Majezik 100 mq N15 tablet
| Təsiredici maddə | FLURBIPROFEN |
|---|---|
| Dərman forması | Tablet |
| Farmakoloji təsir | SOG-un qeyri-selektiv inhibitorları |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
2,84 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
MAJEZİK-sanovel örtüklü tabletlər MAJEZIK-sanovel Beynəlxalq patentləşdirilməmiş adı: Flurbiprofen
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 100 mq flurbiprofen vardır. Köməkçi maddələr: laktoza, mikrokristallik sellüloza, natrium kroskarmelloza, hidroksipropilsellüloza, kolloidal silisium dioksid, maqnezium stearat, mavi opadri II OY-L-20906.
Təsviri
Ellips formalı, hər iki tərəfində xətti olan, mavi rəngli örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
SOG-un qeyri-selektiv inhibitorları. ATC kodu: M01AE09.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Flurbiprofen fenilpropion turşusunun törəməsi olub, güclü QSİƏP-dir. Analgeziyaedici, iltihabəleyhinə və qızdırmasalıcı təsirə malikdir. Təsir mexanizmi siklooksigenaza fermentini inhibə etməsi və periferik ağrı mediatorlarının təsirinə qarşı toxuma həssaslığının qarşısını alması hesabına prostaqlandinlərin sintezini zəiflətməsi ilə əlaqədardır. Farmakokinetikası Sorulması Flurbiprofen mədə-bağırsaq traktından asanlıqla sorulur, qəbuldan 4-6 saat sonra qan plazmasında ən yüksək konsentrasiyaya çatır. Flurbiprofenin qida və ya antasidlərlə eyni anda qəbulu preparatın sorulma sürətini dəyişə bilər, lakin sorulma dərəcəsinə təsir etmir. Flurbiprofen CP flurbiprofenin nəzarətli azad olunan dərman formasıdır. Plazmada orta səviyyəsi adi tabletdə olduğu kimidir (24 saat ərzində stabil konsentrasiyaya ekvivalent dozada, minimal və maksimal konsentrasiya arasındakı fərq azdır). Flurbiprofenin uzun müddət istifadə edilməsi, onun orqanizmdə toplanmasına səbəb olmur. Paylanması R-flurbiprofen və S-flurbiprofenin paylanma həcmi (Vz/F) 0,12 l/kq təşkil edir. Flurbiprofenin hər iki enantiomeri albuminlə və plazmanın digər zülalları ilə 99% birləşir. Plazma zülalları ilə birləşməsi orta tarazlıq konsentrasiyasında (≤10 mkq/ml) nisbətən sabitdir və məsləhət görülən dozalarda həmin həddə çatır. Biotransformasiyası Plazmada və sidikdə çoxlu miqdarda flurbiprofen metabolitləri aşkar edilib: 4’-hidroksi-flurbiprofen, 3’,4’-dihidroksi-flurbiprofen, 3’-hidroksi-4’metoksi-hidroksi-flurbiprofen, konyuqatlar. Arilpropion turşusunun digər növlərindən fərqli olaraq (məsələn, ibuprofen), R-flurbiprofenin və S-flurbiprofenin metabolizmi minimal səviyyədə keçir. In vitro tədqiqatlar göstərib ki, Р 2С9 (CYP2C9) sitoxromu450 onun əsas metaboliti flurbiprofenin, 4′-hidroksi-flurbiprofenin metabolizmində mühüm rol oynayır. 4′-hidroksi-flurbiprofen heyvanlar üzərində iltihab modellərində iltihabəleyhinə cüzi fəallıq göstərmişdir. Flurbiprofen metabolizmə təsir göstərən fermentləri induksiya etmir. Sərbəst flurbiprofenin ümumi plazma klirensi stereoselektiv deyil, terapevtik intervallarla qəbul olunduqda flurbiprofenin klirensi dozadan asılı olmur. Flurbiprofenin biotransformasiyası əsasən Р 2C9 sitoxromunun iştirakı ilə450 baş verir. Əvvəllər flurbiprofen Р 2С9 sitoxromunun digər substratına təsir etməsi səbəbindən450 Р 2C9 sitoxromunun ləng metabolizminə malik olan və ya malik olması ehtimal olunan xəstələrdə450 ehtiyatla qəbul olunmalıdır. Aşağı metabolik klirens səbəbindən bu xəstələrin qan plazmasında atipik səviyyə ola bilər. Xaricolması Qəbul edildikdən sonra flurbiprofenin 3%-i sidiklə dəyişməmiş şəkildə xaric olur, bu zaman sidiklə xaric olan dozanın təxminən 70%-ni flurbiprofen və metabolitlər təşkil edir. Böyrək metabolizmi flurbiprofen metabolitlərinin əsas xaricolma yollarından biri olduğu üçün böyrək funksiyaları pozulmuş xəstələrdə flurbiprofen metabolitlərinin yığılmasının qarşısının alınması məqsədilə flurbiprofenin dozalanmasını tənzimləmək lazımdır. R- və S-flurbiprofen üçün orta yarımparçalanma dövrü (t ) müvafiq olaraq 4,7 və 5,7 saat təşkil edir. Bir neçə dozanın qəbulundan sonra flurbiprofenin½ cüzi yığılması baş verir. Xəttilik Tədqiq olunmayıb. Xüsusi pasiyent qrupları Qaraciyər çatışmazlığı Flurbiprofenin 90%-i qaraciyərdə mübadiləyə uğrayır, bununla əlaqədar olaraq qaraciyər çatışmazlığı olan xəstələrdə oral qəbul zamanı flurbiprofenin dozasını azaltmaq lazımdır. Qaraciyər xəstəliyi və albuminin konsentrasiyası 3,1 q/dl-dən az olan xəstələrdə flurbiprofenin plazma zülalları ilə birləşmə dərəcəsi azalır. Böyrək çatışmazlığı Böyrək klirensinin flurbiprofen metabolitlərinin xaric olmasının əsas yolu olmasına baxmayaraq, sərbəst flurbiprofen üçün bu xaricolma yolu əsas yol deyil. Böyrək çatışmazlığı olan və albuminin konsentrasiyası 3,9 q/dl-dən az olan xəstələrdə flurbiprofenin plazma zülalları ilə birləşmə dərəcəsi azalır. Böyrək çatışmazlığı olan xəstələrdə flurbiprofen metabolitlərinin xaric olması azala bilər. Daimi peritoneal dializ alan ambulator xəstələrdə flurbiprofen qandan dializə keçmir. Uşaqlarda Flurbiprofenin uşaqlarda farmakokinetikası tədqiq olunmayıb. 12 yaşdan aşağı uşaqlarda istifadə olunmamalıdır. Yaşlılarda Artriti olan yaşlı xəstələrdə birdəfəlik və ya çoxdəfəlik qəbul zamanı 100 mq-lıq flurbiprofen tabletlərinin farmakokinetikası artriti olan gənc xəstələrdə farmakokinetikasından fərqlənmir.
İstifadəsinə göstərişlər
− Revmatoid artrit, osteoartrit, ankilozlaşdırıcı spondilit, bursit, tendinit, yumşaq toxumaların zədələnməsi zamanı təxirəsalınmaz və uzunmüddətli simptomatik müalicə; − dismenoreya.
Əks göstərişlər
Flurbiprofenə və ya preparatın köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq. Aspirin və ya digər qeyri-steroid iltihabəleyhinə preparatların qəbulundan sonra astma, övrə tutmaları və ya digər allergik reaksiyalar qeydə alınan xəstələrə təyin edilməməlidir. Belə xəstələr arasında ağır, nadir hallarda ölümlə nəticələnən, anafilaksiyaya oxşar reaksiyalar haqqında məlumatlar təqdim olunub (bax: Xüsusi göstərişlər, anafilaktoid reaksiyalar, anamnezdə astma). Aspirin triadası olan xəstələrə təyin edilməməlidir. Bu simptom kompleksi adətən astma və polipozlu yaxud qeyri- polipozlu rinit olan xəstələrdə və ya aspirinin yaxud digər QSİƏP-in qəbulundan sonra ağır, potensial ağır bronxospazmı olan xəstələrdə müşahidə olunur. Xora xəstəliyi olan (kəskin və ya anamnezində) xəstələrə əks göstərişdır. Anamnezində QSİƏP ilə müalicə ilə əlaqədar mədə-bağırsaq qanaxması və ya perforasiyası olan xəstələrə əks göstərişdir. Mədə-bağırsaq qanaxmalarında, serebrovaskulyar qanaxmalarda və digər qanaxmalarda əks göstərişdir. Ağır ürək çatışmazlığı, qaraciyər çatışmazlığı və böyrək çatışmazlığı olan xəstələrə əks göstərişdir. Cərrahiyyədə tac damarların şuntlanması (CABG) zamanı əməliyyatqabağı ağrının müalicəsi üçün əks göstərişdir. Hamiləliyin üçüncü üç ayında əks göstərişdir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Flurbiprofen QSİƏP-lə, o cümlədən SOG-2-nin inhibitorları ilə birgə qəbul edilməməlidir. Ürək-damar xəstəlikləri riski • QSİƏP ölümcül ola biləcək ciddi ürək-damar trombolitik halların yaranmasına, miokard infarktı və insult riskinin artmasına gətirib çıxara bilər. İstifadə müddəti uzandıqca bu risk də arta bilər. Artıq ürək- damar xəstəlikləri yaxud ürək-damar xəstəliklərinin inkişaf riski amili olan xəstələr arasında risk daha yüksəkdir. • Flurbiprofen cərrahiyyədə tac damarların şuntlaması (CABG) zamanı əməliyyat qabağı ağrının müalicəsi üçün əks göstərişdir. Mədə-bağırsaq xəstəlikləri riski • QSİƏP ciddi yanaşı mədə-bağırsaq təzahürləri, o cümlədən qanaxma, mədənin və ya bağırsağın ölümcül ola biləcək xorası və perforasiyası riskini artırır. Bu ağırlaşmalar istifadə zamanı istənilən vaxt simptomsuz da baş verə bilər. Yaşlı xəstələr ciddi mədə-bağırsaq ağırlaşmalarına daha çox məruz qalır. Xəbərdarlıq Ürək-damar trombolitik hallar Bir neçə QSİƏP-in selektiv və qeyri-selektiv SOG-2 inhibitorlarının 3 ilə yaxın tədqiqinin nəticələri ciddi ürək-damar trombolitik halları, miokard infarktı, insult riskinin yüksək olduğunu göstərmişdir. Artıq ürək-damar xəstəlikləri yaxud ürək-damar xəstəliklərinin inkişaf riski amili olan xəstələr arasında risk daha yüksəkdir. Yanaşı ürək-damar hallarının inkişaf riskinin minimuma endirilməsi üçün ən qısa müddətə ən aşağı effektiv doza qəbul edilməlidir. Həkim və xəstə əvvəllər ürək-damar simptomlarının olmamasına baxmayaraq, belə halların yaranmasına qarşı sayıq olmalıdır. Xəstələr ciddi ürək-damar hallarının əlamətləri və/və ya simptomları və onların təzahür etməsi zamanı görüləcək tədbirlər barədə xəbərdar edilməlidir Aspirinin eyni zamanda istifadəsinin QSİƏP-in qəbulu ilə bağlı ciddi ürək-damar trombolitik hallarının yüksək inkişaf riski ilə bağlı olmasına dair mötəbər sübut yoxdur. Aspirinlə flurbiprofenin eyni anda qəbulu ciddi mədə-bağırsaq hallarının inkişaf riskini artırır. Flurbiprofen üçün belə riskin istisna edilməsinə dair kifayət qədər məlumat yoxdur. Nəzarət olunmayan arterial hipertenziyası, durğun ürək çatışmazlığı, ürəyin sabit işemik xəstəliyi, periferik arteriyası olan xəstəlikləri və/və ya serebrovaskulyar xəstəlikləri olan xəstələrə flurbiprofen ehtiyatla, yalnız hərtərəfli müayinədən sonra təyin edilməlidir. Ürək-damar xəstəliklərinin risk amilləri (məsələn, hipertenziya, hiperlipidemiya, şəkərli diabet, siqaret çəkmə) olan xəstələrdə uzunmüddətli müalicədən əvvəl analoji müayinə aparılmalıdır. Tac damarın şuntlamasından ilk 10-14 gün sonra ağrının müalicəsi üçün QSİƏP-nin – selektiv və qeyri-selektiv SOG-2 inhibitorlarının istifadəsi ilə iki böyük, nəzarət olunan klinik tədqiqatın nəticələri insult və miokard infarktının yüksək inkişaf tezliyini ortaya çıxarmışdır. Arterial hipertneziya QSİƏP, o cümlədən flurbiprofen artıq mövcud olan hipertenziyanın manifestasiyasına və ya pisləşməsinə səbəb ola bilər və ürək-damar hallarının artmasına səbəb ola bilər. Tiazid yaxud dövrə diuretikləri qəbul edən xəstələrdə QSİƏP-nin qəbulu zamanı müalicəyə cavab aşağı düşür. QİƏSP, o cümlədən flurbiprofen hipertoniyalı xəstələrdə istifadə edilməlidir. Flurbiprofenlə müalicə zamanı arterial təzyiqi (AT) yoxlamaq lazımdır. Durğunluq ürək çatışmazlığı və ödem QSİƏP, o cümlədən flurbiprofen və prostaqlandinlərin sintezini tormozlayan dərmanlar qəbul edən bəzi xəstələrdə mayenin saxlanması və ödem müşahidə edilmişdir. Flurbiprofen mayenin saxlanması, hipertoniya və ya ürək çatışmazlığı olan xəstələrdə ehtiyatla istifadə edilməlidir. Mədə-bağırsaq traktında – xora, qanaxma, perforasiyanın inkişafı riski QSİƏP mədə-bağırsaq traktı tərəfindən ciddi yanaşı hallara, o cümlədən qanaxmaya, xora xəstəliyinə və ölümcül ola biləcək mədənin, nazik, yoğun bağırsağın perforasiyasına səbəb ola bilər. Qeyd olunan yanaşı hallar istənilən vaxt əvvəlcədən simptomlar şəklində və ya onlarsız yarana bilər. MBT-nin ciddi yanaşı təsirləri, məsələn dispepsiya, müalicənin istənilən anında inkişaf edə bilər. Xəstələr və həkimlər QSİƏP ilə müalicə zamanı mədə-bağırsaq xoralarının və qanaxmanın əlamətlərinə və simptomlarına qarşı diqqətli olmalı və ciddi mədə-bağırsaq halı ilə bağlı şübhə olduqda əlavə müayinə və müalicəyə başlanılmalıdır. Xəstələr mədə-bağırsaq zəhərlənməsinin əlamətləri və simptomları barədə xəbərdar edilməlidir. Dövri laborator monitorinqin üstünlükləri sübut olunmayıb, lakin kifayət qədər qiymətləndirmə də yoxdur. MBT-nin yuxarı şöbələrinin ciddi yanaşı təsiri inkişaf etmiş beş pasiyentdən yalnız birində QSİƏP terapiyasına cavab simptomatikdir. QSİƏP-in səbəb olduğu mədə-bağırsaq traktının yuxarı şöbəsinin xorasının, massiv qanaxmanın və ya perforasiyanın inkişaf etməsi hallaqı 3-6 ay ərzində müalicə alan xəstələrin təxminən 1%-də, bir il ərzində müalicə alan xəstələrin isə 2-4%-də müşahidə olunmuşdur. Uzunmüddətli müalicə zamanı bu tendensiyalar qalır və mədə-bağırsaq traktı tərəfindən ciddi yan təsirlərin inkişafı ehtimalını artırır. Lakin hətta ən qısa müalicə kursu müəyyən risklə bağlıdır. Anamnezində xora xəstəliyi və mədə- bağırsaq qanaxmaları olan xəstələr QSİƏP-i son dərəcə ehtiyatla qəbul etməlidirlər. Mədə-bağırsaq qanaxmasının inkişaf riskini artıran digər amillərə aşağıdakılar aiddir: peroral kortikosteroidlərin və ya antikoaqulyantların eyni anda qəbulu, QSİƏP ilə uzunmüddətli müalicə, siqaret çəkmə, alkoqol, ahıl yaş, qeyri-qənaətbəxş ümumi vəziyyət. Ölümcül halların əksəriyyəti yaşlı və zəifləmiş xəstələr arasında təsvir olunub, deməli, bu qrup pasiyentlərə qarşı xüsusi diqqət tələb olunur. Mədə-bağırsaq traktı tərəfindən yanaşı halların inkişaf riskini minimuma endirmək üçün ən qısa müddət ərzində minimal effektiv QSİƏP dozaları qəbul etmək lazımdır. Yüksək riskli xəstələr üçün tərkibində QSİƏP olmayan alternativ müalicə metodları nəzərdən keçirilib. Bu xəstələr, həmçinin asetilsalitil turşusu və ya mədə-bağırsaq xəstəlikləri riskini gücləndirə biləcək digər preparatlarla birgə müalicəyə ehtiyacı olan xəstələr üçün qoruyucu vasitələrlə (məsələn, mizoprostola və ya proton nasos inhibitorları) ilə qarışıq terapiya tövsiyə olunur. Mütəmadi klinik müayinə zəruridir. Anamnezində mədə-bağırsaq xəstəlikləri olan, xüsusilə də yaşlı xəstələr hər hansı qeyri-adi abdominal simptomlar (xüsusilə mədə-bağırsaq qanaxması) barədə məlumat verməlidir, əsasən də müalicənin ilkin dövrlərində. Eyni anda oral kortikosteroidlər, antikoaqulyantlar (varfarin), serotoninin selektiv geriyə tutulması inhibitorları və ya xora basma və ya qanaxma riskini artıra bilən antiaqreqantlarla (asetilsalisil turşusu) müalicə olunan pasiyentlər xüsusilə ehtiyatlı olmalıdır. Flurbiprofen qəbul edən xəstələrdə mədə-bağırsaq qanaxması və ya xora əmələ gəldikdə, müalicə dayandırılmalıdır. Anamnezində mədə-bağırsaq xəstəlikləri (qeyri-spesifik kolit, Kron xəstəliyi) olan xəstələr QSİƏP- in ehtiyatla qəbul etməlidir, belə ki, onlar xəstəliyin kəskinləşməsinə gətirib çıxara bilər. Yaşlı şəxslər arasında QSİƏP-in qəbuluna qarşı yüksək tezlikli yanaşı reaksiyalar, xüsusilə mədə- bağırsaq qanaxmaları və ölümcül ola biləcək perforasiyalar qeydə alınır. QSİƏP-in qəbulu zamanı mədə-bağırsaq traktının inkişaf riski anamnezində xora xəstəliyi və/və ya mədə-bağırsaq qanaxmaları olan xəstələrdə 10 dəfə çoxdur, nəinki risk amili olmayan xəstələrdə. Mədə-bağırsaq traktının qanaxmalarının inkişaf riskini artıran digər amillərə aşağıdakılar aiddir: peroral kortikosteroidlərin və ya antikoaqulyantların birgə qəbulu, QSİƏP ilə uzunmüddətli müalicə, siqaret çəkmə, alkoqol, ahıl yaş, qeyri-qənaətbəxş ümumi vəziyyət. Böyrəklərə təsiri QSİƏP-in uzunmüddətli qəbulu papilyar böyrək nekrozu və böyrəyin digər zədələnmələrinə səbəb ola bilər. Böyrək prostaqlandinlərinin böyrək perfuziyasının dəstəklənməsi üçün kompensator rol oynadığı xəstələr arasında böyrək təhlükəsizliyi müşahidə olunmuşdur. Belə hallarda QSİƏP-in qəbulu prostaqlandinlərin əmələ gəlməsinin dozadan asılı azalmasına və böyrək qan axınında azalmaya səbəb ola, bu da böyrəklərin dekompensasiyasının inkişafını törədə bilər. Yüksək risk qrupuna pozulmuş böyrək funksiyası, ürək çatışmazlığı, qaraciyər disfunksiyası olan, həmçinin diuretik, AÇF-inhibitor qəbul edən xəstələr aiddir. QSİƏP-in qəbulu dayandırıldıqdan sonra əvvəlki (müalicəyə qədər) vəziyyət qəbul olunur. Klinik tədqiqatlarda böyrək disfunksiyası olan xəstələrdə flurbiprofenin yarımçıxarılma dövrü dəyişməmişdir. Flurbiprofen metabolitləri əsasən böyrəklərlə çıxarılır. Orta-ağır böyrək disfunksiyası olam xəstələrdə 4’-hidrokso-flurbiprofenin eliminasiyası aşağıdır. Flurbiprofenin qəbul edilməsi zəruri olduqda böyrəklərin funksiyası diqqətlə yoxlanılmalıdır. Xroniki böyrək xəstəlikləri Xroniki böyrək xəstəliyi olan xəstələrə flurbiprofenlə müalicə tövsiyə olunmur. Flurbiprofenin qəbul edilməsi zəruri olduqda, böyrəklərin funksiyası diqqətlə yoxlanılmalıdır. Anafilaktoid reaksiyalar Digər QSİƏP kimi, flurbiprofenin qəbulu zamanı anafilaktoid reaksiyaların inkişaf etməsi mümkündür. “Aspirin triada”sı (bronxial astma, vazomotor rinit, asetilsalisil turşusuna qarşı dözümsüzlük) olan xəstələr flurbiprofen qəbul etməməlidir. Bu simptom kompleksi adətən astma və polipozlu yaxud qeyri-polipozlu rinit olan xəstələrdə və ya aspirinin yaxud digər QSİƏP-in qəbulundan sonra ağır, potensial fatal bronxospazmı olan xəstələrdə müşahidə olunur (Əks göstərişlər və Xüsusi göstərişlər, Mövcud astma). Anafilaktoid reaksiyaların inkişafı zamanı təcili yardım göstərilməlidir. Dermatoloji reaksiyalar QSİƏP, o cümlədən flurbiprofen dəri tərəfindın müxtəlif ciddi yanaşı hallara səbəb ola bilər, məsələn, ölümcül ola biləcək eksfoliativ dermatit, Stivens-Conson sindromu (SCS), toksik epidermal nekroliz (TEN). Qeyd olunan yanaşı təsirlər ilkin simptomlarsız üzə çıxa bilər. Xəstələr dəri tərəfindən ciddi yanaşı halların əlamətləri və simptomları barədə məlumatlandırılmalıdır, dəri səpkisinin və ya hiperhəssaslığın digər simptomlarının ilk təzahürləri zamanı preparatın qəbulunu dayandırmaq lazımdır. Təhlükəsizlik tədbirləri Qaraciyərə təsiri QSİƏP, o cümlədən flurbiprofen qəbul edən xəstələrdə (15%-ə qədər) qaraciyər funksiyasının bir və ya bir neçə göstəricisinin səviyyəsinin artması mümkündür. Müalicə başa çatdıqdan sonra qeyd olunan pozuntular ya güclənə, ya da dəyişikliksiz qala, yaxud da keçici xarakterə malik ola bilər. ALT və AST-nin səviyyəsinin xeyli artması (təxminən normadan üç dəfə və ya daha çox) QSİƏP ilə klinik tədqiqatlar zamanı təxminən xəstələrin 1%-də qeydə alınmışdır. Yuxarıda qeyd olunanlardan başqa, bəzən ölümlə nəticələnən nadir hallar, ağır qaraciyər reaksiyaları, o cümlədən sarılıq, ani hepatit, qaraciyər nekrozu və qaraciyər çatışmazlığı qeydə alınıb. Qaraciyər disfunksiyasının simptomları və/və ya əlamətləri yaxud qaraciyər funksiyalarının patoloji göstəriciləri olan xəstələr qaraciyər tərəfindən daha ağır reaksiyaların inkişafının qarşısının alınması üçün müayinə olunmalıdır. Klinik əlamətlər və simptomlar qaraciyər xəstəliyinin inkişafı ilə bağlıdırsa yaxud sistem təzahürlər (məs., eozinofiliya, səpki və s.) qeydə alınırsa, flurbiprofenin qəbulu dayandırılmalıdır. Xroniki böyrək xəstəlikləri Klinik tədqiqatlarda böyrək disfunksiyası olan xəstələrdə flurbiprofenin yarımçıxarılma dövrü dəyişməmişdir. Flurbiprofenin metabolitləri əsasən böyrəklərlə çıxarılır. Orta-ağır böyrək disfunksiyası olam xəstələrdə 4’-hidrokso-flurbiprofenin eliminasiyası aşağıdır. Deməli, xroniki böyrək xəstəliyi olan xəstələrə flurbiprofenlə müalicə tövsiyə olunmur. Flurbiprofenin qəbul edilməsi zəruri olduqda böyrəklərin funksiyası diqqətlə yoxlanılmalıdır. Hematoloji effektlər QSİƏP, o cümlədən flurbiprofen qəbul edən xəstələrdə anemiyanın inkişaf etməsi ehtimal olunur, bu, mayenin saxlanması, mədə-bağırsaq qanaxmaları, eritropoezə kifayət qədər tədqiq olunmamış təsirlə bağlı ola bilər. QSİƏP-lə uzunmüddətli müalicə zamanı hətta anemiyanın hər hansı əlaməti və simptomu olmadığı hallarda da pasiyentlər mütəmadi olaraq hemoqlobini və ya hematokriti yoxlamalıdır. QSİƏP trombositlərin aqreqasiyasına mane olur və bəzi xəstələrdə qanaxma vaxtını artırır. Aspirindən fərqli olaraq, onların trombositlərin funksiyasına təsiri kəmiyyətcə az, qısa və dönəndir. Adətən flurbiprofen trombositlərin sayına, protrombin vaxtına, qismən tromboplast vaxtına təsir göstərmir. Antikoaqulyant qəbul edən, həmçinin qan laxtalanması pozğunluğu olan xəstələr hərtərəfli yoxlanılmalıdır. Mövcud astma Astmalı xəstələr aspirindən asılı vəziyyətdən əziyyət çəkə bilər. Bu xəstələrdə aspirinin istifadəsi ölümcül ola biləcək ağır bronxospazmın inkişafı ilə bağlıdır. Aspirinə qarşı yüksək həssaslığı olan xəstələr çarpaz reaktivliyi səbəbindən flurbiprofen qəbul etməməli və anamnezində astma olan xəstələr ehtiyatla qəbul etməlidir. Görmə qabiliyyətinin dəyişməsi Flurbiprofen və digər QSİƏP qəbul edən xəstələr arasında dumanlı və/və ya zəif görmə qabiliyyəti halları müşahidə edilmişdir. Görmə qabiliyyətindən şikayət edən xəstələr oftalmoloji müayinədən keçməlidir. Hamiləlik Digər QSİƏP kimi, flurbiprofen hamiləliyin üçüncü üç aylığında qəbul edilməməlidir, belə ki, bu, arterial axının vaxtından əvvəl bağlanmasına səbəb ola bilər. Ümumi Flurbiprofen kortikosteroidləri əvəz əvəz etmək və ya kortikosteroid çatışmazlığın müalicə etmək üçün nəzərdə tutulmur. Kortikosteroidlərin qəbulunun kəskin surətdə dayandırılması xəstəliyin kəskinləşməsinə gətirib çıxara bilər. Uzun müddət ərzində kortikosteroid qəbul edən xəstələr müalicəni davam etdirməlidir. Kortikosteroidlərin qəbulunun dayandırılması haqqında qərar qəbul edildikdə onun dozasını yavaş-yavaş azaltmaq lazımdır. Əməliyyatdan sonrakı yaşlı xəstələrə xüsusi diqqət yetirilməlidir. 65 və daha yuxarı yaşlı xəstələrdə böyrəklərin və qaraciyərin funksiyası yoxlanılmalıdır. Qızdırmanın və iltihabın aşağı salınmasında flurbiprofenin farmakoloji aktivliyi ehtimal olunan qeyri-infeksion, xəstə vəziyyətlərin kəskinləşməsinin aşkar edilməsi zamanı ümumi diaqnostik əlamətlərin qiymətləndirilməsi indeksini aşağı sala bilər. Mümkün additiv təsir səbəbindən flurbiprofenin QSİƏP, o cümlədən selektiv siklooksigenaza-2 inhibitorları ilə birgə qəbuluna yol verilməməlidir. Flurbiprofenin qəbulu mayalanma qabiliyyətini poza bilər və hamilə qalmaq istəyən qadınlara tövsiyə edilmir. Bununla əlaqədar olaraq, mayalanma qabiliyyətinin pozğunluğu və ya bu pozğunluqlarla bağlı müayinədən keçən qadınlarda flurbiprofenin qəbulunun dayandırılmasını diqqətə almaq lazımdır. Sistem qırmızı qurdeşənəyi (SQQ) və birləşdirici toxumanın qarışıq xəstəliyi Sistem qırmızı qurdeşənəyi (SQQ) və ya birləşdirici toxumanın qarışıq xəstəliyi olan xəstələrdə aseptik meningitin yüksək inkişaf riski ehtimal olunur. Laboratoriya məlumatları MBT tərəfindən ciddi yanaşı təsirlər ön simptomlarsız üzə çıxa bildiyinə görə mədə-bağırsaq qanaxması simptomlarına diqqət yetirmək lazımdır. QSİƏP-in uzunmüddətli müalicəsi zamanı qanın klinik və biokimyəvi göstəricilərini mütəmadi olaraq yoxlamaq lazımdır. Klinik əlamətlər və simptomlar qaraciyər və ya böyrək xəstəliyinin inkişafı ilə bağlıdırsa, sistem təzahürlər (məsələn, eozinofiliya, səpgi və s.) qeydə alınır, flurbiprofenin qəbulunu dayandırmaq lazımdır. Qadınlarda fertilliyin pozulması Flurbiprofenin istifadəsi qadın fertilliyini aşağı sala bilər və hamilə qalmaq istəyən qadınlara tövsiyə olunmur.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
AÇF inhibitorları və angiotenzin II antaqonistləri Hesabatlar göstərir ki, qeyri-steroid iltihabəleyhinə preparatlar angiotenzinçevirici fermentin (AÇF) inhibitorlarının antihipertenziv effektini azalda bilər. Bu qarşılıqlı təsir AÇF inhibitorları ilə eyni zamanda qeyri-steroid iltihabəleyhinə preparat qəbul edən xəstələrə diqqət yetirmək lazımdır. Böyrəklərin (məsələn, böyrəklərin funksiyasının pozulması ilə orqanizmi susuzlaşmış və ya yaşlı pasiyentlər) funksiyasının pozulması olan bəzi pasiyentlərdə angiotenzinçevirici fermentin (AÇF) inhibitorunun və ya angiotenzin II antaqonisti və siklooksigenazanı inhibə edən preparatın birgə tətbiq edilməsi, kəskin böyrək çatışmazlığı daxil olmaqla böyrəklərin funksiyasının sonrakı pisləşməsinə gətirib çıxara bilər, bu isə bir qayda olaraq dönər xarakterlidir. Bu qarşılıqlı təsirləri flurbiprofen-i və eyni zamanda angiotenzinçevirici fermentin (АÇF) inhibitorunu və ya angiotenzinin II antaqonistini qəbul edən pasiyentlərdə nəzərə almaq lazımdır. Beləliklə, kombinəolunmuş terapiya ehtiyatla, xüsusilə də yaşlılarda aparılmalıdır. Pasiyentlərə adekvat hidratlaşma keçirmək və vaxtaşırı kombinəolunmuş terapiyadan əvvəl və terapiya zamanı böyrək funksiyasının monitorinqinə diqqət etmək lazımdır. Antikoaqulyantlar Varfarin və QSİƏP mədə-bağırsaq qanaxmalarının inkişafına eyni şəkildə təsir edir, buna görə bu preparatların birlikdə qəbulu zamanı qanaxmanın inkişaf riski, onların ayrı-ayrı istifadəsi zamanı olduğundan daha yüksəkdir. Həkim Varfarini və ya başqa antikoaqulyantları qəbul edən pasiyentlərə Flurbiprofen təyin edərkən ehtiyatlı olmalıdır. Aspirin Aspirinlə eyni zamanda istifadə etdikdə qan zərdabında Flurbiprofenin konsentrasiyasının azalması mümkündür. Bu qarşılıqlı təsirin klinik əhəmiyyəti məlum deyildir; lakin digər QSİƏP-lə olduğu kimi, Flurbiprofenin və aspirinin eyni zamanda istifadəsi əlavə təsirlərin inkişaf riskinin yüksəlməsinə görə tövsiyə edilmir. β-Adrenoblokatorlar Flurbiprofen propranololun hipotenziv təsirini aşağı salır, lakin atenolola təsir etmir. Bu qarşılıqlı təsirin mexanizmi məlum deyildir. Flurbiprofen və β-blokator qəbul edən pasiyentlər, adekvat hipotenziv effektin əldə edilməsini müşahidə etməlidirlər. Diuretiklər Klinik tədqiqatların nəticələri və postmarketinq müşahidələr göstərir ki, pasiyentlərin bir hissəsində QSİƏP Furosemidin və bəzi pasiyentlərdə tiazid diuretiklərinin natriumuretik təsirini azalda bilər. Bu, böyrək prostaqlandinlərinin sintezinin inhibə olunması ilə izah olunur. Diuretiklərlə QSİƏP-ın eyni vaxtda istifadəsi zamanı artan böyrək çatışmazlığı əlamətlərini və diuretik effekti diqqətlə müşahidə etmək lazımdır. Litium QSİƏP plazmada litiumun səviyyəsinin artmasına və litiumun böyrək klirensinin azalmasına səbəb ola bilər. Litiumun orta minimal konsentrasiyası 15% artır, böyrək klirensi 20% azalır. Belə təsir QSİƏP -in böyrək prostaqlandinlərinin sintezinin inhibə olunması ilə izah olunur. Ona görə, litium preparatları ilə birlikdə istifadə zamanı onun toksik təsirinin əlamətlərini diqqətlə müşahidə etmək lazımdır. Metotreksat Məlumat verilmişdir ki, QSİƏP dovşan böyrəklərinin lövhələrində metotreksatın toplanmasını rəqabət zəminində inhibə edir. QSİƏP metotreksatın qanda səviyyəsini və toksik təsirini yüksəldə bilər. QSİƏP və metotreksatı ehtiyatla kombinə etmək lazımdır. Kortikosteroidlər: Kortikosteroidlərlə QSİƏP-in eyni zamanda istifadəsi mədə-bağırsaq xoralarının və ya qanaxmalarının riskini artırır. Antiaqreqantlar və serotoninin geriyə udulmasının selektiv inhibitorları: QSİƏP-lə eyni zamanda istifadə mədə-bağırsaq qanaxması riskini artırır. Simetidin, Ranitidin: Sağlam könüllülərdə əvvəlcə simetidinlə və ranitidinlə müalicə Flurbiprofenin farmokinetikasına təsir göstərməmişdir. Yalnız simetidinlə müalicə zamanı flurbiprofenin zərdab konsentrasiyasının kiçik, lakin əhəmiyyətli artması qeyd edilmişdir. Diqoksin: Sağlam kişilərdə flurbiprofenin və diqoksinin kombinəolunmuş şəkildə istifadəsinin tədqiqi bu preparatların qan zərdabında səviyyəsinin davamlı vəziyyətinin dəyişməsini göstərməmişdir. QSİƏP ürək çatışmazlığını gücləndirə, YFS-i azalda və plazma qlükozidlə-rinin səviyyəsini yüksəldə bilər. Peroral hipoqlikemik vasitələr: Hipoqlikemik preparatların və flurbiprofenin birlikdə istifadəsi zamanı qanda şəkərin konsentrasiyasının cüzi dərəcədə azalmasına baxmayaraq, hipoqlikemiya əlamətləri müşahidə olunmamışdır. Xinolonlar: QSİƏP xinolonlarla bağlı qıcolma riskini artıra bilər. QSİƏP-i tiklopidin, takrolimus, siklosporinlə birlikdə ehtiyatla istifadə etmək lazımdır. Takrolimus: QSİƏP ilə birgə istifadə zamanı nefrotoksikliyin yüksək inkişaf riski ehtimal olunur. Siklosporin: böyrək prostaqlandinlərinin təsiri nəticəsində nefrotoksilik riskinin artması. Xüsusi əhali qrupları Pediatriyada istifadəsi Məlumat yoxdur. 12 yaşdan aşağı uşaqlarda istifadə edilməməlidir. Yaşlı insanlarda istifadəsi Antasid qəbul edən yaşlı xəstələrdə flurbiprofenin sorulma sürəti azalmışdır, halbuki sorulma dərəcəsinə təsir etmir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
1-ci və 2-ci trimestrdə hamiləlik kateqoriyası: C; 3-cü trimestrdə: D Reproduktiv yaşlı qadınlar / Doğuşa nəzarət (kontrasepsiya) Məlumat yoxdur. Hamiləlik Siçovulların və dovşanların üzərində aparılan tədqiqatlarda inkişafda kənaraçıxmalar aşkar edilməyib. Buna baxmayaraq, heyvanlar üzərində reproduktivliyə dair tədqiqatlara əsasən insanın reaksiyasını hər zaman proqnozlaşdırmaq mümkün olmur. Hamilə qadınlar üzərində adekvat və yaxşı nəzarət olunan tədqiqatlar aparılmamışdır. Flurbiprofen hamiləlik zamanı yalnız gözlənilən fayda döl üçün potensial riskdən yüksək olduğu hallarda istifadə olunur. Prostaqlandinlərin sintezinin inhibə edilməsi hamiləliyə mənfi təsir göstərə bilər. Epidemioloji tədqiqatların məlumatları hamiləliyin erkən dövrlərində prostaqlandin sintezinin inhibitorlarının istifadəsindən sonra yüksək uşaqsalma riskinin olduğunu göstərir. Qeyd olunduğu kimi, heyvanlarda prostaqlandin sintezinin inhibitorunun istifadəsi uşaqsalma və dölün ölməsi hallarının sayının artmasına gətirib çıxarmışdır. Qeyri-steroid iltihabəleyhinə preparatların dölün ürək-damar sisteminə məlum yanaşı təsirləri (arterial axının bağlanması) səbəbindən hamiləliyin sonunda (6-cı aydan başlayaraq) istifadə olunmamalıdır. Heyvanlar üzərində aparılan tədqiqatlar hamiləliyə və doğuşdan sonrakı inkişafa təsirini qiymətləndirmək üçün kifayət etmir. İnsanlarda hamiləliyin son 3 ayında bütün prostaqlandin sintezi inhibitorlarının istifadəsi döldə kardiopulmonar və böyrək disfunksiyasına, doğuş zamanı qanama müddətinin uzanmasına səbəb ola bilər. Fertillik Siçovullar üzərində QSİƏP-lə və prostaqlandinlərin sintezini inhibə edən digər preparatlarla aparılan tədqiqatlarda patoloji doğuş, doğuşun ləngiməsi və balaların sağqalma sayının azalması halları artmışdır. Preparatın hamilə qadınlarda gücənmə törətmək və doğuş üçün istifadəsinin nəticələri məlum deyil. QSİƏP-in qəbulu əks sonsuzluqla bağlı olaraq, yumurtalığın follikulunun partlamasını ləngidə və ya qarşısını ala bilər. Mayalanmada çətinlik çəkən və sonsuzluqla bağlı müayinədən keçən qadınlarda flurbiprofenin ləğv edilməsini nəzərdən keçirmək lazımdır. Laktasiya Ana südündə və uşaq əmizdirən anaların plazmasında flurbiprofenin konsentrasiyaları fərz etməyə imkan verir ki, uşaq gündə 200 mq flurbiprofen qəbul edən qadının südü ilə gündə təxminən 0,1 mq flurbiprofen ala bilər. Yenidoğulmuşlarda prostaqlandinlərin mümkün olan əlavə təsirlərinə görə və ana üçün preparatın vacibliyini nəzərə alaraq, ana südü ilə qidalandırmanın dayandırılması və ya preparatın qəbulunun dayandırılması barədə qərar qəbul etmək lazımdır. Pediatriyada istifadəsi 12 yaşa qədər uşaqlarda istifadəsi məsləhət görülmür. Yaşlılarda istifadəsi Digər QSİƏP kimi, flurbiprofen yaşlı xəstələrdə (65 yaş və daha yuxarı) ehtiyatla istifadə edilməlidir. Digər QSİƏP kimi mədə-bağırsaq trakrtı tərəfindən xora, qanaxma, meteorizm, qarında ağrı kimi ağırlaşmalar gənclərlə müqayisədə yaşlılarda daha çox müşahidə olunur. Yanaşı mədə-bağırsaq hallarının inkişaf riskini minimuma endirmək üçün ən qısa müddət ərzində ən minimal effektiv doza istifadə olunmalıdır. Həmçinin yaşlı xəstələr böyrəklərin dekompensasiyasının daha yüksək inkişaf riskinə məruzdur. Həkimlə məsləhətləşmədən qəbul etmək olmaz. İstifadədən əvvəl təlimatı diqqətlə oxumaq lazımdır. Məsləhət görülən sutkalıq doza Bölünmüş doza 150-200 mq/sut təşkil edir. Kəskin simptomları olan xəstələrə və ya xəstəliyin kəskinləşməsi zamanı dozanı 200 mq-dək artırmaq olar. Dismenoreya: əvvəlcə 100 mq, sonra isə hər 4 yaxud 6 saatdan bir 50 və ya 100 mq. Preparatın maksimal sutkalıq dozası 300 mq-dan artıq olmamalıdır. Xüsusi klinik populyasiya Pediatriyada istifadəsi 12 yaşa qədər uşaqların qəbul etməsi tövsiyə olunmur. Yaşlı şəxslərdə istifadəsi Yaşlı şəxslərin (65 yaş və daha yuxarı) müalicəsi zamanı ehtiyatlı olmaq lazımdır. Digər QSİƏP-də olduğu kimi, flurbiprofenin istifadəsi ilə bağlı klinik təcrübə yaşlı xəstələrdə xora, qanaxmalar, meteorizm, köp və qarında ağrılar kimi mədə-bağırsaq şikayətlərinin səviyyəsinin gənclərlə müqayisədə yüksək olduğunu ehtimal edir. Qaraciyər çatışmazlığı Qaraciyər disfunksiyasını ehtimal edən simptomları və/və ya əlamətləri, yaxud qaraciyər sınaqlarının pozğunluğu olan xəstələr flurbiprofenlə müalicəyə qarşı daha ağır qaraciyər reaksiyasının mümkünlüyünə görə müayinə olunmalıdır. Ağır qaraciyər çatışmazlığı olan xəstələrdə flurbiprofen istifadə etmək olmaz. Böyrək çatışmazlığı Böyrəklər flurbiprofen metabolitlərinin mühüm çıxarılma yolu olduğu üçün zəif və ya ağır böyrək çatışmazlığı olan xəstələrdə flurbiprofen metabolitlərinin yığılmasının qarşısının almaq üçün dozaya düzəliş olunmalıdır. Bu xəstələr ciddi müşahidə olunmalıdır.
Əlavə təsirləri
Əlavə təsirlərin inkişaf tezliyi aşağıdakı kimi təsnif edilir: çox tez-tez — 1/10 daha çox; tez-tez — ≥1/100 və <1/10; bəzən — ≥1/1000 və <1/100; nadir hallarda — ≥1/10000 və <1/1000; çox nadir hallarda — <1/10000; məlum deyil (mövcud məlumatlar əsasında başvermə tezliyini qiymətləndirmək mümkün deyil). Flurbiprofen qəbul edən xəstələrdə əlavə təsirlər Tez-tez † Bəzən ‡ Nadir hallarda Məlum deyil ‡ Rinit, sidik yollarının İnfeksiyalar və infeksiyasının invaziyalar əlamətləri və simptomları Trombositlərin Qan və limfa Dəmir defisitli aqreqasiyasının sisteminə anemiya inhibə olunması Anafilaktik İmmun sistemə reaksiyalar Maddələr Bədən kütləsinin Hiperurikemiya, Hiperkaliemiya mübadiləsinə dəyişməsi mayenin yığılması Əsəbilik, həyəcan, Psixi pozuntular Şüurun qarışması depressiya, yuxusuzluq Amneziya, Ataksiya, başgicəllənmə, serebrovaskulyar baş ağrısı, işemiya, Mərkəzi sinir reflekslərin paresteziyalar, sisteminə güclənməsi, Iybilmə yuxululuq, duyğusunun tremor pozğunluğu Görmə Görmə qabiliyyətinin Konyunktivit orqanlarına dəyişməsi Eşitmə orqanları Qulaqda səs, və labirintə başgicəllənmə Ürək-damar Ürək çatışmazlığı Miokard infarktı sisteminə Damar xəstəlikləri, Damar vazodilatasiya, pozuntuları hipertenziya Tənəffüs Astma, epitaksiya, sisteminə bronxospazm Qarın nahiyəsində Qanlı ishal, ağrı, qəbizlik, ezofaqeal qastrit, Mədə-bağırsaq Həzm sisteminə ishal, dispepsiya, qanlı qusma, perforasiyası mədə-bağırsaq peptik mədə xorası, qanaxması, ürəkbulanma, stomatit, həzm qusma yolunun xorası Hepatit, qaraciyər Qaraciyərə və funksiyasının öd yollarına pozulması Kvinke ödemi, Dəri və dərialtı Səpgi ekzema, qaşınma, toxumaya övrə Dayaq-hərəkət aparatına, sümük Qıcolma sisteminə, birləşdirici toxumaya Qlomerulonefrit, Böyrəklərə və Hematuriya, papilyar böyrək sidik-ifrazatı Böyrək çatışmazlığı nekrozu, nefrotik sisteminə sindrom Asteniya, Tremor, Ümumi ödem, zəiflik, Yorğunluq yorğunluq Qaraciyər Hemaqlobinin və Laborator fermentlərinin hematokritin müayinəsi səviyyəsinin səviyyəsinin artımı azalması Aşağıda göstərilmiş əlavə təsirlər postmarketinq müşahidələri nəticəsində və ya ədəbiyyatdan alınmışdır. Tezliyi qiymətləndirmək mümkün deyil. Qan və limfa sisteminə Aplastik anemiya, hemolitik anemiya, trombositopeniya, neytropeniya İmmun sistemə Anafilaksiya Kolit, bağırsaqların iltihabi xəstəliyi, qan və zülal itkisi ilə bağırsaqların Həzm sisteminə iltihabı Qaraciyərə və öd yollarına Xolestatik və qeyri-xolestatik sarılıq Dəri və dərialtı toxumaya Eksfoliativ dermatit, fotosensibilizasiya, Stivens-Conson sindromu, toksik epidermal nekroliz Mərkəzi sinir sisteminə Aseptik meningit Böyrəklərə və sidik-ifrazatı İnterstisial nefrit sisteminə GÖZLƏNİLMƏYƏN EFFEKTLƏRİ YARANDIQDA HƏKİMƏ MÜRACİƏT EDİN. QSİƏP-in dozadan artıq qəbulunun simptomları: letargiya, yuxululuq, ürəkbulanma, qusma və epiqastral nahiyədə ağrılar. Bu simptomlar dəstəkləyici terapiya ilə aradan qaldırıla bilər. Mədə qanaxmalarının inkişafı mümkündür. Nadir hallarda arterial hipertenziyanın, kəskin böyrək çatışmazlığının, nəfəsin darılması və komanın inkişaf etməsi ehtimal olunur. QSİƏP-in istifadəsi nəticəsində, habelə dozadan artıq qəbulu zamanı anafilaktik reaksiyaların inkişafı halları müəyyən olunub. QSİƏP-in dozadan artıq qəbulu zamanı simptomatik və dəstəkləyici terapiya tövsiyə olunub. Spesifik antidotu yoxdur. Dozadan artıq qəbul zamanı (dozanın 5 mislinin və ya 10 mislinin qəbulu) xəstələri növbəti 4 saat ərzində qusdurur və ya aktivləşdirilmiş kömür (böyüklərə 60-100 mq, uşaqlara 1 və ya 2 q/kq), həmçinin osmotik işlədici dərman təyin edirlər. Böyrəklər və qaraciyərin funksiyaları nəzarətdə saxlanmalı, qıcolmalar müşahidə olunarsa venadaxili diazepam yeridilməsi tövsiyə olunur. Preparat qan zərdabının zülalları ilə güclü birləşdiyinə görə – gücləndirilmiş diurez, sidiyin qələviləşdirilməsi, hemodializ və hemoperfuziya effektiv deyil.
Buraxılış forması
5 tablet, PVX alüminium folqalı blisterdə. 3 və ya 6 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Saxlama şəraiti 25 °С-yə qədər otaq temperaturunda və uşaqların əli çatmadığı yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Sanovel İlaç San. ve Tic. A.Ş., Turkey. Balaban Mahallesi, Cihaner Sokağı, No:10, 34580 Silivri/İstanbul/TÜRKİYƏ.
Qeydiyyat vəsiqəsinin sahibi
Sanovel İlaç San. ve Tic. A.Ş., Turkey. İstinye Mahallesi, Balabandere Caddesi, No:14, 34460 Sarıyer, İstanbul/TÜRKİYƏ.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.