Maqnezium sulfat 25 % 5 ml N10 inyeksiya Borisov
| Təsiredici maddə | MAGNESIUM SULFATE |
|---|---|
| Dərman forması | İnyeksiya üçün məhlul |
| Farmakoloji təsir | Plazmaəvəzedici və perfuzion məhlullar. Venadaxili yeritmək üçün məhlullara əlavələr. Elektrolitlər |
| İstehsal ölkəsi | Belarusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
1,30 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Bu dərman preparatını istifadə etməzdən əvvəl, içlik vərəqəsini sona qədər oxuyun, burada Sizin üçün vacib olan məlumatlar vardır. İçlik vərəqəsini atmayın. Onu təkrar oxumaq lazım gələ bilər. Əlavə suallar meydana çıxarsa, həkimə müraciət etmək lazımdır. Bu dərman vasitəsi məhz Sizə təyin olunub. Onu digər şəxslərə vermək olmaz. Bu onların sağlamlığına zərər verə bilər, hətta onlardakı simptomlar Sizinki ilə eyni olsa belə. Hər hansı əlavə təsir yarandıqda, həkimə müraciət edin. Bu tövsiyə, içlik vərəqədə qeyd edilməyən istənilən arzuolunmaz reaksiyalara da şamil edilir. MAQNEZİUM SULFAT 250 mq/ml venadaxili və əzələdaxili yeritmək üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Magnesium sulfate
Tərkibi
Təsiredici maddə: 1 ampulda (5 ml) 1,25 q maqnezium sulfat heptahidrat vardır. Köməkçi maddələr: natrium hidroksid, inyeksiya üçün su.
Təsviri
Şəffaf rəngsiz məhluldur.
Farmakoterapevtik qrupu
Plazmaəvəzedici və perfuzion məhlullar. Venadaxili yeritmək üçün məhlullara əlavələr. Elektrolitlər. ATC kodu: B05XA05.
İstifadəsinə göstərişlər
Arterial hipertenziya (o cümlədən, beyin ödemi təzahürü ilə hipertonik kriz); hipomaqneziemiya; polimorf mədəcik taxikardiyası (“piruet” tipli); eklampsiya (qıcolmaları aradan qaldırmaq üçün) və preeklampsiya (ağır dərəcəli preeklampsiya zamanı qıcolmaların qarşısını almaq üçün); uşaqlığın tetaniyası; ağır metal duzları (civə, arsen, tetraetilqurğuşun) ilə zəhərlənmə.
Əks göstərişlər
Miasteniya; bradikardiya; ifadəolunmuş arterial hipotenziya; hipokalsiemiya; doğuşdan əvvəlki dövr (doğuşdan 2 saat əvvəl); böyrək funksiyalarının təzahürlü pozulması (kreatinin klirensi 20 ml/dəqiqədən az); hiperhəssaslıq və hipermaqneziemiya; I-III-cü dərəcəli atrioventrikulyar blokada; tənəffüs mərkəzinin zəifləməsi.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparatın toksik konsentrasiyasının qarşısını almaq üçün maqnezium sulfatı orqanizmə ehtiyatla istifadə etmək lazımdır. Yaşlı pasiyentlərdə böyrək funksiyası zəif olduğu üçün preparatı aşağı dozalarda istifadə etmək lazımdır. Böyrək funksiyası pozulmuş (kreatinin klirensi 20 ml/dəqiqədən çox) və oliquriya olan 2+ pasiyentlərə 48 saat ərzində 20 q-dan (81 mmol Mg ) artıq maqnezium sulfat almamalıdırlar, maqnezium sulfatı vena daxilinə çox sürətlə yeritmək olmaz. Qan zərdabında maqnezium ionlarının konsentrasiyasına (0,8-1,2 mmol/l-dən artıq olmamalıdır), diurezə (saatda 100 ml-dən az olmamaqla), tənəffüsün tezliyinə (dəqiqədə 16-dan az olmamalıdır), arterial təzyiqə nəzarət etmək məsləhət görülür, vətər reflekslərinə nəzarət etmək vacibdir. Maqnezium sulfatın yeridilməsi zamanı vena daxilinə yeritmək üçün hazırlanmış kalsium məhlulu, məsələn 10 %-li kalsium qlükonat məhlulu, əl çatan olmalıdır. Maqnezium sulfatın istifadəsi zamanı texnesium istifadəsi ilə aparılan radioloji tədqiqatların nəticələri təhrif oluna bilər. Uzun müddət istifadəsi zamanı mərkəzi hemodinamika göstəricilərinə nəzarət, arterial təzyiqin, ürək fəaliyyətinin, vətər reflekslərinin, tənəffüs tezliyinin və böyrək funksiyalarının monitorinqini aparmaq tələb olunur. Kalsium preparatlarının və maqnezium sulfatın eyni vaxtda istifadəsinə ehtiyac olduqda, bu preparatları müxtəlif venalara yeritmək lazımdır. Plazmada maqneziumun səviyyəsinin laborator nəzarəti zamanı plazmada maqneziumun normal göstəricisi, onun toxumalarda defisitini istisna etmədiyini nəzərə almaq lazımdır, belə ki, plazmada maqneziumun konsentrasiyası və onun hüceyrəarası mayedəsəviyyəsi həmişə əlaqəli olmur. Digər dərman vasitələrilə qarşılıqlı təsiri Eyni vaxtda istifadəsi sinir sisteminin fəaliyyətini tormozlayan (alkoqol, psixotrop, yuxugətirici, parkinsonizməleyhinə, qıcolmaəleyhinə vasitələr) digər preparatların təsirini gücləndirir. Barbituratlarla, narkotik analgetiklərlə, hipotenziv vasitələrlə birlikdə istifadə edildikdə, tənəffüs mərkəzinin zəifləməsi ehtimalı artır. Maqnezium sulfatla eyni vaxtda istifadəsi zamanı ürək qlikozidləri keçiricilik pozğunluqları və atrioventrikulyar blokada riskini yüksəldirlər. Aminoqlikozid antibiotiklər, nifedipin və miorelaksantlar maqnezium duzlarının istifadəsi nəticəsində baş verən sinir-əzələ blokadasını gücləndirə bilərlər. Kalsium duzlarının venadaxili yeridilməsi maqnezium sulfatın effektini zəiflədir. Maqnezium sulfatı digər damargenişləndirici vasitələrlə eyni zamanda yeritdikdə, onların hipotenziv effekti güclənir. Kalsium preparatları, alkoqol (yüksək konsentrasiyalarda), karbonatlar, bikarbonatlar və qələvi metalların fosfatları ilə, arsen tuşusu, barium, stronsium duzları ilə, klindamisin fosfat, hidrokortizon suksinat, polimiksin B sulfat, prokain, salisilatlar və tartratlar ilə farmasevtik cəhətdən uyuşmur (çöküntü əmələ gətirir).
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövründə maqnezium sulfatın istifadəsinin təhlükəsizliyi müəyyən edilməyib. Lakin eklampsiya əlaməti olan qadın pasiyentə təcili tibbi yardım zamanı məlum vəziyyətin yüngülləşdirilməsi üçün maqnezium sulfat yeritmək olar, belə ki, bu, ananın və uşağın həyatı üçün təhlükə törədə bilər. Hamiləlik dövründə preparat, yalnız gözlənilən terapevtik effekt dölə olan potensial riskdən üstün olduğu halda ehtiyatla istifadə edilir. Hamilə qadınlarda vaxtından əvvəl doğuşun qarşısını almaq üçün dərman vasitəsini 5-7 gündən artıq istifadə etmək olmaz, belə ki, bu, yenidoğulmuşda kalsiumun səviyyəsinin azalmasına və sümük sistemində dəyişikliyə səbəb ola bilər. Laktasiya dövründə istifadəsinə ehtiyac olduqda, ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır. Pediatriyada istifadəsi Vətər reflekslərinə və plazmada maqneziumun konsentrasiyasına nəzarət etməklə, göstəriş üzrə uşaqlarda bir yaşdan sonra preparatın istifadəsi mümkündür. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Müalicə dövründə nəqliyyat idarə etməkdən və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmaqdan çəkinmək lazımdır.
İstifadə qaydası və dozası
Vena daxilinə (damcı üsulu və ya tədricən şırnaq üsulu ilə) yeridilir. Pasiyent uzanılı vəziyyətdə olmalıdırlar. Yalnız preparatın venadaxili yeridilməsi mümkün olmadığı halda, məsələn periferik venalara daxil olmaq çətin olduqda, əzələdaxili müalicədən istifadə etmək olar. Əzələ daxilinə yeritmək üçün maqnezium sulfat məhlulunun konsentrasiyasının 200 mq/ml-dən (20 %-li məhlul) artıq olmamasını təsdiqləyən çox məhdud dərc olunmuş məlumatlar var. Müalicədən əvvəl və müalicə müddətində maqneziumun zərdab səviyyələrinə nəzarət etmək vacibdir. Pasiyentin tələbatından və müalicəyə alınan cavabdan asılı olaraq, maqnezium sulfatın dozası fərdi seçilməlidir. Zərdabda maqneziumun səviyyəsinin > 2,5 mmol/l-dən artıq yüksəlməsindən çəkinmək lazımdır. Maqnezium sulfatın dozaları preparatın miqdarına müvafiq qramlarla göstərilir: 1 q – 4 ml vena daxilinə və əzələdaxili yeritmək üçün 250 mq/ml məhlul (25 %-li məhlul), müvafiq olaraq 2 q – 8 ml, 3 q – 12 ml, 4 q – 16 ml, 5 q – 20 ml, 10 q – 40 ml, 15 q – 60 ml, 20 q – 80 ml, 30 q – 120 ml, 40 q – 160 ml venadaxili və əzələdaxili yeritmək üçün 250 mq/ml məhlul (25 %-li məhlul). 1 ml preparatın tərkibində 1 mmol maqnezium vardır. Maqnezium sulfat məhlulunu 0,9 %-li natrium xlorid məhlulu və ya 5 %-li dekstroza (qlükoza) məhlulu ilə durulaşdırmaq olar. Hipomaqneziemiya Yüngül dərəcəli Maqnezium preparatlarının peroral yolla yeridilməsi mümkün və ya məqsədəuygun olmadıqda (ürəkbulanma və qusma olduqda, mədədə sorulması pozulduqda), maqnezium sulfat məhlulu parenteral yolla istifadə edilir. Preparatın sutkalıq dozası 1-2 q-dır (4-8 ml venadaxili və əzələ daxilinə yeritmək üçün 250 mq/ml-lik məhlul). Bu doza bir dəfəyə və ya 2-3 dəfəyə yeridilir. Ağır dərəcəli Başlanğıc doza, 1 l infuziya üçün məhlulda (0,9 %-li natrium xlorid məhlulu və ya 5 %-li dekstroza (qlükoza) məhlulu) venadaxilinə tədricən 5 q-dır (20 ml venadaxili və əzələdaxili yeritmək üçün 250 mq/ml-lik məhlul). Preparat qan zərdabında maqnezium ionlarının miqdarından asılı olaraq dozalanır. Uzun müddət istifadəsi zamanı arterial təzyiqə, ürək fəaliyyətinə, vətər reflekslərinə, böyrək fəaliyyətinə, tənəffüsün tezliyinə nəzarət etmək məsləhət görülür. Kalsium və maqnezium duzlarının eyni zamanda istifadəsi üçün zərurət yarandıqda, preparatları müxtəlif venalara yeritmək lazımdır. Çatışmazlıq vəziyyətlərinin müalicəsi zamanı maqneziumun böyrək ekskresiyasının həddindən atrıq yüksəlməsinin və hipermaqneziemiyanın meydana çıxmasının qarşısını almaq məqsədi ilə ehtiyatlı olmaq lazımdır. Parenteral qidalanma zamanı profilaktik istifadə Böyüklər üçün dəstəkləyici doza sutkada 1 q-dan 3 q-a qədər dəyişir (4-12 ml venadaxili və əzələdaxili yeritmək üçün 250 mq/ml-lik məhlul). Körpələr və uşaqlar üçün dəstəkləyici dozaların diapazonu sutkada 0,25 q-dan 1,25 q-a qədər (1- 5 ml venadaxili və əzələdaxili yeritmək üçün 250 mq/ml-lik məhlul) təşkil edir. Ürək ritminin pozulması 5 dəqiqə ərzində 1-2 q (4-8 ml venadaxili və əzələdaxili yeritmək üçün 250 mq/ml-lik məhlul). Təkrar yeritmək mümkündür. Paroksizmal qulaqcıq taxikardiyası Yalnız adi tədbirlər effektiv olmadıqda və miokardın zədələnməsi olmadıqda preparatı paroksizmal qulaqcıq taxikardiyası zamanı istifadə etmək olar. Adi doza 3-4 q təşkil edir (12-16 ml venadaxili və əzələdaxili yeritmək üçün 250 mq/ml-lik məhlul) və vena daxilinə tədricən, xüsusi ehtiyatla yeridilir. Bariumla zəhərlənmə zamanı preparatın adi dozası 1-2 q (4-8 ml venadaxili və əzələdaxili yeritmək üçün 250 mq/ml-lik məhlul) təşkil edir. Civə, arsen, tetraetilqurğuşun ilə zəhərlənmə zamanı maqnezium sulfat antidot kimi venadaxili şırnaq üsulu ilə 5 ml yeridilir. Tokoliz Başlanğıc doza vena daxilinə 4 q-dır (16 ml venadaxili və əzələdaxili yeritmək üçün 250 mq/ml- lik məhlul), sonra saatda 1-2 q. Böyüklərdə epilepsiya, qlomerulonefrit ilə əlaqəli qıcolmaların aradan qaldırılması üçün adi doza vena daxilinə və ya əzələ daxilinə 1 q (4 ml vena daxilinə və əzələ daxilinə yeritmək üçün 250 mq/ml-lik məhlul) təşkil edir. Hipertonik krizlər zamanı 1-5 q dozalarda (5-20 ml venadaxili və əzələdaxili yeritmək üçün 250 mq/ml-lik məhlul) vena daxilinə (tədricən təqribən 5 dəqiqə müddətində!) yeritmək lazımdır. Aritmiyaları aradan qaldırmaq üçün preparat 1-2 q dozalarda (4-8 ml venadaxili və əzələdaxili yeritmək üçün 250 mq/ml-lik məhlul) vena daxilinə təqribən 5 dəqiqə müddətində yeridilir. Bunun üçün 10 ml məhlulu 200 ml 5 %-li qlükoza məhlulunda və ya kalium-polyarlaşdıran qarışıqda durulaşdırmaq lazımdır. Təkrar yeridilməsi mümkündür. Preeklampsiya və eklampsiya Klinik vəziyyətdən asılı olaraq, doza fərdi müəyyən edilir. Doyma dozası 5-20 dəqiqədən (infuziya) sonra 2-4 q-dır (8-16 ml venadaxili və əzələdaxili yeritmək üçün 250 mq/ml-lik məhlul). Dəstəkləyici doza saatda 1-2 q-dır (4-8 ml venadaxili və əzələdaxili yeritmək üçün 250 mq/ml-lik məhlul). Maqnezium sulfatın maksimal sutkalıq dozası 30-40 q-ı aşmamalıdır. Böyrək funksiyasının pozulması zamanı maqnezium sulfatı 48 saat müddətində 20 q-dan artıq yeritmək olmaz. Gecikmiş toksikozun, preeklampsiyanın və eklampsiyanın müalicəsində preparatı Riçard sxemi üzrə istifadə etmək lazımdır: başlanğıc 4,0 q doza (16 ml venadaxili və əzələdaxili yeritmək üçün 250 mq/ml-lik məhlul) vena daxilinə 3-4 dəqiqə müddətində yeridilir, 4 saatdan sonra vena daxilinə yeridilməni eyni dozada təkrar etmək və əlavə 5,0 q (20 ml venadaxili və əzələdaxili yeritmək üçün 250 mq/ml-lik məhlul) yeritmək lazımdır. Daha sonra maqnezium sulfatın 4,0-5,0 q dozada (16-20 ml venadaxili və əzələdaxili yeritmək üçün 250 mq/ml-lik məhlul) yeridilməsini hər 4 saatdan bir təkrar etmək lazımdır. Riçard sxemi əvəzinə maqnezium sulfatı 5,0 q dozada (20 ml vena daxilinə və əzələ daxilinə yeritmək üçün 250 mq/ml-lik məhlul) 400 ml 0,9 %-li natrium xlorid məhlulu və ya 5 %-li qlükoza məhlulu ilə durulaşdırıb, dəqiqədə 9-25 mq/dəqiqiə sürətlə (dəqiqədə 15-40 damcı) sürətlə vena daxilinə damcı üsulu ilə yeritmək olar. Preeklampsiyanın və eklampsiyanın müalicəsində qan zərdabında maqnezium sulfatın səviyyəsi 1,6-3,3 mmol/l oluqda, effektiv qıcolmaəleyhinə təsir əldə edilir. Qan zərdabında maqneziumun səviyyəsinin 2,64 mmol/l olması, qıcolma tutmalarına nəzarət etmək üçün optimal hesab edilir. Maqnezium sulfatın maksimal sutkalıq dozası 30-40 q-ı aşmamalıdır. Böyrək funksiyası pozulduqda, maqnezium sulfatı 48 saat müddətində 20 q-dan artıq yeritmək olmaz. Uşaqlığın tetaniyası Doyma dozası 20 dəqiqədən (infuziya) sonra 4 q-dır (16 ml venadaxili və əzələdaxili yeritmək üçün 250 mq/ml-lik məhlul). Dəstəkləyici doza əvvəl saatda 1-2 q-dır (4-8 ml venadaxili və əzələdaxili yeritmək üçün 250 mq/ml-lik məhlul), sonra saatda 1 q-dır (4 ml venadaxili və əzələdaxili yeritmək üçün 250 mq/ml-lik məhlul) (24-72 saat damcı üsulu ilə yeritmək olar). Uşaqlarda istifadəsi Hipomaqneziemiyanın müalicəsi və profilaktikası Yenidoğulmuşlar Sutkalıq doza venadaxili və əzələdaxili 50-100 mq/kq (0,2-0,4 ml/kq) təşkil edir. Uşaqlar 25-50 mq/kq maqnezium sulfat hər 4-6 saatdan bir əzələdaxili və ya venadaxili yeridilir. Maksimal birdəfəlik doza 2000 mq təşkil edir. Venadaxili yeritmək üçün uşaqlara və körpələrə maqnezium sulfatın 10 mq/ml dozada məhlulundan istifadə etmək məsləhət görülür. Məhlul vena daxilinə 1 saat müddətində yeridilir. Ağır hallarda ilk 15-20 dəqiqə müddətində dozanın yarısını yeritmək olar. Ehtiyac olduqda, uşaqlarda maqnezium sulfatın 30 mq/ml dozada məhlulundan venadaxili yeridilməsi yol veriləndir. Uşaqlarda əzələdaxili inyeksiya üçün 200 mq/ml (20 %-li məhlul) konsentrasiyaya qədər durulaşdırılmış məhlul istifadə etmək məsləhət görülür. Yaşlı pasiyentlərdə istifadəsi Yaşlı pasiyentlərdə maqnezium sulfatın dozalanması böyrək funksiyasının pozulmasının dərəcəsilə müəyyən edilir.
Əlavə təsirləri
Bradikardiya, keçiriciliyin pozulması; istilik hissi, tərləmə; hipotenziya, zəiflik, başağrı; dərin sedasiya, vətər reflekslərinin zəifləməsi; təngnəfəslik; ürəkbulanma, qusma; poliuriya.
Doza həddinin aşılması
Qan plazmasında maqneziumun səviyyəsi 2,0-3,5 mmol/l-ə qədər yüksəlməsi zamanı intoksikasiyanın klassik erkən əlaməti dərin vətər reflekslərinin (diz) aşağı düşməsidir. Plazmada maqneziumun səviyyəsi 3,5-5,0 mmol/l-ə çatdıqda, PQ intervalının uzanması meydana çıxır. Maqneziumun səviyyəsi 4-5 mmol/l olduqda, dərin vətər refleksləri sərf olunur, ürəkbulanma, qusma, arterial təzyiqin enməsi, hiperhidroz, diplopiya meydana çıxır, nitqin pozulması baş verir. Maqneziumun səviyyəsi 5,0-7,5 mmol/l olduqda, tənəffüsün tormozlanması və ürək keçiriciliyinin pozulması baş verir. Maqneziumun səviyyəsi 12,5 mmol/l olduqda, ürəyin dayanması və mərkəzi sinir sisteminin dərin zəifləməsi müşahidə edilir. Yardım tədbirləri 100-200 mq ionlaşmış kalsium hesabı ilə 5-10 dəqiqə ərzində spesifik antidotun – kalsium duzlarının (kalsium xlorid və ya qlükonat) vena daxilinə yeridilməsi. Ehtiyac olduqda, antidot təkrar yeridilir. Ağır dərəcəli intoksikasiya zamanı ağciyərlərin süni ventilyasiyası, peritoneal dializ və ya hemodializ istifadə olunur. Simptomatik terapiya aparılır (mərkəzi sinir sisteminin stimulyatorları, ürək-damar sistemi funksiyasını tənzimləyən vasitələr).
Buraxılış forması
5 ml məhlul, şüşə ampulda. 10 ampul, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 10 ampul, içlik vərəqə ilə birlikdə ampulları fiksasiya etmək üçün bir və ya iki altlıqla (№ 10) karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°С-dən aşağı temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
“Borisov dərman preparatları zavodu” ASC, Belarus Respublikası. Minsk vilayəti, Borisov ş., Çapayev k., 64. Tel.:/Faks: +375 (177) 735612; 731156.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.