Liv 52 N100 tablet Himalaya

Dərman formasıTablet
Farmakoloji təsirBitki mənşəli hepatoprotektor, ödqovucu vasitə
İstehsal ölkəsiHindistan

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

10,90 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

LİV 52 tabletlər

Tərkibi

Təsiredici maddələr: 1q tabletin tərkibində toz şəklində 65 mq Capparis spinosa, 65 mq Cichorium intybus, 33 mq Mandur bhasma, 32 mq Solanum nigrum, 32 mq Terminalia arjuna, 16 mq, Cassia occidentalis, 16 mq Achillea millefolium, 16 mq Tamarix gallica vardır. Təsiredici maddələrdən ibarət tərkib aşağıdakı dərman bitkilərindən alınan ekstraktın buxarı ilə işlənmişdir: Eclipta alba, Phyllanthus amarus, Boerhaavia diffusa, Tinospora cordifolia, Raphanus sativus, Emblica officinalis, Plumbago zeylanica, Embelia ribes, Terminalia chebula, Fumaria officinalis. Köməkçi maddələr: mikrokristallik sellüloza, natrium kroskarmelloza, karmelloza natrium, susuz kolloidal silisium, maqnezium stearat,

Təsviri

Dairəvi, iki tərəfi qabarıq, yaşımtıl-bozdan qəhvəyi rəngə qədər, daha tünd və ya açıq rəngli çilləri olan örtüksüz tabletlərdir.

Farmakoterapevtik qrupu

Bitki mənşəli hepatoprotektor, ödqovucu vasitə. ATC kodu: A05BA.

Farmakoloji xüsusiyyətləri

Liv 52 qaraciyərin strukturunu bərpa edərək, funksional vəziyyətini yaxşılaşdırır, sağalmanı tezləşdirir və infeksion hepatit zamanı qaraciyərin funksiyasının tez normallaşmasını təmin edir. Antioksidant təsirə malik olduğuna görə Liv 52 hüceyrə membranlarının zədələnməsinin qarşısını alır. Liv 52 sitoxrom P -in səviyyəsini normallaşdırır. Liv 52 asetaldehidin eliminasiyasını təmin450 edir, bununla da qaraciyəri alkoqolun təsiri nəticəsində baş verən zədələnmələrdən qoruyur. Liv 52 lipotrop aktivliyi azaldır və xroniki alkoqolizm zamanı qaraciyərin piy infiltrasiyanın qarşısını alır. Preserrotik hallarda Liv 52 xəstəliyin inkişafını ləngidir, qaraciyərin sonrakı zədələnmələrinin qarşısını alır, orqanizmin həyat fəaliyyətini yaxşılaşdırır. Hər gün profilaktik məqsədlə istifadə zamanı Liv 52 iştahanı artırır, həzmi və qidanın mənimsənilməsini yaxşılaşdırır və bu da bədən kütləsinin artmasına səbəb olur.

İstifadəsinə göstərişlər

● Müalicə və profilaktika üçün: – virus hepatiti; – qaraciyərin alkoqol xəstəlikləri; – presirrotik vəziyyətlər və sirrozun erkən mərhələləri; – zülal-enerji çatışmazlığı; – iştahanın olmaması; – kimyəvi və şüa mənşəli qaraciyər zədələnmələri. ● Hepatotoksik preparatların istifadəsi zamanı adyuvant terapiya kimi. ● Uzunmüddətli xəstəliklər zamanı və sağalma dövrünün bazis müalicəsində işlənilən adyuvant kimi. ● Hamiləlik zamanı sarılıq və anoreksiya; ● Hemodializ zamanı dəstəkləyici terapiya kimi; ● Hepatotoksik, vərəm əleyhinə preparatların, statinlərin, kimyəvi terapevtik vasitələrin və retrovirus əleyhinə preparatların istifadəsi zamanı köməkçi vasitə kimi.

Əks göstərişlər

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq. 6 yaşa qədər uşaqlar. Hamiləlik və laktasiya dövrü.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Mədə-bağırsaq traktının kəskin xəstəlikləri.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Liv 52 eyni vaxtda istifadə zamanı: – qanda ibuprofenin səviyyəsini azaldır; – tetrasiklinin və doksisiklinin mənimsənilməsini azaldır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Əks göstərişdir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatın yüksək konsentrasiya və sürətli psixomotor reaksiya tələb edən potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə heç bir təsiri məlum deyil.

İstifadə qaydası və dozası

Vərəm əleyhinə müalicə gündə 2 dəfə 2 tablet (vərəm əleyhinə preparatlarla birlikdə). Kəskin virus hepatiti Uşaqlara: gündə 3 dəfə 1 tablet, Böyüklərə: gündə 3 dəfə 2 tablet. Sirroz gündə 3 dəfə 2 tablet, 6-12 ay müddətində. Xroniki hepatit gündə 3 dəfə 2 tablet, 6 ay müddətində. Xroniki alkoqolizm zamanı qaraciyərdəki dəyişikliklər gündə 3 dəfə 2 tablet, 1 ay müddətində, sonra gündə 3 dəfə 1 tablet, 6-12 ay müddətində. Anoreksiya və kütlənin azalması zamanı Uşaqlara: gündə 3 dəfə 1 tablet. Böyüklərə: gündə 3 dəfə 2 tablet. Gündəlik profilaktik məqsədlə gündə 2 dəfə 2 tablet.

Əlavə təsirləri

Allergik reaksiyalar və dispeptik pozulmalar mümkündür. Nadir hallarda həzm və absorbsiya problemləri və anamnezində diareya halları olan pasiyentlərdə zəif qarınişləmə.

Doza həddinin aşılması

Tövsiyə olunan dozadan iki dəfə artıq dozanın qəbulu tövsiyə olunmur. Buna baxmayaraq, bu cür daha yüksək dozanın qəbulu ciddi əlavə təsirlərə səbəb olmaya bilər. Doza həddinin aşılması halında həkimə bu barədə məlumat verilməlidir və preparatın istifadəsi dayandırıldıqdan sonra simptomatik müalicəyə başlanılmalıdır.

Buraxılış forması

100 tablet üzərində “H” loqosu olan, çirkli-yaşıl qapaqlı şəffaf olmayan ağ rəngli HDPE flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºC-dən yuxarı olmayan temperaturda, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmaq olmaz.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Rеsеpt əsasında buraxılır.

İstehsalçı

The Himalaya Drug Company. Makali, Banqalor – 562 162, Hindistan. www.himalayawellness.com ® – qeydiyyata alınmış ticarət nişanı.

Qeydiyyat vəsiqəsinin sahibi

Himalaya Global Holdings Ltd., Cayman Islands. Himalaya House, 138 Elgin Avenue, PO Box 1162, Grand Cayman KY1-1102, Cayman Islands. Azərbaycanda rəsmi distribyutor «TETRADA» MMC – dir. AZ1102, 20Yanvar küçəsi, 14; Bakı, Azərbaycan. Теl.:(+994 12) 431-59-24, 431-05-41. Faks: (+994 12) 430-80-51. Е-mail: [email protected] www.tetrada-az.com

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Liv 52 N100 tablet Himalaya” üçün ilk rəyi siz yazın.