəlikləri (nevritlər, polinevritlər, nevralgiyalar, miqren tut- maları); Travmadan sonrakı ağrılar (sınıqlar, dartılmalar, çıxıqlar, əzilmələr); Kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri, menstrual ağrılar (alqodismenoreya); Soyuqdəymə və infeksion xəstəliklərin kompleks müalicəsində.
Əks göstərişlər
– Meloksikama və ya köməkçi maddələrdən hər hansı birinə və ya aspirinə və digər QSİƏP-ə qarşı yüksək həssaslıq. Meloksikam, aspirindən və ya digər QSİƏP-dən istifadə zamanı astma, burun polipi, angionevrotik ödem və ya övrə əlamətləri inkişaf etmiş pasiyentlərdə istifadə edilməməlidir. – Aktiv peptik xora, – Qaraciyərin ağır funksional pozğunluğu, – Dializə məruz qalmayan pasiyentlərdə ağır böyrək çatışmazlığı, – 13 yaşa qədər uşaqlar, – Yaşlı insanlar və ağır ürək çatışmazlığı, – Hamiləlik və laktasiya dövrü. Dərman vasitələri ilə qarşılıqlı təsiri Digər qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP) və asetilsalisil turşusu: sinergist təsiri nəticəsində 1-dən daha artıq QSİƏP-ın istifadəsi mədə-bağırsaq traktı qanaxması riskini artırır. Oral antikoaqulyantlar, sistem heparin və trombolitiklər: qanaxma riski yüksəlir. Əgər belə kombinasiya vacibdirsə, hərtərəfli monitorinqin keçirilməsi tələb olunur. Litium: QSİƏP qanda litiumun səviyyəsini toksiki səviyyəyə qədər yüksəldir . Litiumla QSİƏP- in birlikdə istifadəsi zəruri olarsa, litiumun plazma konsentrasiyasına müalicənin başlanğıcında, müalicə müddətində və müalicədən sonra ciddi nəzarət olunmalıdır. Metotreksat: metotreksatın hematoloji toksikliyi QSİƏP ilə müalicə nəticəsində güclənə bilər. Kombinəolunmuş müalicə zamanı qan hüceyrələrinin sayının və böyrək funksiyasının monitorin- qini keçirmək lazımdır. Uşaqlıqdaxili vasitələr: QSİƏP-lər uşaqlıqdaxili spiralların effektivliyini aşağı salır. Diuretiklər: QSİƏP-in istifadəsi susuzlaşma vəziyyətində olan xəstələrdə kəskin böyrək çatmazlığı riskini artırır. Melon və diuretiklər qəbul edən xəstələrdə müvafiq hidratasiya aparılmalıdır. Müalicə başlayana qədər böyrəklərin funksiyası müayinə olunmalıdır. Antihipertenziv dərmanlar (məs.: beta-blokatorlar, AÇF inhibitorları və s.): damargenişləndirici effektə malik prostaqlandinlərin inhibə olunması hesabına antihipertenziv təsirinin zəifləməsi baş verə bilər. Siklosporinin nefrotoksikliyi prostaqlandinlərin böyrəklərə təsiri nəticəsində QSİƏP hesabına yüksələ bilər. Kombinəolunmuş müalicə zamanı böyrək funksiyalarına nəzarət edilməlidir. Xolestiramin: Xolestiramin qaraciyərdaxili sirkulyasiyasını dayandırmaqla meloksikamın eliminasiyasını sürətləndirir. Melon qaraciyərdə tam metabolizmə uğrayır. Əsas metabolit olan 5′-karboksi meloksikam (dozanın 60%-i) aralıq metabolit olan və daha az ekskresiya olunan (dozanın 9%-i) 5′- hidroksimetil meloksikamın oksidləşməsi nəticəsində yaranır. In vitro tədqiqatlar göstərir ki, CYP2C9 bu metabolik yolda CYP3A4 izofermentinin kiçik təsiri ilə mühüm rol oynayır. Digər iki metabolitin metabolizmində aktivliyi individual olaraq dəyişən peroksidaza mühüm rol oynayır və onların paylarına istifadə olunmuş dozanın müvafiq olaraq, 16 və 4%-i düşür.
İstifadə qaydası və dozası
Melonun əzələdaxili olaraq, yalnız müalicənin ilk bir neçə günü ərzində istifadə olunmalıdır. Melonun tövsiyə olunan dozası ağrının intensivliyindən və iltihabın ağırlığından asılı olaraq gündə 1 dəfə 7,5 mq və ya 15 mq-dır. Melon əzələ daxilinə dərinə yeridilməlidir. Uyuşmazlıq mümkün olduğuna görə Melon ampulları digər dərmanlarla bir şprisdə qarışdırıl- mamalıdır. Melonun hemodializli ağır böyrək çatışmazlığı olan pasiyentlərdə maksimal gündəlik dozası 7,5 mq-dan artıq olmamalıdır. Melon ampullar venadaxili istifadə olunmamalıdır. Uşaqlar və yeniyetmələr üçün doza bu vaxta qədər müəyyənləşdirilmədiyi üçün ampullar böyüklərdə istifadə ilə məhdudlaşdırılmalıdır.
Əlavə təsirləri
Nadir hallarda aşağıdakılar daxil olmaqla əlavə təsirlər baş verə bilər: Mədə-bağırsaq sisteminə: dispеpsiya, ürəkbulanma, qusma, qarında ağrı, qəbizlik, köp, transaminazaların, bilirubinin və qaraciyər funksiyalarının digər göstəricilərinin kеçici dəyişiklikləri, gizli və ya aşkar qanaхmalar, kolit, hepatit, qastrit. Dermatoloji pozulmalar: qaşınma və ya dəri səpgisi. Hematoloji pozulmalar: anemiya və ağ qan cisimcikləri də daxil olmaqla, qanın formalı elementlərinin sayında pozğunluq. Mərkəzi sinir sisteminə: başağrısı, başgicəllənmə, qulaqlarda cingilti və ya yuxuya meyllik. Ürək-damar sisteminə: periferik ödem.
Doza həddinin aşılması
Spеsifik antidotu yoхdur, simptomatik müalicə aparmaq lazımdır.
Buraxılış forması
2 ml məhlul, ampulda. 3 ampul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30 °C-dən aşağı tеmpеraturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
Yararlılıq müddəti üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
AMRIYA PHARM. IND., Isgəndəriyyə-Misir.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.