Korqlikon 0,06 % 1 ml N10 inyeksiya Zdorovye
| Təsiredici maddə | CORGLYCON |
|---|---|
| Dərman forması | İnyeksiya üçün məhlul |
| Farmakoloji təsir | Ürək qlikozidləri |
| İstehsal ölkəsi | Ukrayna |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
2,12 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
KORQLİKON inyeksiya üçün məhlul
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 0,6 mq korqlikon vardır. Köməkçi maddələr: xlorbutanol hemihidrat, inyeksiya üçün su.
Təsviri
Yüngül sarımtıl rəngli, zəif spesifik qoxulu, şəffaf mayedir.
Farmakoterapevtik qrupu
Ürək qlikozidləri. ATC kodu: С01А Х.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Korqlikon ürək qlikozidləri qrupuna aiddir və spesifik effektinə görə strofantinə bənzəyir, lakin ona nisbətən daha uzunmüddətli təsirə malikdir. Korqlikon preparatının təsir mexanizmi + + kardiomiositlərin Nа -К -ATF-aza fermentinin blokadaya alınması, miofibrillərin yığılma prosesinin energetik təminatına təsir göstərməsi ilə əlaqədardır. Preparat müsbət miotrop təsirə, mənfi xrono- və dromotrop effektlərə malikdir, ürək ritmini və His dəstəsinin keçiriciliyini bir qədər ləngidir. Korqlikon hemodinamikanı yaxşılaşdırır, simpatoadrenal sistemin aktivliyini aşağı salır. Preparat mərkəzi sinir sisteminə sedativ təsir göstərir. Farmakokinetikası Preparatın effekti vena daxilinə yeridildikdən 3-5 dəqiqə sonra müşahidə olunur və 30 dəqiqə müddətində maksimuma çatır. Korqlikon qan plazmasının zülalları ilə birləşmir, orqanizmdə metabolizmə məruz qalmır. Dəyişilməmiş halda, əsasən sidiklə ekskresiya olunur. Praktiki olaraq, kumulyativ təsirə malik deyil. Preparatın orqanizmdən yarımxaricolma dövrü (əsasən böyrəklər vasitəsi ilə) təqribən 28 saatdır.
İstifadəsinə göstərişlər
Kəskin və xroniki ürək çatışmazlığı (üskükotu preparatlarına qarşı dözümsüzlük olduqda).
Əks göstərişlər
Preparatın tərkibində olan komponentlərə, həmçinin digər ürək qlikozidlərinə qarşı yüksək həssaslıq. Diastolik funksiya pozulduğu halda ürək çatışmazlığı, kəskin miokard infarktı, müxtəlif dərəcəli atrioventrikulyar blokada, bradikardiya, ekstrasistoliya, implantasiya olunmuş ritm aparıcısı olmadan sinus düyününün zəifliyi sindromu, qeyri-stabil stenokardiya, karotid sinusun hiperhəssaslığı sindromu, kəskin miokardit, endokardit, hipertrofik obstruktiv kardiomiopatiya, konstriktiv perikardit, aortanın torakal hissəsinin anevrizması, təcrid olunmuş mitral stenoz, WPW (Volf-Parkinson-Vayt) sindrom, hiperkalsiemiya, hipokaliemiya, qlikozid intoksikasiyası.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Böyrək funksiyalarının pozulması olan pasiyentlər, yaşlılar, implantasiya olunmuş elektrostimulyatorlu zəifləmiş pasiyentlər üçün dozanı diqqətlə seçmək lazımdır. Korqlikondan istifadə etdikdə, elektrolit balansa nəzarət etmək lazımdır. Böyrəklərin ifrazedici funksiyası pozulduqda, qlikozid intoksikasiyanın baş verməsinin qarşısını almaq məqsədi ilə preparatın dozasını aşağı salmaq lazımdır. Həmçinin hipokaliemiya, hipomaqneziemiya, hiperkalsiemiya zamanı, ürək boşluqlarının şiddətli dilatasiyası olduqda, ağciyər ürəyində, alkalozda, yaşlı pasiyentlərdə, qlikozid intoksikasiyanın inkişaf etmə ehtimalı yüksəlir. Preparatı sürətlə vena daxilinə yeritdikdə, bradiaritmiya, mədəcik taxikardiyası, atrioventrikulyar blokada və ürəyin dayanması baş verə bilər. Bu effektin profilaktikası üçün, sutkalıq dozanı 2-3 yeridilməyə bölmək olar. Müalicə, elektrokardioqrama daimi nəzarət edərək aparılmalıdır. Preparatı tireotoksikozda və qulaqcıqların ekstrasistoliyasında təyin etdikdə, səyriyyən aritmiyalara keçidin baş vermə ehtimalını nəzərə alaraq, ehtiyatlı olmaq lazımdır. Digər dərman vasitələrilə qarşılıqlı təsiri Adrenomimetik preparatlar. Ürək qlikozidlərini efedrin hidroxlorid, adrenalin hidroxlorid və ya noradrenalin hidrotartrat kimi preparatlarla, həmçinin beta-adrenomimetik vasitələrlə eyni za- manda istifadə etdikdə, ürək aritmiyaları meydana çıxa bilər. Kalsium antaqonistləri (xüsusilə verapamil), xinidin, eritromisin, tetrasiklin, amiodaron kor- qlikonun xaricolmasını ləngidir və qan plazmasında preparatın konsentrasiyasını yüksəldir. Eyni zamanda istifadə üçün zərurət yarandıqda, Korqlikon preparatının dozasını 2 dəfə aşağı salmaq lazımdır. Aminazin və digər fenotiazin törəmələri. Ürək qlikozidlərinin təsiri zəifləyir. Antixolinesteraz preparatlar. Antixolinesteraz preparatları ürək qlikozidləri ilə eyni zamanda istifadə etdikdə, bradikardiya güclənir. Zərurət yarandıqda, atropin sulfat yeritməklə bradikar- diyanı aradan qaldırmaq və ya zəiflətmək olar. Qlükokortikosteroidlər. Qlükokortikosteroidlərlə uzunmüddətli müalicə nəticəsində meydana çıxan hipokaliemiya, ürək qlikozidlərinin arzuolunmayan effektlərinin artmasına səbəb ola bilər. Diuretik preparatlar. Diuretik preparatlarla eyni zamanda istifadə edildikdə ürək qlikozidləri- ninn təsiri güclənir. Bu preparatları birlikdə istifadə etdikdə, optimal dozalanmaya riayət etmək lazımdır. Kalium preparatları. Kalium preparatlarının təsiri altında ürək qlikozidlərinin arzuolunmayan effektləri azalır. Kalsium preparatları. Ürək qlikozidləri ilə müalicə müddətində kalsium preparatlarının parenteral istifadəsi təhlükəlidir, çünki bu zaman kardiotoksik effektlər güclənir. İnsulin. İnsulinlə eyni zamanda istifadə etdikdə qlikozid intoksikasiyasının riski yüksəlir. Etilendiamintetraasetat turşusunun dinatrium duzu (EDTA). Ürək qlikozidlərinin effektivliyinin və toksikliyinin aşağı düşməsi müşahidə olunur. Kortikotropin preparatları. Kortikotropinin təsiri altında ürək qlikozidlərinin təsiri güclənə bilər. Ksantin törəmələri. Kofein və ya teofillin preparatları ürək ritminin pozulması riskini yüksəldir. Natrium adenozintrifosfat. Natrium adenozintrifosfatı ürək qlikozidləri ilə eyni zamanda təyin etmək olmaz. Erqokalsiferol. Erqokalsiferolun törətdiyi hipervitaminoz zamanı, hiperkalsiemiyanın inkişaf etməsi nəticəsində ürək qlikozidlərinin təsirinin güclənməsi mümkündür. Narkotik analgetiklər. Fentanil ilə ürək qlikozidlərinin kombinasiyası arterial hipotenziyaya səbəb ola bilər. Parasetemol. Bu qarşılıqlı təsirin klinik əhəmiyyəti kifayət qədər öyrənilməyib, lakin parase- tamolun təsiri altında ürək qlikozidlərinin böyrəklər vasitəsi ilə xaricolmasının azalmaı barədə məlumatlar var. Uyuşmazlıq Digər dərman preparatları ilə bir tutumda qarışdırmaq olmaz.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi əks göstərişdir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Korqlikondan istifadə müddətində nəqliyyat vasitələrini və psixomotor reaksiyaların sürətini tələb edən digər potensial təhlükəli mexanizmləri idarə etmək tövsiyə olunmur.
İstifadə qaydası və dozası
Korqlikon vena daxilinə yeridilir. Vena daxilinə yeridilməni sutkada 1-2 dəfə tədricən 5-6 dəqiqə müddətində (preparatı yalnız 10- 20 ml 0,9 %-li natrium xlorid məhlulunda həll etmək olar) həyata keçirmək lazımdır. Preparatın birdəfəlik dozası böyüklər üçün 0,5-1 ml; 2 yaşdan 5 yaşa qədər uşaqlar üçün 0,2-0,5 ml; 6 yaşdan 12 yaşa qədər uşaqlar üçün 0,5-0,75 ml təşkil edir. Preparatı sutkada 2 dəfə yeritdikdə, inyeksiyalar arasında interval 8-12 saat təşkil edir. Vena daxilinə yeridildikdə böyüklər üçün maksimal dozalar: birdəfəlik 1 ml, sutkalıq 2 ml-dir. Uşaqlar Yalnız yaşı 2-dən yuxarı uşaqlar üçün istifadə edilir.
Əlavə təsirləri
Ürək-damar sistemində baş verən pozğunluqlar: ürəyin avtomatizminə və keçiriciliyinə təsir göstərərək, xüsusilə sürətlə yeridildikdə preparat ürək ritminin pozulmasına səbəb ola bilər (ekstrasistoliya, atrioventrikulyar blokada, bradiaritmiya, mədəcik aritmiyaları, AV- keçiriciliyinin ləngiməsi). Həzm traktında baş verən pozğunluqlar: ürəkbulanma, qusma, diareya, ağızda quruluq, anoreksiya, epiqastral nahiyədə diskomfort və ağrı. Sinir sistemində və hissiyat orqanlarında baş verən pozğunluqlar: şüurun dumanlanması, ətraflarda ağrı və paresteziyalar, apatiya, zəiflik, yuxusuzluq, başgicəllənmə, baş ağrısı, rənglərin qavramasının pozulması, uzun müddət ərzində istifadə edildikdə görmə sahələrinin itməsi, görmə itiliyinin aşağı düşməsi baş verə bilər. Dəridə baş verən pozğunluqlar: səpgilər. İmmun sistemdə baş verən pozğunluqlar: övrə, qaşınma, anafilaktik şok daxil olmaqla, allergik reaksiyalar. Ümumi pozğunluqlar: hipokaliemiya, ginekomastiya (uzun müddət ərzində istifadə edildikdə); yeridilmə nahiyəsində dəyişikliklər.
Doza həddinin aşılması
Simptomları Ürək-damar sistemində: aritmiyalar, o cümlədən bradikardiya, atriventrikulyar blokada, mədəcik taxikardiyası və ekstrasistoliya, mədəciklərin fibrillyasiyası. Həzm traktında: anoreksiya, ürəkbulanma, qusma, diareya. Sinir sistemində və hissiyat orqanlarında: baş ağrısı, yüksək yorğunluq, başgicəllənmə; nadir hallarda – rənglərin qavramasının pozulması, görmə itiliyinin aşağı düşməsi, skotomalar, makro- və mikropsiya; çox nadir hallarda – şüurun dumanlanması, sinkopal vəziyyətlər. Müalicəsi Qlikozid intoksikasiya inkişaf etdikdə, aritmiyalar meydana çıxdığı halda vena daxilinə damcı üsulu ilə kalium preparatlarını yeritmək lazımdır, yaxşı olar ki, insulinsiz (qan zərdabında kaliumun konsentrasiyası 5 mEq/l olduqda yeridilməni dayandırmaq lazımdır). AV-keçiricilik pozulduqda kalium preparatları əks göstərişdir. Şiddətli bradikardiyada atropin sulfat məhlulu təyin olunur. Oksigen terapiyası aparmaq lazımdır. Antidot vasitə kimi unitiol (ilk 2 gün ərzində sutkada 3-4 dəfə dəri altına, pasiyentin bədən kütləsinin hər 10 kq-na 0,05 q preparat, sonra Korqlikonun kardiotoksik təsiri aradan qalxana qədər sutkada 1-2 dəfə yeritmək lazımdır) təyin olunur. Simptomatik müalicə aparılır.
Buraxılış forması
1 ml məhlul, ampulda. 10 ampul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 10 ampul blisterdə. 1 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25 C-dən yuxarı olmayan temperaturda, orijinal qablaşdırmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
4 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
“Zdorovye” Əczaçılıq Şirkəti” MMC. Ərizəçi “GNCLS” Eksperimental Müəssisə” MMC. İstehsalçinın ünvani/ərizəçinin və/və ya ərizəçinin nümayəndəsinin ünvanı Ukrayna, 61013, Xarkov vilayəti, Xarkov şəhəri, Şevçenko küçəsi, ev 22. (“Zdorovye” Əczaçılıq Şirkəti” MMC). Ukrayna, 61057, Xarkov vilayəti, Xarkov şəhəri, Vorobyov küçəsi, ev 8. (“GNCLS” Eksperimental Müəssisə” MMC).
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.